Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

Ağlamaq  feili  sıtqamaq  və  sızlamaq  feilləri ilə,  gülmək  feili 
is
ə  demək  və  danışmaq  feilləri ilə  də  semantik  yaxınlıq 
münasib
ətində  ola bilir. Məsələn:  [Aşıq  gərək] məcazi  danışma, 
m
əcazi  gülə.  Əksik  danışarsız,  artıq  gülərsiz.  Daha  deyib-gülmək 
çağı  kəsildi  (Aşıq  Ələsgər). O günü gəlib üstümə  ağlayıb-sıtqadı 
(Dan.).  Şah  Abbasın  anası  kimi  nə  ağlayıb-sızlayırsan?!  (İdiom). 
N
ə ağlarsan, nə sızlarsan?! (Abbas Tufarqanlı). 
 
Görm
ə, eşitmə və nitq feilləri 
 
Görm
ə,  eşitmə  və  nitq feilləri  ayrı-ayrı  təsəvvür  dairələrinə 
m
ənsubdur. Bununla belə, həmin  söz  kateqoriyalarını  bir  yerdə 
n
əzərdən keçirmək olar, ona görə ki, ünsiyyətdə görmə, eşitmə və 
danışıq  fəaliyyəti  kompleks  şəkildə  özünü göstərir. Bu, müvafiq 
feill
ərin semantik cəhətdən  əlaqəli  şəkildə  işlənməsində  meydana 
çıxır.  Müvafiq  leksik  qrupları  əvvəl  ayrılıqda,  sonra  bir-biri ilə 
əlaqədar olaraq nəzərdən keçirək. 
Görm
ə  feilləri.  Görmə  feillərinin tematik-sözdüzəltmə  sırası 
aşağıdakı  sözlərlə  təmsil olunur: baxmaq,  baxışmaq;  göstərmək, 
görm
ək, görünmək, görüşmək, göstərilmək. Görmə feilləri arasında 
aşağıdakı semantik münasibətlər özünü göstərir.  
1.  Semantik  yaxınlıq  əlaqəsi. Həmin semantik münasibət 
baxmaq  v
ə  görmək  sözlərinə  xasdır.  Bu  sözlərin münasibəti çox 
vaxt  birincinin  feili  bağlama  formasında  ikinciyə  aid  olması 
şəklində  təzahür edir. Məsələn:  Baxıb-görməməkdən  baxmıtıb-
görm
ək yaxşıdır (Azadə).  
2. Semantik 
əkslik münasibəti (göstərmək-  görmək, 
görünm
ək-  görmək). Məsələn: Hər kəsi  çağırıram  –  gəlməyir, 
göst
ərirəm-görmür, deyirəm-qanmır  (H.  Zərdabi). Həmin feil 
cütl
əri  arasında  konversiv  əkslik münasibətindən  başqa
sözdüz
əltmə  münasibəti də  var. Ona görə  də  onlar (müxtəlif nitq 
şəraitlərinin eyni kontekstə  salınması  sayəsində) eyni subyektlə 
əlaqədar olaraq da işlənə bilir. Məsələn: Xoş üz göstərməsəm, xoş 
üz görm
əsəm (Səməd Vurğun). 
Görm
ə  feillərinin  maraqlı  xüsusiyyətlərindən biri də  onlar;n 
qarşılıq-müştərək  növünün  qoşa  subyektlə  işlənməsidir. Məsələn: 
276 


X. v
ə  y.  görüşdülər. X. və  y. bir-biri ilə  baxışdılar. Həmin hadisə 
bar
əsində  irəlidə  feilin məna növləri ilə  əlaqədar olaraq 
danışılacaqdır. 
Eşitmə  feilləri.  Bunlar  aşağıdakılardır:  qulaq vermək, qulaq 
asmaq, dinl
əmək,  eşitmək,  eşitdirmək,  eşidilmək.  Həmin tematik-
sözdüz
əltmə  sırasının  üzvləri  arasında  aşağıdakı  semantik 
münasib
ətlər özünü göstərir.  
1. Semantik yaxınlıq münasibəti. Həmin semantik əlaqə qulaq 
vasit
əsi ilə duymaq hərəkətinə hazırlaşmaqla  həmin hərəkətin özü 
arasındakı  ardıcıllıq  və  fərqə  əsaslanır.  Məsələn:  Qulaq assan 
(vers
ən), eşidərsən (Dan). Qulaq asan öz sözünü eşidər (Məsəl).  
2. Konversiv 
əkslik münasibəti (eşitdirmək-eşitmək). Mən 
eşitdirdim, özü də eşitdi (Dan.). 
Nitq feill
əri. İnsan nitqi ilə bağlı olan feillər müxtəlif tematik 
sıra və qruplar əmələ gətirir. Bunları aşağıdakı şəkildə təsnif etmək 
mümkündür.  1.  Danışıq  fəaliyyəti ilə  əlaqədar olanlar (dinmək, 
dindirm
ək, dillənmək, dilləşmək, dilləndirmək,  danışmaq, 
danışdırmaq, danışdırılmaq, danışılmaq; söyləmək, söylənmək, söy-
l
ətmək , söyləndirmək; demək, dedirtmək, deyilmək, deyinmək, de-
yişmək; nağıl  etmək (eləmək),  nağıl  etdirmək, illətmək  nağıl 
edilm
ək; susmaq, susdurmaq; susdurulmaq; kirimək, kiritmək, 
kirişmək). 2. Sual-cavab və  çığırış  bildirənlər (soruşmaq,  cavab 
verm
ək;  sual vermək.  cavab  almaq,  çağırmaq).  3.  Andla  bağlı 
olanlar (and verm
əkand içdirmək, and içmək). 4. Rəğbət və şikayət 
bildir
ənlər (tərifləmək, öymək, öyünmək;  şikayət etmək; eləmək 
(el
əmək),  şikayətlənmək; gileylənmək, giley-güzar etmək
azaylanmaq (dan.), qiyb
ət etmək,  danlamaq,  danışmaq 
danışdırmaq). 5. Buyruq və  tövsiyə  (öyüd) bildirənlər (əmr etmək 
verm
ək, məsləhətləşmək. məsləhət görmək/vermək, gənəşmək, nəsi-
h
ət  etmək).  6.  Xahiş  və  yalvarış  bildirənlər (xahiş/təvəqqe etmək 
(el
əmək), yalvarmaq,  lalımaq  (Dan.),  diləmək, istəmək, minnət 
etm
ək eləmək). 7. Müəyyən  əhvali-ruhiyyə  ilə  bağlı  olaraq 
s
əsçıxarma  bildirənlər (pıçıldamaq,  zarımaq,  inildəmək,  mızıl-
da(n)maq, 
donqulda(t)maq, 
donqulda(n)maq, 
sızıldamaq, 
ufuldamaq,  qışqırmaq,  bağırmaq,  çığırmaq).  Ağlamaq  və  gülmək 
feill
əri də semantik baxımdan bunlara yaxındır, lakin bu iki feil  bir 
277 


sıra semantik və sözdüzəltmə xüsusiyyətlərinə görə onlardan seçilir. 
Ona gör
ə də ağlamaq və gülmək feillərini ayrıca nəzərdən keçirməli 
olduq. 
Nitq feill
əri bir-biri ilə müxtəlif semantik münasibətlərdə ola 
bilir. Bunlardan birincisi v
ə  ən sadəsi  tematik  sıralar  çərçivəsində 
özünü göst
ərən semantik yaxınlıq  əlaqəsidir (dinib-danışmaq, 
yalvarıb-yaxarmaq, qışqırıb-bağırmaq, danlayıb –dansımaq və s.). 
M
əsələn: Kimsə  dinib-danışmayır  (Səməd  Vurğun).  Xatırında 
varmı,    hərdən  küsüşüb,  Deyərdin: “Danışma,  dindirmə  məni!” 
(R
əsul  Rza).  O,  şoferi  bərk  danlayıb-dansıyırdı  (Süleyman 
R
əhimov). 
Nitq feill
ərinin müxtəlif tematik qruplar içərisində və tematik 
sıralar  arasında  ən çox özünü göstərən məna münasibəti semantik 
əkslik əlaqəsidir. Bunların müxtəlif əsasları və növləri var.  
1. H
ərəkətin ifasını və qurtarmasını bildirmək əlamətinə görə 
semantik 
əlaqə  nitq feilləri ilə  susmaq, kirimək, doymaq  feilləri 
arasında özünü göstərir. Məsələn: Ya məclisdə kiri otur, Ya dinir-
s
ən,  yaxşı  din  (Bayatı).  O  danışanda  kirimək  bilmir  (Dan.).  Ələ 
alsan-
ağlar, yerə  qoysan-kiriyər. Dərə  görüb  bağırdı  (çığırdı)
D
ərya görüb kiridi (Tapmaca). Ağladılardoydular (Bayatı). 
2. Sual v
ə cavabla bağlı olan feillərin semantik qarşılaşması. 
H
əmin semantik əlaqə sorğu bildirən feillərlə cavab bildirən feillər
el
əcə  də  demək, söyləmək  kimi  danışıq  feilləri  arasında  özünü 
göst
ərir. Məsələn: And verib soruşdum bir-bir, dedilər: “Fəqir, səni 
şeyda qılan gəlməmiş” (Zakir).  
3.  Andla  bağlı  olan  feillərin  semantik  qarşılaşması  (and 
verm
ək/içdirmək-and içmək). 
 4. Mü
əyyən hərəkətə  sövqetmə  və  həmin hərəkətə  əməl 
etm
əyə  görə  semantik  qarşılaşma.  Həmin  əlaqə  növü eyni feilin 
t
əsirli və  təsirsiz məna növlərinə  xasdır  (dindirmək-dinmək, 
danışdırmaq-danışmaq, söylətmək-söyləmək və s.). Məsələn: Bu da 
bel
ə  oğlandır:  dindirməyincə  dinib-danışmaz  (Dan.).  Dindirir  əsr 
bizi, dinm
əyiriz (Sabir).  
5. Nitq feill
ərinin bir qismi söz yox, əməli müqabillərə malik 
olur. H
əmin  əməllərin ifadəsi olan feillər ilkin (əsas) leksemlərlə 
semantik 
əlaqəyə  girməsələr də,  onların  məzmununa  reaksiyanı, 
278 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə