Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   88   89   90   91   92   93   94   95   96

dinin  lüğət tərkibindən  çıxdığı  üçün  onlar  müstəqil məna kəsb 
etmişlər. 
4. Semantik b
ərəkslik münasibəti. Həmin  əlaqə  istiqamət 
m
əzmunlu feillərlə dayanmaq, durmaq, qalmaq, dönmək, qayıtmaq 
v
ə qaytarmaq sözləri arasında özünü göstərir. Bu feillərin semantik 
əksliyi  başqa  semantik  əkslik  hallarından  kəskin  şəkildə  fərqlənir. 
Bunu 
getm
ək-gəlmək  və  getmək-qayıtmaq  feil cütlərinin 
müqayis
əsindən görə  bilərik.  Getmək  və  gəlmək  feilləri semantik 
tutum  etibarı  ilə  bir-birinin tam eynidir (“müəyyən xarakterli 
h
ərəkət” + “istiqamət”).  Bunlar  yalnız  ifadə  olunan hərəkətlərin 
istiqam
ətləri arasındakı fərqə görə bir-birindən fərqlənir. Getmək və 
qayıtmaq feil cütündə isə vəziyyət başqa cürdür. Bunların semantik 
münasib
əti yalnız istiqamət fərqinə əsaslanır. Ona görə də qayıtmaq 
feili d
ə, o biri mənfi məzmunlu feillərdə  də  müxtəlif məzmunlu 
feill
ərlə  semantik bərəksiz münasibətində  ola bilir. Məsələn: Mən 
gedir
əm,o  qalır. Mən  gedirəm, o da gedir.  Mən  dururam, o da 
durur  (Tapmaca). Ged
ən  gələr,  soruşan  qalar  (Məsəl).  Gedərsən
yola sallam. Qalarsan
,  qadan  allam  (Xalq  mahnısı).  Getmənəm
yanında  qallam  (Aşıq  Ələsgər).  Qaçar,  qaçar-rəqibini aldad. 
Qayıdanda qoçaq olur, əfəndim (“Koroğlu”). Gedər, gedər-qayıdır
Getdiyin  yola fikir ver, b
əlkə,  qayıtdın  (Məsəl). Yar getdi, 
qayıtmadı  (Bayatı).  Bir  su  ki  axıb  getdi, Bir də  çeşməyə  dönməz
Tazısız ova gedən Dovşansız evə dönər (Məsəl). 
 
Şaquli istiqamətdə hərəkət bildirən feillər 
Bir qisim feill
ər subyekt və  obyektlərin  şaquli  istiqamətdə 
h
ərəkətlərini  bildirir.  Bunların  iki  sinfi  var:  1.  Aşağıdan-yuxarıya 
yön
əlmiş  hərəkət bildirənlər (atılmaq,  atlanmaq,  qalxmaq, 
qaldırmaq,  çıxmaq,  minmək).  2.  Yuxarıdan-aşağıya  yönəlmiş 
h
ərəkət bildirənlər (düşmək, düşürmək, enmək, endirmək, saldırmaq, 
salmaq,  tökm
ək, tökülmək, tökdürmək, çökmək, çökürtmək, 
çökdürm
ək). Həmin feillər ifadə  etdikləri ümumi istiqamətə  görə 
bir-birin
ə  uyğun  gəlsələr də, subyekt və  obyekt mənsubiyyətinə 
gör
ə  bir-birindən fərqlənir (məsələn. müq. et: ata  minmək,  ağaca 
çıxmaq və s.). 
285 


Şaquli  istiqamətdə  hərəkət bildirən sözlər  arasında  aşağıdakı 
semantik münasib
ətlər müşahidə olunur.  
1.  Semantik  yaxınlıq  münasibəti. Həmin semantik əlaqə 
t
əsirlilik və  təsirsizlik  əlamətinə  görə  bir-birinə  mütabiq gəlib, 
eynixarakterli h
ərəkətləri ifadə edən feillər arasında özünü göstərir. 
M
əsələn:  atılmaq  (tullanmaq,  hoppanmaq,  hoppulmaq);  atlanmaq 
(minm
ək);  qalxmaq  (çıxmaq);  qaldırmaq  (qalxızmaq);  endirmək 
(düşürmək) və s.  
2. Semantik 
əkslik münasibəti.  Şaquli  istiqamətdə  hərəkət 
bildir
ən feillər müxtəlif  əsaslara görə  semantik  əkslik münasibət-
l
ərinə  girə  bilir. Müvafiq hərəkətləri  başvermə  şəraiti, subyekt və 
obyekt m
ənsubiyyəti və s. görə təsnif etmək mümkündür.  
A. Qeyri-icbari (s
ərbəst  olaraq)  yuxarı  və  aşağı  yönəlmiş 
h
ərəkətləri ifadə edən feillərin əksmənalılığı. Məsələn: Atılıb-düşər
susuz bişər. Atıldı, düşdü çaya. (Tapmaca). Atılıb-düşür, Tamahım 
düşür  (Uşaq  mahnısı).  [Zəlzələ] tullama olanda tullanıb-düşür 
(H.Z
ərdabi).  Hoppanar-düşər.  Qalxdım  təpəyə,  düşdüm  küpəyə 
(Tapmaca). Ür
ək  sıxılıb  qanı  bunların  içinə  tökəndə  o damarlar 
qalxır, sonra qan axıb gedəndə yenə düşür  (H.Zərdabi). Atlananda 
b
əy oğlu, Düşəndə yüzbaşıdı (Bayatı). İgid odur, atdan düşə, atlana  
(M
əsəl). Ata minər-səslənməz, Yerə düşər-paslanmaz  (Tapmaca).  
Eşşəyə minmək-bir ayıb, düşmək-iki ayıb (Məsəl).  Kim isə minir, 
kim is
ə düşür (Rəsul Rza). Necə ki qalxmışdı, o növ də enib söndü 
(Ə.Haqverdiyev).  Dalğalar  kimi  qalxmaq,  dalğalar  kimi  enmək 
(Müşfiq). Kəblə Tağı da yavaşca durduğu yerdə çökürdü dizi üstə 
v
ə  birisi durub gedəndə  Kəblə  Tağı  da  dik  qalxırdı  ayaq üstə 
(C.M
əmmədquluzadə).  Çıxdım  təpəyə,  Düşdüm  küpəyə. Dik 
çıxanda  ildırım,  Dik  enəndə  digirqoz  (Tapmaca).  Dağa  çıxmaq 
ç
ətin, Dağdan düşmək (enmək) asan (Məsəl). Qeyri vaxtlarda gün ya 
M
əşriqdən qiblə tərəfə doğur və habelə Məğribdən qiblə tərəf və ya 
şimal tərəfə batır (H.Zərdabi). Ay doğar, batmaz gecə (Bayatı). 
B
əzi feillər eyniistiqamətli hərəkətləri bildirsə  də,  onların 
ardıcıllığı  yuxarıdakıların  əksinədir. Məsələn:  Qızıl  öküz  yatdı, 
qalxmadı. Quruda yatsa, qalxmaz (Tapmaca). Yatıb inildəyir, durub 
boylanır (Aşıq Ələsgər). Yatıram-yanım ağrır, Dururam-canım ağrır 
286 


(Bayatı).  Qızıl  öküz  yatar, durmaz. Biri yatar-durmaz  (Tapmaca). 
Uçurumları gözəlcə endik, düz yola çıxdıq (C.Məmmədquluzadə). 
Müvafiq feill
ərin bir qismi qapalı məkan içərisində baş verən 
əksistiqamətli hərəkətləri bildirir. Belə  feillərin semantik əlaqəsi 
daxilolma bildir
ən feillərin birinci, xaricolma bildirən feillərin 
ikinci yerd
ə  gəlməsini tələb edir. Məsələn: Dama girər  –  aləmi 
g
əzər, damdan çıxar  – bir yerdə  durar. Suya girər-bir olar, Sudan 
çıxar-min olar. Burdan girər, Ordan çıxar  (Tapmaca). Məscidə 
girib-
çıxmaq  mümkün olmur (C.Məmmədquluzadə). Suya düşər-
açılar,  Sudan  çıxar-yığılar  (Tapmaca).  [Quru  yer  ilanları]  suya 
düşəndə  [...] tez üzüb kənara  çıxırlar  (H.Zərdabi). Burdan batar
Ordan 
çıxar  (Tapmaca). Harda suya batıb-çıxa  bilərsən? 
(Ü.Hacıbəyov). 
B. İcbari şəkildə şaquli istiqamətdə baş verən hərəkətləri ifadə 
ed
ən feillərin  əksmənalılığı.  Belə  feillərin  əksəri indicə  nəzərdən 
keçiril
ən feillərin təsirli  formalarıdır.  Məsələn: Hoha var-dağa 
mindir
ər, hoha var-dağdan yendirər. Kimisini qantarğaya mindirir, 
kimisini  qantarğadan  yendirir  (Məsəl).  Tatarını  qaldırdı  göyə, 
amma  yendirm
ədi.  Adamların  [biri]  məni  qalxızdı  divarın  üstünə. 
Dadaşım  [...]  yendirdi  o tərəfə  [Xudayar bəy dəyənəyini] nə  vaxt 
kefi ist
əyir  qaldırır,  nə  vaxt kefi istəyir  yendirir 
(C.M
əmmədquluzadə). Müşfiq şeir oxuyarkən əlini şeirin ahənginə 
uyğun  olaraq  qaldırıb-endirirdi  (Dilbər  xanım).  Həmin semantik 
əlaqə biri və ya hər ikisi sadə olan (törəmə olmayan) sözlər arasında 
da özünü göst
ərir. Məsələn: Alıbəy, Alıbəy, dovşana bax, dovşana! 
Qulaqların qaldırır – qoyur, qaldırır – qoyur! (Uşaq mahnısı). Yun 
üstünd
ə iki tas Birin qaldır, birin bas (Tapmaca). At yorğalıyanda 
h
ər tərəfinin  iki  ayağını  birdən  qalxızıb, birdən  qoyar  (“Əkinçi”). 
Onların hər birinə qeyri ox qayırıblar ki, onların hərəsini əlahiddə 
qalxızmaq  və  salmaq  olsun.  [Kağızı]  bir  az  yuxarı  qalxızıb, yenə 
aşağı sallam. Belədə bir dağı götürüb, o biri dağın üstünə qoymaq 
olar (H.Z
ərdabi).  Soyxanı  kim  götürübsə,  o da yerinə  qoymalıdır 
(Dan.). S
əni  daş  qoyub,  qızıl  götürəsən  (Alqış).  Əlimizin  birisini 
isti suya 
salıb,  bir  az  saxlayıb,  çıxarıb  ikisini də  birdən isti suya 
salsaq... (H.Z
ərdabi). Mənim əllərim isti sudan soyuğa, soyuqdan-
istiy
ə çıxarıb-salmaqdan belə olub (Dan.). 
287 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə