Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   88   89   90   91   92   93   94   95   96

x
ərcləmək, xərclənmək, itmək, itirmək, itirilmək, axtarmaq, 
axtarılmaq,  aramaq,  gəzmək,  tapmaq,  tapılmaq.  Əvvəldən iki feil 
istisna  olmaq  şərti ilə, həmin  tematik  sıradakı  qalan  feillərin 
m
əzmunları  semantik  ardıcıllıq  kimi  təsəvvür edilə  bilər. Verilən 
nümun
ələrdən göründüyü kimi, eyni hərəkət subyektə  aidiyyət 
baxımından  iki,  üç  cür  ifadə  oluna bilir(müq. et.: 
itirm
ək/itirilmək/itmək). 
H
əmin feillər arasında semantik yaxınlıq, semantik ardıcıllıq 
v
ə semantik əkslik münasibətləri özünü göstərir. Birinciyə aramaq, 
axtarmaq  v
ə  gəzmək;  ikinciyə  itirmək  və  itmək  axtarmaq,  və 
axtarılmaq feillərinin münasibəti misal ola bilər. 
H
əmin feillər  arasında  semantik  ardıcıllıq  münasibəti o 
hallarda özünü göst
ərir ki, onların ifadə etdiyi hərəkətlərdən birinin 
baş verməsi o birisini də doğursun (itmək və axtarmaq; itirmək və 
aramaq, axtarmaq, g
əzmək). Məsələn: İtib, axtaranı yoxdur. On il 
g
əzdim,  Bir gün tapdım.  Aldığın  verməyən  aradığın  tapmaz 
(M
əsəl). İtirəsən qəbrimi, Gəzəsən yüz məzarı! Bir maral itirmişəm. 
G
əzirəm  güman yerdən. Vəfalı  yarım  olsa,  Axtarıb  tapar  məni. 
Axtardım,  tapammadım  (Bayatı).  Mən də  axtararam, özümə  bir 
göz
əl qız taparam. Axtarıb tapdım səni! (Ü.Hacıbəyov). 
Semantik 
əkslik münasibəti  aşağıdakı  əlamətlərin  qarşılığına 
əsaslanır.  
1.  “Əldəetmə” və  (iradi  yaxud qeyri-iradi) “əldənçıxarma” 
h
ərəkətlərinin  qarşılığına  (qazanmaq-xərcləmək/itirmək). Məsələn: 
Pulu 
əjdaha kimi qazanır,  yezid kimi xərcləyir.  Dostu  qazanmaq 
ç
ətindir,  itirmək  asan (Məsəl).  Ağbulaqdan  şəhərə  gedənlər nə 
qazanıblar, kənddə qalsa idilər, nə itirərdilər?! (Pənah Xəlilov). 
2. “S
əbəbolma” və  “nəticələnmə”  əlamətlərinə  uyğun  gələn 
h
ərəkətlərin  qarşılığına  (itirmək-itmək, axtarmaq-axtarılmaq; 
tapmaq-
tapılmaq). Məsələn: Sən  itirmisən-itib,  öz-özünə  itməyib 
ki! (Dan.). B
əziləri yerini itirib, bəziləri özləri itib (H.Zərdabi).  
3. Bir-
birini  aradan  qaldırmağa  yönəlmiş  hərəkətlərin 
qarşılığına  (itirmək-axtarmaq/tapmaq, itmək-tapılmaq). Məsələn: 
Eşşək itmişdi, ancaq tapıldı (Dan.). - Balta tapdım! - Neynədin? - 
Tapdım  da,  itirdim  də! Dəliynən  tapmaqdan  ağıllıynan  itirmək 
yaxşıdır  (Məsəl).  Qaşqa  inəyi bugün itirdim,  üç  aya  tapdım 
291 


(Tapmaca).  O,  papağını  itirir,  tapmaq  üçün bütün aləmi  axtarır 
(Dilb
ər xanım). Nə itirmisən, nə axtarırsan?! (İdiom). Səni çayaşağı 
itirim, 
çayyuxarı axtarım (Qarğış). 
 
Temperatur d
əyişikliyi bildirən feillər 
 
Temperatur d
əyişikliyi  bildirən feillər “isti” və  “soyuq” 
anlayışları  ilə  əlaqədar olaraq iki sinif əmələ  gətirir.  1.  İstilik 
bildir
ənlər (isitmək, isinmək, istiləmək;  qızdırmaq,  qızmaq, 
qızınmaq,  qızışmaq,  ərimək,  ərinmək). 2. Soyuqluq bildirənlər 
(soyutmaq, soyumaq, soyuqlamaq, s
ərinləmək,  üşütmək,  üşümək, 
dondurmaq, donmaq). B
əzi feillər aralıq (ilıq) temperaturla bağlıdır: 
ilitm
ək, ilinmək (dan.). 
Temperatur d
əyişikliyi  ilə  bağlı  olan  feillər  aşağıdakı 
semantik 
əlaqələrdə olur.  
1. Konversiv 
əkslik münasibəti. Həmin semantik əlaqə 

əyyən hərarət halına nail olmağa cəhdetmə və həmin hala düşmə 
il
ə bağlı olan hərəkətlərin qarşılığına əsaslanıb, eyni feilin təsirli və 
t
əsirsiz formaları arasında özünü göstərir (isit-isin, üşüt-üşü, qızdır-
qız(ın), soyut-soyu, ərit-əri, dondur-don, ilit-ilin).  
2.  “İstilik”  və  “soyuqluq”  anlayışlarına  uyğun  gələn  halları 
ifad
ə  edən feillərin semantik əksliyi (sərinləmək-istiləmək, 
isinm
ək/qızınmaq – soyumaq, qızdırmaq – soyuqlamaq, qızınmaq – 
s
ərinləmək,  qızdırmaq  –  soyuqlamaq). Məsələn:  Qışın  soyuğunda 
harada 
qızına bilərsən? Yayınn istisində harada sərinləyə bilərsən? 
(Ü.Hacıbəyov). Quru yer tez qızar və tez də soyuyar. Amma su gec 
qızar və gec də soyuyar (H.Zərdabi).  
3. Mü
əyyən temperatura  uyğun  maddə  halının  dəyişməsini 
bildir
ən feillərin  əksliyi (donmaq  -  ərimək/donu  açılmaq, 
dondurmaq  - 
əritmək). Məsələn: Yayda donar,  qışda  əriyər.  Oda 
qoyanda 
əriyər,  suya qoyanda donar  (Tapmaca). Səhər tezdən 
qanadlarım  dondu  [Günorta]  qanadlarımın  donu  açıldı  (“Həzrət 
Süleymanla Bilqeys” 
əfsanəsi).  
4.  Temperaturla  bağlı  olan  halların konversiv-kontrar  əksliyi 
(soyumaq-isitm
ək/qızdırmaq, qızmaq-soyutmaq, ərimək-dondurmaq, 
292 


donmaq-
əritmək). Məsələn: Çay soyuyub,  qızdır  (Dan.).  Zamanın 
könlü soyudusa, könül evini 
qızdır (Qətran). 
H
əmin məna münasibətlərinin  əksəri yanma ilə  bağlı  olan 
feill
ərə də xasdır. 
 
Yanma il
ə bağlı olan feillər 
 
Yanma il
ə  bağlı  olan  feillər yanma prosesinin müxtəlif 
m
ərhələləri ilə bağlı olan hal və hərəkətləri ifadə edir: 1. Yanmağa 
s
əbəbolma bildirənlər (od  vurmaq,  odlamaq,  alışdırmaq, 
yandırmaq). 2. Yanma bildirənlər (od  almaq,  od  tutmaq,  alışmaq, 
yanmaq
).  3.  Yanmanın  qarşısını  almağa  yönəlmiş  hərəkətləri və 
yanmanın  qurtarmasını  bildirən feillər (söndürmək, sönmək, 
keçirm
ək, keçmək, rahat eləmək, rahat olmaq). Əvvəldən iki feildən 
başqa, yerdə qalanları evfemizmlərdir. 
Yanma il
ə  bağlı  olan  feillər  arasında  aşağıdakı  semantik 
münasib
ətlərə rast gəlmək mümkündür.  
1.  Semantik  ardıcıllıq  münasibəti. Həmin  əlaqə  növü  od 
tutmaq,  od a
lmaq, alışmaq feilləri ilə yanmaq feili arasında özünü 
göst
ərir. Məsələn:  Alış  özün,  yan  özün (“Kəlləgözün  nağılı”). 
Ələsgərəm,  alışmışam,  yanıram  (Aşıq  Ələsgər). Adətim  olmuşdur 
alışıb-yanmaq (Səməd Vurğun).  
2. Semantik 
əkslik münasibəti. Həmin semantik əlaqənin 
aşağıdakı növləri var. A.Konversiv – kauzativ əkslik münasibəti (od 
vurmaq  – 
od  tutmaq/od  almaq,  alışdırmaq-alışmaq,  yandırmaq-
yanmaq, söndürm
ək-sönmək, keçirmək-keçmək, rahat eləmək-rahat 
olmaq)
.  Müq.  et.:  O  fanar  işıqlanar,  aydınladar  Şərqin  sönən, 
söndürül
ən  ülkərini (Səməd  Vurğun).  B.Konversiv-kontrar  əkslik 
münasib
əti (yanmaq-söndürməksönmək-yandırmaq). Məsələn: Bu 
od  ki,  biz  düşmüşük,  üfürməmiş  alışır;  bir yədi-qeyb gərəkdir ki, 
onu  söndür
ə  (Heydəri). Hünərin qəlbində, dilində  yanır,  Onu 
tufanlar da söndür
ə  bilməz (Səməd  Vurğun).  Söndürsən,  yanmağı 
bir d
ə  çətindir (Tofiq Bayram). B. “Yanma” və  “sönmə” 
v
əziyyətlərini ifadə edən feillərin semantik əksliyi (yanmaq-sönmək, 
yandırmaq-söndürmək  və  s.). Məsələn:  İki  fanar:  Gündüz  yanar
gec
ə sönər (Tapmaca). Söndü mənim çırağım, Yandı sənin çırağın 
293 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə