Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   88   89   90   91   92   93   94   95   96

mühüm olan aspektl
əri müvafiq hərəkətlərdən qabaq gələn  ilkin  
v
əziyyət və  onların  nəticəsi olan son vəziyyət vasitəsi ilə  təsvir 
oluna bil
ər. 
 
başlanğıc 
qurtaracaq 
1. qalxmaq 
uzanmaq ya 
oturmaq 
durmaq qalxmaq 
2. oturmaq 
uzanmaq ya durmaq 
oturmaq 
3. uzanmaq 
oturmaq ya durmaq 
uzanmaq 
 
O göst
ərir ki, müvafiq feil cütləri  “neytrallaşan”  saxta 
antoniml
ər ola bilərdi. Bundan ötrü müqayisə  edilən iki hərəkət 
üçün ilkin olan v
əziyyətlər  əlamətinin aradan  qalxdığı  şəraitləri 
t
əsvir etmək kifayət edərdi. Məsələn:  qalxmaq  və  oturmaq  feilləri 
il
ə  ifadə  edilən hərəkətlər üçün bu, “uzanmaq” əlamətidir. Onu 
aradan götürs
ək,  qalxmaq  oturaq vəziyyətdən dik vəziyyətə  keçid 
prosesi kimi, oturmaq is
ə, əksinə, dik vəziyyətdən oturaq vəziyyətə 
keçid prosesi kimi t
əsvir olunur. Lakin, semantik məlumata  
cüml
ədən  daha  geniş  dairədə  nəzarət edilməyincə,  neytrallaşma 
şəraitini xalis dil terminlərində  səciyyələndirmək olmaz (1.161-
162). 
Y.Apresyanın mülahizələri bir neçə cəhətdən qaneedici deyil. 
Birincisi,  o  yalnız  oturmaq  və  durmaq (qalxmaq)  feillərindən 
danışır,  uzanmaq  feilinin məzmunu həmin üsulla izah etməyin 
mümkün  olmadığı,  bir  növ,  üstüörtülü  qalır.  İkincisi,  bu  feillərin 
m
əzmunları semantik arasıkəsilməzlik əmələ gətirmir, ona görə də 
onlar  Y.Apresyanın  güman  etdiyi  şəkildə  bağlı  deyil.  Üçüncüsü, 
oturmaq-durmaq v
ə uzanmaq-qalxmaq əkslikləri dil faktları olduğu 
halda,  uzanmaq-oturmaq 
kimi  dil  faktı  yoxdur.  Üfüqi  istiqamətdə 
h
ərəkət bildirən feillər. 
H
ərəkət  bildirən feillərin bir qismi insan və  başqa  canlı 
varlıqların  ikiölçülü  məkanda (məsələn, düz yerdə)  baş  verən 
h
ərəkətlərini ifadə  edirlər.  Bunlar  aşağıdakılardır:  iməkləmək, 
yerim
ək, yüyürmək qaçmaq, yorğalamaq, yortmaq, getmək, gəlmək, 
aparmaq, g
ətirmək, dayanmaq, durmaq, qayıtmaq. 
B
əzi istisnaları nəzərə almaqla deyə bilərik ki, həmin feillərin 
m
əzmunları  semantik  arasıkəsilməzlik  (tematik  sıra)  əmələ  gətirir. 
282 


M
əsələn,  iməkləmək, yerimək, yüyürmək,  qaçmaq,  yorğalamaq, 
yortmaq feill
ərinin məzmunu eyni xarakterli olub, bir-birindən ifadə 
olunan h
ərəkətlərin yeyinlik dərəcəsinə  görə  fərqlənir.  Getmək  və 
g
əlmək  feillərinin məzmunu “yerimək” məzmununa söykənib, öz 
növb
əsində  aparmaq və  gətirmək  feillərinin  məzmunlarının 
bazasını  təşkil  edir.  Dayanmaq, durmaq və  qayıtmaq  feilləri, 
aparmaq  v
ə gətirmək feilləri istisna olmaqla, bütün o biri feillərin 
ifad
ə etdikləri hərəkətlərin aradan qalxdığı şəraiti bildirir. 
Üfüqi istiqam
ətdə  hərəkət bildirən feillər  arasında  aşağıdakı 
semantik münasib
ətlər özünü göstərir.  
1
.  Semantik  yaxınlıq  münasibəti. Həmin  əlaqə  növü 
im
əkləmək, yerimək, yüyürmək  kimi müxtəlif yeyinlik dərəcəsi 
bildir
ən feillərə  xasdır.  Məsələn:  Uşağın  yeriyib-yüyürən  çağıdır 
(Dan.). 
 2. Semantik 
əkslik münasibəti. Həmin əlaqə növü gəlmək və 
getm
ək, gətirmək  və  aparmaq  kimi eyni xarakterli, lakin müxtəlif 
istiqam
ətli hərəkətləri bildirən feillərə xasdır. Məsələn: Qonaq gələr 
qonşu kimi, Yenə gedər qonşu kimi (Məsəl). Mən gələndə gedirsən
M
ən  gedəndə  gəlirsən  (Rəsul  Rza).  Arşın  gətir,  bez  apar,  çuval 
g
ətir, söz apar (Məsəl). Səni bulağa susuz aparıb, susuz gətirərəm 
(İdiom). Boş aparmışdım, Dolu gətirdim (Tapmaca). Eşşəyi hər kəs 
g
ətirmişdi, o da apardı (C.Məmmədquluzadə).  
3.  Semantik  bağlılıq  (asılılıq)  münasibəti (gəlmək-gətirmək, 
getm
ək-aparmaq). Həmin  feillərdən birincilərin ifadə  etdikləri 
h
ərəkətlər ikincilərlə  ifadə  olunan hərəkətlərin  baş  verməsi üçün 
əsas  şərtdir. Ona görə  də  ikincilərin  semantik  izahı  zamanı 
birincil
ərin məzmununa isnad etmək olur: gətirmək-“gəlmək və 
özünl
ə  bir  şey  götürmək”;  aparmaq-“getmək və  özünlə  bir  şey 
götürm
ək” . Həmin feillərin semantik bağlılığı müntəzəm xarakter 
daşıyır. Məsələn: Xoş gəlmisən, səfa gətirmisən! (Nəzakət ifadəsi). 
G
ələr-gətirər, gedər-aparar! (Məsəl).  Gəlmişik,  gətirmişik  bir 
əjdaha! (Əhməd bəy Cavanşir). O gələcək, mənə özü ilə sevinc və 
f
ərəh gətirəcək (Dilbər xanım). At getdi, örkəni də apardı (Məsəl). 
M
ən özüm də  getdim  və  ev  adamını  da  apardım 
(C.M
əmmədquluzadə). 
283 


G
əlmək  və  gətirmək, getmək  və  aparmaq  feillərinin 
münasib
əti qeyd edilənlərlə  bitmir.  Gətirmək  mənşə  etibarı  ilə 
g
əlmək  feilindən düzəlmiş  təsirli  feildir.  N.Canaşia  birincini 
ikincinin h
əqiqi  növü  (действительный  залог)  hesab  edir  (2.43; 
h
əmçinin 4.247). Deməliyik ki, müasir azərbaycanlı bu iki feili artıq 
sözdüz
əltmə  münasibətində  götürmür.  Onların  sözdüzəltmə  etibarı 
il
ə  təcrid  olunmasının  bir  neçə  səbəbi var. Birincisi, gətirmək 
feilind
ə  -l  ünsürünün  düşməsi.  İkincisi,  gətirmək  feilinin  aparmaq 
feili il
ə semantik əkslik münasibətində olub, öz törədici əsasından 
m
ənaca uzaqlaşması. Bir qədər sonra görəcəyimiz kimi, gətirmək və 
aparmaq  feill
əri arasında olan semantik bağlılıq ikinci feildən ötrü 
d
ə  təsirsiz  qalmamışdır.  Bu  isə  M.Pokrovskinin  “oxşar  formalar 
eyni kateqoriyada birl
əşir və bundan sonra onların morfoloji taleyi 
eyni olur” (3.19) müdd
əasını bir daha təsdiq edir. 
Göst
ərilən feillər arasında müşahidə olunan semantik bağlılıq, 
dem
ək  olar  ki,  semantik  universallıq  kimi  bir  şeydir.  Y.Apresyan 
qeyd edir ki, yerim
ək  feilindən “səbəbolma və  subyekt” kimi 
münt
əzəm  şəkildə  ifadə  olunan mənaların  köməyi ilə  aparmaq 
(nesti) “başqasının getməsinə səbəb olmaq və özü də getmək” feili 
düz
əlir.  Minib getmək  (ехать)  feilindən eyni məna  əlavələri ilə 
mindirib aparmaq 
(везти) “başqasını mindirib aparmaq və özü də 
minib getm
ək” feili düzəlir (1.72). 
Aparmaq  feili 
alıb varmaq mürəkkəb ifadəsindən törəmişdir. 
Bu,  aşağıdakı  linqvistik  amillərin təsiri ilə  mümkün  olmuşdur. 
Varmaq 
feili  işləkliyini itirərək, öz yerini getmək  feilinə  tərk 
etmişdir.  Getmək  feili isə  varmaq  feilinə  baxmış  gəlmək  feili ilə 
daha a
rtıq fonomorfoloji ümumiliyə malikdir. Aparmaq öz törədici 
əsası ilə semantik və sözüdüzəltmə əlaqəsini itirmiş, onunla getmək 
feili arasında semantik,  gətirmək feili arasında isə semantik əkslik 
v
ə fonomorfoloji ümumilik əlaqələri meydana gəlmişdir. 
Göst
ərilən semantik əlaqə  yalnız  bu  iki  feil  cütü  ilə 
m
əhdudlaşmır.  Azərbaycan dilində  qayıtmaq-qaytarmaq, dönmək-
dönd
ərmək  feil cütlərinin tərəfləri  arasındakı  semantik  və 
sözüdüz
əltmə  münasibətləri də  bunun eynidir. Bu da hələ  hamısı 
deyil.  Axtarmaq, 
əndərmək  “tökmək”,  göndərmək  və  qondarmaq 
feill
əri də eyni yolla əmələ gəlmişlər, lakin onların törədici əsasları 
284 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə