Azərbaycan diLİNİn funksional


Heyvana aid olanlar (dölverm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   83   84   85   86   87   88   89   90   ...   96

Heyvana aid olanlar (dölverm
ə bildirmək feillər).  Bunlar 
cinsi 
əlaqə  və  doğuşla  bağlı  olan  feillərdir. Həmin feillərin 
yaranması və işlənməsində belə bir qanunauyğunluq özünü göstərir. 
Müvafiq  heyvanların  erkəyinin  adı  cinsi  əlaqə  bildirən feillərdə, 
balasının adı isə doğum bildirən feillərdə sözdüzəldici vasitələr kimi 
çıxış  edir.  Hər iki növdən olan feillər müvafiq heyvan növünün 
dişisinin  adı  ilə  işlənir. Cinsi əlaqə  bildirən, heyvana  aid feillər 
bunlardır:  buğaya  (kələyə) gəlmək  (inək),  qoça gəlmək  (qoyun), 
t
əkəyə gəlmək (keçi), kürsəyə gəlmək (it, qurd, pişik), dalaba gəlmək 
(at, eşşək). 
Dölverm
ə  bildirən feillərin bir neçə  növü var. Bunlar 
dölverm
ənin müxtəlif mərhələlərini ifadə  edir:  1. Dölverməyə 
q
ədərki vəziyyəti bildirənlər (boğaz  olmaq, yelinləmək, yetirmək).  
2.  Doğumla  bağlı  olan  hərəkətləri ifadə  edənlər (doğmaq, 
balalamaq, buzovlamaq, qulunlamaq, qoduqlamaq, quzulamaq, 
küçükl
əmək,  oğlaqlamaq).    3.  Doğumun    pozulmasını,  anormal 
olmasını  bildirənlər (bala salmaq, buzov salmaq, qulun salmaq
qoduq  salmaq,  quzu  salmaq,  oğlaq  salmaq  Qadının  ölü  uşaq 
doğması uşaq salmaq və uşaq xərc eləmək feilləri ilə ifadə olunur). 
Cinsi 
əlaqə bildirən feillər doğum bildirənlərdən fərqli tematik 
sah
ələrə mənsub olsalar da, bu iki tematik qrup arasında müntəzəm 
semantik 
əkslik əlaqəsi özünü göstərir.  Məsələn:  Gizlində buğaya 
(k
ələyə) gələn  aşkar  doğacaq  (Məsəl).  Həmçinin müq. et: Səni 
əkib-doğanın  sinəsi  dağlı  qalsın  (Qarğış).    Lənət olsun sizi  əkib-
doğanlara!  (C.Məmmədquluzadə).  Semantik əkslik münasibəti  
doğumun vasitəsiz və vasitəli iştirakçılarına aid olan feillər arasında 
da özünü göst
ərir. Məsələn: Doğduğu yox, doğuzdurduğu yox – o, 
mamaçalığı nə biləcək?! (M.F.Axundov). 
İnsana aid olanlar (nigah bildirən feillər). İnsan cəmiyyətində 
cinsi münasib
ətlər bir sıra sosioloji institutlar və qaydalarla bağlıdır. 
Bel
ə bir vəziyyət qohumluq terminlərində bir cür, nigah feillərində 
başqa  cür  öz  əksini  tapır.  Nigah  feilləri müxtəlif aidiyyətləri 
linqvistik m
ənada  reallaşdırır.  Nigah    feillərinin  aşağıdakı  növləri 
var:  1. Nigahın vasitəsiz iştirakçılarına aid olanlar (evlənmək, ərə 
getm
ək  və  s.).    2.  Nigahın  vasitəli  iştirakçılarına  aid  olanlar  (oğul 
evl
əndirmək, qız köçürmək, qız vermək, qız almaq və s.). 
268 


Nigah feill
əri  nigahda  kişi  və  qadının  iştirakının  xarakterini 
bildirm
ək üzrə  diferensiallaşmışdır.  Hər  bir  kişi  cinsinə  aid olan 
nigah feilinin qadın cinsinə aid olan müqabili var. Nigah feillərini 
el
ə həmin əlamətə görə də təsnif etmək olar. 
Bu, nigah feill
ərinin  ən  ümumi  bölgüsüdür.  Bundan  başqa,  
nigah feill
əri həmin fəaliyyətin müxtəlif mərhələlərində  iştirakın 
xarakterin
ə görə də diferensiallaşmışdır. Həmin ümumi və nisbətən 
xüsusi 
əlamətlər nigah feillərinin semantik münasibətlərində əksini 
tapır. 
Nigah feill
əri üç cür məna münasibətlərində olur.  1. Kişi və 
qadının nigahda  iştirakını  bildirmək fərqinə görə  (evlənmək - ərə 
getm
ək, arvad almaq -  ərə  gəlmək,  arvadını  boşamaq  -  ərdən 
boşanmaq).   Məsələn:    Kişi  evlənər,  qadın  ərə  gedər (Dan.).  
H
əkim mənə deyib ki, gərək arvad alam.  Həkim xalanı da görsə, 
dey
ərdi ki, ərə get (Ü.Hacıbəyov). Həmçinin müq. et: Mənim kimi 
oğul  evləndirib,  qız  köçürəsiniz  (Alqış).    2.  Nigahın  vasitəsiz və 
vasit
əli  iştirakçıları  arasında  vəzifə  bölgüsü fərqinə  görə  (ərə 
verm
ək  -  ərə  getmək,  evləndirmək  –  evlənmək).  Məsələn:  Atan 
s
əni özgəsinə ərə vermək istəyir. O cür ərə getmək mənim xoşuma 
g
əlməz (Ü.Hacıbəyov). Sən evləndirdin, mən evlənmədim?! (Dan.).  
3.  Nigahda  oğlan  və  qız  tərəflərini təmsil edənlər  arasında vəzifə 
bölgüsü f
ərqinə görə (qız vermək, köçürmək – qız almaq).  Bu iki 
k
ənd dədə-babadan bir-birinə  qız  verib  –  qız  alarlar  (“Aşıq 
Ələsgər”).  O, qızını  mənim  oğluma  vermirsə,  mən də  heç onun 
qızını  almıram  (C.Məmmədquluzadə). 4. Nigah münasibətinə 
girm
əklə nigah münasibətindən çıxmağın əksliyinə görə (evlənmək 
– 
arvadını  boşamaq,  arvad  almaq  –  arvadını    boşamaq,  ərə 
getm
ək/gəlmək-lərdən  boşanmaq).  Məsələn:  Evlənirsən  –  evlən
amma m
əni də  boşa!  (C.Məmmədquluzadə).   Nə  edim ki, həmin 
arvadı boşayım, həm də yeni bir arvad alım? (Ü.Hacıbəyov). Mən 
arvadı  boşardım, təzə  bir  arvad  alardım  (C.Cabbarlı).    Müvafiq 
kontekstual  şəraitlərdə  mürəkkəb nigah feillərinin ismi hissələri 
buraxılıb, feili hissələrin tam və yaxud ixtisar formaları bir-biri ilə 
semantik 
əlaqəyə girirlər.  Məsələn:  Mən arvad almağın da yolunu 
bilir
əm, boşamağın da (Ü.Hacıbəyov).  [Gərək] Şərəbanı bir qeyri 
şəxsə  ərə  gedə  , ona müvafiqi-qayda ilə  arvadlıq  edə  və  sonra 
269 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə