Azərbaycan döVLƏT İQTİsad universiteti nəzdində Qida Sənayesi Kolleci (tədris müəssisəsinin adı) Təsdiq edirəm: Tədris işləri üzrə direktor müavini : Əfəndiyev T. (imza, soyadı, adı) “14” fevral 2023 –cü IL Fənn sillabusu



Yüklə 151,5 Kb.
səhifə14/37
tarix04.05.2023
ölçüsü151,5 Kb.
#108436
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
Çöküntülərin olması suyun keyfiyyətini səciyyələndirən göstərici kimi qiymətləndirilir. Bu məqsədlə açıq su hövzəsindən silindrə 30 sm hündürlükdə su tökülərək bir saat, yeraltı sulann müayinəsi zamanı isə- bir sutka sakit saxlanılaraq çöküntünün olması kəmiyyət və keyfiyyətcə yoxlanılır.

Mühazirə-5.İçməli suyun ümumi sanitariya
cəhətdən qiymətləndirilməsi.


Patogen mikroorqanizmlərlə çirklənmiş su həmişə insan və heyvaniann infeksion xəstəliklərin törədiciləri ilə yoluxmasının əsas mənbəyi hesab olunur. 1892-ci ildə Hamburq şəhərində əvvəlcə dəniz limanı işçiləri, sonra isə şəhər əhalisi arasında çox güclü vəba epidemiyası baş vermiş, hər gün looo nəfər xəstələnmiş və onların əksəriyyəti vəfat etmişdir. Əhalinin yoluxmasının əsas səbəbi isə Elba çayından şəhərə gətirilən fıltrasiya olunmamış və zərərsizləşdirilməmiş içməli su olmuşdur. 1908-1909-cu illərdə vəba, 1923-cü ildə isə qarın yatalağı epidemiyalan Peterburqda xeyli insan tələfatı törətmişdir. Böyük Britaniyada 1911- 1934-cü illərdə baş vermiş 21-ə qədər su ilə keçən bağırsaq infeksiyalan epidemiyalan lo 000 adamın xəstələnməsi və onlann əksəriyyətinin ölümü ilə nəticələnmişdir. 1933-cü ildə Çikaqoda keçirilən beynəlxalq sərginin İştirakçıları iki mehmanxanada Entamoeba histllitika ilə yoluxmuş içməli su ilə amöb dizenteriyası (amöbioz) epidemiyasına yoluxmuş 900 nəfər adamın 50 nəfəri həlak olmuşdur. XIX əsrdə baş verən bütün müharibələrdə cəmi 19 mln adam öldüyü halda təkcə vərəm xəstəliyindən ondan 2 dəfə artıq insan ölmüşdür. Həmin insanlann əksəriyyətinin ölümünə səbəb isə vərəm törədicisi ilə sirayətlənmiş hava və su olmuşdur. Göründüyü kimi çirklənmiş su təhlükəli epidemiya və epizootiyalarm yayılmasında olduqca böyük rol oynayır. Müəyyən edilmişdir ki. Dünya üzrə hər s saniyədən bir su ilə keçən epidemiya baş verməklə, bu zaman bir saatda 450, bir gündə 10800, bir ayda 2 milyon 592000 uşaq ölür. İnsanlann və heyvanlann sağlamlığını qorumaq üçün içməli suya müəyyən gigiyenik tələblər qoyulur, çünki suyun tərkibində müxtəlif mexaniki qati- şıqlar, həll olmuş üzvi və qeyri-üzvi, həmçinin zəhərli maddələr və s. ola bilər ki, bunlar da insanlarda və hej ^anlarda müxtəlif xəstəliklər törədir. Su ilə orqanizmə parazitar və helmintoz xəstəliklərin törədiciləri (yumurtalan, sürfələri, sistalan) keçə bilir. Belə xəstəlik törədicilərinə amöb di- zenteriyası, parazit infuzorlan, balıqlann ifüoftriozu, fassolyoz, dikro- sellyoz, opistorxioz, lentşəkilli və yumru qurdlar tipinin bir çox nümayəndələri, tel şəkillilər, həlqəvi qurdlar tipinin nümayəndələri (zəlilər sinfi) və s. aiddir. Suda mineral maddələrin və mikroelementlərin çoxluğu və ya azlığı insanlarda və heyvanlarda bir sıra yoluxmayan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bundan başqa, sənaye müəssisələrindən çıxan çirkab sulan ilə içməli suya zəhərli maddələr qanşaraq insan və heyvanlann zəhərlənməsinə səbəb olur. Zəhərli maddələr suyun üzvi maddələrlə çox çirklənməsi nəticəsində əmələ gəlir. İçməli və təsərrüfat üçün istifadə edilən sular sanitariya-gigiyena cəhətdən tamamilə nöqsansız olmalıdır. Su mənbələrinin patogen mikroorqanizmlərlə, helmint sürfələri və zəhərli maddələrlə çirklənməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirləri həyata keçirilir. Bunlara çirkab sulannm zərərsizləşdirilməsi, su mənbələrinin üzərində ciddi nəzarətin qoyulması, sudan düzgün istifadə edilməsi, içməli sulann təmizlənməsi, yaxşılaşdmiması, zərərsizləşdirilməsi və s. aiddir. Son zamanlar çay və dənizlərin sulanndan kənd təsəiTüfatmm bəzi sahələri üçün (yasaqlıqlar, balıq ehtiyatlan və s.) istifadə edilməsi problemi qarşıya qoyulmuşdur. Yaşayış və heyvandarlıq təsərrüfah binalannda isə təchizatın mexanikləşdirilmə- sinin çox böyük sanitar-gigiyenik, iqtisadi və ekoloji əhəmiyyəti vardır. Su təchizatının mexanikləşdirilməsi nəticəsində əmək məhsuldarlığı artır, bütün istehsal proseslərinin normal gedişi təmin olunur, heyvanlann məhsuldarlığı yüksəlir, işçilərin mədəni-məişət şəraiti yaxşılaşır, su üzərində nəzarət işi, suyun təmiz saxlanması və s. təmin edilir.
Suyun tərkibi və keyfiyyəti onda həll olan mineral və üzvi birləşmələrdən (qazlar, turşular, oksidlər, duzlar), bioloji və bakterioloji amillərdən-mikroblar, helmint sürfələri, bitkilər, ibtidai canlılar və s. asılıdır. Müxtəlif qatışıqlar suyun fiziki, kimyəvi xassəsini və bioloji tərkibini dəyişir, suyun bu xassələri isə onun hansı məqsədlə (texniki, təsərrüfat, içmək) istifadə olunmasını müəyyən edir. Suyun tərkibini və xassələrini onun fiziki, kimyəvi və bakterioloji analizinə görə öyrənmək olur. Su mənbəyinin və suyun keyfiyyəti müəyyən edilir. Su mənbəyində ətraflı yerli yoxlama və ətraf mühitin analizinin aparılması və laboratoriya şəraitində apanlan fiziki, kimyəvi və bakterioloji analizlərin nəticəsinə görə. Yerli yoxlama aparmazdan əvvəl seçilmiş su mənbəyinin təsərrüfatın suya olan ehtiyacını təmin edə bilməsini müəyyən etmək lazımdır. Əgər su mənbəyi təsərrüfatı su ilə təmin edə bilərsə onda su mənbəyi və suyun keyfiyyəti sanitariya cəhətdən yoxlanılmalıdır. Suyun ayn-ayrı amilləri - fiziki, kimyəvi və ya bakterioloji xassələri çox dəyişkən olduğundan suda müəyyən edilən hər bir göstərici suyun qiymətləndirilməsi üçün əsas amil hesab oluna bilməz. Buna görə də suyun nəinki laboratoriya analizi, habelə suyun genezisi haqqında məlumat toplanılmalıdır. Bununla da suya qanşmış hər hansı bir amilin haradan və hansı yolla suya düşməsi, onun su mənbəyi üçün xas və ya təsadüfi olması, suyun çirklənməsi və s. aydmiaşdmhr. Bunlar isə su mənbələrində yerli yoxlama aparmaqla müəyyən edilir. Yerli yoxlanışda su mənbəyinin şəraiti, dərinliyi, havanın vəziyyəti, yerin coğrafi quruluşu, torpağın səthi və dərin laylann xarakteri, su mənbəyi ilə əlaqədar olan və ya onun çirklənməsinə təsir göstərən amillər - çirkab sulan, yaşayış məntəqələri, müxtəlif müəssisələr, peyin anbarları, fermalar, qəbiristanlıqlar, zibil tökülən yerlər və s. və su qurğulannm vəziyyəti yoxlanılmalıdır. Suyun fiziki-kimyəvi və bakterioloji analizi üçün su nümunəsi götürülməlidir. Kimyəvi və bakterioloji analiz azı ildə iki dəfə (yaz və yayda) aparılmalıdır. Müayinə zamanı bir- birini inkar edən nəticələr aimmadıqda analiz bir neçə ay ərzində- apreldən dekabra qədər apanimahdır. Dövlət standartına (7874-73) görə içməli sulara mənbəyindən asılı olaraq aşağıdakı gigiyenik tələblər verilir:
1. Suda patogen mikroblar olmamalıdır;
2.1 ml suda mikroblarm miqdan 100-dən, koli-indeks 3-dən artiq, koli-titr isə 300 ml-dən az olmamalıdır;
3.11 suda qurğuşun 0,1 mq, arsen 0,50 mq, flüor 0,5 mq, mis 3 mq. fenol 0,001 mq-dan artıq olmamalıdır. Suda civə, barium, xrom və s. zəhərli maddələrin olması qəti yolverilməzdir;
4. Artezian suyunun 1 ml-də 10-100-dən artıq bakteriya olmamalı, koli-titri isə 200-300 ml olmalıdır. Açıq su hövzələrində suyun reaksiyası neytral (pH 7,07) olmalı, 1 1 suda quru qalıq 600-1000 mq, nitratlar 15-20 mq, xloridlər 30-50 mq, sulfatlar isə 60 mq, dəmir və manqan o,ı-ı mq-dan artıq olmamalıdır. Ammonyak və nitritlərin isə yalnız izi olmalıdır. Suyun oksidləşməsi 2-5 mq, codluğu 20-25%, koli-titri 200-300 ml olmalıdır. İmi suda 100-300- dən artıq bakteriya olmamalıdır. Əlbəttə, bu rəqəmlər suyun sanitariya cəhətdən qiymətləndirilməsində təqribi xarakter daşıyır. Ümumiyyətlə, suyun fiziki, kimyəvi və bakterioloji tərkibi mümkün qədər sabit olmalıdır.

Yüklə 151,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə