Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


Mövzu 19. İnsanın fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   12   13   14   15   16   17   18   19   20
Az rbaycan d VL t neft v S naye universiteti

 
Mövzu 19. İnsanın fəlsəfəsi 
 
İnsan materiyanın inkişafının, Yer kürəsində canlı təkamül prosesinin ən böyük 
nəticəsidir. İnsan sirli aləmdir. İnsan maddi-praktiki fəaliyyətin subyektidir. Fəlsəfi 
fikir tarixində insan problemi. İnsan probleminin fəlsəfi araşdırılmasının 
spesifikliyi və aktuallğı. Fəlsəfədə insan konsepsiyası insan haqqında elmlərin 
əsasıdır. İnsanın təbiəti, mahiyyəti və vəzifələri. İnsan mahiyyətinin çoxölçülü 
xarakteri. İnsanın islam konsepsiyası. Azərbaycan fəlsəfi fikir tarixində insan 
problemi.
Antropososiogenez problemi. Əməyin genezisi; əmək aləti düzəltmək 
fəaliyyəti. Antropososiogenezin əmək izahının müsbət rolu və ziddiyyətliliyi. İnsana 
bənzər meymun ilə zəkalı insan arasında keçid tipinin yoxluğu. Dilin ictimai-yaradıcı 
funksiyası. Ailə-nigah münasibətlərinin tənzimlənməsi. Endoqamiya, aqamiya və 
ekzoqamiya. 
İnsanın əcdadı kimdir? İnsanın mənşəyi haqqında Teyyar de Şardenin təlimi. 
İnsana keçid morfoloji dəyişikliklər deyil, daxili aləmdə baş verən keçiddir. 
İnsanabənzər mövcudatın inkişafı gedişində xarici həyat fəaliyyətinin daxili 
subyektiv istiqamət alması. İnsanın mənşəyinə dair Darvinin təkamül təlimi. Əmək 


tələbatdan yaranır, əmək fəaliyyəti insanın özünün, dilin, təfəkkürün və s. inkişafıdır. 
Əmək genetik irsiyyətdən sosial varisliyə keçidi təmin edir. Heyvan sürüsü və ibtidai 
qəbilə icması. İlk əxlaqi-ictimai qadağalar antropososiogenezin amilidir.
İctimai münasibətlərin yaranması və onların bioloji münasibətlərdən fərqi.
İnsanın mövcudluğu anlayışı. İnsan psixososial fenomendir. İnsan mövcudluğuna 
dair ekzistensialist baxış.
İnsanda təbii (bioloji) və ictimai (sosial) tərəflər. İnsanın sırf bioloji və sırf 
ictimai izahına münasibət. S.Uilsonun sosiologiya təlimi. İnsanın vulqar sosioloji 
izahının tənqidi. Antiutopik baxışlar. İnsanda bioloji və sosialın vəhdəti. Elmi-
texniki tərəqqi dövründə insanın biologiyası. Psixioanaliz və insan problemi.
Antropososiologiyada rasionalizm. İnsanın varlığı və davranışı onun şüurlu 
həyatının ifadəsidir. Antropososiologiyada şüurluluq və şüursuzluq (freydizm).
İnsanın mənəvi təcrübəsində həyat və ölüm problemi. Həyatın mənası. Ölüm 
və ölməzlik. İnsan həyatının qiymətləndirilməsində pessimizm. Həyatın mənasının 
dini izahı. İnsan necə, nə qədər və nəyin naminə yaşamalıdır. İnsanın «ölmək 
hüququ». Ölüm probleminə müxtəlif münasibətlər. Paternalizm və antipaternalizm. 
Eftanaziyanın sosial-mənəvi mahiyyəti.
Fərd, fərdiyyət və şəxsiyyət anlayışları. Şəxsiyyətin sosial mahiyyəti.
Şəxsiyyətin tipologiyası. Şəxsiyyət və onun cəmiyyətdəki rolu. Tarixi şəxsiyyətin 
əsas göstəricisi onun dövrün tələblərinə uyğun xalqı səfərbər etməsidir. Şəxsiyyətin 
hərəkət və fəaliyyətinin sosial-tarixi şərtlənməsi. Siyasi rəhbərin fəaliyyətinin əsas 
göstəriciləri. Görkəmli elm və mədəniyyət xadimlərinin tarixi prosesdə rolu. 
Xarizmatik tarixi şəxsiyyət problemi. Cəmiyyət, şəxsiyyət münasibətlərinin tarixi 
formaları. Fərd ilə cəmiyyətin bir-birinə qarşı müstəqilliyi. Fərd şəxsiyyətdir
cəmiyyət şəxsiyyət deyil. 
İnsan və cəmiyyətin qarşılıqlı münasibətinin tarixi tipləri. Şəxsi asılılıq 
münasibətləri. Şəxsiyyətin hüquq və vəzifələri. Nəzəriyyə və reallıq. Hüquqi dövlətdə 
şəxsiyyət.
Tarixi zərurət və şəxsiyyət azadlığı. Şəxsiyyətin azadlığı, hüquq və vəzifələri 
ilə məsuliyyətin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir dövrdə 
şəxsiyyət azadlığı və cavabdehlik. 
Fəlsəfə, insan və bəşəriyyət. İnsan və kainat. Sosial dəyərlər, onların mahiyyəti 
və cəmiyyətdə rolu. Sosial dəyərlərin təbiəti haqqında baxışlar. Dəyərlərin sosial 
şərtlənməsi. Sosial dəyərlərin təsnifatı: qnoseoloji, etik və estetik dəyərlər. Azadlıq və 
milli müstəqillik ən ali dəyərdir. Aksiologiya və müasirlik. Şəxsiyyətin 
sosiallaşmasında dəyərlərin rolu. Şəxsiyyətin dəyərlər oriyentasiyasına müasir dövrün 
təsiri. Dəyərləri qorumaq və inkişaf etdirməyin zəruriliyi. Tarixi keçmişə və mili 
ənənələrə hörmət dövrün mühüm vəzifəsidir. İslamın ümumbəşəri əxlaqi dəyərləri.

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə