Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 18. İdrak. Elmi idrakın metod və formaları



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 18. İdrak. Elmi idrakın metod və formaları 
 
İdrak fəlsəfi təhlilin predmetidir. İdraka fəlsəfi yanaşmanın spesifikliyi. İdrak 
insanın aləmə sosial vasitəli, tarixən inkişaf edən münasibətidir, dünyanın dərk 
edilməsi, biliyin zənginləşməsi prosesidir. İdrakın obyekti və subyekti. İdrakda 
subyektlə obyektin qarşılıqlı təsiri. İdrak nəzəriyyəsi (və ya qnoseologiya, idrakın 
fəlsəfəsi) idrakın təbiətini və onun imkanlarını, biliyin reallığa münasibətini, idrakın 
həqiqiliyini və dəqiqliyini aydınlaşdırır. Qnoseologiyanın predmeti. Qnoseologiya və 
ontologiya. Qnoseologiya elmi idrak haqqında təlimdir. Dünyanın dərk olunmasının 
prinsipi. Skeptizm aqnostisizmin qnoseologiyası.
Fəlsəfənin inkişafında idrak probleminə münasibət. İnsanın nəzəri və praktiki 
fəaliyyətində idrakın rolu. İdrak və bilik. Biliyin strukturu. Bilik, inikas, informasiya. 
Biliyin məzmunu və strukturu. Biliyin müxtəlif formaları və idrakın fəaliyyəti. 
İdrakın əsas formaları.
Hissi idrak subyektin sosial-tarixi fəaliyyətidir, dünyanın dərk edilməsi 
prosesində onun rolu. Hissi idrak və onun formaları: duyğu, qavrayış, təsəvvür – 
idrak prosesində onların rolu. Hissi inikasda obraz və işarənin vəhdəti. İnsan 
idrakında gerçəkliyin hissi inikasının rolu.
Rasional idrak gerçəkliyin inikasının keyfiyyətcə yeni pilləsidir. Rasional 
idrakın əlamətləri. Abstrakt təfəkkürün inkişafında dilin rolu. Abstrakt – fikri inikasın 
əsas formasıdır.
Məntiqi idrakın əsas formaları. Anlayış, hökm və əqli nəticə, onların idrakda 
rolu.
Hissi və rasional idrakın vəhdəti. Sensualizmin (empirizmin) və rasionalizmin 
bitərəfliliyi. 
Yaradıcılıq anlayışı. Yaradıcılıq və intuisiya. Kəşf və ixtira zəkanın 
yaradıcılığının mühüm formasıdır. Fəlsəfi fikir tarixində yaradıcılığa münasibət. 
Yaradıcılığın müasir elmi şərhi. Yaradıcılıq insanın öz işinə mənliyini, ruhunu daxil 
etməsidir. Yaradıcılığın qeyri-adi və sehrli xarakteri. Özünüdərk və özyaradıcıılıq 
şəxsiyyətin yaradıcılığının mühüm istiqamətidir.
İntiusiya və ititəfəkkürlülük. İntuisiyanın növləri. İntuisiyanın baş vermə 
mexanizminin əsas mərhələləri. İtiağıllılıq və yaradıcılıq. Yaradıcılıq və intuisiyanın 
idrakda rolu. Mübahisə və arqumentləşdirmə. İdrakda izahetmə və anlama, onların 
fərqli cəhətləri.
Həqiqət anlayışı. Həqiqətin aspektləri və formaları. Həqiqət – yalan və 
yanılmalar. Həqiqətin yalandan fərqləndirilməsi problemi. Həqiqət qonseoloji 
problemdir. Təbii-elmi idrakda reallıq problemi və obyektiv həqiqət. Obyektiv 
həqiqət və reallığın səviyyələri. Həqiqət məzmunca obyektiv, formaca subyektivdir. 
Mütləq və nisbi həqiqətlər, onların dialektikası. Həqiqət, qiymət, dəyər: həqiqəti 
stimullaşdıranq və təhrif edən amillər. Həqiqətin evristik xarakteri. Həqiqətin 
konkretliyi və həqiqətin meyarları. Praktika biliyin həqiqiliyinin əsas meyarıdır.
Praktika insanın maddi sistemlərə fəal qarşılıqlı təsiri və məqsədyönlü 
fəaliyyətidir. Praktikanın idraka və fəaliyyətin formalaşmasına təsiri. Praktika insanın 
dünyaya münasibətinin spesifik üsuludur. Praktikanın genezisi. Qnoseoloji fenomen 
kimi praktikanın mühüm xüsusiyyətləri – müəyyən məqsədə yönəldilmə, predmet – 


hissi xarakteri, maddi sistemin yaradılması.Praktikanın formaları: ictimai istehsal, 
ictimai-siyasi, elmi-təcrübi, tibbi, ailə-məişət, gündəlik, təsərrüfat və s. Praktika 
idrakın əsası, hərəkətverici qüvvəsi, həqiqətin meyarı və məqsədidir. Praktikanın 
qnoseoloji funksiyaları – bazis, determinasiya, meyar və məqsədyönlü fəaliyyət.
Heyvanların davranışı və insanların praktiki fəaliyyəti. Praktika – insanın 
ictimai həyat fəaliyyətinin bütün formalarının əsasıdır. Davranış və fəaliyyət. Həyat 
fəaliyyətinin digər formalarına münasibətdə praktikanın inteqrativ funksiyaları. 
Praktikanın fəaliyyətinin strukturu və onun əsas formaları. Praktika obyektiv və 
subyektiv tərəflərin vəhdətidir. Praktiki fəaliyyətin formaları. Texnika və texniki 
fəaliyyət. Biliyin idraki praktiki tərəfləri. Bilik və dəyər.
Elm idrakın spesifik formasıdır. Elm obyektiv və ictimai faydalı biliklər 
sistemidir. Elmin funksiyaları. Elm konqnitiv və sosioloji fəaliyyətdir. Elmi biliyin 
əsasları. Elmin fəlsəfi əsasları. Elmin etikası. Elmi biliklər və etik tələblər. Elmin etik 
normaları. Elmin humanistləşməsi problemi. Dünyanın elmi mənzərəsi. Elmi idrak və 
onun spesifik cəhətləri: elmi idrakın obyektivliyi və predmetliyi dünyanın əməli 
olaraq mənimsənilməsinin gələcək üsul və formalarının proqnozlaşdırılması. Elmi 
təfəkkürün üsulları, metodları və formaları. Analiz və sintez. Abstraktlaşdırma və 
ideallaşdırma. Elmi idrakın empirik və nəzəri səviyyələri və onların strukturu. İdeal 
nəzəri modellər. Fundamental prinsiplər və qanunlar. 
Empirik tədqiqatın metodları: müşahidə, eksperment, induksiya, analogiya, 
təsnifat.
Nəzəri tədqiqatın metodları: deduksiya, modelləşdirmə, aksiomatika, 
formalaşdırma. Elmi nəzəriyyənin qurulmasının metodları: abstaktdan konkretə 
yüksəlmə, tarixi və məntiqilik, sistemlilik. Elmi idrakın forma və vasitələri: problem, 
prinsip, ideya, hipoteza və nəzəriyyə.
Kompüter və fəlsəfə.

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə