Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 14. Cəmiyyətin sosial və siyasi həyatı



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

 
M ö v z u 14. Cəmiyyətin sosial və siyasi həyatı 
 
Cəmiyyətin sosial strukturu. Sinif, sosial qrup və sosial təbəqə anlayışları. 
Siniflərin yaranması haqqında müxtəlif baxışlar. Müasir dövrdə sosial struktda olan 
dəyişikliklər: sosial təbəqələşmənin dərinləşməsi, fermerlər, kooperatorlar, 
biznesmenlər, sahibkarlar və başqa qrupların yaranması. Ziyalılar və qulluqçuların 
sosial həyatında yeniliklər. Sosial strukturda sosial-ərazi birliklərinin rolu. Müasir 
urbanizasiya prosesləri, cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.
Cəmiyyətin sosial strukturunda ailənin yeri. Ailə cəmiyyətin və sosial 
strukturun təkrar istehsalının mənbəyidir. Ailənin tarixi inkişafı. Müasir cəmiyyətdə
ailənin funksiyaları. Ailə, nigah və sevgi münasibətləri. 
Müasir cəmiyyətin siyasi strukturu. Cəmiyyətin siyasi təşkili. Fəlsəfə siyasi 
həyatın dərk olunması metodologiyasıdır. Siyasi sistemdə dövlətin yeri və rolu. 
Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr. Dövlətin tarixi tipləri, əlamətləri, 
funksiyaları və idarəetmə formaları.
Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokraptik siyasi rejimlər. 
Demokratik cəmiyyətin siyasi quruluşu. Müasir Azərbaycan cəmiyyətində 
demokratikləşmənin inkişafı.
Hüquq anlayışı. Hüquq və sosial ədalət prinsipi. Vətəndaşların hüquqları, 
vəzifələri və məsuliyyəti. Hüquqi dövlət, demokratizm, qanunun aliliyi və şəxsiyyət 
azadlığı dövlətin əsasıdır. Müasir Azərbaycan və hüquqi dövlət quruculuğu.
Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası. Qanunverici, icra 
məhkəmə hakimiyyəti, partiyalar, ictimai-siyasi hərəkatlar və təşkilatlar, onların 
demokratikləşmə prosesində iştirakı. Siyasi aksiologiya. Siyasi fəaliyyətdə mənəvi 


əxlaqi və ümumbəşəri normalara riayət etməyin zəruriliyi. Müasir Azərbaycan 
cəmiyyətində siyasi sistemin təkmilləşməsinin əsas istiqamətləri. 
İctimai-iqtisadi formasiya anlayışı. İctimai-iqtisadi formasiyalar haqqında 
müxtəlif baxışlar. İctimai-iqtisadi formasiyayanın strukturu. İctimai-iqtisadi 
formasiyaların tipləri: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm 
ictimai-iqtisadi formasiyaları. 
İctimai tərəqqi anlayışı cəmiyyətin inkişaf istiqamətlərinin fəlsəfi fikirdə 
müxtəlif izahı. İctimai tərəqqinin obyektiv meyarı və tipləri. Bəşər tarixinin mənası 
və istiqamətinə dair müasir konsepsiyalar: kulturoloji yanaşma, ekzistensial baxış, 
antitarixilik. 
Sosial həyatın ayrı-ayrı tərəflərində inkişafın qeyri-bərabərliyi və tərəqqinin 
ümumi meyarını müəyyənləşdirməyin çətinliyi. Azadlıq ictimai tərəqqinin ümumi 
meyarı və məhsuludur. Dünya tarixi prosesinin vəhdəti və rəngarəngliyi. Müasir 
dövrdə ictimai tərəqqidə ümumbəşəri inteqrativ keyfiyyətlərin artması meyli. Elmi-
texniki, ictimai və mənəvi tərəqqi arasında qarşılıqlı əlaqə.

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə