Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   2   3   4   5   6   7   8   9   10   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

 
 


M ö v z u 10. Varlıq və materiyanın fəlsəfi anlamı 
 
Varlıq probleminin həyatı kökü və onun fəlsəfi mənası. «Geçəklik», «reallıq», 
«mövcudluq» anlayışları. Obyektiv və subyektiv reallıq onların tarixi reallığının 
vəhdəti. Şüur və təbiət aləminin varlıqla xarakterizə olunması. Varlıq probleminin 
aspektləri: 1) Dünya var olmuş və olacaqdır; 2)Dünyanın varlığı onun vəhdətinin 
ilkin şərtidir; 3) Dünya varlığın məcmusudur. 
Varlıq ən ümumi reallıqdır və fəlsəfənin əsas kateqoriyasıdır. Fəlsəfənin 
inkişafı tarixində varlıq probleminə münasibət. Varlıq haqqında düşüncələrin 
spesifikliyi. Varlığın «mövcud olma» ilə əlaqəsi. Varlıq və qeyri-varlıq. Varlığın dini 
izahı. Varlığın əsas formaları və dialektikası. Şeylərin, proseslərin və təbiət 
hallarının varlığı, insanın varlığı, mənəvi vaprlıq, sosial varlıq. Varlığın ziddiyyətli 
mahiyyəti, onun dəyişkən və daimi olması ideyası. Kainta haqqında elmi və fəlsəfi
təsəvvürlərin təkamülü. 
Varlıq və materiya anlayışlarının münasibəti. Substansiya anlayışı. Materiya 
kateqoriyası və onun fəlsəfə üçün fundamental əhəmiyyəti. Materiya haqqında 
fəlsəfi təsəvvürlərin inkişafı. Ruh və materiya. Şüur və materiya, onların mütləq 
əksliyi. Matğeriya anlayışının qnoseoloji və substansional tərfələri. Təbiətşünaslıqda
inqilab və mexanisizmin iflası. Dünyanın elektromaqnit və Kvant mexanikası 
mənzərəsinin formalaşması. Materiyanın məhvedilməzliyi və tükənməzliyi. Kainatın
istilik ölümü nəzəriyyəsinin əsassızlığı. 
Müasir elm materiyanın quruluşu və xassələri haqqında. Cansız təbiətin təşkili 
səviyyələri. Elementlər hissəciklər və onların tərkibi haqqında müasir elmi
təsəvvürlər. Fiziki vakkum, atom, plazma, ulduzlar, molekul, planet, qalaktika 
metaqalaktika anlayışları. Materiyanın kosmik səviyyəsi. 
Bioloji və ictimai səviyyədə materiyanın quruluşu haqqında baxışları. 
Hüceyrəyəqədərki səviyyə, tək və çox hüceyrəli orqanizmlər. Orqanizmdən 
yüksəkdə duran səviyyələr. Biosfer çərçivəsində insan cəmiyyətinin inkişafı. Sosial
həyatda materiyanın struktur səviyyələri: fərd, ailə, kollektiv, sosial qrup, millət, 
dövlət və cəmiyyət. Metasosial səviyyəsinin mümkünlüyü. Müasir elm dünyanın
maddi vəhdəti və müxtəlifliyi haqqında. Materiya haqqında elmi təsəvvürlərin 
(fiziki, bioloji, astronomik və kosmoloji) təkamül gedişində bir sıra yeni struktur 
səviyyələrin aşkara çıxarılması. 
Hərəkət anlayışı, materiya və hərəkətin vəhdəti. Hərəkətin tipləri. Sabitlik və 
dəyişkənlik. Hərəkət, inkişaf anlayışları. Fasiləlilik və fasiləsizlik. Energetizm 
təliminin əsassızlığı. Hərəkət və sükunətin dialektikası. Materiyanın hərəkətinin əsas 
formaları. Onların xüsusiyyətləri və qarşılıqlı əlaqəsi. Mexanizmin və 
reduksionizmin tənqidi. Təbiətşünaslığın nailiyyətləri əsasında hərəkət formaları
haqqında baxışların zənginləhməsi və inkişafı. 
Məkan və zaman anlayışları, onların fəlsəfi mənası.Məkan və zaman 
haqqında müasir nəzəriyyələr və onların fəlsəfi əhəmiyyəti. Məkan, zaman və
hərəkət arasında qarşılıqlı əlaqə. Məkan və zaman ölçülüyü, sonluğu və sonsuzluğu 
problemi. Məkan və zaman substansional və relyasional konsepsiyaları. Nisbilik 
nəzəriyyəsi və məkan və zaman haqqında təsəvvürlərin yeniləşməsi. Bioloji məkan 


və zaman. Cansız təbiətdə, üzvi aləmdə və sosial proseslərdə məkan və zaman, 
onların keyfiyyət müxtəlifliyi. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə