Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   2   3   4   5   6   7   8   9   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

 
 
 
 
 


M ö v z u 6. Qədim Azərbaycanda fəlsəfə 
 
Azərbaycan qədim ibadətgah məskənidir. Qədim Azərbaycanda dini –idealist 
fəlsəfənin meydana gəldiyi tarixi şərait.
Zərdüştlük – ilk monoteist dinlərdən biridir. Zərdüşt təliminin əsas prinsipi – 
xeyir və şər başlanğıclarının mübarizəsidir. Zərdütün əkinçi əməyi, oturaq maldarlıq 
və güclü hakimiyyət ideyası. «Doğru fikir», «Doğru söz», «Doğru əməl» amilləri. 
Zərdüştlükdə tarixin inkişaf xəttinin proses kimi qəbul edilməsi. Cənnət və cəhənnəm 
haqqında baxışlar. Oda pərəstiş.
«Avesta» kitabı – zərdüştlüyün müqəddəs kanonudur. «Avesta»nın strukturu 
və əsas müddəaları – «Avesta» dakı dualizm. Xeyir və ədalətin şər üzərində qələbəsi 
– «Avesta» nın ana xəttidir. Müasir dünyada zərdüştlük.
Manilik və onun dualist xarakteri. İşıq və qaranlığın mübarizəsi ideyası. 
Manilikdəki asketizm. Manilikdə axirət dünyası ideyası. «Üç zaman» sistemində 
inkişaf.
Məzdəkilik və onun manilikdən fərqli cəhətləri. Məzdək sosial bərabərsizliyin 
kökləri və məhv edilməsi yolları haqqında. İşığın zülmət üzərində qələbəsini təmin 
etmək ideyası. Məzdəkilikdə utopik sosialzm ünsürləri.
M ö v z u 7. Orta əsrlər Azərbaycan fəlsəfəsi 
 
Azərbaycanda islam dinin yayılması mühüm tarixi hadisədir. «Quran» islam 
dinin müqəddəs kitabı, orta əsrlərin ən böyük mədəniyyət abidəsidir. «Kitabi – Dədə 
Qorqud» Azərbaycanın qəhrəmanlıq epopeyasıdır.
«Saflıq qardaşları» nın fəlsəfəsi. Onların varlıq təlimi, idrak nəzəriyyəsi və 
sosial baxışları.
Ə.Bəhmənyarın fəlsəfəyə, məntiqə, metafizikaya və təbiətşünaslığa dair 
traktatları və bu traktatlardan fəlsəfənin nəzəri məsələlərinin tədqiqi. Bəhmənyarın 
varlıq təlimi. Onun kosmologiyası. Bəhmənyarın idrak nəzəriyyəsi. Bəhmənyarın 
məntiqi və etik baxışları.
Eynəlquzat Miyanəçi dövrünün panteist filosofudur. Onun varlıq haqqında 
təlimi və bu təlimin idrak nəzəriyyəsi ilə bağlılığı. Filosofun fəlsəfəsində 
dialektikanın rüşeymləri. 
Şihabəddin Sührəvərdi işraqilik fəlsəfəsinin banisidir. Varlıq təlimi. 
Sührəvərdinin fəlsəfəsində emansipasiya nəzəriyyəsi. Psixika məsələləri və idrak 
nəzəriyyəsi. Sührəvərdinin ictimai-siyasi baxışları. 
Siracəddin Urməvinin varlıq təlimi. Onun fəlsəfəsində materiya, forma cisim, 
məkan, zaman, kəmiyyət və keyfiyyət kateqoriyalarının izahı. Məntiq təlimi. 
Urməvinin ictimai-siyasi baxışları. 
N.Tusi – böyük ensiklopedik alim, görkəmli filosofdur. Tusinin ədəbiyyat, 
onun predmeti və cəmiyyətdə yeri haqqında baxışları. Tusinin fəlsəfi sistemində 
varlıq təlimi. Təbiətşünaslıq məsələləri. Tusinin fəlsəfəsində şüur problemi. Tusinin 
məntiqi. «Əxlaqi-Nasiri» əsərində etik-əxlaqi məsələlərin tədqiqi. Tusinin ictimai-
siyasi baxışları. 


Mahmud Şəbüstərinin panteizmi. Onun varlıq təlimi. Şəbüstərinin idrak 
nəzəriyyəsi. «Gülşən-e-raz» əsərində təfəkkürə dair fikirləri. Şəbüstərinin etikası.
Azərbaycanın orta əsrlər poetik fəlsəfəsi. Xaqaninin dünyagörüşünün idealist 
xarakteri. Bəşər mədəniyyəti xəzinəsinə parlaq töhfələr bəxş etmiş N.Gəncəvinin 
«Xəmsə» sində fəlsəfi fikirlər. Onun Allah, mövcudat, insan və cəmiyyət, elm və 
idrak həqqında fəlsəfi baxışları. 
Hürufilik fəlsəfəsinin ideoloqu olan Nəsiminin panteist fəlsəfəsi. Onun fəlsəfi 
təlimində insan anlayışının şərhi və humanist, etik-əxlaqi baxışları. 
Görkəmli filosof – mütəfəkkir Füzulinin «Mətlə əl - etiqad» əsərində fəlsəfi 
məsələlərin şərhi. Onun varlığa və idraka dair baxışları, etik-əxlaqi fikirləri. 
Azərbaycan maarifçilərinin fəlsəfəsi. Maarifçi ədəbi-tənqidi və ictimai-tarixi 
idrakın meydana gəlməsi. Azərbaycan maarifçilərinin materializmi və ateizmi. 
Onların etik və estetik fikirləri. A.Bakıxanov fəlsəfə və onun vəzifələri haqqında. 
Onun dünyagörüşündə insan problemi. Bakıxanov varlıq və idrak haqqında. Onun 
kosmoqonik təlimi. Azərbaycanda klassik maarifçilik. M.F.Axundov materialist 
filosofdur. Axundov mübariz ateistdir. Axundovun dünyanın maddi vəhdəti haqqında 
təlimi və onun idrak nəzəriyyəsi. XIX əsrin sonu və XX əsrin əvvəllərində 
Azərbaycanda maarifçi və inqilabi demokratik fikrin inkişafı Azərbaycanın ictimai 
fikrində və mədəniyyətində milli istiqlal ideyaları. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə