Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 4 . Orta əsrlər və intibah dövrü fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   2   3   4   5   6   7   8   9   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

 
M ö v z u 4 . Orta əsrlər və intibah dövrü fəlsəfəsi 
 
Orta əsrlər sxolastik fəlsəfənin səciyyəvi cəhətləri. Xristian dininin yaranması 
və Qərbi Avropa fəlsəfəsinin funksiyalarının dəyişməsi . Qnostisizm təfkkürün
inkişafında yeni mərhələdir. Filon «xristianlığın atasıdır». Avqustin patristikanın
görkəmli nümayəndəsidir. Onun fəlsəfəsində mahiyyət və mövcudluq, ruh və bədən, 
zəka və etiqad problemləri. Sxolastik fəlsəfi təfəkkürün iki problemin mahiyyətinə 
diqqətini cəmləşdirilməsi: nominalizm və realizmin mübahisəsi və Allahın 
mövcudluğunun əsaslandırılması. K.Anselm, İ.Rostelim, P.Abelyar – orta əsrlər 
mötədil realizmi, ifrat nominalizmin və dialektikanın nümayəndələridir. 
Sxolastikanın çiçəklənməsi dövrü – XII – XIII əsrlər. R.Bekon – dövrün ən maraqlı 
və orijinal mütəfəkkiridir.
Akvinalı Foma sxolastik fəlsəfədə və peripatetizmdə əsas simadır. Orta əsrlər 
fəlsəfəsində təbiətə münasibət. İnsan anlayışı. Zəkaya və iradəyə münasibət. İradə 
azadlığı. Tarixin saxtakarlığı.İ.D.Skott, U.Okkam və başqaları.
İntibah dövrünün fəlsəfəsinin antroposentrik xarakteri. İnsan özü-özünün 
yaradıcısıdır. Humanizm anlayışı və intibah dövrünün humanizmi. Humanizm və 
şəxsiyyət problemləri. İncəsənətə və gözəlliyə sitayiş. İntibah dövrünün 
təbiətşünaslarının (N.Kopernik, Q.Qaliley) əsərlərində dünyanın təbii-elmi mənzərəsi 
və fəlsəfi ideyalar. İntibah dövrü naturfəlsəfənin (N.Kuzanski, C.Bruno) panteizmi. 
İntibah dövrünün sosial-siyasi təlimləri: N.Makiavelli, J.Boden, T.Münser, T.Mor, 


T.Kompanella və başqalarının baxışları. İntibah dövrü ədəbiyyatında (Dante, 
Petrarka, Bokkaço) fəlsəfi ideyaların əksi. 
M ö v z u: 5. Yeni dövr fəlsəfəsi 
 
Yeni dövr fəlsəfəsi burjua fəlsəfi təfəkkürünün formalaşmasıdır. Dinin, 
ehkamçılığın, orta əsrlər sxolastikasının tənqidi.
XVII-XVIII əsrlər ingilis fəlsəfəsi – F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, 
D.Yum. 
Yeni dövr fransız (R.Dekart, B.Qassendi, D.Didro, J.Lametri, P.Holbax, 
H.Helvetsi) maarifçilik fəlsəfəsi.
B.Spinoza – dövrün böyük holland filosofudur. 
Q. Leybnits – yeni dövrün görkəmli alman filosofudur.
Klassik alman fəlsəfəsinin xarakterik xüsusiyyətləri. Bu fəlsəfənin yarandığı 
tarixi şərait və sosial kökləri. İ.Kant – klassik alman idealist fəlsəfəsinin banisidir. 
Kantın idrak nəzəriyyəsi. Dərk edən subyektin spesifikliyi biliyin və idrakın başlıca 
amilidir. Subyektiv empirik və transendental səviyyələri. Kant öz fəlsəfəsinin iki əsas 
istiqamətləri və iki əsas mənbələri haqqında Kantın antropologiyası. Etik və estetik 
baxışları. 
Fixtenin fəlsəfi təlimində bütün gerçəkliyin iki növ reallıqdan ibarət olması 
problemi. Şelinqin fəlsəfəsində idealist dialektika.
Hegel obyektiv idealist filosofdur. Onun idealist sistemi və dialektik metodu. 
Mütləq ideya anlayışı. Dialektikanın qanun və kateqoriyalarının Hegel tərəfindən 
sistemləşdirilməsi. Triada pirnsipi. Hegelin təlimində əxlaq, ailə, dövlət məsələləri. 
Onun estetik baxışları. Din və dinin müxtəlif formalarının Hegel tərəfindən təhlili.
Feyerbaxın antropoloji fəlsəfəsi. Feyerbaxın varlıq və insan, idrak haqqında 
təlimi. Filosofun cəmiyyətə baxışı. Onun etikası. İnsanların qarşılıqlı məhəbbətinə 
əsaslanan yeni dinin yaradılmasının zəruriliyi haqqında fikirləri. 
Rus inqilabçı-demokratlarının fəlsəfəsi. Utopik kəndli sosializmi ideyası. 
İnqilabi demokratizm və utopik sosializm ideyalarının vəhdəti. İnqilabçı-
demokratların materialist fəlsəfəsi. Onların fəlsəfəsinin təbii-elmi biliklərlə bağlılığı. 
Belinski, 
Gertsen, 
Çernışevski, 
Dobrolyubovun 
maarifçilik 
ideyalarının 
xüsusiyyətləri. 
Marksizm fəlsəfəsi – fəlsəfə tarixinin inkişafında yeni bir mərhələdir. 
Marksizmin yaranmasının tarixi şəraiti və təbii-elmi, elmi-nəzəri mənbələri. 
Fəlsəfənin vəzifəsi – «dünyanın dəyişməsinə xidmət etməkdir» – müddəası. Marks və 
Engelsin dünyagörüşünün formalaşmasında klassik alman fəlsəfəsinin rolu. 
Marksizmin kommunizm təliminin özünü doğrultmaması. Fəlsəfi fikir tarixində 
marksizmin tutuduğu yerə münasibətin müxtəlifliyi. Marksizm fəlsəfəsində Lenin 
mərhələsi. Marks, Engels və Leninin fəlsəfə tarixinin inkişafında yeri və rolu. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə