Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 8. Orta əsrlər müsəlman Şərq fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   2   3   4   5   6   7   8   9   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 8. Orta əsrlər müsəlman Şərq fəlsəfəsi 
 
Orta əsrlər Müsəlman Şərq fəlsəfəsi. İslamın yaranması Şərq 
dünyagörüşündə mühüm hadisədir. Orta əsrlər Şərq fəlsəfəsi fikir tarixindəki dini-
ideoloji cərəyanlar və təlimlər, totalitizm sufizm, mutazililik və arilik. Əl-Kindi, Əl-
Fərabi – əpəbdilli fəlsəfənin banisidir. Əl-Kindinin fəlsəfə, tibb, hesab, həndəsə 
elmlərinin inkişafında rolu. Əl-Fərabinin əsərlərinin fəlsəfə və təbiətşünaslığın 
əsaslandırılmasında örnək olması. «Ərəb fəlsəfəsinin kralları- İbn Sina və İbn-Rəşdi. 
İbn Sinanın dünya elminin və bəşər fəlsəfi fikrinin tnkişafındakı rolu. 
İbn 
Rüşdün fəlsəfə və təbiətşünaslığa dair baxışları.Əl- Qəzali – müsəlman 
teologiyasının ideoloqu, orta əsrlər fəlsəfəsinin görkəmli nümayəndəsidir. 
M ö v z u 9. XX əsr fəlsəfəsi 
 
Elmi-texniki tərəqqi və onun nailiyyətlərinin XX əsr fəlsəfi fikrin inkişafına 
təsiri. Avropa – XX əsr fəlsəfi mədəniyyətin mərkəzidir. Müasir Qərb fəlsəfəsi. XX 
əsr tarixi hadisələrinin müasir Qərb fəlsəfi məktəbinin yaranmasına təsiri. Bu 
məktəblərin spesifik xüsusiyyətləri, onların ümumi və fərqli cəhətləri. Müasir Qərb 
fəlsəfi məktəbləri.
Ekzistensializm və ya mövcudluq fəlsəfəsi – müasir fəlsəfədə irrasionalist 
istiqamətdir. Ekzistensializm insan varlığının müdrikliyini ön plana çəkən fəlsəfi 
cərəyandır. Bu məktəbin meydana gəlməsi və inkişafını şərtləndirən tarixi şərait. 
Müasir ekzistensializm dünyagörüşü sistemidir. Ekzistensializmdəki dini-ateist 
istiqamətlər. Ekzistensializmin metodu. Varlıq problemi. Onların təlimində azadlıq 
problemi. Ekzistensialistlərin fəlsəfəsində fərdiyyət prinsipi. Qorxu anlayışı və onun 


təhlili. Ekzistensialistlərdə həyatın fəlsəfi mənasının izahı: həyat və ölüm problemi. 
Bu məktəbin nümayəndələri: Kyerkeqor, M.Haydeqqer, KYaspres, M.Buber, 
J.P.Sartr, A.Kamyu, Q.O.Marsel, X.O.Qaset və b. 
Neopozitivizm – XX əsr Avropa fəlsəfəsində əsas cərəyanlardan biridir. 
Neopozitivizmdə fəlsəfə və elmin bir-birinə qarşı qoyulması. Fəlsəfənin predmeti və 
vəzifələri haqqında. Neopozitivizmdəki fəlsəfi cərəyanlar: analitik fəlsəfə, linqvistik 
fəlsəfə, postpozitivist fəlsəfə, insturmentalizm. Neopozitivistlərin metafizikaya 
münasibətləri. Neopozitivistlərin xüsusi – elmi biliklərə münasibəti. Neopozitivizmin 
nümayəndələri: M.Şilik, R.Karnap, A.Ayer, B.Rassel, L.Vigenşteyn, C.Ostin, 
O.Neyrat və b.
Neotomizm - Akvinalı Fomanın təliminə əsaslanan cərəyandır. Fomanın 
fəlsəfəsini modelləşdirməyə cəhd. Ontoloji problemlərin işlənməsi. Neotomizm 
fəlsəfəsində ilahi varlıq və onun kateqoriyaları (təkcə, həqiqət, rifah, gözəllik). 
Neotomistlərin metafizikası, onların materiya və forma haqqında təlimləri. Həqiqət 
problemi. İdrak və dərketmə formaları. Neotomistlər tərəfindən elmin, fəlsəfənin, 
incəsənətin və s. xarakteristikası. Neotomistlərin antropologiyasında insan. Şəxsiyyət, 
onun məqsədi və həyatının mənası. Neotomistlərin cəmiyyətə baxışları. İnsan 
cəmiyyəti və onun əsas formaları: ailə, icma, sənət, vətən, dövlət. Neotomistlər: 
J.Mariten, E.A.Jilson, E.Koret, Y.M.Boxenski və b. 
Praqmatizm. XX əsrin subyektiv fəlsəfi cərəyanıdır. Praqmatizm fəlsəfi 
təfəkkürün tamamilə yeni tipi, idrakın təbiətinin yeni şərhidir. Praqmatizm 
fəlsəfəsində inam və həqiqət. İdeyalar, anlayışlar və nəzəriyyələr haqqında. 
Praqmatistlərin metodu. Fəlsəfə və onun məqsədləri haqqında. İctimai-siyasi ideyalar, 
müharibə və sülh problemi. Praqmatizmin nümayəndələri: Ç.İ.Pirs, U.Ceyms, 
C.Dyum, C.Mid, H.Qudmen və b.
Fəlsəfi antropologiya - insanın təbiəti və mahiyyəti haqqında təlimdir. 
Antropologi yanaşmanın məğzi özgələşmiş insana qayğı problemi. Antropologiya 
fəlsəfənin vəzifələri və onun elmi biliklərlə əlaqəsi. Şüur və idrak problemləri. Bu 
məktəbin nümayəndələri: Şeller, Qelen, Plesner, Rethaker, Bolnov və b. 
«Həyat fəlsəfəsi» irrasionalist fəlsəfi cərəyandır. Həyat anlayışı, onun əqldən 
ayrılması. Fəlsəfənin mifologiya ilə yaxınlaşdırılması. Yaradıcılıq problemi. 
Nümayəndələri: Nitşe, Diltey, Zimmer, Berqson və b.
Freydizm - müxtəlif məktəblərin və cərəyanların ümumiləşmiş adıdır. 
Freydizm ictimai və fəlsəfi – antropoloji doktrinadır. Freydizm psixo-animizmdən 
fərqi. Freydizmdəki müxtəlif cərəyanlar. Freydizmin nümayəndələri: Freyd, Fromm, 
Yuiq və b.
XX əsr Qərbi Avropanın digər fəlsəfi məktəbləri - antropologiya fəlsəfəsi, 
personalizm, strukturalizm, hermenevtika, tənqidi rasinalizm, tarix fəlsəfəsi : elmin 
metodologiyası. İntuitivizm fəlsəfəsi. 
XX əsrdə Şərqdə fəlsəfi fikir. Çağdaş. Türkiyə və İran fəlsəfəsi. 
XX əsr rus fəlsəfəsinin dini xarakteri. Bu fəlsəfənin özünəməxsusluğu, onun 
ədəbiyyatla əlaqəsi. V.S. Solovyov, V.İ. Vernadski, N.A.Berdyayev, L.P. 
Karsasvinin baxışları. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə