Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


Mövzu 20. Fəlsəfə və gender problemi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   12   13   14   15   16   17   18   19   20
Az rbaycan d VL t neft v S naye universiteti

Mövzu 20. Fəlsəfə və gender problemi 
Gender anlayışının aktuallığı, onun semantik və məntiqi təhlili. Gender 
probleminin tənifatı. Gender problemlərinin fəlsəfi və tarixi-fəlsəfi, ümumi və xüsusi 
blokları.
Fəlsəfənin və gender problemləriinin ümumi prinsipləri. Dialektik gender 
yanaşmanın əsası kimi «kişi-qadın» anlayış cütlüyü - varlığın ən yaxşı rəmzi, varlığın 


əks olunduğu güzgüdür. Gender probleminin antropoloji aspekti. Cəmiyyətdə bioloji 
qütblər. Kişi və qadın dixotomiyasının bioloji aşkarlığı. Cəmiyyətdə sosial 
qütbləşmə. Kişi və qadın dixotomiyasının sosial aşkarlığı. Cəmiyyətdə mənəvi 
qütbləşmə. Kişi və qadın dixotomiyasının mənəvi aşkarlığı.
Gender problemlərinin estetik və etik aspektləri. Estetikanın mahiyyəti – 
gender estetikası. Gözəllik estetikanın əsas kateqoriyasıdır. İnsan münasibətləri 
estetikasında məhəbbət kateqoriyası. Məhəbbətin psixoloji və fiziki aspektləri. 
Etikanın mahiyyəti. Gender etikası. Etik borc anlayışı. Mənəviyyat və əxlaq. Mənəvi 
seçim azadlığı.
Mənəvi dəyərlərin universallığı və nisbiliyi. Etika insani münasibətlərin gender 
ölçüsündə. Cinsi və ailə münasibətlərinin etikası.
Fəlsəfə tarixində gender problemləri. Tarixi dünya modeli insan təfəkküründə. 
Qədim dünya fəlsəfəsində gender problemləri. Ziddiyyətlərin birliyi və mübarizəsi 
prinsipi. Qədim dünya fəlsəfəsində qadın və kişi rəmzi kimi (in-yan, platonizm). Orta 
əsrlər fəlsəfəsində gender problemi. Xristian fəlsəfəsində gender ideyaları. 
Gender problemləri və Azərbaycan reallığı. 
M ö v z u 21. Mədəniyyət və sivilizasiya. Müasir dövrün
qlobal problemləri 
 
Mədəniyyətin fəlsəfi anlaşılması. Mədəniyyətin yaranması. Mədəniyyətin izahı 
ilə bağlı müxtəlif baxışlar. Mədəniyyətin texnoloji şərhi. Mədəniyyətin klassik 
modeli.
Cəmiyyət və mədəniyyət. İnsan mədəniyyət aləmində. Mədəniyyətin daxili və 
xarici determinasiyası. Əmək və mədəniyyətin bölünməsi. Mədəniyyət maddi və 
mənəvi dəyərlərin məcmusudur. Mədəniyyətin funksiyaları: adaptasiyaedici, idraki, 
informasiyaverici, kommunikativ, normativ və humanist. Mədəniyyətin inkişaf 
qanunauyğunluqları. Mədəniyyətdə ənənəvilik və yenilikçilik. Mədəniyyətlər vəhdəti 
və çoxcəhətliliyi. Mədəni inqilab. Əxlaqi mədəniyyətin mahiyyəti. Kütləvi 
mədəniyyət anlayışı və mədəniyyətin kütləviliyi. Elitar mədəniyyət. 
Mədəniyyət şəxsiyyətin özünü müəyyən etməsi və inkişafı üsuludur. Mənlik 
şüuru və özünüqiymətləndirmə, savadlılıq və mədənilik, ziyalılıq. Ünsiyyət 
mədəniyyəti: dialoq, fikir plyuralizmi. Mədəniyyət və demokratiya.
Mədəniyyətdə mili və ümumbəşəri tərəflər. Dünya mədəniyyətlərinin vəhdəti, 
rəngarəngliyi və qarşılıqlı təsiri. Mədəniyyətin tərəqqisi. Ənənəvi və müasir 
mədəniyyət.
Mədəniyyət və sivilizasiya. Sivilizasiya mədəniyyətin mərhələsidir. 
Sivilizasiya sosial mədəni törəmədir. Sivilizasiyanın əsas əlamətləri. Sivilizasiyanın 
izahına dair baxışlar: 
a) sivilizasiya mədəniyyətin sinonimidir; 
b) sivilizasiya lokal mədəniyyətlərin inkişafında tənəzzül mərhələsidir; 
v) sivilizasiya bəşəriyyətin barbarlıqdan sonra gələn inkişaf mərhələsidir; 
q) sivilizasiya müxtəlif regionun və yaxud etnosun inkişafı mərhələsidir; 
Bəşəriyyətin mövcudluğunun sivilizasiya əsasları.


Sivilizasiya cəmiyyətin sosial təşkil olunmasıdır. İctimai əmək bölgüsünün 
inkişafı və informasiya – nəqliyyat infratsrukturunun genişlənməsi sivilizasiyanın 
mühüm göstəricisidir. Sivilizasiya cəmiyyətin sosial-mədəni əsası, mədəniyyətin 
sosial varlığıdır. Texnogen sivilizasiyanın ənənəvi xüsusiyyətləri. Ənənəvi 
sivilizasiya. Sivilizasiyanın inkişafında modernləşmə problemi.
Şərq-Qərb-Azərbaycan: sivilizasiya tipləri, onların özünəməxsusluğu. Müasir 
dövrdə onların dialoqunun zəruriliyi. Müasir sivilizasiya, onun xüsusiyyətləri və 
ziddiyyətləri. Mədəniyyət və sivilizasiya anlayışlarının cəmiyyətin dərk olunmasında 
rolu. Mədəniyyət və sivilizasiyanın qarşılıqlı münasibəti, onların özünəməxsus və 
fərqli cəhətləri. Lokal mədəniyyətlər və sivilizasiyalar haqqında baxışların 
əsassızlığı. Bilavasitə təhlil edilə bilən və uzaqlaşdırılmış olan gələcək: idrakın 
metodları və vasitələri.
Gələcəyi xəbər vermə fəlsəfi idrakın mühüm tərəfidir. 
Bəsirət (qabağı görmə) və izahetmə. Bəsirət və nəzəriyyəni seçmə meyarları. 
Adi uzaqgörənlik, intuitiv uzaqgörənlik və elmi uzaqgörənlik. Gələcəyi xəbər vermə 
və proqnozlaşdırma. Gələcəyin dövrləşdirilməsi. Gələcəyi öyrənməyin elmi 
meyarları. Proqnozlaşdırma qabaqgörmənin növlərindən biridir. Onun ehtimalı – 
xarakteri. Proqnozlaşdırmanın metodları: ekstrapolyasiya, tarixi analogiya, kompüter 
modelləşdirilməsi, gələcəyin ssenarisi, ekspert qiymətləndirilməsi. Bu metodların 
məhdudluğu və bir-birilə əlaqələndirilməsinin zəruriliyi. Proqnozlaşdırmanın 
humanist missayası. Sosial proqnozların tipləri: axtarış, normativ, ehtimali sosial 
proqnozlar. Onların elmi idrakın məzmunu və ideoloji təyinatı.
Bəşəriyyətin gələcəyi və real tarixi proses. Müasir elmi-texniki inkişaf və 
gələcəyin alternativləri. Gələcəklə bağlı pessimist baxışlar. Sosial tərəqqinin 
qarşısıalınmazlığı. Tərəqqinin ritminin artması. İnkişafın hüdudları və stimulları 
problemi. Proqnozlaşdırma və müasir dövrün qlobal problemlərinin təsnifatı: siyasi, 
iqtisadi, sosial, ekoloji, gənc dövlətlərin geriliyini dəf etmək problemi – onların bir-
birilə əlaqəsi. Qlobal problemlərin həlli üçün geniş beynəlxalq əməkdaşlığın 
zəruriliyi. Sülh, tərksilah və yeni dünya müharibəsinin qarşısının alınması problemi.
Təbii resurslar və ətraf mühitin mühafizəsi problemi. Demoqrafik problemlər. 
Ərzaq problemi. Energetika və xammal problemi. İnkişaf etməkdə olan ölkələrin 
çətinliklərinin aradan qaldırılması problemi. Dünya okeanı məkanından və 
resurslarından istifadə problemləri. Narkomaniyanın və təhlükəli xəstəliklərin 
yayılması, mənəvi əxlaqın böhranı, demokratiyanın məhdudluğu və beynəlxalq 
terrorçuluq problemi. Ailə münasibətlərində yaranan problemlər. Kişi-qadın 
münasibətlərindəki problemlər. 
Qlobal problemlərin yaranma səbəbləri. Qlobal problemlərin həlli yolları. 
Bəşəriyyətin sosial və texniki tərəqqi yolunda irəliləməsindəki ziddiyyətlər. Yer 
kürəsində sülhün qorunması – gələcək elmin əsas funksiyası və vəzifəsidir. Dünya 
sivilizasiyasının inkişaf perspektivləri. «İnformasiya müharibəsi» konsepsiyası. Nüvə 
əsrində yeni təfəkkür. Müasir futuroloji konsepsiyalar. 



Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə