Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


SUALTI NEFT KƏMƏRLƏRİNDƏ SIZMA



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə41/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   37   38   39   40   41   42   43   44   ...   151

131 

 

SUALTI NEFT KƏMƏRLƏRİNDƏ SIZMA 



HALLARININ DİAQNOSTİKASI 

Tǝlǝbǝ:                                                Elmi rǝhbǝr 

Əliyev Alı                                           prof. Q.Q.İsmayılov 

IV kurs qrup: 241.4 

  

Xəzər dənizinin ekoloji tarazlığına təsir edə bilən mühüm 



amillərdən biri dəniz sualtı boru kəmərlərinin istismarı zamanı 

baş  verən  qəzalar,  zədələnmələr  nəticəsində  dəniz  mühütinə 

neftin sızmalarıdır.  Odur ki, sualtı boru kəmərlərinin istismarı 

zamanı  zədələnmə  səbəblərinin  ,  qəza  sızmaları  yerlərinin  və 

ətraf  mühitə  neft  dağılmalrının  vaxtında  və  dəqiq  aşkar 

edilməsinin  böyük  əhəmiyyəti  vardır.Buraya  dənizin  spesifik 

xüsusiyyətləri  ,  xüsusi  avadanlıqların  və  üzən  qurğuların 

istifadə  olunması,təmir  işlərinin  çətinliyi  ,  dəniz  neft  

mədənlərinin  işinin  pozula  bilməsi  ehtimalını  da  əlavə  etsək 

problemin  çətinliyi  və  vacibliyi  bird  aha  aydın  olur.  Sualtı 

kəmərlərdə müxtəlif səbəblərdən baş verən qəzalar nəticəsində 

baş verən neft itkiləri ətraf mühitə dəyən ziyan sızmanın yeri, 

dərəcəsi,  həmçinin  onun  hansı  sürətlə  aşkar  edilərək  aradan 

qaldırılması vaxtından çox aslıdır. Qıza sızmaları ilə bağlı baş 

verən 

neft 


itkilərinin 

dəyərləndirilməsi 

ətraf  mühitin 

çirklənməsi  riskinin  təyini  üçün  də  çox  vacibdir  və  praktiki 

əhəmiyyət kəsb edir. 

Böyük  sızma  halları  ilə  bağlı  neft  dağılmalrının  ətraf 

mühitə  olan  təsirlərinin  qiymətləndirilməsi  məsələlərnin  geniş 

öyrənildiyi və kifayət qədər işıqlandırıldığını nəzərə alaraq işdə 

sualtı  enft  kəmərlərindən  kiçik  neft  sızma  hallarının 

diaqnostikası üçün üsülların işlənməsinə baxılmışdır. 

Dəniz 

mühitində 



neftin 

dağılmasının 

şərti 

əsaslandırılmış,  ətraqf  mühitə  dağılan  neftin  miqdarının 



müxtəlif  hərəkət  rejimlərində  qiymətləndirilməsi  məsələsinə 

baxılmışdır. 




132 

 

       Aparılmış  hesabatların  nəticələrinə  əsaslanaraq  ,  Delfi 



mühütinə  Windows    sistemi  üçün  təyin  olunmuş  xusisi 

proqram  vasitəsi  ilə  üç  ölçülü  fəzada    sızma  yeri  X



sy

  Q

1

  və 


P

1

/P

hid

  parametrləri  arasındakı  aslılıqlar  qrafiki  olaraq  təsvir 

edilmişdir.  Həmin  təsvirlər  dənizin  dərinliyi    və  turbulent 

hərəkət rejminə uyğun axınlar üçün  kordinat sistemində sızma 

hallarının  qiymətlərinə uyğun olaraq göstərilmişdir. Müəyyən 

edilmişdir  ki,  bütün  hallarda  sızma  hallarının  bütün  hallarda 

sızma yerinin sərfdən , kəmərin başlanğıc təzyiqinin hidrostatik 

təzyiqə  olan  nisbəti  və  dənizin  dərinliyindən  asılı  dəyişməsi 

eyni  bir  qanunauyğunluğa  tabe  olan  səthlər  üzərində  yerləşir. 

Bundan  əlavə  həmin  üç  ölçülü  təsvirlərdən      parametrlərinə 

əsasən hansı sızma hallarının kəmərin başlanğıcında və ya ona 

yaxın  baş  verdiyini  də  aydın  görmək  mümkündür.  Dənizin 

dərinliyi  sabit  qalan  ərazilərdən  keçən  boru  kəmərində  baş 

verın  sızmaların  çox  olması  sızma  yerinin  başlanğıcında 

olmasına, dolayısı  olsa da bir işarədir. 

 

HİDROTEXNİKİ QURĞULARIN KORROZİYADAN 

ELEKTROKİMYƏVİ MÜHAFİZƏSİ 

 

Magistr:                                              Elmi rəhbər:  

Əsgərli Cavid Valeh oğlu                   dos. Seyfiyev F.Q.  

II kurs, qrup A2136 

 

Korroziyadan  mühafızə  sistemləri  arasında  ən  çox 



effektivli  elektrokimyəvi  mühafızə  sistemidir.  Bu  mühafızə 

sistemi korroziyanm sürətini azaldır və ya tam saxlayır. Neytral 

elektrolitdə  korroziyanın  elektrokimyəvi  təbiətini  nəzərə 

alaraq,  dəniz  şəraitində  ən  etibarlı  olan  elektrokimyəvi 

mühafızə sistemini qəbul etmək olar . Elektrokimyəvi mühafızə 

zamanı iki tip mühafızə sistemindən istifadə edilir: 

-

 

xarici  elektrik  mənbəyi  olan  katod  stansiyası  və 



mühafızənin anod qurğusundan istifadə etməklə


133 

 

-



 

protektor qurğusundan istifadə etməklə. 

Hal-hazırda  Xəzər  dənizində  quraşdırılmış  hidrotexniki 

qurğuların  sualtı  hissələri  korroziyadan  elektrokimyəvi  üsulla 

alüminium  və  ya  maqnezium  əsaslı  ərintilərdən  tökülmüş 

protektorlardan  istifadə  edərək  mühafızə  olunur.  Dənizdə 

hidrotexniki 

qurğuların 

sualtı 

hissələrinin 



protektor 

mühafızəsinin  mahiyyəti  mühafızə  olunacaq  qurğunun  katod 

polyarizasiyasma  uğradılmasından  ibarətdir.  Buna  görə 

qurğuya  dəniz  suyunda  elektrod  potensialı,  onun  elektrod 

potensialından  daha  mənfı  olan  metal-protektor  birləşdirilərək 

qalvanik  cüt  əmələ  gətirilir.  Dəniz  suyunda  protektor-polad 

qurğu  qalvanik  cütü  arasında  əmələ  gələn  potensiallar  fərqinə 

əsasən  sabit  elektrik  cərəyanı  əmələ  gələrək  axır  və  mühafızə 

olunan  qurğunun  səthi  katod  polyarizasiyasına  uğrayır. 

Protektor  isə  bu  cütün  anod  elementi  olub,  onun  dövrəsindən 

axan  sabit  elektrik  cərəyanına  uyğun  sürətlə  əriyir  və  anod 

polyarizasiyasma uğrayır. 

Protektor mühafizəsində mühafizə olunacaq konstruksiya 

daha  elektromənfi  potensiala  malik  olan  metala-protektora 

birləşdirilir. Polad və çuqun üçün Mg, Zn vəya tərkibində 9% 

Al  və  10%  Zn  olan  protektorlardan  istifadə  olunur. 

Protektorlarda  doldurucu  olaraq  CaCO

3

,



 

Na

2



CO

3

,  MgCO



duz 


qarışıqlarından istifadə edilir. 

 

QAZ KƏMƏRLƏRİ SİSTEMLƏRİNDƏ QƏZALI 



İŞ REJİMLƏRİNİN TƏHLİLİ 

 

Magistr:                                                 Elmi rəhbər:                                                 

Hacızadə Süleyman Gündüz               dos. R.Ə. İsmayılov   

II kurs, qrup A2136  

 

 

Magistral  qaz  kəmərlərinin  çoxillik  istismar  təcrübəsi 



göstərir  ki,  kəmərlərdə  zədələnmənin  yaranması  və  bilavasitə 

qəzanın  baş  verməsi  arasında  kifayət  qədər  uzun  zaman 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə