Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə247/263
tarix22.03.2024
ölçüsü3,06 Mb.
#180794
1   ...   243   244   245   246   247   248   249   250   ...   263
Orta srlr tarixi S D Skazkin

XI-XIII əsrlərdə təsviri sənət.

Kilsə-din dünyagörünüşü orta əsr incəsənətinin inkişafına həlledici təsir göstərmişdi. Kilsə incəsəntin vəzifələrini dindarların dini hisslərini möhkəmləndirilməsində görür və buna görə də bədii yaradıcılığı çərçivəyə salmağa çalışırdı. Rəssam Müqəddəs yazıdan alınma Xrist, Madonna, övliya (müqəddəs) surətlərini, süjetləri, səhnə quruluşlarını işləməyə məcbur edilirdi. Ondan bu surətlərin realist təsviri deyil, onlarda ilahilik, müqəddəslik, kamillik ideyalarını açıb göstərmək tələb olunurdu. O zamankı incəsənətdə insan bədəninin qəsdən formaca dəyişdirilərək, şərti (orta əsr rəssamalrına məlum olmayan perspektiv və anatomiya qanunları baxımından ) şəkildə təsvir olunması da buradan doğurdu.


Lakin xalq ənənələrilə saıx bağlılıq orta əsr sənətkarları yaradıcılığının qeyri-adi dərəcədə rəngarəng olması ilə nəticələnirdi; canlı müşahidələr onlara insanın daxili aləminin zənginliyini, əməyin qiyməti və gözəlliyini göstərmək imkanı verirdi. XI-XII əsrlərdə tətbiqi incəsənət sahəsində - bədii xalçalar toxunması, tuncdan tökmə şeylər, minalı məmulat istehsalında mühüm müvəffəqiyyət qazanıldı. Roma üslubunda kitab miniatürü sənəti yüksək tərəqqi səviyyəsinə çatır.


XI-XIII əsrlərdə şüşə və daşişləmə sənətinin yeni texnixi üsulları (hörgüdə yonulub hamarlanmış daşlardan istifadə olunması) meydana gəlir ki, bu da Qərbi Avropada daş memarlığının dirçəlməsinə səbəb oldu. Memarlıqda yeni üslub – Roma üslubu yaranır. Bu üslub Roma və Bizans memarlıq ənənələrinə əsaslanırdı və ondan kilsələr, qalalar tikilməsində istifadə olunurdu. Kilsələr uzunsov xaç formasında olan iri, ağır binalar idilər; onların çoxmərtəbəli qüllələri, qalın daş divarlarda, hündürdə, dar pəncərələri olurdu. Kilsənin əsas görünüş tərəfi və sütunbaşlıqları heykəllərlə bəzədilirdi. Divarlar naxışlanırdı. Həm divar naxışları, həm də heykəllər parlaq rənglərlə rənglənirdi. Roma üslubu çox ifadəli olması ilə fərqlənir, dini hisslərin və allahdan qorxu hissinin qüvvətlənməsinə kömək edirdi.


XII əsrin ikinci yarısından başlayaraq Qərbdə, ən əvvəl Şimali Fransada, başqa üslubdan olan memarlıq – qot memarlığı adlanan memarlıq meydana gəlir. Bu memarlıq da şəhərlərlə sıx bağlı idi. Texniki baxımdan bu memarlıq daha təkmil idi və məhsuldar qüvvələrin ümumi inkişafının gələcək tərəqqisini əks etdirirdi. Qot memarlığının səciyyəvi xüsusiyyəti binanın bütünlüklə göyə ucalmasıdır. Roma üslubu yarımdairəvi tağları çatma tağlar əvəz edir. Qot üslubunda qübbənin ağırlığını onun çixinti formalı tilləri və sütun dəstəsi, habelə binanın bayır tərəfində yerləşən iri dayaqlar saxlayırdı. Buna görə də qot üslubunda tikilən kilsə üçün


geniş divar sahəsi lazım gəlmirdi. Bunun əvəzində həmin kilsələrin rəngli şüşələrlə bəzədilmiş nəhəng pəncərələri olurdu. Bayır dayaqları tamamlayan çoxlu şiş qüllələr və qülləciklər qot üslubunda tikilən kilsəni daha nəhəng və eyni zamanda təmtəraqlı göstərirdi. Parisdəki Məryəm ana (Allah anası) kilsəsi, Reyms, Amyen, Ulm, Kenterberi kilsələri və s. Bu üslubun nümayəndələridir. Qot kilsəsi dərin dini hisslər doğurmalı, xalq kütlələrinə allahın əlçatmazlığı və kilsənin böyüklüyünü aşılamalı idi. Bu kilsələr, eyni zamanda görkəmli sənət əsərləri idilər. Hüqo onları “ daş simfoniya” adlandırmışdı. Qot üslubunun yayıldığı dövrdə dünyəvi memarlıq Roma üslubu dövrünə nisbətən daha böyük rol oynamağa başlayır. Şəhərlərdə sex sənətkarlarının – bənnalarının əlləri ilə şəhər şurası (patuşa) binaları tikilir. Qot üslubunda ucaldılan bu binalar şəhər bukerlərinin (orta təbəqədən olan şəhərlilər) ictimai mənlik şüurunun artdığını əks etdirirdi.

XIII əsrdə heykəltəraşlıqda realizm meyllərinin tədirclə artdığı nəzərə çarpır. Fərdi səciyyəyə malik sifəti olan, sərbəst və təbii hərəkətli fiqurlar adi hal alır. Məişət səhnəcikləri (kəndlilər məhsul toplanışında; öz şagirdlərinə mühazirə oxuyan magistr və s.), habelə müxtəlif xalq nağılları və rəvayətləri tez-tez əyanilik təsviri üçün süjet rolu oynayır.


XIV - XV əsrlərdə kilsə, tədriclə cəmiyyətin mənəvi həyatında hömranlığı itirir. Təriqətçilərin yayılması, sxolastikanın tənəzzülü, onun maarif sahəsində əsas mövqeləri itirməsi buna şərait yaratmışdı. Bu dövr mədəniyyətinin mühüm xüsusiyyəti milli dillərdə yaranan ədəbiyyatın üstünlük təşkil etməsidir. Latın dilinin istifadə dairəsi getdikcə daha artıq daralırdı. Milli mədəniyyətlərin yaranması üçün zəmin hazırlanırdı.


Bu çağların təsviri sənəti rəssamlıq və heykəltəraşlıqda realizm formalarının daha da güclənməsi ilə səciyyələnir. XIV əsrdə, artıq, Oyanış (Intibah) dövrünün başlandığı Italiyadan (bax 22-ci fəsil) fərqli olaraq, XIV - XV əsrlərdə başqa Avropa ölkələrinin mədəniyyəti keçid xarakteri daşıyırdı.


Bu mədəniyyətin inkişafına, artıq italyan Oyanış mədəniyyəti xeyli təsir göstərmişdi. Lakin yeni mədəniyyətin rüşeymləri hələ köhnə dünyagörüşü dairəsində inkişaf etməkdə idi. Qərbi Avropa mədəniyyəti tarixində bu dövrü bəzən "Ilkin Oyanış" dövrü adlandırırlar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə