Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə248/263
tarix22.03.2024
ölçüsü3,06 Mb.
#180794
1   ...   244   245   246   247   248   249   250   251   ...   263
Orta srlr tarixi S D Skazkin

Maarif. Elm. Fəlsəfə

XIV -XV əsrlərdə istehsalın inkişafı savadlı adamlara olan tələbatın durmadan artmasına səbə oldu. Avropada (Orlean, Puatye, Praqa, Bazel və başqa şəhərlərdə) onlarla yeni universitetlər açıldı. Cəmiyyətin həyatı tələbləri ilə əlaqədar olan elmlər - riyaziyyat, hüquqşünaslıq, təbabət qat-qat artıq sürətlə inkişaf edir. Əlkimyada realist istiqamət inkişaf edir. Əlkimya, indi öz təcrübələrini gündəlik ehtiyacla, xüsusilə təbabətlə, getdikcə daha sıx əlaqələndirir (XV əsrdə həkim Paraselsi qeyri-üzvi birləşmələrdən dərmanlar hazırlanması). Yeni təcrübə üsulları işlənib hazırlanır, aparatlar təkmilləşdirilir (destillə qazanı, kimya sobası), soda, aşındırıcı natrium və kalium almaq yolları tapılır.


Magistrlər və tələbələr arasında şəhərlilər, hətta kəndlilər içərisindən çıxmış çoxlu adam peyda olur. Savadlılığın yayılması kitaba tələbatı artırdı. Universitetlər nəznində böyük kitabxanalar yaradıldı. Məsələn, XIV əsrin ortalarında Sorbonna kitabxanasında, artıq, demək olar 2000 cild kitab saxlanılırdı. Xüsusi kitabxanalar da meydana gəlirdi. Kitaba artan tələbi ödəmək üçün şəhərlərdə geniş əmək bölgüsü tətbiq olunan emalatxanalarda kütləvi surətdə kitabların üzünün köçürülməsi işi təşkil olunur.


Huttenberqin kitabbasma (kitab çapı) işini kəşf etməsi (təqrb. 1445- ci ildə) Avropanın mənəvi həyatında çox böyük hadisə idi. Sonralar bu iş bütün Avropa ölkələrində yayıldı.


Kitabbasma sənəti oxucuya uzuc və qolay kitab bəxş etdi; məlumat mübadiləsi və dünyəvi təhdilin yayılmasını sürətləndirdi.

XIV əsrdə fəlsəfənin inkişafı nominalizmin, müvəqqəti olaraq, yenidən canlanması ilə əlaqədar oldu. Nominalizmin ən böyük nümayəndəsi Uilyam Okkam (təqr. 1300 - 1350) idi. O, Oksford universitetində təhsil almışdı. Okkam allahın varlığı haqqında fəlsəfəsi dəlillərin tənqidini başa çatdırdı və bildirdi ki, allahın varlığı fəlsəfənin deyil, dinin mövzusudur. Biliyin məqsədi real surətdə mövcud olanı dərk etməkdir. Real olan isə ancaq tək-tək şeylərdir. Buna görə də dünyanın dərk olunması təcrübədən başlanır. Bunula belə, bir çox obyekti məntiqi surətdə ifadə edən ümumi anlayışlar (universiyalar) - işarələr (terminlər) ancaq ağılda mövcuddur, hərçənd onlar obyektiv əhəmiyyətə malik olmaqdan tam məhrum deyillər.


Okkam təlimi təkcə Ingiltərədə deyil, Avropanın başqa ölkələrində də geniş yayıldı. Onun davamçılarından biri - Otrekurlu Nikolay dinin fəlsəfi cəhətdən hər hansı yolla sübut olunmasının mümkünlüyünü inkar etdi. Bu filosofun təlimi ilə sxolastikaya mateeializm əlamətləri daxil olur. Paris okkamçılar məktəbinin nümayəndələri Jan Buridan vəNikola Orem təkcə ilahiyyatla deyil, həm də təbiətşünaslıq elmləri ilə də məşğul olurdular. Onlar fizika, mexanika, astronomiya ilə maraqlanırdılar. Orem cisimlərin düşmə qanununun formulunu verməyə cəhd göstərmiş, Yerin gün ərzində dövr etməsi təlimini inkişaf etdirmiş, koordinatlardan istifadə etmək ideyasını irəli sürmüşdü. Okkamçıların təlimi sxolastikanın son yüksəlişi idi. Kilsənin müqaviməti XIV əsrin sonunda onun qəti surətdə süqutuna səbəb oldu. Sxolastikanı getdikcə irəliləyən təcrübi elmlər əvəz etməkdə idi.


Sxolastikaya son zərbəni Oyanış (Intibah) xadimləri vurdular. Onlar elmin mövzusunu (təbiətin öyrənilməsi) dinin mövzusundan (ruhun qurtuluşu) tamamilə ayırırdılar.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə