Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə249/263
tarix22.03.2024
ölçüsü3,06 Mb.
#180794
1   ...   245   246   247   248   249   250   251   252   ...   263
Orta srlr tarixi S D Skazkin

Ədəbiyyatın inkişafı

Bu dövrdə saray-cəngavər ədəbiyyatının inkişafı üçün böyük janr rəngarəngliyi səciyyəvidir. "Lütfkarlıq" romanları tədriclə tənəzzül edir. Cəngavərlərin hərbi silk kimi əməli əhəmiyyəti azaldıqca, cəngavər romanları da getdikcə daha artıq, həyatdan ayrı düşür. Cəngavər romanının özünün qəhrəmanlıq pafosu ilə dirçəltmək təşəbbüsü ingilis zadəganı Tomas Meloriyə (təqr. 1417-1471) məxsusdur. Onun "Dəyirmi masa" cəngavərləri barədə əski dastanlar əsasında yazdığı "Arturun ölümü" romanı XV əsr ingilis nəsrinin görkəmli abidəsidir. Lakin cəngavərləri tərənnüm edən Melori, qeyri-ixtiyari olaraq, öz əsərində bu silkin süqutu əlamətlərini əks etdirmiş və onun dövründə həmin silkin faciəli surətdə çarəsiz qaldığını göstərmişdir.


Milli dillərdə nəsrin inkişafında tərcümeyi-hal (memuarlar) , tarix (salnamələr), didaktika məzmunlu əsərlər böyük əhəmiyyət kəsb edir. Şəhər ədəbiyyatının inkişafı bukerlərin (orta şəhərlilərin) ictimai mənlik şüurunun daha da artdığını göstərirdi. Şəhər poeziyasında, dramında və şəhər ədəbiyyatının bu dövrdə meydana gəlmiş yeni janrında – mənsur novellalarda şəhərlilərə məişət müdrikliyi, təcrübi dərrakə, həyatsevərlik kimi xüsusiyyətlər aid edilir. Bukerlər dövlətin dayağı kimi zadəganlara və rühanilərə qarşı qoyulur. XIV əsrin iki böyük Fransız şairinin – Estaş Duşen (təqr.1346-1406) və Alen Şartjenin yaratdıqları bu ideyarla aşılanmışdır. Onlar Yüzillik müharibədə məğlub olduqları üçün fransız feodallarını kəskin ittiham edir, kral müşavirlərini və rühanilərini gülüş hədəfinə çevirirlər. Bukerlərin varlı yuxarı dairələrinin mənafeyini ifadə edən E. Duşen və A. Şartje, eyni zamanda xalqı qiyamlar etməkdə günahlandırırdılar.


İngilis Ceffri Coser (təqr. 1340-1400) XIV əsrin böyük şairi idi. O, “ingilis poeziyasının atası” adlanırdı və artıq italyan Oyanışı ideyallarının müəyyən təsirinə də məruz qalmışdı. Onun ən yaxşı əsəri olan “Kenterberi hekayələri” ingilis xalq dilində yazılmış mənzum novellalar toplusu idi. Həm məzmun, həm də forma etibarı ilə dərin milli xarakter daşıyan bu novellalar Coser dövrü İngiltərəsinin parlaq mənzərəsini yaradır. Orta əsr ənənələrini lazımınca qiymətləndirən Coser, bəzən öz dövrünün mövhumatından da xilas ola bilmir. Lakin onun yaradıcılığında başlıca yeri nikbinlik, azadfikirlilik, həqiqətin real təsviri, rühanilərin acgözlüyü və feodalların lovğalığına rişxənd olunması tutur. Coser poeziyası orta əsr şəhər mədəniyyəti inkişafının yüksək səviyyədə olduğunu əks etdirirdi. Onu ingilis hümanizminin sələflərindən biri hesab etmək olar.

XV əsrin gözəl fransız şairi Fransua Biyon (1431-təqr.1461) poeziyasının əsasında xalq yaradıcılığı durur. O öz şeirlərində yaşadığı cəmiyyətdəki dərin sinfi ziddiyətləriəks etdirmişdir. Satirik şeirlərində hakim sinfin nümayəndələrini, rahibləri və varli şəhərliləri ələ salan Niyom yoxsullara rəğbət bəsləyir. Biyon yaradıcılığında tərki-dünyalığa qarşı yönəlmiş motivlər, onun bu dünya sevinclərini vəsf etməsi – bütün bunlar orta əsr dünyagörünüşünə meydan oxumaq demək idi. Insana və onun iztirablarına dərin maraq göstərməsi Biyonu Fransada Oyanışın sələflərindən biri kimi səciyyələndirmək imkanı verir.


Xalq mənşəyi XIV-XV əsrlərin şəhər teatr sənətində özünü xüsusilə parlaq biruzə verdi. Xalq karnaval oyunları əsasında meydana gəlmiş məzəli səhnəciklər- fransız farsları və alman “fastnaxtşpilləri” məhz bu zaman geniş yayıldı.


Bu səhnəciklərdə şəhərlilərin məişəti realistcəsinə təsvir olunur, ictimai və siyasi problemlərə toxunulur. XV əsrdə Fransada “Cənab Pyer Patelin” məzhəkəsi çox məşhur idi. Bu məzhəkədə məhkəmədə məhkəmə məmurlarının acgözlüyü, şərəfsizliyi və süründürməçilyi ifşa olunurdu.


İbadət dramalarına getdikcə daha çox dünyəvi ünsürlər daxil olur. Şəhər tamaşalarına kilsənin təsiri və nəzarəti zəifləyir. Teatrlaşdırılmış böyük tamaşalar – şəbihlər göstərilməsi rühanilərin əlindən sənətkar və tacir birliklərinin (sexlərinin) əlinə keçir. Bibliya mövzularında omalarına baxmayaraq şəbihlər aktual səciyyə daşıyır, məzhəkə və məişət ünsürlərini də əhatə edirdilər; sırf dünyəvi mövzularda da şəbihlər peyda olurdu ki, bunlar real həyat hadisələrinə həsr olunurdular.


XIV-XV əsrlər şəhər mədəniyyətində iki cərəyan daha aydın nəzərə çarpır: patrisilərin yuxarı dairələrinin mədəniyyəti surətlə dünyəvi feodal mədəniyyəti ilə yaxınlaşır; demokratik təbəqələrin mədəniyyəti isə kəndli mədəniyyəti ilə six təmasda inkişaf edir. Həmin mədəniyyətlərin qarşılıqlı təsiri qarşılıqlı surətdə bir-birini zənginləşdirir.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə