Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə250/263
tarix22.03.2024
ölçüsü3,06 Mb.
#180794
1   ...   246   247   248   249   250   251   252   253   ...   263
Orta srlr tarixi S D Skazkin

Kəndli ədəbiyyatı

XIII-XIV əsrlərdə meydana gələn kəndli ədəbiyyatı ən əvvəl, xalq mahnılarından (məhəbbət mahnıları,epos mahnıları, süfrə mahnıları, məişət mahnıları) ibarət idi. Uzun dövr ərzində şifahi ənənələrdə yaşayan bu mahnılar indi yazıya alınır. Kəndlilərin sinfi mübarizəsi, müharibə və dağıntı dövründə xalqın başına gələn münasibətlər Fransada mahnı – gileylərdə ( komplentlərdə), habelə XIV əsrdən başlayaraq Avropanın bir çox ölkəsində meydana gələn balladalarda öz əksini tapdı. İngilis xalqının sevimli qəhrəmanı - əfsanəvi qaçaq Robin Quda


həsr olunmuş balladalar silsiləsi (XV əsrdən başlayaraq yazıya alınmışdır) xüsusilə geniş yayılmışdı. O öz dəstəsi ilə meşədə yaşayan azad oxçu (oxatan), feodalların və kral məmurlarının özbaşınalığına qarşı yoxsulların müdafiəçisi kimi təsvir olunur. Robin qud sürətində xalqın azadlıq, insan ləyaqəti, sadə insanın nəcibliyi barədə arzuları əks olunmuşdur. Kəndlilər içərisindən çıxmış bəzi yazıçıların yaradıcılığında, kilsə-feodal ənənələrinin əksinə olaraq, kəndli əməyi ictimai həyatın əsaı kimi təsvir olunur. Artıq XIII əsrin sonunda Bağban Venrenin yazdığı ilk alman kəndli poemasında – “Kəndli Helmbrext” poemasında namuslu əməksevər kəndli quldur cəngavərə qarşı qoyulur. Uilyamın cütçü Pyotr barədə xəyalı” adlı alleqoriya poeması daha ifadəli səciyyə daşıyırdı. Poema kəndlilərə rəğbət hissi ilə aşılanmışdır. Müəllifin fikrincə kəndlilər bütün cəmiyyətlərin sağlam əsasını təşkil edirlər.

Poemada kəndlilərin fiziki əməyi insanları kamilləşdirən, onlara axirət dünyasında qurtuluş bəxş edən başlıca vasitə kimi qiymətləndirilir və bir növ ideal kimi rühanilərin, məhkəmə hakimiyyətinin, vergi yığan məmurların, sarsaq kral müşavirlərinin müftəxorluğuna qarşı qoyulur. Lenqlend ideyaları Uot Tayler üsyanının iştirakçıarı arasında çox yayılmışdı.




Təsviri sənət

XIV-XV əsrlərdə Avropa ölkələrinin çoxunun memarlığında qot üslubunun hökmranlığı davam etməkdə idi. Lakin bu üslub təkmilləşmiş formada – “şölələnən” qot üslubu formasında hökmranlıq edirdi. Böyük oxşarlığı ilə fərqlənən bu üslubun, bununla belə, müxtəlif ölkələrdə öz xüsusiyyətləri vardı. Klassik qot üslubu ölkəsi Fransa idi. Tikintinin quruluşca dəqiqliyi, bəzək zənginliyi, rəngli şüşə naxışlarının parlaqlığı, mütənasiblik və nisbət ahəngi – fransız qot üslubunun əsas xüsusiyyətləri bunlardır.


Alman qot üslubu üçün tikintinin, xüsusən nəzərə çarpacaq dərəcədə göyə ucalması və zəngin zahiri bəzəyin olmaması səciyyəvidir; heykəllər, əsasən, binanın içində olur və qaba realizmlə mistika coşqunluğu (sufi cuşa gəlməsinin) çulqaşmış olması ilə fərqlənir. Uzununa tikilmiş ingilis kilsələri böyük və geniş olmaları ilə fərqlənirdi. Bu kilsələrdə heykəltəraşlıq bəzəyi, demək olar, olmurdu. Mülki memarlıq da inkişaf edirdi.


Təsviri sənətdə miniatürçülük yüksək tərəqqi səviyyəsinə çatır. Fransız krallarının, burqund hersoqlarının saraylarında çox qəşəng əlazmaları yaradılırdı. Bu əlyazmalarına Avropanın hər yerindən gəlmiş rəssamlar bəzək vururdular. Miniatürçülükdə və portret rəssamlığında realizm xüsusiyyətləri parlaq nəzərə çarpır, milli rəssamlıq məktəbləri formalaşmağa başlayırdı.


* * *

Feodalizm cəmiyyətində mədəniyyətin inkişafı ziddiyətli xarakter daşıyır, o dövrdə feodal-kilsə dünyagörüşü və onu başlıca təmsil edən katolik kilsəsi ilə xalq mədəniyyəti arasında, sonralar isə onunla birlikdə, həmçinin şəhər mədəniyyəti arasında gedən ideya mübarizəsini əks etdirirdi. Lakin şəhər, xalq, qisməndə dünyəvi cəngavər ədəbiyyatının inkişafı, artıq XI-XIII əsrlərdə, cəmiyyətin mənəvi həyatında kilsənin inhisarını yavaş-yavaş sarsıdırdı. XIV-XV əsrlərdə məhz şəhərlərin mənəvi həyatında Oyanış (İntibah) mədəniyyətinin ayri-ayri ünsürləri doğulur.
21-ci fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə