Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Bizans mədəniyyəti (IV-XV əsrlər)



Yüklə 3,06 Mb.
səhifə251/263
tarix22.03.2024
ölçüsü3,06 Mb.
#180794
1   ...   247   248   249   250   251   252   253   254   ...   263
Orta srlr tarixi S D Skazkin

Bizans mədəniyyəti (IV-XV əsrlər)

Bizans imperiyası bütün erkən orta əsrlər parlaq və özünəməxsus mənəvi və maddi mədəniyyət mərkəzi olmuşdur. Bu mədəniyyətin özünəməxsusluğu arasında idi ki, həmin mədəniyyətdə ellinizm və Roma ənənələri təkcə yunanların deyil, eyni zamanda imperiyada yaşayan bir çox başqa xalqların – misirlilərin, suriyalıların, Kiçik Asiya və Zaqafqaziya xalqlarının, Krım tayfalarının, həmçinin imperiya ərazisində məskən salmış slavyanların orijinal, əski tarixlərdən başlanan mədəniyyətləri ilə uyuşmuşdu. Bu mədəniyyətə ərəblər də müəyyən təsir göstərmişdir. Bizans şəhərləri erkən orta əsrlər boyu təhsil mərkəzləri olaraq qalırdılar. Həmin şəhərlərdə antik nailiyyətlər əsasında müxtəlif elmlər və peşələr, təsviri sənət və memarlıq inkişaf etməkdə idi. Bizansın ticarət və diplomatik əlaqələri coğrafi məlumatların və təbiətşünaslıq elmləri sahəsində biliklərin genişlənməsinə təkan verirdi. Inkişaf etmiş əmtəə-pul münasibətləri mürəkkəb mülki hüquq sistemi doğurmuş və hüquq elmlərinin yüksəlişinə səbəb olmuşdu.


Bizansın bütün mədəniyyət tarixini hakimiyyət başında duran siniflərə məxsus hakim çəfkurə ilə geniş xalq kütlələrinin məqsədini ifadə edən müxalifətçi cərəyanlar arasındakı mübarizə bəzəyir. Bu mübarizədə, bir tərəfdə, kilsə-feodal mədəniyyətinin canı ruha, insanı dinə tabe etmək idealını müdafiə edən qüvvətli monarxiya hakimiyyəti və qüdrətli kilsə ideallarını tərənnüm edən məfkurəçilər digər tərəfdə isə, azadfikirliliyin adətən təriqətçilik təlimlərinin donuna burunmuş olan, xeyli dərəcədə insan şəxsiyyətinin azadlığını müdafiə edən,dövlət və kilsə istibdadına qarşı çıxan nümayəndələri qarşı-qarşıya dururdular. Sonuncu cəbhənin – azadfikirliliyin nümayəndələri, ən çox, müxalifətçi ruhda olan şəhər dəirələri, xirda torpaq sahibi olan feodallar, aşağı ruhanilər və xalq kütlələri içərisindən çıxırdılar.


Bizansın xalq mədəniyyəti xüsusi yer tutur. Xalq musiqisi və oyunları, antik şəbihin xüsusiyyətlərini özündə saxlayan kilsə və teatr tamaşaları, xalq qəhrəmanlıq dastanları, tənbəl və qəddar varlıların, hiyləgər rahiblərin, satqın məhkəmə hakimlərinin eyblərini açıb tökən və onları ələ salan satirik təmsil yaradıcılığı – xalq mədəniyyətinin rəngarəng və parlaq təzahürləri belə idi.


Memarlıq, rəssamlıq, tətbiqi incəsənət və bədii sənətkarlıq abidələri yaradılmasında xalq sənətkarlarının töhfəsi son dərəcə qiymətlidir.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə