Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
247
        Azərbaycanda qanunvericiliyə əsasən əvvəlki 12 aylıq dövr ərzində işə 
və  qazanca  malik  olan  və  məşğulluq  xidməti  orqanlarında  işsiz  kimi 
qeydiyyata düşənlərə əvvəlki iş yeri üzrə orta aylıq əmək haqqqının 70%-i 
məbləqində,  lakin  yaşadığı  ərazi  üzrə  orta  aylıq  əmək  haqqından  yüksək 
olmayan məbləqdə işsizlik müavinəti təyin olunur.  
 
 
 
 
Fəsil 8 
 
      GƏLİRLƏRƏ VERGİQOYMA   
 
 
8.1. Gəlirlərə vergiqoymanın mahiyyəti və zərüriliyi. Gəlirlərə 
vergiqoymanın prinsipləri 
 
         Uğurlu  iqtisadi  strategiya  vergi  potensialından  istifadənin 
səmərəliliyini artırır. Vergi sistemində yaradılmış ciddi nizam-intizam 
vergitutma  bazasını  genişləndirməklə  vergidən  yayınma  hallarının 
aradan  qaldırılmasına  imkan  verir.  Son  dövrlər  nəğd  hesablaşmalara 
nəzarətin  artırılması,  əlavə  dəyər  vergisi  ödəyicilərinin  qeyri-qanuni 
hərəkətlərinin  qarşısının  alınması,  borclu  vergi  ödəyicilərinin  sayının 
azaldılması, qanunlara əməl etməyən vergi ödəyiciləri barədə inzibati 
tədbirlərin görülməsi və vergi inzibatçılığı sahəsində xüsusi tədbirlərin 


 
248
həyata  keçirilməsi  vergi  sisteminin  təkmilləşdirilməsində  mühüm  rol 
oynayır.  
Vergi  sisteminin  sosial  potensialı  dedikdə,  yüksək  təmin 
olunmuş  əhali  qruplarının  gəlirlərinin  orta  və  aztəminatlı  əhali 
qrupları arasında  yenidənbölgüsünü həyata keçirmək qabiliyyəti başa 
düşülür. 
Vergitutmanın  prinsipləri  dedikdə,  vergi  sahəsində  mövcud 
olan  başlıca  ideya  və  qaydaların  məcmusu  başa  düşülür. 
Vergitutmanın 
hüquqi 
və 
iqtisadi 
prinsiplərini 
bir-birindən 
fərqləndirmək lazımdır. 
Vergitutmanın 
hüquqi 
prinsipləri 
dedikdə, 
sistemin 
mahiyyətini  müəyyən  edən  əsas  hüquqi  qanunlar  başa  düşülür. 
Müasir  şəraitdə  vergitutmanıın  aşağıdakı  əsas  hüquqi  prinsiplərini 
qeyd etmək olar: 
1)  Bərabər  vergi  yükü  prinsipi.  Bu  prinsip  vergi  qanunları 
qarşısında  bütün  vergi  ödəyicilərinin  bərabərliyini  nəzərdə  tutur. 
Mülkiyyət  və  təşkilati  hüquqi  formasındən  asılı  olaraq  sahibkarlıq 
fəaliyyəti  üçün  əlavə  vergilərin  və  ya  artırılmış  vergi  dərəcələrinin 
müəyyən edilməsi yolverilməzdir. 
2)  Vergilərin  qanunla  müəyyən  edilməsi  prinsipi.  Bu  prinsipə 
əsasən  vergilər  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  müəyyən  və 
təsdiq edilir. 
3)  Vergi  ödəyicilərinin  qeyri-qanuni  vergilərdən  dövlət 
tərəfindən müdafiə edilməsi prinsipi. Bu prinsipə əsasən, dövlət vergi 


 
249
ödəyicilərinin üzərinə vergi ödəmək vəzifəsi qoymaqla bərabər, onları 
qeyri-qanuni vergi və rüsumlardan müdafiə etməlidir. 
4) Vergi qanunlarının qeyri-vergi qanunlarından üstün tutulması 
prinsipi.  Bu  prinsipə  əsasən  qeyri-vergi  qanunlarından  vergi 
münasibətlərinə  aid  olan  normalar  olarsa,  onlar  yalnız  vergi 
qanunvericiliyinə uyğun olduqları halda tətbiq oluna bilərlər. 
5)  Bütün  vergi  elementlərinin  vergi  qanununda  əks  olunması 
prinsipi.  Əgər  hər  hansı  bir  vergi  elementi,  məsələn,  vergitutma 
obyekti,  verginin  subyekti,  vergi  dərəcəsi  və  s.  vergi  qanununda  əks 
olunmayıbsa,  deməli,  vergi  ödəyicisinin  vergi  ödəməklə  bağlı  olan 
vəzifəsi müəyyən edilməmişdir. 
6)  Dövlətin  və  vergi  ödəyicilərinin  maraqlarının  uyğunluğu 
prinsipi.  Bu  prinsipə  əsasən  vergilər  müəyyən  olunarkən  və  vergi 
qanunvericiliyinə dəyişikliklər edilərkən yalnız dövlətin deyil, həm də 
vergi ödəyicilərinin də maraqları nəzərə alınmalıdır. 
Bazar  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrinin  vergi  sisteminin 
səmərəli fəaliyyəti bir neçə əsas vəzifənin icra olunmasına yönəlir: 
-  vergi  sistemi  fiskal  və  yenidənbölgü  funksiyalarını  yerinə 
yetirir, yəni sahibkarların və əhalinin gəlirlərinin yenidənbölgüsü yolu 
ilə  dövlət  büdcəsinin  gəlir  hissəsini  maliyyə  ehtiyatları  ilə  təmin  edir 
(inkişaf  etmiş  ölkələrdə  vergilər  orta  hesabla  büdcənin  gəlirlərinin 
90%-i təşkil edir); 
-   vergi  sistemi  elə  təşkil  olunmalıdır  ki,  ən  azından  istehsal  və 
hər hansı iqtisadi fəaliyyətə olan maraqı azaltmasın, ən yaxşı halda isə 
bu  maraqların  formalaşmasının  və  gücləndirilməsinin  təminatçısı 
olmalıdır; 


 
250
-  vergi sistemi sosial ədalətli prinsipi ilə üzvi şəkildə bağlıdır; 
-  vergi  sisteminin  formalaşmasına  vergilərin  dəqiq  müəyyən 
edilməsi 
və 
hesablanması, 
onların 
yığımının 
səmərəliliyi, 
vergiqoymada  sabitliyin  saxlanılması,  yəni  təkrarlanan  və  kəskin 
dəyişikliklərin olmaması  tələbləri böyük təsir göstərir; 
-  vergi ödəyiciləri arasında vergi yükün mütənasib bölgüsü. 
Vergiqoyma  sisteminin  ümumi  göstəricilərinin  sırasına  aiddir: 
ümumi  milli  məhsulun  həcmində  bütün  vergi  daxilolmaların  payı, 
əsas  vergilərdə  oxşarlıq,  vergi  daxilolmaların  müxtəlif  səviyyəli 
büdcələr arasında bölüşdürülməsi.  
Vergi  daxilolmaların  ayrı-ayrı  səviyyəli  büdcələr  arasında 
bölüşdürülməsinə  dair  yanaşmalar  müxtəlifdir.  Məsələn,  birinci 
yanaşma  müəyyən  vergilərin  bu  və  ya  digər  səviyyəli  büdcəyə  aid 
olmasını nəzərdə tutur.  
İkinci  yanaşma  vahid  dövlət  vergilərinin  müxtəlif  səviyyəli 
büdcələr  arasında  proporsional  bölgüsündən  ibarətdir.  Bunun 
nəticəsində  regional  və  yerli  vergilər  öz  əhəmiyyəti  baxımından 
müvafiq səviyyəli büdcələr üçün ikinci dərəcəli hesab oluna bilər. 
 Üçüncü  yanaşma  vəsaitlərin  yuxarı  səviyyəli  büdcələrdən  aşağı 
səviyyəli  büdcələrə  ötürülməsindən  ibarətdir.  Bu  yanaşma  əksər 
ölkələrdə  praktiki olaraq geniş yayılıb.  
          Vergi  sisteminin  qanunvericilik  və  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi  ölkənin  sosial-iqtisadi  inkişafına  və  bazar 
iqtisadiyyatına uyğun çevik vergi siyasətinin həyata keçirilməsi, vergi 
nəzarətinin  səmərəliliyinin  artırılması,  vergi  ödəyicilərinə  xidmətin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə