Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
231
1)  açıq  inflyasiya  azad  qiymətlər  şəraitində  əmələ  gəlir  və  onun 
səviyyəsi  cari  ildə  qiymətlərin  orta  səviyyəsindən  əvvəlki  ildə 
qiymətlərinin  orta  səviyyəsini  çıxmaq  və  alınan  nəticəni  əvvəlki  ildə 
qiymətlərinin orta səviyyəsinə bölməklə müəyyən olunur; 
2)  gizli  inflyasiya  malların  yox  olması  şəraitində  özünü göstərir,  yəni  
əmtəə  bazarında  defisit  yaranır.  Belə  inflyasiya  növü  bütün  iqtisadi 
sistemlərdə müşahidə oluna bilər və onun səviyyəsini müəyyən etmək çox 
qəlizdir.  Burada  bir  neçə  göstəricilərdən  istifadə  olunur:  iqtisadiyyatda 
kəsirin  səviyyəsi,  dövlət  qiymətlərinin  gizli  bazar  qiymətləri  ilə 
mütənasibliyi, defisit malın axtarılmasına  sərf olunan vaxt itkiləri və s. 
Ümumiyyətlə  inflyasiya  səviyyəsinin  göstəriciləri  kimi  qiymət 
indeksləri çıxış edir. Dövlət qiymətlərin səviyyəsini birbaşa müdaxilə yolu 
ilə  tənzimləyir. 
İnflyasiyanın  qarşısını  almaq  məqsədilə  iqtisadi  siyasətin  iki  tipindən 
isifadə olunur: 
- büdcə  kəsirinin  azalmasına,  kreditlərin  verilməsində  məhdu-
diyyətlərə, pul emissiyasının saxlanılmasına  yönəldilmiş siyasət; 
- əmək  haqqının,  qiymətlərin  artımını  və  gəlirlərin  indeksləşməsini 
əlaqələndirmək məqsədilə gəlirlərin və qimətlərin tənzimlənməsi siyasəti. 
İstehsal  amilləri  üzrə  (  onların  içərisində    əsas  yeri  əmək  tutur)  yeni 
yaradılmış  dəyərin  bölgüsü  birbaşa  dövlətin  maliyyə-kredit  və  vergi 
mexanizmindən nə dərəcədə istifadə etməsindən asılıdır. 
Sahibkarların  və  muzdlu  işçilərin  gəlirlərin  tənzimlənməsində 
əhəmiyyətli rolu dövlət vergiqoyma sistemi oynayır. 
İşəgötürənlərin  işçilərə  əmək  haqqını  zərf  formasında  verməsini  və 
bununla  da  gəlirlərin  müəyyən  hissəsinin  vergiqoymadan  yayınması 


 
232
imkanlarını  məhdudlaşdırmaq  üçün  əmək  haqqı  fondundan  vergi  faizini 
azaltmaqla və azalan hissəni gəlir əldə edənlərdən tutulan vergilərə əlavə 
etməklə  büdcəyə  daxil  olan  vəsaitləri  artırmaq  olar.  Hələ  ki,  fəaliyyət 
göstərən  vergi  siyasəti  məşğulluğun  və  əməyin  ödənilməsinin  elə 
növlərinə  təsir  edir  ki,  bunun  nəticəsində  ölkənin  gələcək  inkişafını 
müəyyən edən sahələrdə (elm və mədəniyyət) sərf olunan əmək hörmətsiz 
və az ödənişli sayılır.  
Vergi mexanizmini qaydaya salmaq məqsədilə iqtisadiyatın sektorları 
arasında  vergi  yükünü  yenidənbölmək  lazımdır.  Burada  istehsal 
müəssisələrindən vergi yükünün maliyyə və ticarət sferalarına keçirilməsi 
nəzərdə tutulur, harada ki, vergi tutulmalarının özünü doğrultmayan aşağı 
səviyyəsi müşahidə olunur. 
Müasir şəraitdə gəlirlərin daha ədalətli bölgüsü iqtisadi artımın zəruri 
şərtidir. Bunun  əsas səbəbləri aşağıdakılardır: 
- yüksək  təminatlı  əhali  qrupları  əmanət  və  milli  iqtisadiyyata 
investisiya qoyuluşuna deyil, əksinə kapitalın ixracına və import malların 
istehlakına meyllənirlər; 
- aztəminatlı  əhali  qruplarının  gəlirlərinin  artırılması  milli  istehsalın 
inkişafını, investisiya fəaliyyətini və səmərəli məşğulluğu stimullaşdırır;  
- əhalinin  böyük  hissəsinin  gəlirlərinin  azalması  ilə  yanaşı  səhiyyə  və 
təhsil 
xidmətlərindən 
istifadənin 
zəifləməsi 
əmək 
ehtiyatlarının 
keyfiyyətini kəskin şəkildə aşağı salır; 
- gəlirlərin  bölgüsünə  eyni  qaydada  yanaşma  –  müsbət  psixoloji 
amildir. Əgər əmlak baxımdan qeyri-bərabərlik və müxtəlif əhali qrupların 
gəlirləri arasında fərqlər artacaqsa,  bu cəmiyyətin kəskin təbəqələşməsinə 
səbəb olacaq. 


 
233
 
 
 
 
 
Fəsil 7 
 
      ƏMƏK  BAZARI  VƏ  ONUN  ƏHALİ 
GƏLİRLƏRİNİN  FORMALAŞMASINA  TƏSİRİ 
 
 
7.1. Əmək bazarının mahiyyəti və xüsusiyyətləri. Əmək bazarının 
subyektlərinin iqtisadi maraqları 
 
Bazar sistemində öz əhəmiyyətinə görə əmək  bazarı xüsusi yer tutur. 
Bu  bazarda  muzdlu  işçilər  və  onları  işə  götürənlər  bərabər  hüquqlu 
partnyorlar  kimi  çıxış  edirlər,  yəni  hər  iki  tərəf  öz  şəxsi  arzu  və  istəyinə 
görə qarşı tərəfi seçmək hüququna malikdirlər. 
Əmək  bazarı  dedikdə,  azad  razılaşma  əsasında  işçi  qüvvəsinin  alğı-
satğısı  ilə  bağlı  sövdələşmə  yeri,  məkanı  başa  düşülür.  Burada  başlıca 
məsələlərdən biri  işçi qüvvəsinə tələb və işçi qüvvəsinin təklifi, habelə işçi 
qüvvəsinin dəyəri olan  əmək haqqının müəyyən edilməsidir. 
İş  qüvvəsi  əmtəəsinin  qiyməti  ona  olan  tələb  və  təklifin  təsiri  ilə 
yanaşı,  iş  qüvvəsi  dəyərinin  təsirini  də  özündə  əks  etdirir.    İş  qüvvəsi 
dəyərinin  aşağı  səviyyəsi  onun  özünün  və  ailə  üzvlərinin  yaşaması  və  iş 
qabiliyyətinin  təmin  edilməsi  üçün  zəruri  olan  həyati  vasitələrinin  dəyəri 


 
234
ilə müəyyən olunur. Yuxarı səviyyəsi isə işçinin sosial-mədəni tələblərinin 
ödənilməsi üçün zəruri olan məbləğin səviyyəsini də özünə daxil edir. 
İşçi qüvvəsinin təklifini əmək qabiliyyətli işçilər (iş axtaranlar), təlabatı 
isə işəgötürənlər müəyyən edir. Təklif və tələbat əmək bazarının tutumunu 
müəyyənləşdirir. 
Əmək  bazarı  digər  bazarlardan  fərqli  olaraq  müəyyən  xüsusiyyətlərə 
malikdir. Bu xüsusiyyətlər əməyin, iş qüvvəsinin öz təbiətindən irəli gəlir. 
Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir: 
1.  Əmək  bazarında  digər  bazarlardan  fərqli  olaraq  əmtəə  kimi  çıxış 
edən  iş  qüvvəsinin  alqı-satqısı,  mövcud  sövdələşmə  prosesi  bir  anda  baş 
vermir. Bu proses müəyyən dövrü əhatə edir. 
2.  İş  qüvvəsi  əmtəəsinin  istehlakı  iş  qüvvəsinin  psixofizioloji  sərfi  ilə 
müşaiyət olunur. 
3.  İş  qüvvəsi  əmtəəsinin  alqı-satqısında  o  bazar  münasibətlərinin 
sosial-iqtisadi daşıyıcısı kimi çıxış edir. 
4.   Əmək bazarı üçün mikroiqlim, əmək münasibətləri səciyyəvidir. 
5.  Əmək bazarına məşğulluq problemlemləri və əmək qanunvericiliyi 
xasdır. 
       Əmək  bazarının  spesefik  cəhəti  kimi  iş  qüvvəsinin  təklifinin  iş 
qüvvəsinə olan tələbi müntəzəm şəkildə üstələməsini qeyd etmək olar. 
Əmək  bazarının  subyektlərinin  maraqları  biri-birindən  fərqlidir.  Bu  
maraqlar aşağıdakıları əhatə edir:  
 
 
 
1.  İşəgötürənlər  əsasən  yüksək  ixtisaslı  və    təcrübəli  işçilərə  böyük 
ehtiyac duyurlar. Bu meyyar üzrə iki yanaşma mövcüddur: 
 
 - birinci yanaşma işçilərin spesifik səriştələrini tələb edir, yəni onların 
spesifik funksional və şəxsi səriştələri;    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə