Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   2   3   4   5   6   7   8   9   ...   47

 
8

əhalinin pul gəlirlərinin strukturunda dərin dəyişikliklərin aradan 
qaldırılması; 

əhalinin  əsas  gəlir  mənbəi  və  eyni  zamanda  iqsisadi  fəallığının 
əsas stimulu olan  əmək haqqının rolunun, məbləğinin artması; 

yoxsulluğun azaldılması; 

əhalinin  əksər  hissəsinin  həyat  səviyyəsinin  yüksəldilməsi  üçün 
şəraitin yaradılması.  
Gəlirlər  və  əmək  haqqı  siyasətinin  həyata  keçirilməsi  mexanizmi 
çoxcəhətlidir.  Gəlirlər  və  əmək  haqqı  siyasətinin  reallaşdırılması 
mexanizmi ondan ibarətdir ki,  bu siyasət dövlət qanunvericiliyi, icraedici 
orqanların  verdikləri  sərəncamlar  vasitəsilə  aşağıdakı  yollarla  həyata 
keçirilir: 
1)  dövlət minimum sosial standartlartlar (DMSS) sisteminin vasitəsilə 
əhalinin həyat səviyyəsinin tənzimlənməsi;  
2)  gəlirlər  və  əmək  haqqı sahəsində  konstitusiyada  nəzərdə  tutulmuş 
zəmanətlərin təmin olunması üçün büdcə vəsaitlərinin həcminin müəyyən-
ləşdirilməsi və istifadəsi: 
- fiziki  və  hüquqi  şəxslərin  əldə  etdiyi  gəlirlərin  səviyyəsinə 
vergiqoyma sistemin vasitəsilə birbaşa və dolayı təsir; 
- respublika səviyyəli, regional, sahə, peşə tarif, ərazi və digər razılaş-
maların  qəbul  edilməsi  ilə  bağlı  sosial  tərəfdaşlıq  sistemi  çərçivəsində 
danışıqlar  proseslərində iştirak; 
- respublika səviyyəli, sahə və regional sosial proqramların qəbulu. 
Gəlirlər  və  əmək  haqqı  siyasətinin  həyata  keçirilməsi  mexanizminə 
dövlət  və  bazar,  inxibati  və  hüquqi,  iqtisadi  və  sosial  normativlərin 
qarşılıqlı əlaqəsi daxildir. 


 
9
Gəlirlər  və  əmək  haqqı  siyasəti  dedikdə  –  gəlirlərin  formalaşması, 
bölüşdürülməsi  və  istifadəsi  sahəsində  sosial-iqtisadi  münasibətlərin 
iştirakçılarının  maraqlarının  razılaşdırılmasına  imkan  verən    və  qarşıya 
qoyulan məqsədə nail olmağı təmin edən tədbirlər sistemi başa düşülür.  
 
 1.2. Gəlirlər və əmək haqqı siyasətinin əsas prinsipləri.  
Gəlirlər və əmək haqqı siyasətinin həyata keçirilmə 
istiqamətləri və funksiyaları 
  
 
 Dövlətin  sosial  siyasətinin  əsas  hissəsi  kimi  gəlirlər  və  əmək  haqqı 
siyasəti aşağıdakı  prinsiplər üzərində qurulur: 
- işçinin  öz  əmək  qabiliyyətindən  istifadə  etməkdə,  fəaliyyət  növü  və 
peşə seçimində sərbəst olması;   
- fiziki  şəxslərin  qanuni  əsaslarla  əldə  etdiyi  gəlirlərə  məhdudiyyətin 
qoyulmaması; 
- əmək  fəaliyyətindən  və  mülkiyyətdən  əldə  olunan  gəlirlərə  eyni 
qaydada hüquqi yanaşma; 
- əhalinin əmək qabiliyyəti olmayan hissəsinə ünvanlı sosial yardımın 
tədbiq olunması; 
- əmək haqqının bazar qanunları əsasında formalaşması; 
- işləyən əhalinin dövlət tərəfindən sosial sığortalanması. 
  Gəlirlər  və  əmək  haqqı  siyasəti  aşağıdakı  əsas  istiqamətlər  üzrə 
həyata keçirilir: 
- minimum  yaşayış  büdcəsi,  minimum  ərzaq  və  istehlak  səbətləri, 
minimum  əmək  haqqı,  vahid  tarif  cədvəli  kimi  dövlət  sosial 


 
10
standartlartlarının 
müəyyən 
olunması 
vasitəsilə 
əmək 
haqqının 
səviyyəsinə təsiri; 
- sosial 
tərəfdaşlıq 
sistemində 
gəlirlər 
və 
əmək 
haqqının 
tənzimlənməsi; 
- əldə olunan gəlirlərin səviyyəsinə vergiqoyma sisteminin təsiri; 
- hüquqi əsaslar üzrə pensiya təminatının tənzimlənməsi; 
- məşğulluq  sahəsində  əhaliyə,  o  cümlədən  işsizlərə  sosial 
zəmanətlərin təqdim edilməsi;     
- əməyin  mühafizəsi  sisteminin  təkmilləşdirilməsi,  yəni  əlverişsiz 
əmək şəraitinə görə güzəştlərin və kompensasiyaların verilməsindən əmək 
şəraitinin  sağlamlaşdırılması  və  təhlükəsizliyinin  tam  şəkildə  təmin 
edilməsi sisteminə  mərhələlər üzrə  keçid. 
Gəlirlər  və  əmək  haqqı  siyasətinin  sosial-iqtisadi  əsasları  bazar 
iqtisadiyyatı  şəraitində  demokratik  cəmiyyətin  yaradılması  və  sosial 
yönümlü bazar iqtisadiyyatının formalaşdırılması ilə bilavasitə bağlıdır. 
 Gəlirlər və əmək haqqı siyasəti  bir neçə səviyyədə həyata keçirilir: 
1)  makrosəviyyədə  -  bu  siyəsət  dövlət  tərəfindən  təsdiq  edilmiş, 
məcburi  xarakter  daşıyan  və  gəlirlərin  həcminə,  qiymətlərin  artmasına, 
inflyasiya  prosesinə  təsir  edən  norma  və  qaydaların  məcmusunu  nəzərdə 
tutur.  Bura  əhalinin  yuxarı  və  aztəminatlı  qruplarının  gəlirlərindəki 
fərqlərin  azalmasına,  vətandaşların  sosial  müdafiəsinin  qücləndirməsinə 
yönəldilən    qanunverici  və  normativ  aktlar  daxildir.  Bu  səviyyədə  ölkə, 
sahələr,  regionlar  və  müxtəlif  təşkilati-hüquqi  formalarda  fəaliyyət 
göstərən  müəssisələr  üçün  ümumi  institusional  normalar  qəbul  olunur. 
Həmin  normalar  müxtəlif  normativ  sənədlərdə,  ali,  sahə  və  ərazi 


 
11
razılaşmalarda əks olunur. Gəlirlərin tənzimlənməsində respublika, region 
və yerli səviyyələr fərqləndirilir; 
2)   mikrosəviyyədə  -  bu  siyəsət  işçinin  bütün  əmək  gəlirlərinin 
tənzimlənməsi  sahəsində  müəssisənin  strategiyasını  nəzərdə  tutur.  Bu 
strategiya aşağıdakılar ilə bağlıdır: 
- işçi qüvvəsinin alqı-satqı haqqında müqavilə, 
- əmək haqqı və tarif sistemi,  
- sosial ödəmələr və xidmətlər,  
- işçilərin ixtisaslaşması, 
- istehsal fəaliyyəti və başqa mülkiyyət növləri nəticəsində əldə olunan 
gəlirlərin formalaşması.  
Fəaliyyət  göstərən  gəlirlər  və  əmək  haqqı  siyasətinin  nəticələri 
haqqında makroiqtisadi göstəricilər - əhalinin rifaq halı, həyat səviyyəsi və 
keyfiyyəti,  adambaşına  düşən  ÜDM-un  həcmi,  adambaşına  düşən 
gəlirlərin  səviyyəsi,  onların  arasında  mövcud  fərqlərin  azaldılması,  real 
əmək  haqqının  səviyyəsi,  məşğulluq  səviyyəsi  və  s.  əsasında  mühakimə 
yürütmək  olar.  Əlbəttə,  bu  göstəricilərə  yalnız  gəlirlər  və  əmək  haqqı 
siyasəti  deyil,  eyni  zamanda  məşğulluq  siyasəti,  elmi-texniki  siyasət  və  s. 
təsir edir.  
Gəlirlər  və  əmək  haqqı  siyasətinin  həyata  keçirilməsində  mühüm 
nəticə  kimi  yoxsulluq  həddində  yaşayan  insanların  sayında  baş  verən 
dəyişiklikləri  göstərmək  olar.  Əgər  onların sayı  artırsa,  bu  o  deməkdir  ki, 
dövlət bu sahədə qeyri-səmərəli siyasət aparır. Əksinə, yoxsulluq həddində 
yaşayan  insanların  sayında  azalma  müşahidə  olunursa,  aparılan  siyəsəti 
səmərəli hesab etmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə