Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   2   3   4   5   6   7   8   9   ...   47

 
24
- layihələrin hazırlanmasına səriştəli məsləhətçilərin və şəriklərin cəlb 
olunması; 
- problenlərin dərindən işlənilməsi; 
- bazar konyukturasında, konkret məhsul və xidmətlərə olan tələbatda 
baş verən dəyişikliklərin proqnozlaşdırılması; 
-  layihənin  iştirakçıları  və  icraçıları  arasında  riskin  bölüşdürülməsi 
(riskə  ğörə  məsuliyyət  o  şərik  daşımalıdır,  hansı  ki,  diğərlərindən  fərqli 
olaraq riskləri daha yaxşı nəzərə alır və nəzarət edə bilir); 
- sığorta; 
- gözlənilməz  xərcləri  əvvəlcədən  nəzərə  alaraq  ehtiyat  vəsaitlərinin 
əldə olunması. 
Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə eyni zamanda əhalinin 
kommersiya  fəaliyyətilə  bağlı  gəlirləri  da  daxildir.Bu  gəlirlər    fərdlərin 
hüquqi  şəxs  kimi  qeydiyyata  düşmədən  həyata  keçirdiyi  fəaliyyət 
nəticəsində  yaranır  (xüsusi,  qeyri-mütəşəkkil  ticarət,  ev  şəraitində  və 
əldəqayırma istehsal, rəsmi qeydiyyatdan kənar xidmətlərin göstərilməsi). 
Gəlirlərin bölgüsündə və yenidənbölğüsündə əsas rolu dövlət oynayır. 
Onun məqcədi, fiskal siyasətin vasitəsilə dövlət büdcəsində pul vəsaitlərini 
cəmləşdirməkdən  ibarətdir.  Bu  vəsaitləri  dövlət  büdcə  sferasında  çalışan 
işçilərin  əməyinin  ödənilməsinə,  sosial  transfertlərin  verilməsinə,  əhaliyə 
sosial xidmətlərin göstərilməsinə sərf edir.    
Bazar  iqtisadiyyatı  bölgü  münasibətləri  sahəsində  baş  verən 
proseslərin  nəzəri  cəhətdən  mənimsənilməsini  tələb  edir.  Bu  ilk  növbədə 
əhalinin  gəlirlərinin  məzmununun  və  anlayışının  müəyyən  olunmasına, 
əhalinin  təbəqələşməsini  sürətləndirən  gəlirlərin  differensiyasına,  eyni 
zamanda  əhalinin  həyat  səviyyəsində  baş  verən  dəyişikliklərin  nəzərdən 


 
25
keçirilməsinə,  gəlirlərin  artımı  və  formalaşması  məsələlərinə  baxılmasına 
aiddir. 
İstehsal  amillərindən  gələn  gəlirlər  içərisində  əmək  haqqı  xüsusi  yer 
tutur.  Bu  baxımdan  əmək  gəlirinin  əldə  olunması  əmək  fəaliyyəti  ilə 
birbaşa əlaqədardır.  
Əmək haqqı dedikdə, gürülən  işin müqabilində işçi qüvvəsinin təkrar 
istehsalının təmin olunması məqsədilə verilən vəsait başa düşülür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
26
Fəsil 3 
 
ƏHALİ  GƏLİRLƏRİNİN  QURULUŞU VƏ  ƏLDƏ OLUNMA 
MƏNBƏLƏRİ 
 
 
3.1. “Əhalinin gəlirləri” anlayışının müəyyən olunması ilə 
bağlı müxtəlif yanaşmalar. Əhalinin gəlirlərinin əldə 
olunma mənbələri. Əhalinin gəlirlərinin əsas 
funksiyaları 
 
    Əhalinin  gəlirləri,  onların  səviyyəsi,  quruluşu,  mənbələri  və 
diferensasiya  dərəcəsi  cəmiyyətin  iqtisadi  və  sosial  inkişafının  mühüm 
göstəriciləridir. 
Müasir  iqtisadi  ədəbiyyatlarda  əhalinin  gəlirlərinin  mahiyyətinin 
müəyyən  olunması  ilə  bağlı  ayrı-ayrı  yanaşmalar  mövcuddur.  Bu 
yanaşmalar  onların  tədqiq  səviyyəsindən  qaynaqlanaraq  müxtəlif  şəkildə 
izah olunurlar. 
 Əhalinin  gəlirləri  –  müəyyən  dövr  ərzində  müxtəlif  mənbələrdən 
ayrı-ayrı  fərdlərin  və  ya  ailələrin  əldə  etdikləri  pul  və  natural  formada 
daxilolmaların  və  pulsuz  xidmətlərin  məcmusudur.  Bu  gəlirlər  istehlaka, 
yığıma, müxtəlif ödənişlərə və vergilərə sərf olunur. 
İqtisadi  kateqoriya  kimi  əhalinin  gəlirləri  bir  tərəfdən  dövlət  və 
təsərrüfat  subyektləri,  digər  tərəfdən  isə  ev  təsərrüfatları  və  fərdlər 


 
27
arasında  yeni  yaradılmış  dəyərin  mənimsənilməsi,  bölgüsü  və  yenidən 
bölgüsü ilə bağlı  münasibətlərin məcmusunu əks etdirir.  
Əldə olunma mənbələrinə görə gəlirləri aşağıdakı kimi bölmək olar:  
- müəssisənin  istehlak  fondundan  əldə  olunan  (əmək  haqqı, 
mükafatlar, sosial ödənişlər) gəlirlər; 
- dövlət  büdcə  və  qeyri-büdcə  fondları  (pensiyalar,  müavinatlar, 
təqaüdlər, güzəştlər) hesabına ödənilən gəlirlər; 
- vətəndaşların  mülkiyyətindən    əldə  olunan  gəlirlər.  Bu  mənbədən 
əldə  olunan  gəlirlərə  eyni  zamanda  şərti  adlanan  gəlirlər  də  aid  edilir 
(dividentlər, faizlər, icarə haqları və şəxsi  həyatyani  təsərrüfatlardan).  
Həmçinin,  əldə  olunma  baxımından  gəlirlərin  əsas  və  əlavə 
mənbələrini  qeyd  etmək  olar.  Əlavə  gəlir  dedikdə,  əsas  mənbədən  əldə 
olunan  vəsaitlərdən  başqa  digər  daxilolmalar  da  nəzərdə  tutulur 
(əvəzolunma yolu ilə işdən,  varislikdən,  qiymətli kağızlardan əldə olunan 
gəlirlər  və  s.).  Əlavə  gəlirin  əldə  edilməsi  əsas  gəlirin  kifayyət  qədər 
olmaması  və  yaxud  gəlirlərin  diversifikasiyası  (əsas  gəlirin  əhəmiyyətli 
dərəcədə azalması nəticəsində həyat səviyyəsinin aşağa düşməsi ehtimalı) 
ilə bağlıdır. 
Gəlirlərin  mahiyyəti  onların  funksiyalarında  daha  geniş  şəkildə  öz 
əksini tapır. Əhalinin gəlirlərinin aşağıdakı funksiyalarını qeyd etmək olar: 
- təkrar-istehsal  funksiyası  əhalinin  təkrar  istehsal  prosesində 
gəlirlərin  rolunu  göstərir.  Əmək  haqqı  ilə  yanaşı  insanların  tələbatlarının 
ödənilməsi  prosesində  başqa  gəlirlər  də  mühüm  rol  oynayır.  Yəni,  məhz 
bütün gəlir növləri  əhalinin normal həyat səviyyəsinin təmin olunmasının 
əsas mənbəi kimi çıxış edir; 


 
28
- mövqe  funksiyası.  Fərdin  cəmiyyətdə  yeri  və  onun  əsas 
tələbatlarının  ödənilməsi  dərəcəsi  onun  gəliri  ilə  müəyyən  olunur.  Öz 
gəlirlərini  cəmiyyətin  digər  üzvlərinin  gəlirləri  ilə  müqaisə  edərək,  insan 
cəmiyyətin  sosial strukturunda  öz  vəziyyətini  müəyyən  edir.  Bu  da  digər 
fərdlərlə müqaisədə öz mövqeyini yaxşılaşdırılmaq üçün ona təkan verir; 
- stimullaşdırıcı  funksiya  fəaliyyət  prosesində  insanların  qabi-
liyyətlərinin  yaxşılaşdırılmasının  stimullaşdırılmasına  yönəldilir.  Bazar 
iqtisadiyyatı şəraitində gəlirlər iqtisadi maraqların daşıyıcıları üçün maddi 
stimullar  rolunda  çıxış  edirlər  (işçilərin,  mülkiyyətçilərin,  sahibkarların). 
İnsanların  biliklərin  keyfiyyət  baxımından  zənginləşdirilməsi  hər  hansı 
fəaliyyət  növü  ilə  məşğul  olmasından  asılı  olmayaraq  insanların 
gəlirlərinin  artırılmasına  və  bununla  əlaqədar  onların  həyat  səviyyəsinin 
yüksəldilməsinə gətirib şıxarır. Buna görə də gəlirlərin əldə olunması işın 
son  nəticəsilə  bağlı  olmalıdır  və  öz  gəlirlərinin  artırılması  istiqamətində 
insanların fəaliyyətini motivləşdirməlidir; 
- ödəmə  qabiliyyəti  tələbatının  formalaşması  funksiyası  əhalinin 
tələbatlarının  təzahür  forması  olan  ödəmə  qabiliyyəti  tələbatı  ilə  istehlak 
məhsullarının istehsalı arasında əlaqəni təmin edir. 
Əhalinin gəlirlərinin dərindən tədqiqi aşağıdakıları nəzərdə tutur: 
- onların  məzmununu  açıqlamaq,  yəni  yeni  dəyərin  müəyyən 
hissəsinin  mənimsənilməsi,  bölğüsü  və  yenidənbölğüsü  ilə  bağlı 
münasibətləri  öyrənmək; 
-  tənzimləmə  mexanizmini  müəyyən  etmək,  yəni  mülkiyyət 
münasibətlərinə  əsaslanaraq,  əhalinin  gəlirlərinin  tənzimlənməsinin 
dövlət,  bazar və firmadaxili mexanizmlərindən istifadə etmək.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə