Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
33
Sxem 3.1 
Ə
halinin cəmi gəlirlərin strukturu
 
 
 
 
Ümumi  gəlirlərə  əhalinin  vergilərin  və  rüsumların  ödənilməsinə 
qədər əldə olunan gəlirləri  aiddir (brutto-gəlirlər).  
İqtisadi  ədəbiyyatlarda  nominal  və  sərəncamda  olan  real  gəlirlər 
anlayışları fərqləndirilir. 
Əhalinin  real  sərəncamda  olan  gəlirləri  istehlak  mallarının  və  pullu 
xidmətlərin  miqdarı  ilə  xarakterizə  olunur,  hansıları  ki,  real  sərəncamda 
olan pul gəlirlərilə əldə etmək olar. 
Nominal  gəlirlər  –  vergilər  və  rüsümlar  ödənilmədən  ,  əmtəə  və 
xidmətlərin  qiymətlərinin  dəyişilməsindən  asılı  olmayaraq  əldə  olunan 
mövcud pul vəsaitləridir. Nominal gəlirlər vergiqoymadan və qiymətlərin 
dəyişməsindən asılı olmayaraq pul gəlirlərinin səviyyəsini xarakterizə edir. 
Ə
mək haqqı 
Pulsuz xidmətlərin 
dəyəri 
Şə
xsi həyatyanı təsərrüfatdan natural 
daxilolmaların dəyəri 
 
Mülkiyyətdən 
gəlirlər 
Şə
xsi həyatyanı 
təsərrüfat məsullarının 
satışından əldə olunan 
gəlir 
Diğər daxilolmalalar (qonorar, aliment, 
xeyriyyə yardımı və  s.) 
 
Ə
halinin cəmi gəlirləri 
Pul şəklində   ödənilən 
sosial transferlər 
Sahibkarlıq 
fəaliyyətindən əldə 
olunan gəlirlər 


 
34
Vergilər və rüsümlar ödənildikdən sonra nominal gəlirlər sərəncamda olan 
gəlirlərə çevrilir. 
Sərəncamda  olan  gəlirlərə  isə  vergilər  və  rüsumlar  ödənildikdən 
sonra yerdə qalan hissə daxildir (netto-gəlirlər). 
Sərəncamda  olan  real  gəlirlərlər  əhalinin  sərəncamında  olan  pul 
gəlirlərinə ala biləcəkləri istehlak məhsulların və pullu xidmətlərin miqdarı  
ilə  xarakterizə  olunur.  sərəncamda  olan  real  gəlirlər  istehlak  məhsul  və 
xidmətlərin qiymət dinamikasından asılıdır. Sərəncamda olan real gəlirlər 
sərəncamda  olan  gəlirlərin  sabit  qalması  və  qiymətlərin  artması  ilə 
əlaqədar aşağı düşür. Sərəncamda olan real gəlirlərin azalmasının səbəbləri 
aşağıdakılardır: 
- birincisi, həyat səviyyəsi yaşayış minimumundan aşağı olan əhalinin 
sayının artması; 
-  ikincisi,  gəlir  və  qiymətlərin  artımı  arasında  xoşagəlməz  nisbətin 
olması.  Bu  hal  əsasən,  qidalanma  keyfiyyəti  kimi  göstəricilərin  aşağı 
düşməsində özünü göstərir; 
-  üçüncüsü,  xidmətlərə  qoyulan  tariflərin  artımı  istehlak  mallarının 
qiymətlərinin artımını qabaqlayır. 
Beləliklə,  əhalinin  cəmi  gəlirləri  ümumi  (vergiqoymaya  qədər)  və 
sərəncamda olan gəlirlərə bölünür. 
Nominal və sərəncamda olan real gəlirlərin arasındakı fərq inflyasiya, 
vergilər və rüsumlar hesabına yaranır. Bu gəlirlərin qarşılıqlı əlaqəsi aşağı-
dakı düsturla ifadə olunur: 
SRG =  ( NG – VÖ) / İ
iq
 
burada, SRG – sərəncamda olan real gəlirlər;  
       NG – nominal gəlirlər; 


 
35
       VÖ – vergi və rüsumlar; 
       İ
iq
 – istehlak qiymətlərinin indeksi. 
Əhalinin  nominal  pul  gəlirlərinin  artımı  onların  real  həcminin 
azalmasi ilə müşaiət olunur.Bu hal  inflyasiyanın, vergilərin və rüsumların 
əhəmiyyətli  dərəcədə  artımı  ilə  bağlıdır.  Əhalinin  sərəncamda  olan  real 
gəlirlərinin aşağı düşməsi bir sıra səbəblərlə əlaqədardır: 
•  yaşayış  minimumdan  aşağı  səviyyəsində  yaşayan  əhalinin  sayının 
çox  alması,  yoxsulluğun  artması  və  yoxsulluq  həddindən  nisbətən  yuxarı 
səviyyədə yaşayan əhali payının  azalması ilə; 
•  gəlirlərin  artımının  istehlak  malları  və  xidmətlərinin  qiymətlərinin 
artım tempindən geri qalması ilə; 
•  işsizliyin  hələ  ki,  yüksək  səviyyədə  olması  və  məşğul  olanların 
üzərinə düşən himayəçilik yükünün artması ilə. 
Real  gəlirlər  -  əhalinin  pul  və  natural  gəlirlərinin  hesabına  realizə 
olunmuş  rifahlarının  miqdarıdır  ki,  həmin  pul  və  natural  şəkildə  olan 
gəlirləri  əmək  haqqı,  sosial  fondların  hesabına  ödənilən  vəsaitlər,  şəxsi 
təsərrüfatlardan əldə edilən qazanc və s. təşkil edir. 
Real  gəlirlər  göstəricisi  baxmayaraq  ki,  bütün  gəlirlərin  yaranma 
sahələrini  tam  əhatə  etmir,  hər  halda  əhalinin  həyat  səviyyəsini,  o 
cümlədən , maddi rifah halını xarakterizə edən ən mühüm ümumiləşdirici 
göstəricidir.  Yalnız  istehsal  sahəsi  deyil,  həm  də  qeyri-istehsal  sahəsində 
məşğul  olan  işçilərin  əmək  nəticələrini  nəzərə  almaqla  real  gəlirlərin 
hesablanması  vacib  və  məqsədəuyğundur.  İctimai  əmək  məhsuldarlığı 
artımı ilə real gəlirlər arasındakı qarşılıqlı əlaqə yalnız kəmiyyət deyil, həm 
də  keyfiyyət    göstəricisinə  malikdir.  Bu  nisbət  iqtisadi  qanunların 
işləməsilə şərtlənir. 


 
36
Gəlirlər  və  onların  dinamikası  nemətlərin  dəyərlərinin  dəyişməsini 
deyil,  həm  də  istehlak  dəyərlərinin  hərəkətlərini  də  ifadə  edir.  Əmək 
məhsuldarlığı  ilə  real  gəlirlər  arasında  birbaşa  əlaqə  mövcuddur.  Pul 
gəlirlərinə müvafiq olaraq əhalinin mal və xidmətlərə olan tələbatları təyin 
edilir.  Pərakəndə mal  dövriyyəsi  və  bütün  ödəniş  növləri  əhalinin  ödəmə 
qabiliyyəti tələbatına uyğun olmalıdır. 
Şəxsi  gəlirlər  insan  tərəfindən  pul  və  natural  formada  əldə  olunan 
vəsaitlərin  cəmidir  və  onun  həyat  səviyyəsinin  müəyyən  mənada  təmin 
olunması  üçün  istifadə  olunur.  “Şəxsi  gəlirlər”  anlayışını  əldə  olunma 
mənbələrinə əsasən aşağıdaki kimi göstərmək olar: 
 Şəxsi  gəlirlər  –  insanların  əmək  fəaliyyətində  iştirakı  və  hər  hansı 
istehsal,  yaxud  diğər  ehtiyatlarının  müxtəlif  növlərinə  malik  olması  və 
istifadəsi  ilə  əlaqədar  bütün  pul  və  natural  daxilolmaların  cəmidir.  Eyni 
zamanda  şəxsi  gəlirlərin  sahibləri  dövlətin  qanunverici  aktlarına  əsasən 
sosial transfertlər ödənilən əhali qruplarına  aiddir. 
Əhalinin  gəlirlərinin  daha  dərindən  təhlili  üçün  onların  təsnifat-
laşdırılmasını  müəyyən  əlamətlər  üzrə  aparmaq  lazımdır  (cədvəl  3.1).  Bu 
cür təhlil gəlirlərin müxtəlifliyini aşkar etməyə imkan verir. 
İctimai 
inkişafın 
bütün 
mərhələlərində 
əhalinin 
gəlirlərinin 
formalaşması və istifadəsi prosesi öz xüsusiyyətləri ilə xarakterizə olunur. 
Hal-hazırda  Azərbaycanda  şəxsi  gəlirlərin  parametrləri  əsaslı  dəyişikliyə 
məruz qalmışdır: 
-  birincisi  mənbələr  dəyişilmişdir  –  ənənəvi  mənbələrə  yeniləri  əlavə 
olunmuşdur.  (Sahibkarliq  fəaliyyətindən,  mülkiyyətindən  əldə  olunan 
gəlirlər); 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə