Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   2   3   4   5   6   7   8   9   ...   47

 
20
2.  Cəmiyyət  üzvləri  arasında  ehtiyatların  bölüşdürülməsində  həmişə 
qeyri  bərabərlik  və  ədalətsizlik  hökm  sürür.  Bu  da  gəlirlərin 
bölüşdürülməsində kəskin fərqlərə gətirib çıxarır. 
3.  Hər  bir  sivilizasiyalı  cəmiyyətdə  gəlir  formalaşdıran  istehsal 
amillərinin sahiblərinin sayı onun üzvlərinin sayından az olur. 
  Ehtiyatların  ilkin  bölgüsündə  mövcud  qeyri-bərabərliyi  aradan 
qaldırmaq 
üçün 
cəmiyyət 
qanunlarına 
əsaslanaraq 
gəlirlərin 
yenidənbölgüsü mexanizminin fəaliyyət göstərməsi vacibdir. 
Renta  iqtisadi  kateqoriya  kimi  təbii  ehtiyatlardan  əldə  olunan  gəlir 
hesab  olunur.  Onun,  hətta  uzunmüddətli  dövr  üçün  təklifi  məhdud 
xarakter daşıyır. Bu cür ehtiyatlar torpaq ehtiyatları sayılır ki, onların da ilk 
növbədə 
özünəməxsusluğu 
onun 
məhdudiyyətliliyində, 
keyfiyyət 
baxımından müxtəlifliliyində və təkrar istehsal olunmamasındadır.  
Renta  -  miqdarı  məhdud  olan  torpağın,  digər  təbii  ehtiyatların 
istifadəsinə  görə  ödənilən  haqdır.  Əksər  hallarda  renta  icarə  haqqı 
formasinda çıxış edir. Eyni zamanda, rentanın iki növü fərqləndirilir: 
1)  renta 1 - torpağın, mülkiyyətin, kapitalın istifadəsindən əldə olunan  
gəlirdir,  hansı  ki,  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  üçün  sahibkar-
lardan  xüsusi məsrəf və ələvə qüvvə tələb etmir;  
2)  renta  2  –  sığortalanmış  şəxsə  sığorta  cəmiyyəti  tərəfindən  sığorta 
sənədinə əsasən hər il ödənilən pul məbləğidir. 
Bu ehtiyatların təklifinin məhdudlaşdırılmış xarakteri onu göstərir ki, 
tələb – rentanı formalaşdıran yeganə amildir. Eyni zamanda gəlirlilik baxı-
mından  təbii  ehtiyatlardan  müxtəlif  dövrlərdə  istifadəyə  görə  qiymətin 
formalaşması üsulu dövlətin gəlirlər siyasətinin ünsürü hesab olunur.  


 
21
Cəmiyyət  üçün  təbii  ehtiyatlar  əvəzsiz  bəxşiş  hesab  olunur.  Lakin 
müxtəlif  istifadəçilər  üçün  renta  ödənişləri  məsrəflər  hesab  olunur.  Ayrı-
ayrı müəssisələr torpaqdan alternativ üsullarla istifadə edir (kənd təsərrü-
fatı,  tikinti  sahəsi)  və  bunun  nəticəsində  müəssisənin  gəlir  səviyyəsi  
müəyyən olunur. 
Kapital  -  iqtisad  elminin  ən  mürəkkəb  və  mühüm kateqoriyalarından 
biri, bazar iqtisadiyyatının zəruri ünsürüdür. Kapital istehsal vasitələrinin 
məcmusu  kimi  ya  da  gəlir  əldə  etmək  məqsədilə  təsərrüfat  fəaliyyətində 
sərf  olunan  pul  vəsaiti  kimi  xarakterizə  olunur.  Kapitaldan  əldə  olunan 
gəlir kimi ssuda faizini göstərmək olar. 
Ssuda faizi dedikdə, 

 
Kapitalın  qoyuluş  formasından  və  sahəsindən  asılı  olaraq  onun 
gətirdiyi  gəlirin    müxtəlif  növləri  mövcuddur.  Belə  ki,  əmtəə  istehsalının 
meydana  gəldiyi  zamandan  etibarən  kapitalın  aşağıdakı  tarixi  formaları 
seçilir: 
- ticarət kapitalı (tacir kapitalı növü kimi); 
- sələm kapitalı (kapitalın qədim tarixi forması); 
- sənaye kapitalı. 
Bununla yanaşı, kapitaldan əldə olunan gəlirə eyni zamanda əhalinin 
mülkiyyətdən əldə etdiyi gəlirlər  də daxildir: 
-  aksiyalardan  əldə  edilən  gəlir  (faizlər,  işçilərin  müəssisənin  mən-
fəətində iştirakına görə aldıqları pay); 
-  əmanətdən  gələn  faiz  (il  ərzində  ödənilən  və  ilin  sonunda  qalığa 
görə hesablanan məbləq); 
-  qiymətli kağızlardan əldə olunan gəlir; 
-  əhalinin əmənətlərinə görə kompensasiya məqsədli ödənişlər; 


 
22
-  əhalinin daşınmaz əmlakının  satışından əldə etdiyi gəlir.   
Sahibkarlıq  fəaliyyəti  istehsal  prosesinin  təşkili  üçün  bütün  istehsal 
amillərini  birləşdirir.  Sahibkar  cəmiyyətin  müxtəlif  tələbatlarının  ödənil-
məsi və mənfəətin əldə olunması üçün bütün istehsal amillərini birləşdirir 
və  əlaqələndirir.  Sahibkarlıq  fəaliyyəti  həmişə  müəyyən  dərəcədə  risklə 
bağlıdır, bu da sahibkarın əldə etdiyi gəlirə xas olan xüsusiyyətdir. Bu gəlir 
daima  eyni  səviyyədə  olmur,  onun  həcmini  müvəffəqiyyətli  sahibkarlıq 
fəaliyyəti müəyyən edir.  
Sahibkarlıq  gəliri  -  sahibkar  götürdüyü  kreditin  faizini  ödədikdən 
sonra  onun  sərəncamında  galan  mənfəətin  bir  hissəsidir.  Bazar 
iqisadiyyatında sahibkarlıq gəliri iki hissəyə ayrılır: şərti-təminatlı gəlir və 
əlavə gəlir. 
Şərti-təminatlı gəlir - sahibkarın məşğul olduğu fəaliyyət növünə cəlb 
olunması  və  onu  davam  etdirməsi  üçün  mükafatlandırılmasıdır  və  onu 
müəssisədaxili məsrəf kimi hesab etmək olar. 
Əlavə gəlir - şərti-təminatlı gəlirdən əlavə əldə olunan gəlirdir. Məhz 
bu gəlir sahibkarlıq fəaliyyətində qeyri-müəyyənliyin və riskin haqqıdır. 
Sahibkarlıq  gəlirinin  ümumi  həcmi  əlavə  gəlirin  artıb-azalmasından 
asılıdır.  Sahibkarlıq  gəliri  sahibkarlıq  qabiliyyəti  və  işgüzarlıqdan  asılıdır. 
Bu gəlir sahibkarın aşağıdakı funksiyaları icra etdiyinə görə aldığı haqdır: 
- kapitalın,  əməyin  və  təbii  ehtiyatları,  məsul  və  xidmətlərin  istehsal 
prosesində birləşdirilməsi; 
- müəssisənin idarə olunması üçün qərarların qəbulu; 
- yeni texnologiyaların tədbiqi və məhsul növlərinin istehsalı; 
- istifadə olunmuş ehtiyyatlarla bağlı riskin nəzərə alınması. 


 
23
Sahibkarlıq  gəliri  həcminə  görə,  əldə  olunma  növlərinə  görə,  istifadə 
istiqamətlərinə görə müxtəlifdir. Əgər kapital mülkiyyətçisi eyni zamanda 
sahibkar  rolunda  çıxış  edirsə,  bu  zaman  sahibkarlıq  gəliri  ümumi 
mənfəətdən  büdcəyə  məcburi  ödənişləri  (ssuda  faizini,  vergiləri  və  s.) 
ödədikdən  sonra  onun  yerdə  qalan  hissəsi  hesab  olunur.  O  halda  kı, 
sahibkar  və  kapital  mülkiyyətçisi  müxtəlif  şəxslərdir,  onda  aşağıdakı 
variantlar mümkündür: 
1)  sahibkar  idarəetmə  funksiyasını  menecerə  həvalə  edir,  o da  həmin 
müəssisənin müvəffəqiyyətli fəaliyyəti üçün məsuliyyət daşıyır. Bu zaman 
sahibkarlıq gəliri kapital mülkiyyətinin haqqı kimi çıxış edir; 
2)  kapital mülkiyyətçisi sahibkara şəxsi işini təşkil etmək üçün kapitalı 
müəyyən faiz ödəmək şərti ilə verir. Bu zaman sahibkarlıq gəliri istehsalın 
fəaliyyətində  göstərdiyi  təşəbbüsə,  yeni  texnologiyanın  tədbiqinə,  yeni 
məhsul istehsalına, müəssisənin idarəedilməsi üzrə qərarların qəbuluna və 
risklə bağlı məsuliyyətə ğörə verilən haqq şəklində çıxış edir. 
Sahibkarlıq  gəlirinin  formalaşdırılması  əhəmiyyətli  dərəcədə  riskdən 
asılıdır, çünki hər hansı sahibkarlıq fəaliyyəti risklə bağlıdır.  
Risk  dedikdə,  itkilər  ehtimalı  və  gəlirin  həcmi    proqnozda,  planda, 
proqramda,  layihədə  nəzərdə  tutulmuş  səviyyədən  aşağı  olması  başa 
düşülür.  Sahibkarlıq  fəaliyyətində  riski  yaradan  mühüm  amillərə  aiddir: 
siyasi  qeyri-sabitlik,  təbii  fəlakət,  oğurluq,  etiraz  aksiyalar,  müəssisənin 
biznes  planını  tərtib  edən  şəxslərin  məsuliyyətsizliyi,  şəriklərin 
etibarsızlığı. 
Sahibkarlıq  fəaliyyətində  riskin  azaldılması  mühüm  əhəmiyyət  kəsb 
edir. Riskin azaldılmasının aşağıdakı əsas üsullarını qeyd etmək olar: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə