Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   2   3   4   5   6   7   8   9   ...   47

 
16
bölgü  prinsiplərinin  yeniləşməsi    bu  sahədə  mövcud  nəzəri  qaydalar  ilə 
əlaqədar  tədqiq  olunmalıdır.  Bu  qaydalar  ümumilikdə  iqtisadiyyata  və 
xüsusən  gəlirlər  nəzəriyyəsinə  aiddir.  Həmçinin  “gəlir”  və  “sərvət” 
anlayışlarının  qarşılıqlı  əlaqəsini  qeyd  etmək  vacibdir.  Bizim  zənnimizcə 
“sərvət”  anlayışı  daha  geniş  məzmun  kəsb  edir.  Gəlirlər  hal-hazırda  cə-
miyyətin  üzvlərinin  pul  ehtiyatlarından,  xidmət  və  nemətlərdən  ibarətdir 
və  həmişə  onların  istehlak  üçün  istifadəsilə  əlaqədar  deyil.  Gəlir  sərvətin 
formalaşmasının əsasını təşkil edir və müəyyən dövr ərzində (əsasən 1 il) 
müəyyən  olunur.  Gəlirlərin  səviyyəsi  və  sərvətin  həcmi  həmişə  eyni 
isiqamətdə  dəyişilmir.  Lakin  ümumilikdə  əhalinin  gəlirləri  və  sərvəti 
insanların  maddi  və  mənəvi  tələbatlarının  ödənilməsinin  əsasıdır  və 
ictimai rifah halının inkişafının mühüm amili kimi çıxış edirlər.  
Əhalinin gəlirləri, onların səviyyəsi, strukturu, əldə olunma mənbələri 
və  differensasiya  dərəcəsi  cəmiyyətin  iqtisadi  və  sosial  inkişafının  əsas 
göstəriciləri  hesab  olunur.  Ona  görə  ki,  gəlirlər  insanların  şəxsi 
tələbatlarının ödənməsinin əsas mənbəyidir. Məhz onlar daha geniş anlayış 
olan – əhalinin həyat səviyyəsinin mərkəzi həlqəsi hesab olunur.  
Gəlirlər,  onların  formalaşması  və  istifadə  edilməsi  həmişə  dövlətin 
diqqət  mərkəzində  olmuş  və  olmaqdadır.  Ölkənin  iqtisadi  inkişafı 
yüksəldikcə,  əhalinin  həyat  səviyyəsi  də  yaxşılaşır.  Bu  baxımdan  əhalinin 
bütün  növ  gəlirləri  nəzərdən  keçirilməlidir.  Əhalinin  sosial  müdafiəsi, 
həyatın  keyfiyyətinin  yüksəldilməsi  və  eyni  zamanda  ölkənin  insan 
potensialının  inkişafı  məqsədilə  gəlirlərin  struktur  və  formalaşma 
problemini  araşdıranda  gəlirlərin  bütün  sosial-iqtisadi  proseslərlə  birbaşa 
və dolayı yolla bağlılığını müşahidə edirik. 
“Gəlirlər”  anlayışı mürəkkəb iqtisadi kateqoriyadır.  


 
17
Gəlir dedikdə, hər-hansı bir istehsal amilindən əldə olunan natural və 
pul daxilolmaları başa düşülür. 
 
2.2. İstehsal amilləri nəzəriyyəsi üzrə gəlirlərin növləri. 
Renta – təbii ehtiyatlar üzrə gəlir növü kimi. Kapitaldan əldə 
edilən gəlir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir 
 
Ayrı-ayrı  iqtisadçılar  gəlirlərin  mənbələrini  müxtəlif  cür  şərh  edirlər. 
Eyni  zamanda,  ümumilikdə  hər  bir  istehsal  amilinin  müəyyən  şəxsi  gəlir 
növü ilə bağlı olduğunu qeyd etmək olar. 
Amillər  nəzəriyyəsində  göstərildiyi  kimi,  əsas  istehsal  amilləri 
aşağıdakılardır: 
- təbii ehtiyatlar (torpaq və başqa  təbii ehtiyatlar); 
- kapital, həmçinin investisiya ehtiyatları; 
- əmək; 
- sahibkarlıq fəaliyyəti. 
Bu  amillərə    aid  olan  gəlir  ilkin  gəlir  adlanır  və  müvafiq  formalarda 
müəyyən olunur: 
- renta, 
- mənfəətin hissəsi, ssuda faizi, 
- əmək haqqı,  
- sahibkarlıq gəliri (sxem 1). 


 
18
Sxem 1 
Amillər nəzəriyəsinə əsasən gəlirlərin formalaşması  
 
 
 
 
İstehsal amilləri arasında gəlirlərin bölgüsü funksional bölgü xarakteri 
daşıyır  və  bu  zaman  yaranan  gəlirlər  ilkin  gəlirlər  adlanır.  İlkin  bölgüdə 
formalaşan  gəlirlər  yaranma  mənbələri  baxımından  əhəmiyyətli  dərəcədə 
fərqlənirlər. 
Nəzəriyyəyə uyğun olaraq göstərilən amillərin hər birinə aid olan gəlir 
müəssisənin  məhsulun  satışından  sonra  əldə  etdiyi  gəlirdə  həmin  amilin 
iştirakı həddinə bərabərdir. 
İstehsal  amilləri  nəzəriyyəsinə  əsasən  hər  bir  amil  sahibi  firmanın 
fəaliyyətinin  son  nəticəsində  iştirak  səviyyəsinə  görə  yeni  dəyərin 
müəyyən  hissəsinə  yiyələnmə  hüququ  əldə  edir.  Yəni  hər  amilə  aid  olan 
gəlirin  miqdarı  müəssisənin  mənfəətində  bu  amilin  payına  bərabərdir.       
Torpaq və başqa   
təbii ehtiyatlar 
Kapital 
Ə
mək 
Sahibkarlıq fəailiyyəti 
Renta 
Kapitaldan gəlir (mənfəətin 
bir hissəsi, ssuda faizi) 
Ə
mək haqqı 
Sahibkarlıq gəliri 
lkin (amillər üzrə) gəlirlə
 
Ə
sas istehsal amilləri
 


 
19
Lakin reallıqda bu cür bölgü mövcud deyil. Aşağıdakı səbəblər buna mane 
olur: 
1.  Əmtəə bazarlarında təkmilləşməmiş rəqabətlə bağlı gəlirin miqdarı 
məhsulun istehsalında bu amilin payını  əks etdirmir; 
2.  Cəmiyyətin  üzvləri  arasında  ehtiyatların  bölgüsü  prosesində 
bərabərsizlik və ədalətsizlik həmişə mövcuddur; 
3.  İstənilən  sivil  cəmiyyətdə  gəliri  formalaşdıran  istehsal  amillərinin 
sahibləri cəmiyyətin üzvləri içərisində azlıq təşkil edir. 
Ehtiyatların  ilkin  bölgüsündə  bu  cür  bərabərsizlik  cəmiyyətin 
qanunlarını və öncüllərini nəzərə alaraq gəlirlərin yenidənbölgüsünü tələb 
edir.  Gəlirin yenidənbölğüsünü həm işçilərə, həm də əmlak ehtiyatlarının 
sahiblərinə  münasibətdə  ədalətli  hesab  etmək  olar.  Yenidənbölgü  zamanı 
digər  gəlirlər  yaranın,  yəni  ikinci  bölgüdə  yaranan  gəlirlər  (sosial 
transfertlər).  
Lakin  həqiqətdə  məhsuldarlıq  həddi  nəzəriyyəsinə  əsasən  gəlirlərin 
bölgüsü  qeyri-bərabərliyə,  yəni  ədalətsiz  bölgüyə  gətirib  çıxarır  və  bu  ilk 
növbədə  istehsal  resurslarının  bölgüsündəki  qeyri  –  bərabərliyə  görə  baş 
verir.  Ona  görə  də müasir  demokratik  cəmiyyət  yarandığı  bir  şəraitdə  bu 
qeyri – bərabərliyin zəifləməsi üçün dövlətin gəlirlər siyasətinin aparılması 
zəruridir. 
1. Bazarda qeyri-mükəmməl rəqabət şəraitində gəlirlərin həcmi heç də 
həmişə məhsul buraxılışında istehsal amillərinin təsirini tam əks etdirmir. 
Təcrübədə  ancaq  məhsuldarlıq  həddi  nəzəriyyəsinə  əsasən  gəlirlərin  bu 
cür bölgüsü mövcud ola bilməz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə