Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
29
3.1. Əhalinin gəlirlərinin formalaşmasının prinsipləri və 
xüsusiyyətləri. Əhalinin gəlirlərinin formalaşdıran amillər  
 
Əhalinin  gəlirlərinin  formalaşma  və  tənzimləmə  proseslərinin  nəticə-
sində  ev  təsərrüfatlarına  və  fərdlərə  məxsus  olan  gəlirlərinin  müxtəlif 
formaları yaranır, hansı ki, cəmiyyətin rifah halının yüksəldilməsini təmin 
edir. 
 Əhalinin 
gəlirlərinin 
formalaşdırmasının 
əsas 
prinsipləri 
aşağıdakılardır: 
- əmək üzrə bölgü prinsipi, 
- mülkiyyət üzrə bölgü prinsipi, 
- sosial-zəmanət  normalar üzrə bölgü prinsipi. 
Gəlirlərin  formalaşmasını  müəyyən  edən  amillər  kimi  işçilərin  şəxsi 
keyfiyyətləri  və  əmək  prosesində  əldə  etdikləri  nailiyyətlər,  çalışdığı 
müəssisələrin  fəaliyyətinin  nəticələri  və  bütövlükdə  iqtisadiyyatın  inkişaf 
səviyyəsi  çıxış  edir.  Əhalinin  gəlirləri  həmçinin,  onların  formalaşması 
mənbəi  kimi  çıxış  edən  yeni  yaradılmış  dəyərin  həcmindən,  əmək 
məhsuldarlığının  səviyyəsindən,  dövlətin  vergi  və  sosial  siyasətindən 
asılıdır.  İnsanın  həyat  fəaliyyətinin  ayrı-ayrı  mərhələrində  əhalinin 
gəlirlərin  səviyyəsinə  təsir  edən  hər  bir  amilin  rolu  müxtəlifdir.  Bu 
baxımdan bütövlükdə gəlirlərin formalaşmasında amillərin əhəmiyyətinin 
artırılması və yaxud azaldılması metodiki cəhətdən düzgün deyil. 
Əhalinin  gəlirlərinin  formalaşmasına  təsir  edən  amilləri  iki  qrupa 
ayırmaq olar: 
1)  fərqləndirilməyən amillər: 
- ailə qazancının cəmlənməsi,  


 
30
- ailədə  yaşayan  pensiyaçıların  pensiyaların  və  başqa  ailə  üzvlərinin 
aldıqları müavinətlərin ailə büdcəsinə daxil olması,  
2)  differensiallaşdıran amillər: 
- əməkqabiliyyəti  olmayan  ailə  üzvlərinin  mövcudluğu,  onların  sayı 
(özəlliklə əgər onlar ailə gəlirinin formalaşdırmasında iştirak etmirlərsə),  
- işləyən və işləməyən ailə üzvlərinin nisbəti. 
Ümumiyyətlə,  ailənin  gəlirlərini  formalaşdıran  amillər  üç  səviyyədə 
olur: 
• birinci  səviyyəyə  insanın  özündən,  həyatda  onun  tutduğu 
mövqedən,  onun  insan  kapitalından  və  əmək  potensialından  asılı  olan 
amillər aiddir, yəni təhsil, ixtisas, təcrübə, məşğulluq növü, vəzifə statusu, 
əmək  məsrəfləri  və  nəticələri,  peşə  və  vəzifə  artımı,  kapitalın  müxtəlif 
formaları ( təhsil, peşə və maliyyə); 
• ikinci  səviyyəyə  insanın  fəaliyyət  göstərdiyi  iş  yerilə  bağlı  amillər 
aiddir,  yəni  onun  müəssisənin  daxil  olduğu  sahə,  mülkiyyət  forması, 
müxtəlif  bazarlarda  müəssisənin  vəziyyəti,  texniki  təchizatı,  kollektivdə 
sosial-əmək münasibətlərinin inkişafı; 
• üçüncü  səviyyəyə  bütövlüklə  ölkənin  iqtisadiyyatı  və  reonların 
iqtisadiyyatı  ilə  bağlı  amillər  aiddir,  yəni  iqtisadi  potensial,  ictimai 
istehsalın  səmərəlliliyi,  ÜDM  həcmi,  qiymət  siyasəti,  vergiqoyma  sistemi, 
sosial  partnyorluq  sisteminin  inkişafı.  Bu  qrup  amillər  sosial  transfertlər 
sistemini formalaşdırır. 
Beləliklə, 
qeyd 
olunan 
amillər 
gəlirlərin 
işçinin 
əməyə 
münasibətindən,  fərdi  və  kollektiv  nəticələrindən,  ümumiyyətlə 
iqtisadiyyatın  səmərəlliliyindən  asıllığını  göstərir,  həmçinin  də  əhalinin 
gəlirlərin səviyyəsi üzrə differensiasiyasını da əks etdirir. 


 
31
 
3.2. Əhalinin gəlirlərinin strukturu və növləri. 
Müxtəlif əlamətlər üzrə əhalinin gəlirlərinin 
təsnifatlaşdırılması 
 
Əhalinin gəlirlərinin səviyyəsi əhalinin rifah halının əsas göstəricisidir. 
Bu səviyyə cəmiyyətin hər bir üzvünün istirahət, təhsil alma, sağlamlığının 
möhkəmləndirilməsi,  gündəlik  tələbatlarının  ödənilməsi  imkanını  müəy-
yən  edir.  Həmçinin,  ailənin  gəlirləri  üzrə  məlumatın  ümumiləşdirilməsi 
ölkə  iqtisadiyyatında  mövcud  vəziyyət  haqqında  zəruri  məlumat  verir, 
eyni  zamanda  onun  gələcəkdə  iqtisadi  və  sosial  siyasətinin  formalaş-
dırmasında  mühüm  rol  oynayır.  Buna  görə  də  əhalinin  gəlirlərinin 
formalaşması və istifadəsi prosesləri müntəzəm olaraq tədqiq olunur.  
Əhalinin  gəlirlərinin  strukturu  dedikdə,  onların  müxtəlif  formaları 
(əmək  haqqı,  sosial  transfertlər,  mülkiyyətdən,  sahibkarlıq  fəaliyyətindən 
əldə olunan gəlirlər)  arasında qarşılıqlı əlaqə başa düşülür. 
Bu  baxımdan əhalinin gəlirlərinin strukturunda müvafiq dəyişikliklər 
müşahidə edilir: 
1)  ənənəvi (əmək haqqqı, pensiyalar, təqaüdlər) gəlir növləri ilə yanaşı 
sahibkarlıq  fəaliyyətindən,  mülkiyyətdən,  daşınmaz  əmlakdan,  qiymətli 
kağızlardan, xarici valütadan əldə olunan gəlirlər meydana gəldi; 
2)  gəlirlərin  tərkibi  keyfiyyət  və  kəmiyyət  baxımından  yeniləşdirildi. 
Bununla əlaqədar real, sərəmcamda olan, konsentrasiya və differensiasiya 
əmsalı,  gəlirin  defisiti,  yaşayış  minimumu,  yoxsulluq  səviyyəsi,  əhalinin 
gəlirlərinin alıcılıq qabiliyyəti və s. kimi göstəricilər meydana gəldi; 
3)  gəlirlərin istifadəsində yeni istiqamətlər müşahidə olunur: məcburi 
ödənişlər və rüsumlar, eyni zamanda xarici valyutanın, qiymətli kağızların, 


 
32
şəxsi  daşınmaz  əmlakın  alınması,  kommersiya  banklarına  vəsaitlərin 
qoyulması.  
Deməli,  bazar  iqtisadiyyatı  şəraitində  əhalinin  gəlirlərinin  strukturu 
hiss  olunacaq  dərəcədə  dəyişilir.  Bunun  digər  səbəbləri  kimi,  mülkiyyət 
münasibətlərində  yeniləşməni,  yeni  növ  təsərrüfat  sahələrinin,  əmək  və 
kapital  bazarlarnın  formalaşmasını  qeyd  etmək  olar.  Əhalinin  gəlirlərinin 
strukturunda  onun  mövcud    formaları  ilə  yanaşı  yeni  növlərini  də  qeyd 
etmək 
lazımdır. 
Məsələn 
dividentlərdən, 
qiymətli 
kağızlardan, 
aksiyalardan,  kreditdən,  ssudalardan,  sığortadan,  xarici  valyutanın 
satışından əldə olunan gəlir. 
Şəxsi gəlirləri təhlil edəndə “cəmi”, “sərəncamda olan”, “nominal” və 
“real” gəlirlər kimi anlayışlardan istifadə etmək lazımdır. 
Cəmi  gəlirlər  –  həyatyani  təsətrrüfatdan  şəxsi  istehlakı  üçün  əldə 
edilən natural daxilolmaların dəyərini və sosial fondların hesabına pulsuz 
və güzəştli xidmətlərin məbləğini nəzərə almaqla bütün mənbələrdən daxil 
olan  pul  vəsaitlərinin  ümumi  məbləğidir.  Əhalinin  cəmi  pul  gəlirləri 
ümumi  və  sərəncamda  olan  gəlirlərə  ayrılması  da  vacib  hesab  olunur 
(sxem 3.1).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə