Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
191
 
 
Fəsil 5 
 
SOSİAL TRANSFERTLƏR VƏ ƏHALİ GƏLİRİNİN 
FORMALAŞMASINDA ONLARIN ROLU. SOSİAL SIĞORTA  
 
 
 
5.1. Sosial transfertlər sisteminin mahiyyəti, məzmunu və 
vəzifələri. Sosial transfertlər sisteminin funksiyaları. 
Sosial transfertlərin növləri və formaları. 
   
Sosial  transfertlər – cəmiyyət tərəfindən əhaliyyə əvəzsız şəkildə 
ödənilən pul və natural ödənişlərdir. 
Sosial transfertlərin ödənilməsində məqsəd əhalinin sosial müda-
fiəsinin  və  həyat  səviyyəsinin  yüksəldilməsi,  eyni  zamanda  ölkənin 
insan potesialının inkişaf etdirilməsidir.   
Sosial transfertlərə pensiyalar, müavinətlər, təqaüdlər, s. ödənişlər 
və  sosial fondların hesabına ödənilən vəsaitlər aiddir. 
Sosial  transfertlərin  ödənilməsi  mənbələri  respublikanın  dövlət 
büdcəsi, sosial sığorta fondları və ictimai təşkilatlardır.  
Sosial  transfertlər  və  ya  transfert  ödənişlər  özlüyündə 
məqsədyönlü  yenidənbölgü  xarakteri  daşıyan,  dövlət  və  qeyri-
kommersiya  təşkilatları  tərəfindən  əhaliyə  pul  və  natural  formada 
ödənilən vəsaitlərdir.  


 
192
Sosial transfertlər sisteminin əsas vəzifələri aşağıdakılardır: 
-  sosial  cəhətdən  əhəmiyyətli  xidmətlərlə  əhalinin  təmin 
edilməsi; 
-  işləyən  və  işləməyən  vətəndaşların  maddi  təminatında  fərqin 
azalması; 
-  əhalinin  kəmiyyət  və  keyfiyyət  cəhətdən  təkrar  istehsalının 
təmin olunması; 
-  işlə təmin olunma sahəsində yaranan neqativ halların əhalinin 
gəlirlərinə təsirinin azalması. 
Cəmiyyətin  sosial  inkişafı,  onun  tənzimlənməsi  mövcud  maliyyə 
imkanları  ilə  bağlıdır.  Cəmiyyətin  sosial  inkişafın  maliyyə  mənbəyini 
ölkənin milli gəliri təşkil edir.  
Sosial  sahələr  maliyyə  resursları  olmadan  yeniləşib  inkişaf  edə 
bilməz.  Sosial  sahələrin  maliyyə  imkanları  cəmiyyətdə  gəlirlərin 
bölgüsü  və  yenidənbölgüsü  prosesində  formalaşır.  Sosial  obyektlərin 
inkişafı  üçün  lazım  olan  və  bütün  mənbələr  hesabına  formalaşan  pul 
vəsaitləri  sosial  sahələrin  inkişafının  maliyyə  resurslarının  əsasıdır. 
Beləliklə,  sosial  inkişafın  maddi  və  maliyyə  əsasını  cəmiyyətdə 
yaranan  gəlirlər,  onların  bölgüsü  və  yenidənbölgüsü  mexanizmləri 
təşkil  edir.  Bu  mexanizmlərin  idarə  olunması,  tənzimlənməsi  sosial 
inkişafın  dövlət  tənzimlənməsi  funksiyasına  daxildir.  Dövlət  sosial 
inkişaf üçün sosial obyektlərə olan tələbatı müəyyən edir, planlaşdırır, 
məsələn,  bir  il  ərzində  əhalinin  yaş,  artım,  məskünlaşma  və  digər 
demoqrafik  göstəricilərini  nəzərə  alıb,  sosial  tələbat  üçün  lazım  olan 
vəsaitin  ümumi  həcmini  müəyyən  edir.  Aydındır  ki,  sosial  tələbat, 


 
193
onun  ödənilməsi  imkanları  məhdud  olub,  milli  gəlirin  həcmindən, 
dövlətin maliyyə imkanlarından və əhalinin şəxsi gəlirlərindən asılıdır. 
 
5.2. Sosial zəmanət sistemi. Dövlət minimum sosial standartları. 
Dövlət minimum sosial standartlar   
            sisteminin formalaşması prinsipləri. Dövlət sosial 
standartlaşdırılması 
 
Əhalinin  müxtəlif  qruplarının  qanunla  təsdiqlənmiş  təminat 
səviyyələri əsasında sosial zəmanət sistemi təşkil edilir. Sosial zəmanət 
sisteminin formalaşmasının mühüm prinsipləri aşağıdakılardı: 
1) vətəndaşlara  əmək  qabiliyyətinə  uyğun  sosial  zəmanətlərin 
verilməsi; 
2) sosial zəmanətin müdafiə sisteminin mobilliyi; 
3) sosial zəmanət sisteminin vaxtaşırı yeniləşdirilməsi; 
4) sosial  siyasətin  həyata  keçirilməsində  ərazi  və  yerli  icra 
strukturlarının funksiya bölgüsü. 
Sosial  zəmanət  sisteminin  formalaşmasının  əsas  mənbəi  sosial 
normativlərdir. Zəmanətli və kompensasiya xarakterli ödəmələr sosial 
normalara əsaslanmalıdır. Sosial normativlər sistemi dinamik xarakter 
daşıyır. 
Dövlət  minimum  sosial  standartları  dedikdə,  hər  vətəndaşın 
istifadə  etmək  hüququ  olan  müəyyən  dövr  ərzində  qanunvericilik 
qaydasında  təsdiq  edilmiş  sosial  zəmanətlərin  minimum  səviyyəsi 
başa düşülür. Başqa sözlə, müəyyən dövr üçün qanuni şəkildə təsdiq 
olunmuş sosial zəmanətlərin elə bir minimum səviyyəsi başa düşülür 
ki, o hər vətəndaş üçün təmin olunur.  


 
194
Dövlət  minimum  sosial  standartlar  sisteminin  formalaşması 
aşağıdakı prinsiplərə əsaslanır: 
-  vətəndaşların konstitusiya hüquqların şərtsiz yerinə yetirilməsi; 
-  sosial  müdafiənin  və  sosial  xidmətlərin    ümumi  xarakter 
daşıması; 
-  dövlətin  minimum  sosial  standartlarının  təmin  olunması  üçün 
xərclərin  büdcə və büdcədənkənar  maliyyəşdirilməsinin şəffaflığı; 
-  dövlətin 
minimum 
sosial 
standartlarının 
 
hərtərəfli 
əsaslandırılması; 
-  əhalinin  bütün  sosial  təbəqə  və  qruplarına    bərabər 
zəmanətlərin təqdim edilməsi; 
-  dövlət  minimum  sosial  standartları  haqqında  əhalinin  
məlumatlandırması; 
-   dövlət minimum sosial standartlarının yerinə yetirilməsi üçün 
dövlət hakimiyyət orqanlarınn cavabdehliyi. 
Dövlət  minimum  sosial  standartların  işlənməsində  iki  istiqmət 
nəzərdə tutulur: 
1) əhalinin  pul  gəlirlərini  tənzim  edən  birbaşa  təsirli  normaların 
əsaslandırılması.  Burada  minimum  istehlak  səbətinin  dəyəri  kimi 
yaşayış minimumu əsas yer tutur; 
2) sosial əhəmiyyətli xidmətlərin pulsuz təqdim olunma sahəsi. 
Dövlət  minimum  sosial  standartları  Azərbaycan  Respublikası 
qanunvericiliyində nəzərdə  tutulan  normalar  və  normativlərdir.Onlar  
əmək  haqqı,  pensiya  təminatı,  təhsil,  sahiyyə  və  mənzil-komunal 
xidməti  sahəsində  əhalinin  sosial  müdafiəsinin  minimum  səviyyəsini 
təmin edirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə