Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
202
doğulduğu aydan 16 yaşına çatanadək verilən aylıq müavinət 2007-ci 
ildə  ödənilmir.  Bu  dəyişiklik  əhalinin  aztəminatlı  təbəqəsinin  sosial 
durumunu  yaxşılaşdırmaq  məqsədilə  hazırlanan  "Ünvanlı  dövlət 
sosial yardımı haqqında" qanun qəbulu ilə əlaqədardır. 
   
5.3. Azərbaycan Respublikasında ünvanlı dövlət sosial 
yardımının tədbiq olunması 
 
Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin 
təmin edilməsindən ibarətdir.  
Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 
1.  ünvanlılıq  -  sosial  yardım  yalnız  aztəminatlı  ailələrə  təyin 
olunur; 
2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə 
üzvü  üçün  ehtiyac  meyarının  məcmusu  arasındakı  fərq  məbləğində 
təyin olunur;  
3.  bərabərlik  -  sosial  yardım  bütün  aztəminatlı  ailələrə  təyin 
olunur.  
Ünvanlı  dövlət  sosial  yardımının  tədbiqi  ilə  bağlı  əsas  anlayışlar 
aşağıdakılardır: 
        -  ünvanlı  dövlət  sosial  yardımı  dedikdə,  aztəminatlı  ailələrə 
dövlət tərəfindən göstərilən pul şəklində yardım başa  düşülür;  
- ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları 
üzrə  yaşayış  minimumundan  asılı  olaraq  ünvanlı  dövlət  sosial 
yardımının  təyin  edilməsi  məqsədilə  dövlət  büdcəsi  ilə  birgə  hər  il 
üçün təsdiq olunmuş hədd başa düşülür; 


 
203
-  ailə  dedikdə,  qohumluq  və  ya  qanunvericiliklə  müəyyən 
olunmuş  digər  xüsusiyyətlərə  görə  bağlılığı  olan,  birgə  yaşayan, 
ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər 
başa düşülür; 
-  aztəminatlı  ailə  dedikdə,  orta  aylıq  gəlirləri  hər  bir  ailə  üzvü 
üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.  
Əhalinin aztəminatlı təbəqəsinin sosial durumunu yaxşılaşdırmaq 
məqsədilə  qəbul  olunmuş  "Ünvanlı  dövlət  sosial  yardımı  haqqında" 
qanun  bu  məsələlərin  həllində  mühüm  rol  oynayır.  Qanun  sosial 
yardımın  məqsəd  və  prinsiplərini,  habelə  təyin  olunmasının  hüquqi 
əsaslarını  və  bu  sahədə  yarana  biləcək  münasibətləri  tənzimləyir. 
Ünvanlı  dövlət  sosial  yardımı  aztəminatlı  ailələrə  dövlət  tərəfindən 
göstərilən  maddi  yardımdır.  Bu  yardım  orta  aylıq  gəlirləri  ehtiyac 
meyarlarından  aşağı  olan  ailələrə  şamil  edilir. Belə  bir  qanunun 
fəaliyyət  göstərilməsi  üçün  yaranmış  zərurət  aztəminatlı  ailələrin 
aldığı müavinatların az olmasından irəli gəlir. Sosial yardımın məbləği 
ailənin  orta  aylıq  gəliri  ilə  hər  bir  ailə  üzvü  üçün  ehtiyac  meyarının 
məcmusu  arasında  yaranan  fərq  məbləğində  hesablanır.  Ehtiyic 
meyarı  mərhələlərlə  ölkə  üzrə  yaşayış  minimumuna  çatdırılır.  O  ki, 
qaldı  qanunla  nəzərdə  tutulan  "ehtiyac  meyarı"nın  məbləğinə, 
"Yaşayış  minimumu  haqqında"  Qanuna  görə,  yaşayış  minimumu 
əhalinin  sosial  demoqrafik  qrupları  üzrə  ayrı-ayrılıqda  hesablanır. 
Məsələn,  ailə  ata,  ana,  bir  uşaq  və  babadan  ibarətdirsə,  onda  yaşayış 
minimumu  onların  hər  biri  üçün  ayrı-ayrılıqda  götürülür,   ehtiyac 
meyarı da həmin yaşayış minimumuna nisbətən təyin olunur və bütün 


 
204
bunlar  cəmlənərək  ailə  üçün  ümumi  ehtiyac  meyarı  hesablanır. 
Əhaliyə  göstərilən  sosial  yardımların  həcmi  konkret  məbləğlə  ifadə 
olunmur.  Yardımın  məbləği  ailə  üzvlərinin  sayına  müvafiq  olaraq 
hesablanır.  Ailələr  arasındakı  tarazlığı  qorumaq  üçün  onların 
gəlirlərindəki fərq nəzərə alınmaqla, sosial ədalət prinsiplərinin yerinə 
yetirilməsinə  kömək  edir.  Mütəxəssislər  hesab  edir  ki,  ünvanlı  sosial 
yardımların  tətbiqi  ilə  yanaşı  ölkədə  Sosial  Müdafiə    İnstitutunun 
yaranması zəruriyyəti meydana çıxır.  
Qanunun  tətbiqi  ilə  əlaqədar  olaraq  əhalinin  nəinki  gəlirlərinin 
qiymətləndirilməsi,  həmçinin  zərurət  daxilində  hər  bir  ailənin  öz 
evində əmlak və gəlirlərinin səviyyəsini qiymətləndirmək imkanı əldə 
olunur. Qanuna görə, adambaşına nəzərdə tutulmuş məbləğdən aşağı 
gəliri olan ailə aztəminatlı hesab olunur və dövlət həmin ailəyə sosial 
yardım göstərir.  
Minimum  əmək  haqqının  məbləği  artdıqca,  sosial  yardımın  da 
məbləğində dəyişiklik olunur. Qanunun fəaliyyəti ilə  bağlı uşaq pulu 
başqa şəkildə ödənilir. Əgər ailə aztəminatlıdırsa, onun hər bir uşağına 
deyil, ailədə olanların sayına müvafiq olaraq müavinətlər ödənilir.  
Ünvanlı 
dövlət 
sosial 
yardımı 
haqqında 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasından,  bu  Qanundan,  digər  normativ  hüquqi  aktlardan 
və 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrdən  ibarətdir.  Sosial  yardım  almaq  hüququ  olan  ailələr 
sosial  yardım  hüququna  orta  aylıq  gəliri  onlardan  asılı  olmayan 
səbəblərdən  (ailə  üzvlərinin  əmək  qabiliyyətinə  malik  olmaması, 


 
205
ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında 
işsiz  kimi  qeydə  alınması,  vəfat  etməsi,  məhkəmə  tərəfindən  itkin 
düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, 
ailə  üzvünün  olduğu  yerin  məlum  olmaması  və  s.)  hər  bir  ailə  üzvü 
üçün  ehtiyac  meyarının  məcmusundan  aşağı  olan  aztəminatlı  ailələr 
malikdirlər. 
 Sosial 
yardım 
dövlət 
büdcəsinin 
vəsaiti 
hesabına 
maliyyələşdirilir.  Sosial  yardımın  məbləği  ailənin  orta  aylıq  gəliri  ilə 
hər  bir ailə üzvü üçün  ehtiyac  meyarının  məcmusu arasında  yaranan 
fərq məbləğində hesablanır. 
Cədvəl 5.3 
Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı  
(ilin əvvəlinə) 
   
2007 
2008 
2009 
Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin 
sayı, nəfər  
 
218673 
 
364059 
 
749965 
1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial 
yardımının məbləği, manat  
 
8.36 
 
17.38 
 
22,0 
 
Cədvəl  5.3-dən  görqündüyü  kimi,  2008-ci  ilin  əvvəlinə  olan 
statistik  məlumatlara  əsasən  ünvanlı  dövlət  sosial  yardımı  alan  ailə 
üzvlərinin sayı 2007-ci ilə nisbətən 66,5% artmışdır. Bir nəfərə düşən 
aylıq  ünvanlı  dövlət  sosial  yardımının  məbləği    2008-ci  ildə  108%  
artmışdır.  Bu  əsaslı  artım  aztəminatlı  ailələrə  göstərilən  dövlət 
qayğısının  bariz  nümunəsidir.  Əhalinin  yaşayış  minimumu 
səviyyəsindən aşağı vəziyyətdə yaşayan qruplarının həyat səviyyəsini 
yüksəltmək məqsədi ilə həyata keçirilən tədbirlərin nəticəsidir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə