Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
199
3.  Minimum  istehlak  səbətinin  müəyyən  olunmasında  qiymət 
amilinin nəzərə alınması; 
4.  Aztəminatlı  ailələrin  həyat  səviyyəsinin  yaxşılaşdırılması 
məqsədi ilə sosial təminat sisteminin təkmilləşdirilməsi; 
5.  Minimum  sosial  standartlarının  müəyyən  olunmasında  sosial 
normativlərin  və  normaların  nəzərə  alınmasına  xüsusi  diqqət 
yetirilməsi. 
Respublikamızda  hal-hazırda  ümumi  sosial  yardım  sisteminin 
yaradılması  prosesi  gedir.  Bu  məqsədlə  Azərbaycan  Respublikası 
Dünya  Bankının  yoxsulluğun  azaldılması  üzrə  strategiyasının  tətbiq 
edildiyi 70-ə yaxın ölkə sırasına daxil olub.  
Bu  baxımdan  pensiya  təminatı  dövlətin  sosial  siyasətində  önəmli 
yer  tutur.  Son  illər  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  əmək 
haqlarının  və  aztəminatlı  ailələrə  verilən  müavinətlərin  artırılması 
sahəsində  bir  sıra  mühüm  tədbirlər  həyata  keçirilmiş,  vətəndaşların 
pensiya  təminatının  yaxşılaşdırılması  istiqamətində  ciddi  addımlar 
atılmışdır.  Bununla  yanaşı  əmək  haqqının  və  pensiyanın  orta  aylıq 
məbləği  hələlik  əhalinin  tələbatını  tam  həcmdə  ödəmək  səviyyəsində 
deyildir.  Eyni  zamanda  pensiya  sisteminin  idarə  olunması, 
pensiyaların müəyyən edilməsi və əhaliyə verilməsi mexanizmi günün 
tələblərinə  cavab  vermir.  Bu  baxımdan  vətəndaşların  pensiya 
təminatının  onların  minimum  həyat  səviyyəsinin  ödənilməsi 
səviyyəsinə çatdırılması və bütövlükdə pensiya işinin müasir tələblərə 
uyğun qurulması ölkədə pensiya islahatının aparılmasını zəruri edir. 


 
200
Sosial  müavinətlər  əhalinin  bir  qrup  sosial  təbəqəsinin  minimum 
yaşayış  səviyyəsinin  təmin  edilməsi  məqsədi  ilə  verilir.  Sosial 
pensiyalar  əmək  pensiyaları  almayan  qocalara,  əlillərə  ödənilir. 
Pensiya  sahəsində  mövcud  olan  nöqsanlara  baxmayaraq  sosial 
pensiyaların  məbləği  son  illər  ərzində  hiss  olunacaq  dərəcədə 
artmışdır (cədvəl 5.1). 
Cədvəl 5.1 
Pensiyaçıların sayı və təyin olunmuş aylıq pensiyaların orta 
məbləği 
x) 
(ilin əvvəlinə) 
   
2007 
2008 
Pensiyaçıları
n sayı, min 
nəfər 
Təyin olunmuş aylıq 
pensiyaların orta 
məbləği, manatla 
xx)
 
Pensiyaçıların 
sayı, min nəfər 
Təyin olunmuş 
aylıq pensiyaların 
orta məbləği, 
manatla 
xx)
 
Pensiyaçılar - 
cəmi  
1227 
41.4 
1249 
62.9 
o cümlədən: 
qocalığa görə  
807 
41 
821 
64.3 
əlilliyə görə  
281 
45.4 
291 
64.6 
ailə başçısının 
itirilməsinə 
görə  
 
139 
 
32.6 
 
137 
 
50.6 
x)
 
Azərbaycan  Respublikasının  7  fevral  2006-cı  il  tarixli  “Əmək 
pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun 
olaraq  pensiyaların  növ  və  tərkibində  dəyişikliklər  edilmiş  və  sosial 
pensiyalar sosial müavinətlərlə əvəz edilmişdir; 
xx)
 Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləği istisna 
olmaqla.
 
 
Cədvəl  5.1-dən  göründüyü  kimi,  2007-2008-ci  ilin  əvvəlinə 
pensiyaçıların  sayında  və  pensiyaların  məbləğində  müvafiq 
dəyişikliklər  müşahidə  olunur.  Qocalığa,  əlilliyə  və  ailə  başçısının 
itirilməsinə  görə  pensiya  alanların  sayı  demək  olar  ki,  dəyişməz 
qalmışdır. Lakin təyin olunmuş pensiyaların orta məbləğində 2008-ci 


 
201
ilin  əvvəlinə  olan  məlumatlara  əsasən  2007-ci  ilə  nisbətən  qocalığa 
görə pensiyalar 56%, əlilliyə görə 42%, ailə başçısının itirilməsinə görə 
55% artım müşahidə olunur. Müşahidə olunan artım pensiya təminatı 
sistemində həyata keçirilən islahatların bariz nəticəsidir.   
 
 
 
 
 
Cədvəl 5.2 
Dövlət tərəfindən verilən ayrı-ayrı müavinatlar 
 
2004 
2005 
2006 
2007 
2008 
Uşağın anadan olmasına görə 
birdəfəlik müavinət: 
kontingentin sayı, min.nəfər 
 
 
105,7 
 
 
112,5 
 
 
18,5 
 
 
25,6 
26,8 
məbləq,min.manat 
322,2 
266,0 
555,5 
854,3 
1003,2 
3 yaşına çatanadək uşaqlara 
qulluqla əlaqədar müavinət: 
kontingentin sayı, min.nəfər 
 
 
23,6 
 
 
26,8 
 
 
21,4 
 
 
22,1 
 
25,4 
məbləq,min.manat 
780,9 
775,0 
553,7 
684,2 
1247,0 
Dəfn üçün müavinət: 
kontingentin sayı, min.nəfər 
 
37,6 
 
41,4 
 
39,1 
 
41,2 
 
40,8 
məbləq,min.manat 
2375,7 
29936,0 
4038,4 
6625,1 
7094,8 
Uşağın doğulduğu aydan 16 yaşına 
çatanadək verilən aylıq müavinət: 
kontingentin sayı, min.nəfər 
 
 
1378,4 
 
 
1313,5 
 
 

 
 

 
 

məbləq,min.manat 
29931,4  28550,6 



   
Cədvəl  5.2-dən  göründüyü  kimi,  uşağın  anadan  olmasına  görə 
birdəfəlik  müavinət  alanların  sayı  2007-ci  ildə  2004-cü  il  ilə 
müqayisədə 76% azalmışdır. Müavinətin məbləği isə 2007-ci ildə 2004-
cü  ilə  nisbətən  165%  artmışdır.  Bu  göstəricilər  müavinət  alanların 
sayında azalmanı, ödənilən məbləğin isə artmasını göstərir. Üç yaşına 
çatanadək  uşaqlara  qulluqla  əlaqədar  müavinət  alanların  sayında 
demək  olar  ki,  xüsusi  dəyişiklik  müşahidə  olunmur.  Müavinətin 
məbləğində  isə  2007-ci  ildə  cüzi  azalma  müşahidə  olunur.  Uşağın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə