Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
53
Ümumilikdə,  əlavə  əmək  haqqına  daxil  olan  tərkib  hissələrini 
sistemləşdirilmiş şəkildə aşağıdakı kimi göstərmək olar: 
- qanunverici şəkildə reqlamentləşdirilmiş; 
- müxtəliv səviyyəli əmək müqavilələrində müəyyən olunmuş; 
- işəgötürən tərəfindən ödənilən. 
  Əlavə  əmək  haqqının  rolu  ABŞ-da  yüksək  texnologiyalar  tədbiq 
olunan  sahələrdə  xüsusilə  əhəmiyyətlidir.  Məsələn,  neft  emalı 
müəssisələrində  onun  xüsusi  çəkisi  29,2%,  avtomobil  sanayesində  -  22,2% 
təşkil edir.  
  Əmək haqqının ümumi səviyyəsi  işçi qüvvəsinin qiymətini və onun 
təkrar  istehsalına  çəkilən  xərcləri,  həmçinin  müəyyən  ixtisasa  malik  işçi 
qüvvəsinə  tələb  və  təklifi  əks  etdirir.  Bundan  başqa,  əmək  haqqının 
səviyyəsi  əmək  sərfi  (məsələn,  işlənmiş  saatların  miqdarı)  və  əmək 
nəticələrini  (məsələn,  xasilatı)  əks  etirən  bir  sıra  keyfiyyət  və  kəmiyyət 
göstərəcilərindən bilavasitə asılıdır. 
 Istehsalın,  eyni  zamanda  vergi  daxilolmalarının  artımı  ilk  növbədə 
minimum  əmək  haqqının  artırılması  üçün  əsas  yaratmaqla,  onun 
məbləğini  nəinki  yaşayış  minimumu  həddinədək  artırmağa,  hətta 
minimum  əmək  haqqının  məbləğini  minimum  istehlak  büdcəsinə 
çatdırmağa  imkan  verər.  Belə  bir  şəraitdə  müəssisələr  öz  istehsalını 
genişləndirmək  və  onun  səmərəliliyini  artırmaqla  təkcə  büdcə  sferası 
işçilərinin  əmək  haqlarının  artırılmasını  deyil,  həm  də  öz  işçilərinin 
minimum  və  orta  əmək  haqlarını  əhəmiyyətli  dərəcədə  artırmağı  təmin 
edir.  
İqtisadiyyatda məşğul olanların orta aylıq əmək haqqı (manat) 
Qrafik 4.1 


 
54
 
99,4
64,4
175,3
123,6
89,1
191,9
149
111,4
221
215,8
171,9
296,5
274,4
235,8
341,3
0
50
100
150
200
250
300
350
2004
2005
2006
2007
2008
Qeyri-dövlət sektorunda
Dövlət sektorunda
İ
qtisadiyyat üzrə
 
 
 Qrafik  4.1-dən  göründüyü  kimi,  Azərbaycanın  iqtisadiyyatında 
məşğul  olanların  orta  aylıq  əmək  haqqının  ildən  ilə  sabit  artımı  mühadə 
olunur. 2004-2008-ci illər ərzində bütövlükdə iqtisadiyyat üzrə bu artım 2,8 
dəfə  olmuşdur.  İqtisadiyyatın  sektorları  üzrə  əmək  haqqı  dinamikasının 
təhlili müəyyən fərqləri əşkara çıxarmışdır. Belə ki, dövlət sektoru üzrə 3,7 
dəfə,  xüsusən  də  2006-cı  illə  müqayisədə  2007-ci  ildən  etibarən  əmək 
haqqının səviyyəsi birdən 54,3% artmışdır. 
Qeyri-dövlət sektorunda isə 2004-2008-ci illər ərzində orta aylıq əmək 
haqqı  1,9  dəfə  artmışdır.  Özü  də  təhlil  dövründə  bu  artım  əsasən  2007-ci 
ildən  hiss  olunmağa  başladı.  Məsələn,  2006-cı  illə  müqaisədə  2007-ci  ildə 
əmək haqqı 34,2% artmışdır. 
 
 
 


 
55
4.4. Minimum əmək haqqı. Nominal və real əmək haqqı 
 
Qeyd  etmək  lazımdır  ki,  əmək  haqqının  səviyyəsi  işçinin  sosial 
mövqeyinin  və  onun  cəmiyyət  üçün  əhəmiyyətliliyinin  əsas  determinantı 
hesab olunur. 
Fikrimizcə, qanunvericiliklə əmək haqqının minimum həddini yaşayış 
minimumu ilə müqayisə edilə biləcək səviyyəyədək artırmağa imkan verən 
bir 
mexanizmin 
yaradılması 
yolu 
ilə 
əmək 
haqqının 
və 

cümlədən,əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinə  nail  olmaq 
mümkündür.    
Dövlət  əmək  haqlarının  artırılmasının  iqtisadi  mexanizmlərindən 
istifadə  edərək  səmərəli  əmək  haqqı  siyasətinə  keçid  üçün  əlverişli  şəraiti 
təmin  edir,  maddi  və  qeyri-maddi  istehsal  sahələri,  ölkənin  regionları 
arasında,  eləcə  də  işçilərin,  bütövlükdə  əhalinin  peşə-ixtisas  və  sosial-
statuslu qrupları və kateqoriyaları arasında əmək haqqı fondunun optimal 
bölüşdürülməsini  təmin  edir.  Əmək  haqqının  minimum  məbləğinin 
qabaqlayıcı artım tempi onun səviyyəsini orta əmək haqqının 20-30%-dək, 
orta  əmək  haqqının  səviyyəsini  isə  yüksək  idarəetmə  heyətinin  əmək 
haqqının 50-60%-i həddinədək artırmağa imkan verir. 
İstehlak  malları  bazarındakı  vəziyyətlə  bağlı  nominal  və  real  əmək 
haqqını fərqləndirmək lazımdır. 
Real  əmək  haqqı  nominal  əmək  haqqının  məbləqinə  alınan  mal  və 
xidmətlərin  kəmiyyətilə  müəyyən  olunur.  Real  əmək  haqqını  hesablamaq 
üçün  nominal  əmək  haqqını  istehlak  qiymətlərin  indeksinə  bölmək 
lazımdır. 


 
56
Əmək  haqqının  mütləq  səviyyəsini  onun  real  həcminə  uyğun 
qiymətləndirmək vacibdir. Eyni zamanda, əmək haqqının nisbi səviyyəsini  
nominal və real əmək haqqının əsasında  qiymətləndirmək olar. 
Orta aylıq real və nominal əmək haqqı indeksləri 
Qrafik 4.2 
 
122,7
120
128,5
120,4
124,3
113,4
119,8
110,6
100
105
110
115
120
125
130
2003
2004
2005
2006
Nominal əmək haqqı
Real əmək haqqı
 
 
Qrafik 4.2-dən göründüyü kimi, 2003-2006-cı illər ərzində nominal və 
real  əmək  haqqı  indeksləri  üzrə  azalma  mühadə  olunur.  Nominal  və  real 
əmək haqqı indekslərində əsasən 2005-ci ildən etibarən azalma hiss olunur. 
Bu  mənfi  tendensiya  xüsusən  real  əmək  haqqında  özünü  göstərir.  Ancaq 
nominal əmək haqqı dinamikasında 2003-2006-cı illər ərzində bu mənfi hal 
o qədər də qabarıq hiss olunmur. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə