Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
49
- müəssisədə  əmək  haqqının  səviyyəsini  işçi  qüvvəsinin  keyfiyyəti, 
əmək  proseslərinin  xüsusiyyətləri,  görülən  işin  kəmiyyəti  və  keyfiyyəti  
müəyyən edir. 
İşçi  qüvvəsinin qiyməti  işçi qüvvəsinin  dəyərinə  bir  çox  halda uyğun 
gəlmir. Əsasən işçi qüvvəsinin qiymətinə bir neçə amil eyni zamanda təsir 
göstərir.Onlar  bu  qiyməti  işçi  qüvvəsinin  dəyərinə  yaxınlaşdırır  və  yə 
əksinə  ondan  kənarlaşdırır.  İlk  öncə  işçi  qüvvəsinin  qiymətinə  əmək 
bazarında mövcud vəziyyət təsir göstərir.  
Bir  tərəfdən,  məşğul  olanlar  işçi  qüvvəsinin  qiymətini  onun 
dəyərindən  yüksək  olmasında  bir  qayda  olaraq  maraqlıdırlar.  Yəni  işçilər 
və  həmkarlar  ittifaqı  əmək  haqqının  səviyyəsinə  və  işə  götürülmə 
şərtlərinə  təsir  edir.  Burada  əməyin  ödənilməsində  sosial  zəmanətlərin 
yüksəldilməsinə  yönəldilən  ənənəvi  həmkarlar  siyasəti  böyük  əhəmiyyət 
kəsb  edir.  Əmək  haqqının  artırılması  məqsədilə  həmkarlar  ittifaqı 
aşağıdakı yollardan istifadə edir: 
1)  immiqrasiya  sərhədlərinin  müəyyən  edilməsi,  iş  vaxtının 
qısaldılması,  əməyin  intensivliyinin  azalması  hesabına  əmək  bazarında 
təklifin məhdudlaşdırılması; 
2)  kollektiv  müqavilə  bağlanan  zaman  işəgötürənlərə  göstərilən 
təzyiq; 
3)  əməyə tələbin artırılmasını və məşğulluğun inkişafını təmin edən  
istehsal sahələrinin genişlənməsinə dəstək; 
4)  işsizliyin  artırılmasına  və  əməyin  ödənilməsinin  aşağı  düşməsinə 
səbəb olan istehsalın inhisarçılığına qarşı mübarizə.  
Digər  tərəfdən  isə,  işəgötürən    işçi  qüvvəsinin  qiymətini  onun 
dəyərindən  aşağı  salmağa  cəhd  edir.  Bu  cür  fəaliyyət  xüsusi  əhəmiyyət 


 
50
kəsb  edir,  əgər  müəyyən  ərazidə  cəmi  bir  müəssisə  mövcuddursa.,  onda 
lokal əmək bazarında muzdlu işçilər onları işə götürənin  diktəsindən asılı  
hala düşür. Başqa sözlə, əmək bazarında  monopsoniya yaranır. Belə halda 
sahibkar işçi qüvvəsinə tələbi məhdudlaşdıra bilər və rəqəbətli əmək bazarı 
(harada  ki,  işəgötürənlər  çoxluq  təşkil  edir  və  işçi  özünə  əlverişli 
işədüzəlmə  şərtlərini  seçə  bilər)  ilə  müqaisədə  əmək  haqqının  səviyyəsini 
və işçi qüvvəsinə çəkilən xərcləri azaldar. 
Beləliklə,  işçi  qüvvəsinin  dəqiq  qiyməti  iki  tərəfin  qarşılıqlı 
fəaliyyətinin əsasında yaranır. 
 
4.3. Əmək haqqının funksiyaları. 
Əmək haqqının strukturu və tərkib hissələri 
 
Bazar  iqtisadiyyatı  şəraitində  əmək  haqqının  əsas  funksiyaları 
aşağıdakılardı: 
- təkrar-istehsal funksiyası şəxsi gəlirlərin formalaşmasını, işçilərin və 
onların  ailələrinin  tələbatlarının  ödənilməsini  təmin  edir.  Əmək  haqqının 
səviyyəsi işçi qüvvəsinin təkrar istehsalını təmin etməlidir. İşçi qüvvəsinin 
təkrar  istehsalına  çəkilən  xərclər  sosial-iqtisadi,  təbii-iqlim,  mədəni  və  s. 
xüsusiyyətlərdən  asılıdır.  İstehsalın  inkişafi  və  ETT-in  sürətlənməsilə 
əlaqadar işçi qüvvəsinin təkrar istehsalına çəkilən xərclər artır; 
- stimullaşdırıcı funksiya məhsulun istehsalının və onun keyfiyyətinin 
artırılnmasına, 
işçilərin 
ixtisalaşdırılmasına, 
onların 
bütün 
növ 
ehtiyatlardan 
səmərəli 
istifadəsinə 
və 
müəssisədə 
işçi 
heyətin 
sabitləşdirilməsinə  yönəldilir.  Bu  funksiya  məhz  müəssisədə  əmək 
haqqının müxtəlif forma və sistemlərindən səmərəli istifadə zamanı özünü 
biruzə verir; 


 
51
- bölüşdürücü  funksiya  istehsal  olunmuş  məhsulda  işçinin  payının 
müəyyən  edilməsindən  ibarətdir.  Başqa  sözlə,  hazırlanmış  məhsula  görə 
işçinin  aldığı  əmək  haqqının  məbləqi  birbaşa  onun  istehsal  prosesində 
iştirakı ilə əlaqədardır və müəssisənin fəaliyyətində onun göstərdiyi səyin 
göstəricisi  kimi  çıxış  edə  bilər.  Bu  funksiya  muzdlu  işçilər  və  istehsal 
vasitələrin  sahibləri  arasında  istehlak  fondunun  bölgüsü  zamanı  canlı 
əməyin payının əks olunması üçün nəzərdə tutulur; 
- ehtiyat-yerləşdirici  funksiya  ölkənin  regionları  və  iqtisadiyyatın 
sahələri  üzrə,  eyni  zamanda  müəssisə  səviyyəsində  əmək  ehtiyatlarının 
səmərəli  yerləşdirilməsinə  və  istifadəsinə  imkan  verir.    Nəzərə  alsaq  ki, 
əmək  ehtiyatlarının  yerləşdirilməsi  üzrə  dövlət  tənzimlənməsi  minimuma 
endirilir, onda əmək bazarının səmərəli fəaliyyəti hər bir muzdlu işçinin öz 
iş  yerini  sərbəst  seçmə  imkanının  olması  şəraitində  mümkündür.  Bu 
şəraitdə  öz    tələbatlarını  maksimum  dərəcədə  ödəmək  məqsədilə  işçilərin 
yerdəyişməsi  onların  həyat  səviyyəsinin  yüksəldilməsində  göstərdikləri 
səyin  əsas şərtidir. Bu  funksiyanın icrası  işçilərin  daha səmərəli  sahələrdə 
çalışmasını, müəssisələrin müvafiq kadrlara olan tələbatının ödənilməsini, 
işçilərin öz şəxsi arzularını nəzərə almaqla onların konkret iş yerlərinə cəlb 
olunmasını təmin edir; 
- mövqe  funksiyasına  əsasən  əmək  haqqının  səviyyəsi  işçinin  sosial 
mövqeyinin,  əmək  bazarında  peşənin  nufuzluğunun  və  müəssisənin 
mövqeyinin müəyyn edilməsini nəzərdə tutur; 
- ödəmə qabiliyyətinin formalaşması funksiyası 
Əmək  haqqının  ayrı-ayrı  hissələri  müxtəlif  funksiyaları  icra  edir.  Bu  
xüsusən  əmək  haqqının  əsas  və  əlavə  hissələrə  ayrılmasında  öz  əksini 
tapır. 


 
52
Əsas əmək haqqı işçinin gördüyü əsas işin müqabilində ona ödənilən 
pul  vəsaitidir  hansı  ki,  özünün  yüksək  dayanıqlılığı  ilə səciyənir.  İşçilərin 
əsas  əmək  haqqının  tipik  növləri  kimi  tutduğu  vəzifənin  və  yaxud  tarif 
dərəcəsinin  əsasında  müəyyən  olunmuş  vəzifə  və  tarif  maaşlarını 
göstərmək olar. Qeyd etmək lazımdır ki, əmək haqqının səviyyəsi həyatın 
dəyərinin artım tempinə uyğun olaraq indeksləşdirilir. 
İnkişaf  etmiş  ölkələrdə  əsas  əmək  haqqının  artım  tendensiyası 
müşahidə olunur. Məsələn, işçinin ümumi qazancında əsas əmək haqqının 
xüsusi  çəkisin  ABŞ-da  80-85%,  Yaponiyada  –  85%,  Böyük  Britaniyada  75-
80% təşkil edir. 
Bunun  əksi  olaraq,  əlavə  əmək  haqqı  qeyri-müntəzəmliliyi  və  yaxud  
işəgötürən  tərəfindən  müəyyən  edilmiş  xüsusi  tapşırıqların  icra  olunması 
ilə səciyələnir. Əlavə əmək haqqına  aşağıdakıları aid etmək olar: 
- işəmuzd əlavə qazanc; 
- əlavə  ödəmələr  (əlavə  vaxt    və  yaxud  gecə  növbəsində,  bayram  və 
istirahət günlərində, zərərli və təhlükəli əmək şəraitində); 
- işdə reqlamentləşdirilmiş və məcburi fasilələrə görə ödəmələr; 
- müntəzəm ödəmələr (bir müəssisədə uzun müddət işlədiyinə, ixtisas 
səviyyəsinə görə); 
- birdəfəlik mükafatlar (məsələn, xüsusi əhəmiyyətli işlərə görə); 
- mükafatlar  (yüksək  keyfiyyətli  məhsulun  istehsalına,  xammala  və 
enerjiyə qənaətə görə); 
- müntəzəm mükafatlar (əmək haqqı sisteminə daxil olanlar). 
Başqa  ödəmələrdən  fərqli  olaraq,  müntəzəm  mükafatlar  əlavə  əmək 
haqqının dayanıqlı hissəsidir .O, əsas və əlavə əmək haqqı arasında keçid 
forması kimi çıxış edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə