Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
40
gəlirləri və əhalinin sərəncamında qalan pul vəsaitləri, müvafiq olaraq,  4 
və  3,8  dəfə,  əhalinin  sərəncamında  qalan  real  pul  gəlirləri  isə  3,2  dəfə 
artmışdır.  Bu  artım  tendensiyası  bütün  pul  gəlirləri  üzrə  eynidir.  Bu  hal 
Azərbaycanın nail olduğu iqtisadi yüksəlişi əks etdirir.  
 
 3.3. Əhalinin gəlirlərinin differensialaşdırılması anlayışı. 
Ona təsir edən amillər və onun olçülmə metodları. 
Gəlirlərinin differensiallaşdırılması göstəriciləri 
 
Əhalinin  gəlirlərin  səviyyəsinə  gəlirlərin  formalaşması  və  tənzim-
lənməsilə  bağlı  sistemdaxili  münasibətlərdən  başqa,  demografik,  siyasi, 
hüquqi sahələrdə yaranan ekzogen münasibətlər də təsir edir. İstehsalatda 
yaranan 
gəlirlərin 
bölgüsü 
ilə 
bağlı 
münasibətlər 
gəlirlərin 
tənzimlənməsinin  bazar  mexanizmi  vasitəsilə  həyata  keçirilir.  Bu 
tənzimləmənin  məqsədi  gəlirlərdə  mövcud  qeyri-bərabərliyi  mümkün 
qədər azaltmaqdır. 
Gəlirlərdə mövcud qeyri-bərabərlik bütün ölkələr üçün əhalinin həyat 
səviyyəsindən  asılı  olmayaraq  xarakterikdir.  Bu  səbəbdən  gəlirlərin 
ölçülməsi  məsələsi  ayrı-ayrı  ölkələrdə  mövcud  siyasi  rejim  və  sosial-
iqtisadi  vəziyyətdən  asılı  olmayaraq  bütün  ölkələrin  ümumi  problemidir. 
Gəlirlərin  qeyri-bərabərliyində  əsas  səbəb  kimi  aşağıdakıları  qeyd  etmək 
olar: 
1)  insanlar  müxtəlif  əqli,  fiziki  və  estetik  qabiliyyətə  malikdirlər, 
nəyinki hesabına insanlar ödənişli işlə təmin olunmaq imkanı əldə edirlər. 
Bu cür keyfiyyətlərə malik insanlar ÜDM-un yaradılmasında iştirak edirlər 
və bunun müqabilində gəlir əldə edirlər; 


 
41
2)  insanlar  müxtəlif  təhsil  səviyyəsinə  malikdirlər,  hansı  ki,  onların 
əmək  haqqının  müvafiq  məbləqini  müəyyən  edir.  Çünki,  nə  qədər  təhsil 
səviyyəsi  yüksəkdirsə,  bir  o  qədər  insan  kapitalının  inkişafına  investisiya 
qoyuluşu tələb olunur; 
3)  insanların  sərəncamında  mülkiyyətin  olub-olmamasından  asılı 
olaraq, onlar müxtəlif  gəlirlər əldə edir. 
Gəlirlərin  differensiyallaşdırılması  –    istehsal,  bölgü  və  istehlak 
sferalarında  cəmiyyətin  üzvlərinin  sosial-iqtisadi  vəziyyətinin  müxtəlifliyi 
ilə bağlı obyektiv haldır. 
Gəlirlərin  differensiyallaşdırılması  əhalinin  adambaşına  düşən  gəlir-
lərinin  səviyyəsindəki  fərqləri  xarakterizə  edir.  Bazar  iqtisadiyyatı 
şəraitində  qruplararası,  firmalararası,  sahələr,  rayonlar  və  regionlararası 
əhalinin 
gəlirlərinin 
differensiyallaşdırılması 
gücləndirilir. 
İşləyən 
vətəndaşların  pul  gəlirlərinin  differensiyallaşdırılması  əsasən  iki  amilin 
təsiri nəticəsində həıyata keçirilir: əmək haqqının differensiyallaşdırılması 
və  işçilərin  ailə  vəziyyətindəki  mövcud  fərqlərin  differensiyallaşdırılması. 
Gəlirlərin  differensiyallaşdırılması  sosial  dəyişiklikləri,  sosial  gərginliyin 
səviyyəsini  qiymətləndirməyə  və  cəmiyyətdə  həyata  keçirilən  gəlirlər 
siyasətinin xarakterini müəyyən etməyə imkan verir. 
Gəlirlərin  differensiyallaşdırılması  səviyyəsi  bir  sıra  göstəricilərlə 
xarakterizə  olunur:  fond  əmsalı,  gəlirlərin  konsentrasiya  əmsalı  (Cini 
əmsalı),  qeyri-bərabərlik  qrafiki  (Lorens  əyrisi),  əhalinin  stratifikasiya 
prosesinin yönəldilməsi əmsalı. 
Fond  əmsalı  əhalinin  10%  ən  çox  təmin  olunmuş  (yüksək  gəlirli)  və 
10%  ən  az  təmin  olunmuş  (aşağı  gəlirli)  qruplarının  orta  gəlirlərinin 
mütənasibliyi kimi müəyyən olunur. 


 
42
Gəlirlərin  konsentrasiya  əmsalı  (Cini  əmsalı)  gəlirlərin  qeyri-
bərabərliyinin  səviyyəsini,  yəni  əhalinin  gəlirlərinin  faktiki  bölgüsünün 
onların  bərabər  bölgüsündən  kənarlaşma  dərəcəsini  xarakterizə  edir.  Cini 
əmsalı 0-dan 1 arasında dəyişilir. Bu zaman  bu göstərici nə qədər yüksək 
olarsa, əhalinin gəlirləri də bir o qədər qeyri-bərabər bölüşdürülür. Qeyri-
bərabərlik  artdıqca,  gəlirlərin  səviyyəsində  müxtəliflik  də  artır,  o  da  öz 
növbəsində cəmiyyətdə təbəqələşməni gücləndirir. 
Qeyri-bərabərlik  qrafiki  (Lorens  əyrisi)  gəlirlərin  bölgüsündə  qeyri-
bərabərliyi göstərir, yəni 
 
cəmi gəlirlərin
  
hansı hissəsini əhalinin 20, 40, 60, 
80%-i əldə edir.  
Differensiasiya  göstəricilərinin  hesablanması  Lorens  əyrisi  əsasında 
həyata keçirilir. Bu hesablamalar nəticəsində əhalinin bütün gəlirlərinin və 
onları  əldə  edənlərin  say  baxımından  faiz  nisbəti  müəyyən  olunur.  Əgər 
gəlirlər  bərabər  bölüşdürülərsə,  yəni  10%  gəlir  əldə  edən  gəlirlərin  1/10 
hissəsinə, 50% - yarısına və s. malik olardısa, onda  bu cür  bölgü düz xətt 
üzrə həyata keçirilən bərabər bölgü anlamını verərdi. Qeyri-bərabər bölgü 
Lorens  əyrisi  vasitəsi  ilə  xarakterizə  olunur,  yəni  differensiasiya  nə  qədər 
güclüdürsə, o qədər bu əyri qabarıq olar. 
Əhalinin  stratifikasiya  (təbəqələşməsi)  prosesinin  yönəldilməsi 
əmsalı  əhalinin  min  nəfər  hesabı  ilə  yaşayış  minimumundan  aşağı  gəlir 
əldə edən əhalinin sayının yüksək gəlirlərlə təmin olunmuş əhalinin sayına 
nisbətini xarakterizə edir. 
Müasir  dövrdə  qeyri-bərabərlik  dərəcəsi  aşağıdakı  kimi  qəbul 
olunmuşdur: 
- yüksək – 0,31-dən yuxarı; 
- orta – 0,26-0,31 arasında; 


 
43
- aşağı – 0,22-0,26 arasında; 
- çox aşağı – 0,22-ə qədər. 
 
3.4. Əhalinin gəlirləri həyat səviyyəsinin indikatoru kimi 
 
Cəmiyyətin  sosial-iqtisadi  inkişafının  mühüm  göstəricilərindən  biri 
həyat səviyyəsinin yüksək olmasıdır.   
Həyat səviyyəsi dedikdə, əhalinin maddi, mənəvi və sosial tələbatların 
ödənilməsi üçün zəruri olan maddi nemətlər və xidmətlərlə onların təmin 
olunması miqyası başa düşülür. 
Əhalinin həyat səviyyəsi onun gəlirlərilə müəyyən olunur. Bu gəlirlər  
məhsul  və  xidmətlərə  olan  şəxsi  tələbatların  ödənilməsinə  xidmət  edirlər. 
Gəlirlərdə  qaçılmaz  qeyri-bərabərlik  əhalinin  həyat  səviyyəsi  və  sosial 
təbəqələşməsi üzrə müvafiq differensasiya ilə müşaiət olunur. 
Əhalinin  gəlirlərinin  tənzimlənməsi  siyasəti  əhalinin  bütün  təbəqə-
lərinin layiqli həyat səviyyəsinin formalaşmasına istiqamətləndirilir. 
Həyat  səviyyəsinin  mahiyyəti  ilk  növbədə  əhalinin  istehlakı  ilə 
bağlıdır.  Əhali  gəlirlərinin  bölüşdürülməsi,  həcmi  və  quruluşu  onların 
istehlakına  mühüm  təsir  göstərir.  Burada  optimallığın  gözlənilməsi 
istehlakın  ümumi  həcmi  ilə  yanaşı,  onun  strukturunda  da  son  dərəcə 
vacibdir.  Istehlakın  orta  səviyyəsi  və  strukturu  gəlirlərin  orta 
səviyyəsindən,  qiymət  səviyyəsindən,  əhalinin  cins-yaş  tərkibindən, 
xidmət  sferasından  və  s.  asılıdır.  Bunun  üçün  gəlirlərin  formalaşması  və 
hərəkəti  əsas  ilkin  şərtdir.  Ona  görə  də  gəlir  kimi  istehlakın  da 
formalaşmasınaətraflı  yanaşma  lazımdır.  Əhalinin  istehlakının  həcminin 
müəyyən  olunması  və  onun  ödənilməsi  məqsədilə  əhali  gəlirlərinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə