Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
44
səviyyəsinin  nəzərə  alınması  mühüm  əhəmiyyət  kəsb  edir.  Gəlirlərin  və 
istehlakın  düzgün  əlaqələndirilməsi  problemi  bir  qədər  çətin  həll  olunan 
məsələlərdəndir.  Yalnız  bu  problemin,  yəni  gəlirlərin  əhalinin  tələbatını 
ödəyə 
biləcək 
səviyyədə 
olması 
ölkədə 
həyat 
səviyyəsinin 
yüksəldilməsinin zəruri şərti kimi çıxış edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
45
Fəsil 4 
 
ƏHALİ  GƏLİRLƏRİNİN  TƏRKİBİNDƏ  ƏMƏK  HAQQININ 
XÜSUSİ  YERİ  VƏ  ƏHƏMİYYƏTİ 
 
 
4.1. Əmək haqqının iqtisadi təbiəti. Əmək haqqı 
əhalinin əsas gəlir mənbəi kimi 
 
Bazar  iqtisadiyyatı  şəraitində  tələb  və  təklifin  bazar  qanunları, 
mənfəətin  maksimum  səviyyəyə  çatdırılması,  kapitalın  axını,  əmək 
bazarlarının  və  məhsul  satışının  obyektiv  mexanizmləri  hökmranlıq  edir. 
Bu  cür  amillər  işçilərin  əmək  haqqının  ödənilməsinə  dövlətdən  və 
müəssisələrdən asılı olmayaraq təsir edir. 
Deməli,  əməyin  ödənilməsi  –  işəgötürənin  muzdlu  işçiyə  onun  əmək 
müqaviləsinin  şərtlərinə  müvafiq  qaydada  icra  etdiyi  işə  görə  vəsaitlərin 
ödənilməsi öhtəçiliyidir. 
Əməyin  ödənilməsi  –  istehsal  olunmuş  məhsula  və  yaxud  göstərilən 
xidmətə  görə  əmək  qanunvericiliyində  və  eyni  zamanda  kollektiv 
müqavilələrdə nəzərdə tutulmuş müntəzəm alınan pul vəsaitidir. 
Geniş mənada əməyin ödənilməsi –icra olunan işin müəyyən kəmiyyət 
və  keyfiyyətinə  görə  müxtəlif  formada  verilən  vəsaitdir.  Əməyin 
ödənilməsinin  pul  və  qeyri-pul  formaları  fərqləndirilir.Onun  əsasını  pul 
forması  təşkil  edir  ki,  bu  da  bazarın  subyektlərinin  əmtəə-pul 
münasibətlərində pulun ümumi ekvivalent kimi daşıdığı rolu ilə şərtlənir. 


 
46
Əmək  haqqı  dedikdə,  işçi  qüvvəsindən  istifadənin  qiyməti  başa 
düşülür.  Ümumilikdə  əmək  haqqı  işçinin  sərf  etdiyi  əməyin  nəticəsində  
aldığı  və  həyat  səviyyəsini  təmin  etmək  məqsədilə  istifadə  etdiyi  pul 
vəsaitlərinin cəmidir. 
Hüquqi  kateqoriya  kimi  əmək  haqqı  işçinin,  onunla  bağlanmış  əmək 
müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  öz    vəzifəsini    icra  etdiyinə  görə 
aldığı haqdır. 
İqtisadi  kateqoriya  kimi  əmək  haqqı  əməyin  qiymətinin  çevrilmiş 
fomasıdır, onon həcmi aşağıdakılarla müəyyən olunur: 
- işçi qüvvəsinin təkrar istehsalını təmin edən həyatı nemətlərin dəyəri 
ilə; 
- əmək bazarında tələb və təklifin qarşılıqlı əlaqəsilə; 
- iqtisadiyyatda işçi qüvvəsinin fəaliyyətinin nəticəsi ilə. 
Əmək haqqının stukturuna əsas əmək haqqıdan başqa, stimullaşdırıcı 
əlavələr, kompensasiya xarakterli ödənişlər, mükafatlar da daxildir.  
 İşəgötürən  baxımından  əmək  haqqı  müəssisədə  çalışan  işçi 
qüvvəsinin  saxlanılmasına  çəkilən  xərc,  istehsal  etdiyi  məhsulun  maya 
dəyərinin  və  müəssisənin  məfəətinin  müəyyən  hissəsidir.  Eyni  zamanda 
əmək  haqqını  insan  kapitalının  inkişafına  qoyulmuş  investisiya  kimi 
göstərmək  olar.  Ondan  istifadə  gələcələkdə  müəssisənin  gəlirliliyini 
əhəmiyyətli dərəcədə artıra bilər. Deməli, sahibkarların nöqteyi-nəzərindən 
işçi 
qüvvəsinin 
cəlb 
olunmasına 
çəkilən 
xərclər 
müəssisənin 
rəqabətqabiliyyətinin və gələcək fəaliyyətinin  əsas əlaməti kimi çıxış edir. 
Digər tərəfdən isə muzdlu işçi üçün əmək haqqı onun gəliridir. 
İqtisadiyyatın  dövlət  sektorunda  ödənilən  əmək  haqqının  səviyyəsi  
dövlət idarə orqanları tərəfindən tənzimlənir. Qeyri-dövlət sektorunda isə 


 
47
ödənilən  əmək  haqqının  səviyyəsi  bazar  iqtisadiyyatı  qanunlarına  əsasən 
formalaşır və konkret biznes mühitindən asılıdır. 
 
4.2. Əmək haqqına təsir edən bazar və qeyri-bazar amilləri 
 
Bazar  iqtisadiyyatı  şəraitində  elə  obyektiv  və  subyektiv  amillər 
mövcuddur ki, əməyin ödənilməsində onları mütləq nəzərə almaq lazımdır. 
Əsas  obyektiv  bazar  amillərinin  sırasına  əsasən    işçi  qüvvəsinin 
qiyməti,  əmək  vasitələrinin  və  hazır  məhsulun  qiymətləri,  əmtəə  satışı  
bazarı  və  onun  konyukturası,  rəqabət  ,  mənfəət  və  s.daxildir.  Bu  cür 
amillər  dövlətdən  və  müəssisələrin  özündən  asılı  olmayaraq  əmək 
haqqının  ödənilməsinə  təsir  edirlər.  Əmək  haqqının  təşkilində  əsas  rolu 
obyektiv amillər oynayır. Mütəxəssislərin  işi  yalnız  öz fəaliyyətlərində  bu 
amilləri nəzərə almaqdan ibarətdir. 
 Subyektiv amillərin sırasına isə  dövlət tənzimlənməsi, müəssisədaxili 
tənzimlənmə, hamkarlar ittifaqı tərəfindən tənzimləmə daxildir. 
Əmək  haqqının  təşkilində  mülkiyyət  növlərinin  çox  olması  və 
işəgötürənlə  muzdlu  işçilər  arasında  yaranan  münasibətlərlə  bağlı  iki 
səviyyə nəzərə alınır: 
1)  əmək  bazarında  işəgötürənlə  muzdlu  işçilərin  qarşılıqlı  əlaqəsi, 
nəyin ki nəticəsində işçi qüvvəsinin qiyməti müəyyən olunur; 
2)  müəssisə  daxilində  işəgötürənlə  muzdlu  işçilərin  qarşılıqlı  əlaqəsi. 
Bunun  nəticəsində  işçi  qüvvəsinin  fəaliyyətinin  səmərəlilik  dərəcəsini 
xarakterizə  edən  göstəricilər  müəyyən  olunur  və  işçi  qüvvəsinin 
qiymətinin formalaşmasında mütləq nəzərə alınır.  


 
48
İşçi  qüvvəsinin  qiyməti  dedikdə,  müəyyən  dövr  ərzində  muzdlu 
işçinin  qabiliyyətdən  istifadəyə  görə  hər  hansı  mülkiyyətçi  (dövlətə, 
aksioner  cəmiyyətinə,  sahibkara  və  s.)  tərəfindən  pul  formasında  ona 
ödənilən  haqdır.  Pul  forması  ilə  yanaşı  əməyin  ödənilməsinin  natural 
forması da mövcuddur. 
ETT-in  təsiri  altında  mürəkkəb  əmək  sərf  edən  yüksək  ixtisaslı  işçi 
qüvvəsinin qiymətinə işçilərin əməyinin mürəkkəblik dərəcəsi, alıcıların və 
satıcıların bazarda mövqeyi, işsizlik səviyyəsi və s. təsir göstərir. 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  əmək  haqqının  səviyyəsi 
əsasən  müəyyən  işçi  qruplarının  istehlakının  həcmindən,  müxtəlif  ixtisas 
dərəcələrini  nəzərə  alaraq  hər  hansı  bir  sahədə  əmək  haqqının  mövcud 
səviyyəsindən  asılı olaraq formalaşır. 
Əhalinin  tədiyə  qabiliyyətli  tələbatını  formalaşdıran  əmək  haqqı, 
ümumilikdə,  ölkənin  iqtisadiyyatının  inkişaf  dinamikasını  müəyyən  edir. 
Əhalinin  iqtisadi  fəalllığı  ilə  ayrılmaz  şəkildə  bağlı  olaraq,  əmək  haqqı 
digər gəlir növləri ilə müqaisədə iqtisadiyyatın inkişafına daha əhəmiyyətli 
təsir  göstərir.  İlk  növbədə  əmək  haqqı  istehlak  mallarının  istehsalını 
stimullaşdırır. Eyni zamanda, işçilərə verilən yüksək əmək haqqı müəssisə 
rəhbərlərini  onlardan  daha  keyfiyyətli  iş  tələb  etməyə,  yeni  texnika  və 
texnologiyadan daha səmərəli istifadə etməyə sövq edir.  
Bazar iqtisadiyyatı şəraitində əmək haqqının səviyyəsinə bir sıra bazar 
və qeyri-bazar amilləri təsir edir.Bu amilləri ən azı iki səviyyədə nəzərdən 
keçirtmək lazımdır: 
- regionlar  üzrə  əmək  haqqının  səviyyəsi  regionun  sosial-iqtisadi 
inkişafı,  sahə  ixtisaslaşması,  demoqrafik  proseslər,  işçi  qüvvəsinə  tələb  və 
təklif, iqlim şəraitinin xüsusiyyətləri ilə müəyyən olunur; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə