Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
37
-  ikinci,  gəlirlərin  keyfiyyət  və  kəmiyyət  qiymətləndirilməsi 
yeniləşdirildi,  yeni anlayışlar  real sərəncamda olan  gəlirlər,  konsentrasiya 
və  diferensasiya  əmsalı,  gəlir  defisiti,  yaşayış  minimumu,  yoxsulluq 
səviyyəsi, əhalinin pul gəlirlərinin alıcılıq qabiliyyəti və s.; 
- üçüncüsü, adambaşına pul gəlirlərinin tərkibində sosial transferlərin, 
əmək  haqqının  xüsusi  çəkisi  ilə  bağlı  əhalinin  gəlirlərinin  xüsusi 
qiymətləndirilməsini yeridilir; 
-  dördüncüsü,  gəlirlərdən  istifadənin  yeni  formaları  əlavə  olundu, 
məcburi ödəmələr və üzvlük haqları, qiymətli kağızların, xarici valyutanın, 
daşınmaz əmlakın alınması xərcləri və s. 
Cədvəl 3.1 
Əhalinin gəlirlərinin təsnifatlaşdırılması 
Əlamətlər 
Gəlirlərinin növləri 
1. Təzahür etmə formasına görə 
Pul və natural 
2. Əldə olunma xüsusiyyətinə görə 
Əmək və qeyri-əmək 
3. Qanuna əsasən əldə olunma 
Qanuni və qeyri-qanuni 
4. Həyat səviyyəsi baxımından 
Nominal və real 
5. Əldə olunma ehtimalı 
Müntəzəm və müvəqqəti 
6. Mülkiyyət növləri üzrə 
Əmək haqqı, renta, faiz, mənfəət 
7. Daxil olmanın müntəzəmliyi 
Sistematik və birdəfəlik 
8. Mənimsəmə subyektləri 
Fiziki şəxslər və ev təsərrüfatları 
9. Bölğü prinsipləri üzrə 
Əməyə, sosial ədalət prinsipinə və  
şəxsi qabiliyyətinə görə  
10. İstifadə istiqamətləri üzrə 
İstehlaka və yığıma yönəldilən gəlir 
11. Vergiqoymanın təsiri baxımından 
Ümumi və sərəmcamda olan 
 
Natural  gəlirə  əsasən  ev  təsərrüfatında  yaranan  (şəxsi  həyatyanı 
 
təsərrüfatı,  fermer  təsərrüfatı)  və  insanın  öz  şəxsi  istshlakı  üçün  nəzərdə 
tutulan  məhsul  aid  edilir.  Eyni  zamanda  natural  gəlirlərə  natural  daxilol-
malar  və  pulsuz  xidmətlər  aiddir,  hansı  ki,  dövlət  büdcəsinin,  müəssisə 
fondları və müxtəlif xeyriyyə fondlarının köməyi hesabına əldə olunur.    


 
38
 Əhalinin  gəlirləri  əmək  fəaliyyətindən  asılı  olaraq,  iki  əsas  qrupa 
bölünür: 
a)  əmək  gəlirləri.  Bu  cəlirlər  əmək  fəaliyyəti  əsasında  formalaşır  və 
həmçinin  onlara  həyatyanı  və  ev
 
təsərrüfatından,  fərdi  əmək  fəaliyyə-
tindən əldə olunan gəlir də aiddir; 
b)  qeyri-əmək  gəlirlərinə  qanuni  yolla  əldə  edilən  mülkiyyətdən 
gəlirlər, sosial transfertlər və s. aiddir.  
Cəmi  gəlirin  əmək  və  qeyri-əmək  növlərinə  bölgüsündə  yeni 
aspektləri nəzərə almaq lazımdır. Birinci, ailə büdcəsinə əhaliyə göstərilən 
xidmət  və  məhsul  istehsalı  üzrə  fərdi  əmək  fəaliyyətilə  məşğul  olmaq 
nəticəsində daxilolmalar.Bu cür daxilolmalar sözsüz ki, əməyə əsaslanır və 
deməli  əmək  gəlirlərinə  aiddir.  İkinci,  şəxsi  həyətyanı  təsərrüfatda  əmək 
fəaliyyətilə  məşğul  olmaq  nəticəsində  yaranan  əmtəə  məhsullarının 
istehlakından əldə olunan gəlirlər də əmək gəlirlərinə aiddir. Üçüncü, fərdi 
əmək  fəaliyyəti  də  əhalinin  əsas  və  hər  hansı  (məsələn,  həyətyanı 
təsərrüfatda) məşğulluq növü kimi  ictimai əmək bölgüsünün həlqəsidir və 
belə əmək – cəmi ictimai əməyin tərkib hissəsidir. 
Qeyri-əmək  gəlirlərinə  mülkiyyətdən  əldə  olunan  gəlirlər  və  sosial 
transfertlər aid edilir.  
Müasir  şəraitdə  qanun  baxımından  gəlirlər  qanuni  (leqal)  və  qeyri-
qanuni (kölgəli) gəlirlərə ayrılır. Əgər qanuni yolla gəlirlər ölkədə mövcud 
hüquqi  normalara  uyğun  əldə  edilirsə,  ikinci  halda  isə  gəlirlər  fəaliyyət 
göstərən  qanunvericiliyə  zidd  olaraq  yaranır.  Bu  hal  əsasən  gizli  və 
kriminal iqtisadiyata xasdır və bu cür gəlirləri  iki qrupa ayırmaq olar: 
- qeyri-qanuni  (kölgəli)  gəlirlər  kriminal  əsasa  malikdir  (narkotik 
satışı, kontrabanda, korrupsiya və s. ); 


 
39
- iqtisadi  təbiətə  malik  olan,  kriminal  xarakter  daşımayan,  lakin 
vergiqoymadan yayılan gəlirlər (lisenziyasız ticarət, gizli istehsal və xidmət 
və s.) 
Əldə olunma ehtimalına görə gəlirlər müntəzəm və müvəqqəti olurlar. 
Müntəzəm  gəlir  dedikdə,  istehlakçının  kifayyət  qədər  uzun  dövr  ərzində 
əldə  etməyə  ümid  bəslədiyi  gəlir  başa  düşülür.  Onun  əhəmiyyəti  fərdin 
istehlak  üfüqi,  yığılmış  kapitalın  həcmi,  eyni  zamanda  yaşayış  yeri,  yaşı, 
peşəsi, təhsili, irqi və milliyyəti ilə müəyyən olunur. 
 İstehlak  üfüqi  dedikdə,  minimum  vaxt  müddəti  başa  düşülür  ki,  o 
müddət  ərzində  gəlir  dəyişilməz  səviyyədə  qalır  və  istehlakçı  tərəfindən 
müntəzəm şəkildə qəbul olunur.   
Müvəqqəti  gəlir  dedikdə,  insanların  təsadüfi  kimi  qəbul  etdiyi 
amillərin  təsiri  nəticəsində  əldə  olunan  gəlir  başa  düşülür.  Halbuki  ,bu 
amillər  müxtəlif  qüvvələrin  hərəkəti  nəticəsində  əldə  olunurlar.Belə 
fəaliyyət  əvvəldən  nəzərdə  tutulmuşdur,  məsələn,  işküzar  fəaliyyətdə 
dövrü dəyişikliklər.  
 Müvəqqəti  gəlirin  mənbəi  müxtəlif  şəkildə  ola  bilər.  Məsələn, 
gözlənilməz varislikkdən hər hansı bir uduşa kimi. 
Cədvəl 3.3 
Ə
halinin nominal və real pul gəlirləri 
 
2003 
2004 
2005 
2006 
2007 
2008 
Ə
halinin nominal gəlirləri, 
mln manat 
4978,9 
6135,3 
7792,3 
10198,5  14558,2  20058,2 
Ə
halinin sərəncamında 
qalan gəlirləri, mln manat 
4772,1 
5826,2 
7399,3 
8863,5 
12683,1  18004,8 
Ə
halinin sərəncamında 
qalan real pul gəlirləri,  
mln manat 
4669,4 
5460,3 
6751,1 
8184,2 
10668,1  14904,6 
 
Cədvəl  3.3-dən  göründüyü  kimi,  2003-2008-ci  illər  ərzində  əhalinin 
nominal və real pul gəlirləri əhəmiyyətli dərəcədə artmışdır. Nominal pul 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə