Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   39   40   41   42   43   44   45   46   47

 
316
və s. satışdan gəlirlər 
15,5 
15,7 
18,6 
18,3 
16,1 
15,8 
Digər pul gəlirləri 
19,7 
18,2 
16,2 
14,1 
12,7 
11,8 
 
Cədvəl  11.2-nin  məlumatlarına  əsasən,  2003-2008-ci  illər  ərzində 
əmək  gəlirlərinin  payı  ev  təsərrüfatlarının  adambaşına  aylıq  pul 
gəlirlərinin strukturunda qismən artmışdır və 2008-ci ildə bu göstərici 
56,8%  təşkil  etmişdir.  Eyni  zamanda,  sosial  transfertlərin  (11,6%-dən 
15,6%-ə  qədər),  kənd  təsərrüfatı  məhsulları  və  sair  satışdan  əldə 
olunan gəlirlərin xüsusi çəkisi artmışdır (15,5%-dən 15,8%-ə qədər).  
  Beləliklə,  ev  təsərrüfatlarının    pul    gəlirlərinin  quruluşuna 
baxdıqda  2008-ci  ildə  məşğulluqdan  gələn  gəlirlərin  üstünlük  təşkil 
etdiyini  qeyd  etmək  olar,  yəni  ev  təsərrüfatlarının  adambaşına  aylıq 
pul gəlirlərinin strukturunda əsas hissəni əmək gəlirləri təşkil edir.        
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 


 
317
 
 
 
Fəsil 12 
 
ƏHALİNİN  GƏLİRLƏR VƏ İSTEHLAK 
DİNAMİKASININ PROQNOZLAŞDIRILMASI   
 
 
 
               12.1. Proqnozlaşdırmanın 
mahiyyəti, növləri və mərhələləri 
 
Qısamüddətli (5-7 il) proqnozlaşdırma aparılan zaman həm əvvəl 
qəbul  olunmuş qərarların  nəticələrinin  qiymətləndirilməsi  zəruriyyəti 
meydana  çıxır,  həm  də  müxtəlif  hesablamalar  əsasında  sosial-iqtisadi 
siyasət sahəsində qoyulmuş məqsədə nail olmaq üçün həyata keçirilən 
tədbirlər  içərisində  ən  səmərəli  variantların  müəyyənləşdirilməsi 
problemi yaranır. 
Uzunmüddətli proqnozlaşma çərçivəsində sosial-iqtisadi inkişafın 
məqsədlərinin  müəyyən  olunması  prinsipial  əhəmiyyət  kəsb  edir. 
Məhz,    uzunmüddətli  proqnozlaşdırmada  bu  məqsədlərə  uyğun 
olaraq  gəlirlərin  və  istehlakın  dinamikasının  formalaşması  sahəsində 
daha geniş imkanlar yaranır.  
Ümumi halda proqnoz hesablamalar əsasən üç mərhələdə aparılır: 


 
318
1.  proqnoz  müddətindən  əvvəl  baza  dövrünün  mühüm 
problemlərinin  aşkara  çıxarılması  və  kəmiyyət  cəhətdən  müəyyənləş-
dirilməsilə bağlı analitik proseduraların həyata keçirilməsi; 
2.  ayrı-ayrı rifahların və xidmətlərin istehlak səviyyəsilə müəyyən 
olunan 
sosial 
sahənin 
inkişafının 
məqsədli 
istiqamətlərinin 
dəqiqləşdirilməsi; 
3.  məhz,  mövcud  variantlardan  ən  əlverişlisinin  seçilməsi  şərtilə 
proqnoz hesablamaların aparılması. 
Proqnoz  tədqiqatların  bu  mərhələləri  bütün  iqtisadi  proqnozlar 
üçün  səciyyəvidir. Məsələn,  məqsədli istiqamətlərin  dəqiqləşdirilməsi 
və alternativ variantlardan ən əlverişlisinin seçilməsi ilk növbədə orta 
və  uzunmüddətli  proqnozlaşdırmanın  həyata  keçirilməsində  əsas  rol 
oynayırlar.  Eyni  zamanda,  bu  və  ya  digər  dərəcədə  onlardan 
qısamüddətli 
proqnozların 
işlənməsində 
də 
istifadə 
olunur. 
Proqnozun  işlənməsində  əhəmiyyətli  məsələlərdən  biri  gəlirlərin 
səviyyəsi  üzrə  dəyişikliklərin  iqtisadiyyatın  bütün  bölmələri  ilə 
qarşılıqlı  əlaqəsinin  nəzərə  alınmasıdır.  Məsələn,  əmək  haqqının 
səviyyəsi  və  ona  edilən  əlavələr  istehsal  sahəsində  istehsal 
məsrəflərinin  səviyyəsinə  və  sosial  sahədə  büdcə  xərclərinin  həcminə 
müəyyən  dərəcədə  təsir  göstərir.  Öz  növbəsində,  istehsal  sahəsində 
məsrəflər  və  gəlirlər  büdcə  gəlirlərindən,  istehsalın  həcmindən  və 
qiymətlərin  səviyyəsinin  dəyişməsindən  asılı  olaraq  formalaşır.  Buna 
görə  də  gələcək  dövr  üçün  real  əmək  haqqının  səviyyəsində  nəzərdə 
tutulmuş 
dəyişikliklərin 
aparılması 
müəyyən 
sosial-iqtisadi 
göstəricilərin  (istehlak  dinamikasının,  məşğulluğun,  qiymətlərin 


 
319
səviyyəsinin)  büdcənin  gəlirlər  hissəsi  ilə  əlaqələndirilməsinin 
nəticəsində mümkündür. 
Proqnoz  sahəsində  təcrübəyə  əsasən  demək  olar  ki,  istehlakın 
səviyyəsi  üzrə  proqnozun  işlənməsi  gələcək  dövr  üçün  istehsalın  və 
qiymətlərin 
dinamikasının 
kifəyyət 
qədər 
ümumiləşdirilmiş 
göstəricilərinə əsaslanır. Proqnoz müddətinin əvvəlində bu göstəricilər 
təxmini olur və sonrakı hesablamalarda ardıcıl qadada dəqiqləşdirilir.  
 
12.2. Əhalinin pul gəlirlərinin və xərclərinin balans 
hesablamaları 
 
Proqnoz hesablamalarda istifadə olunan alətlərin əsasını əhalinin 
pul gəlirlər, xərclər və yığımlarının balansı təşkil edir. 
Gəlirlər  və  xərclər  ayrı-ayrılıqda  əhalinin  gəlirlər  və  xərclər 
balansında  əks  olunur.  Əhalinin  gəlirləri  və  xərcləri  balansı  tərtib 
edilərkən,  əhalinin  pul  vəsaitlərinin  bir  hissəsinin  mənzil-tikinti 
problemlərinin  həllinə,  sosial  sığortaya,  vergi  və  s.  kimi  ödəmələrə 
ayrılması nəzərə alınmalıdır.  
Pul  gəlirləri  və  xərcləri  balansı  bir  tərəfdən  əhalinin,  digər 
tərəfdən  dövlət  və  özəl  müəssisələrin,  ticarət  və  xidmət  sahələrin 
arasındakı pul dövriyyəsini xarakterizə edir. 
Gəlirlər  və  xərclər  balansı  əhalinin  bütün  təbəqələri  üzrə  aparılır 
və  bu  balansdan  əhalinin  bütün  qrupları  üzrə  real  gəlirlərin  alıcılıq 
qabiliyyətinin  müəyyən  olunmasında  əsas  hesabat  aləti  kimi  istifadə 
edilir.  Balans  həm  də  əhali  qruplarının  öz  aralarında  apardığı  alqı-
satqı  prosesində  pul  dövriyyəsini  və  xidmət  sferasındakı  pul 
ödənişlərini də əhatə edir. 


 
320
Əhalinin pul gəlirləri və xərcləri üzrə balansın tərtib olunması real 
gəlirlər,  pərakəndə  mal  dövriyyəsi,  yığım  və  pullu  xidmətin  miqdarı 
arasındakı  nisbəti  təyin  etmək  üçün  zərudir.  Eyni  zamanda  balans 
əhalinin  real  gəlirlərinin  artım  tempini  və  pul  dövriyyəsinin 
dayanıqlığının təyin edilməsində mühüm rol oynayır. 
Balans tərtib edilərkən əhalinin pul vəsaitlərin bir hissəsi mənzil-
tikinti  problemlərin  həllinə,  dövlət  sığortasına,  vrgi  və  s.  kimi 
ödəmələrə  ayrıldığı  nəızərə  alınmalıdır.  Pul  gəlirlərin  və  xərclərin 
balansı  bir  tərəfdən  əhalinin,  digər  tərəfdən  dövlət  və  qeyri-dövlət 
müəssisələrinin  arasımdakı  pul  dövriyyəsini  xarakterizə  edir. 
gəlirlərin və xərclərin balansı əhalinin bütün təbəqələri üzrə aparılır və 
bu balans əhalinin bütün qrupları üzrə real gəlirlərin hesablanmasında 
əsas hesabat aləti kimi istifadə edilir. Balans həm də əhali qruplarının 
öz aralında apardığı alqı-satqı prosesində pul dövriyyəsinin və xidmət 
sferasında pul ödəniçləri də əhatə edir. 
Pul  gəlirləri  ilə  xərclər  arasındakı  balans  istehlak  mallarının 
istehsalının  inkişaf  miqyasına,  onların  çeşidlərin  genişlənməsi  və 
keyfiyyətinin  yüksəldilməsinə,  əhalinin  tələbatının  hər  tərəfli 
ödənilməsinə,  mədəni  və  məişət  xidmətlərinin  yaxşılaşdırılmasına, 
həmçinin  bütövlükdə  əhalinin  və  onun  ayrı-ayrı  qruplarının  pul 
gəlirlərinin formalaşmasına təsir göstərir. 
Balansın  gəlir  hissəsində  əhalinin  bütün  təbəqələri  üzrə  mövcud 
olan  hər  növ  gəlirlər  göstərilir,  yəni  əhalinin  hesabına  dövlətdən, 
ictimai təşkilatlardan, müəssisə və idarələrdən daxil olan gəlirlər qeyd 
olunur. Bu zaman həm pul şəklində nəğd olan, həm də nəğd olmayan 


 
321
köçürmə  yolu  ilə  ödənilən  vəsaitlər,  işçilərə  natural  formada  verilən 
məhsulların qiymətləri və xidmətlərin dəyəri nəzərə alınır. 
Balansın gəlir hissəsinə aşağıdakılar daxildir: 
-  əmək üzrə gəlirlər; 
-  mülkiyyətdən əldə edilən gəlirlər; 
-  sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir; 
-  sosial transfertlər; 
-  pulsuz xidmətlər və imtiyazlar; 
-  digər gəlirlər. 
Balansın xərclər hissəsinə aşağıdakı istiqamətlər aiddir: 
-  əmtəələrin alınması və xidmətlərin ödənilməsi; 
-  vergilərin, yığımların, rüsumların və s. ödənilməsi; 
-  mənzil və kommunal xidmətlərinin ödənilməsi; 
-  məişət xidmətinin ödənilməsi; 
-  təhsilə ayrılan vəsaitlər; 
-  səhiyyəyə ayrılan vəsaitlər; 
-  istirahətə və turizmə sərf olunan vəsaitlər; 
-  nəqliyyət və rabitə xidmətlərinin ödənilməsi; 
-  digər ödənişlər. 
Bir  qayda  olaraq,  gələcək  dövrdə  nəzərdə  tutulan  gəlirlər  və 
əmək haqqı siyasətinin ümumi konseptual maddələrini əsaslandırmaq 
üçün  əhalinin  gəlirlər  və  xərclər  balansını  bir  qədər  də  ətraflı 
proqnozlaşdırmaq  lazımdır.  Eyni  zamanda,  həll  olunan  vəzifələrin 
konkret  xüsusiyyətlərındən  və  gələcək  dövr  üçün  nəzərdə  tutulan 
məqsədlərdən  asılı  olaraq  gəlirlərin  və  xərclərin  strukturunu  nəzərə 
almaqla yanaşı, hesablamaya baza dövründə  xüsusi çəkisi azlıq təşkil 


 
322
edən  göstəriciləri  də    daxil  etmək  lazımdır.  Belə  ki,  yaşayış  sahəsinin 
alınmasına  sərf  olunan  xərclər  əhalinin  pul  xərclərinin  cəmi  0,7%-i 
təşkil  edir.  Məlumdur  ki,  bu  göstəricinin  hətta  bir  neçə  dəfə  artımı 
gəlirlərin  və  xərclərin  ümumi  balansına  praktiki  olaraq  qismən  təsir 
göstərir. Buna görə gəlirlər siyasətinin makroiqtisadi nəticələri yaşayış 
sahələrinin əldə olunmasına  demək olar ki, həll edici təsir göstərmir. 
Lakin  gəlirlər  və  xərclər  balansında  bu  cür  dəyişikliklər  keyfiyyət 
cəhətdən  mühüm  əhəmiyyət  kəsb  edir,  çünki  müvafiq  dinamikanın 
ətraflı  xarakteristikası  üçün  proqnoz  hesablamalarda  yaşayış 
sahələrinin əldə edilməsinə çəkilən xərclərin əks olunması vacib hesab 
olunur. 
Əhalinin gəlirlər və xərclər balansının gəlir və xərclər hissəsinin 
ayrı-ayrı ünsürləri bir-biri ilə tənliklər sistemi vasitəsilə ələqələndirilir. 
Bu  cür  tənliklərin  bir  hissəsi  balans  tənliklər,  digər  hissəsi  isə 
funksional tənliklər adlanır. Öz növbəsində balans tənliklər bərabərlik 
xarakteri  daşıyır.  Belə  ki,  əhalinin  bütün  xərclərin,  yığımların  və  pul 
artımının  cəmi  pul  gəlirlərinin  ümumi  məbləğinə  bərabərdir. 
Funksional  tənliklər  bir  dəyişənin  digər  dəyişənlərdən  funksional 
asıllığını müəyyən edir. Funksional tənliklər iki cür ola bilər: 
1.  hesablama  göstəricilərinin  birbaşa  öxü  ilə  bağlı  olan 
tənliklərdir.  Məsələn,  əmək  haqqından  tutulan  vergilərin  cəmi  əmək 
haqqı fondunun vergilərin orta dərəcəsinə hasilinə bərabərdir; 
2.  balansda  əks  olunan  göstəricilər  digər  göstəricilər  sistemi 
əsasında  qiymətləndirilir.  Məsələn,  yığımın  artım  həcminin  orta 
hesabla  adambaşına  düşən  pul  gəlirlərinin  vergilər  çıxıldıqdan  sonra 
onun səviyyəsindən asıllığı. 


 
323
Gəlirlər  və  xərclər  balansının  bir  sıra  göstəriciləri  istehsalın  və 
ÜDM-un  istifadəsi  üzrə  makroiqtisadi  göstəricilərlə  tənliklər  sistemi 
vasitəsilə əlaqələndirilir. 
Proqnoz  tədqiqatlarda  istifadə  olunan  sosial  diffrensiasiya 
göstəriciləri içərisində aşağıdakılar mühüm rol oynayır:  
1.  Əhalinin  gəlirləri  və  istehlakı  üzrə  differensiasiyasının 
parametrləri. Differensiasiya prosesi ilə bağlı proqnoz hesablamalarda 
ən geniş istifadə olunan göstəricilər fond və Cini əmsallarıdır; 
2.  Yaşayış minimumu göstəricinin əsasında yoxsulluq həddində 
yaşayan əhalinin payı müəyyən olunur. 
Bununla yanaşı, gəlirlər və xərclər balansında mal və xidmətlərə 
çəkilən  xərclərin  ümumi  həcmi  mal  və  xidmətlərin  ayrı-ayrı  qrupları 
üzrə xərclərin göstəriciləri ilə tənliklər sistemi vasitəsilə əlaqələndirilir. 
Burada  tələbatın  strukturunun  dəyişikliyinin  qanunauyğunluqları 
istehsal  xərclərinin  orta  səviyyəsinin  dəyişilməsi  ilə  bağlı  xarakterizə 
olunur.  Bu  cür  hesablamalar  əhalinin  istehlakının  göstəricilərinin 
məqsədli  istiqamətlərə  yaşınlaşması  mövqeyi  nəzərindən  gəlirlər 
siyasətinin nəticələrini qiymətləndirməyə imkan verir. 
 
 
12.3. Proqnoz hesablamalarda gəlirlərin 
dinamikasının nəzərə alınması 
 
Gəlirlər  və  onların  dinamikası  (hərəkəti)  yalnız  maddi  rifahların 
dəyərlərinin  dəyişməsini  deyil,  həm  də  istehlak  dəyərlərinin 
hərəkətlərini  də  ifadə  edir.  Ümumi  daxili  məhsulun  həcmi  ilə  real 
gəlirlər  arasında  birbaşa  əlaqə  mövcuddur.  Həmin  birbaşa  asıllıq 


 
324
istehlakın  maddi-natural  tərkibini  təyin  edir,  eyni  zamanda  əhalinin 
pul gəlirlərinin və xərclərinin istiqamətlərinin müəyyənləşdirir.  
 
Qrafik 12.1 
Əhalinin adambaşına düşən pul gəlirlərin dinamikası 
2343,2
1720,6
1219,2
974,9
1513,9
2241,1
3351,8
4439,9
0
1000
2000
3000
4000
5000
6000
7000
8000
20005
2006
2007
2008
Ə
halinin adambaşına düşən ÜDM-un payı, manat
Ə
halinin adambaşına düşən pul gəlirlər, manat
 
Cədvəl 12.1 
Əhalinin gəlirləri (mln. manat) 
 
2003 
2004 
2005 
2006 
2007 
2008 
Pul gəlirləri-cəmi 
5738,1  6595,1 
8063,6 
10198,5  14305,6 
20058,2 
O cümlədən:  
- Əmək haqqı 
1620,4  2122,3 
2954,8 
3364,5 
4564,9 
5934,3 
- Sahibkarlıq 
fəaliyyətindən  
2976,3  3217,9 
3432,6 
4874,1 
7215,1 
11014,8 
-  Mülkiyyətdən  
3,6 
5,2 
6,8 
61,0 
72,1 
160,5 
- Sosial transfertlər 
1137,8  1249,7 
1669,4 
1898,9 
2453,5 
2948,6 
 
Cədvəl  12.1-dən  göründüyü  kimi,  2003-2008-ci  illərdə  əhalinin 
cəmi gəlirlərinin səviyyəsi 3,5 dəfə artmışdır. Əmək gəlirlərində isə 3,7 
dəfə  artım  olunmuşdur.  Başqa  sözlə,  əmək  gəlirlərin  artımı  cəmi 
gəlirlərin  artımını  üstələyirdi.  Əhalinin  əmək  gəlirləri  əsasən 
məşğulluqdan  əldə  olunur.    Lakin  əgər  ailənin  əksər  üzvləri  əmək 


 
325
fəaliyyəti ilə məşğuldursa, onda ev təsərrüfatların adam başına düşən 
orta  aylıq  pul  gəlirlərin  məbləqi  yüksəkdir.  Əks  hallarda  isə,  bu 
məbləq  çox  aşağıdır  və  vətəndaşdarın  maddi  ,  mənəvi  tələbatlarının 
ödəmək imkanlarını məhdudlaşdırır. 
Sahibkarlıq fəaliyətindən əldə edilən gəlirlərdə müşahidə olunan 
tendensiya  2003-2008-ci  illərdə  əmək  haqqı  sahəsində  də  özünü 
göstərir. Burada artım 3,7 dəfədir. 
Mülkiyyətdən  əldə  olunan  gəlirlərin  artımı  digər  gəlir 
mənbələrin  artımını  əhəmiyyətli  dərəcədə  üstələyir,  bu  gəlir  mənbəi 
həmin müddətdə  44,6 dəfə artmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  sosial  transfertlər  üzrə  də  artım 
dinamikası müşahidə olunur, bu artım 2,6 dəfə olmuşdur. 
Əhalinin gəlirlərinin strukturunda sahibkarlıq fəaliyətindən əldə 
edilən  gəlirlərin  və  əmək  haqqının  xüsusi  çəkisinin yüksək  olduğunu 
qeyd etmək olar.  
 Pul gəlirləri ilə müvafiq olaraq əhalinin əmtəə, mal və xidmətlərə 
olan  tələbatları  təyin  edilir.  Pərakəndə  mal  dövriyyəsi  və  bütün 
ödənişli  xidmət  növləri  əhalinin  ödəmə  qabiliyyəti  tələbatına  uyğun 
olmalıdır. 
Cədvəl 12.2 
Əhalinin gəlirlərinin strukturu (mln. manat) 
 
2003 
2004 
2005 
2006 
2007 
2008 
Gəlirlər – cəmi 
5738,1 
6595,1 
8063,6  10198,5  14558,2  20058,2 
ş
ləyənlərin əmək haqqı 
1620,4 
2122,3 
2954,8 
3364,5 
4474,8 
5934,3 
Sahibkarlıq fəaliyyətindən 
ə
ldə olunan gəlir 
2976,3 
3217,9 
3432,6 
4874,1 
7343,2  11014,8 
Mülkiyyətdən əldə olunan 
gəlir 
3,6 
5,2 
6,8 
61,0 
81,6 
160,5 
Alınmış transfertlər 
1137,8 
1249,7 
1669,4 
1898,9 
2658,6 
2948,6 
 
 


 
326
 
 
 
Qrafik 12.2 
Orta aylıq əmək haqqının artım dinamikası və istehlak 
 qiymətlərinin indeksi (əvvəlki ilə nisbətən, %-lə) 
127,2
144,8
120,6
124,3
128,5
122,7
121,3
117,3
120,2
120,8
116,7
108,3
109,6
106,7
102,2
102,8
101,5
101,8
0
50
100
150
200
250
300
2000 2001 2002 2003 2004 2005 2006 2007 2008
Ə
vvəlki ilə nisbətən stehlak qiymətlərin indeksi, %
Orta aylıq əmək haqqının əvvəlki ilə nisbətən artımı, %
 
 
 
12.4. Əhalinin pul gəlirlərinin xərclər istiqamətləri 
 
Əhalinin  cəmi  gəlirinin  təhlili  zamanı  onun  istifadə  istiqamətlərini 
nəzərdən  keçirtmək  lazımdır.  Cəmi  gəlirin  istifadəsi  strukturu  aşağıdakı 
istiqamətlər üzrə qurulur: 
1)  istehlak xərcləri: 
- qidalanma; 
- alkoqol içkilər və tütün məmulatları; 
- qeyri-ərzaq məhsulları; 
- xidmətlər; 
2)  vergilər, yığımlar, rüsumlar; 
3)  digər xərclər; 


 
327
4)  yığımlar. 
Əhalinin  gəlirləri  və  xərcləri  balansının  tərtib  olunması  ümumilikdə 
ölkədə  həyat  səviyyəsinin  müəyyən  edilməsində  xüsusi  əhəmiyyətə 
malikdir.  
Əhalinin  xərclər  strukturunda  qida  məhsullarının  payı  yoxsulluq 
səviyyəsinin  artım  indikatoru  kimi  çıxış  edir.  Xərclərin  ⅓  hissəsi  qida 
məhsullarının  payına  düşən  ailələr  yoxsul  hesab  olunurlar.  Əgər  qida 
məhsullarının  payına  xərclərin  50%  düşürsə,    bu  hal  ailələrin  həddindən 
artıq  yoxsul  vəziyyətdə  yaşamasından  xəbər  verir.  Bu  qanunauyğunluq 
belçika  iqtisadçısı  E.Enqel  (Enqel  qanunu  adlanır)  tərəfindən  müəyyən 
olunmuş və digər alimlər tərəfindən dəfələrlə təsdiq olunmuşdur. 
Cədvəl 12.3 
Əhalinin istehlak xərcləri (%) 
 
2003 
2004 
2005 
2006 
2007 
2008 
Xərclər – cəmi 
100 
100 
100 
100 
100 
100 
O cümlədən: 
Ərzaq mallarına 
 
54,7 
 
56,1 
 
53,7 
 
53,6 
 
52,9 
 
56,9 
Qeyri-ərzaq mallarına 
15,8 
15,1 
15,6 
15,1 
13,9 
12,6 
Alkoqollu içkilərə 
0,7 
0,6 
0,6 
0,6 
0,6 
0,6 
Xidmətlərə 
28,8 
28,2 
30,1 
30,7 
32,6 
29,9 
 
       Cədvəl  12.3-dən  göründüyü  kimi,  ölkədə  əhalinin  gəlirlərinin  demək 
olar  ki,  təqribən  60%-i  onların  ərzaq  mallarının  istehlakına  sərf  olunur. 
Qeyri-ərzaq  mallarına  isə  çəkilən  xərclərdə  ildən-ilə  azalma  müşahidə 
olunur. Belə ki, əgər 2003-ci ildə qeyri-ərzaq mallarının alınmasına əhalinin 
istehlak  xərclərinin  15,8%-i  təşkil  etmişdirsə,  2008-ci  ildə  bu  göstərici 
12,6%-ə qədər azalmışdır. Xidmətlərdən istifadəyə çəkilən xərclərin xüsusi 
çəkisi  göstərilən  dövr  ərzində  hiss  olunacaq  dərəcədə  dəyişilməmişdir. 
Əhalinin  verilmiş  illər  üzrə  istehlak  xərclərinin  strukturu  kifayyət  qədər 


 
328
qənaətbəxş  şəkildə  formalaşmamışdır.  Bu  əhalinin  istehlak  mallarından 
istifadə səviyyəsindəki qeyri-rasionallığı göstərir. 
İstifadə olunmuş ədəbiyyat 
 
1.
  Azərbaycan 
Respublikasının 
Konstitusiyası. 
Azərbaycan 
Respublikasının Qanunlar Külliyyatı. Bakı, 2001 
2.
  Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı, 1999 
3.
  Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2006 
4.
  Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu. Məşğulluq 
haqqında normativ sənədlər toplusu. Bakı, 2002 
5.
  Əmək  pensiyaları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu. 
Bakı, 2006 
6.
  Sosial  müavinətlər  haqqında  Azərbaycan  Respublikasının  Qanunu. 
Bakı, 2006 
7.
  Minimum əmək haqqı haqqında Azərbaycan Respublikasının Qanunu. 
Bakı, 2004 
8.
  Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyası  (2006-2015-ci  illər). 
“Azərbaycan” qəzeti, 26 oktyabr 2005-ci il, №184 
9.
  Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçiril-
məsi  üzrə  Dövlət  Proqramı    (2007-2010-cu  illər).  “Respublika”  qazeti, 
16 may 2007 
10.
  Yoxsulluğun  Azaldılması  və  İqtisadi  İnkişaf  üzrə  Dövlət  Proqramı 
(2004-2008-ci illər). Bakı, 2004 
11.
  Quliyev F.T. Gəlirlər nəzəriyyəsi. Bakı, 2004 
12.
  Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı: Nağıl evi, 2003 


 
329
13.
  Yusufova  T.Q.  Əməyin  iqtisadiyyatının  əsasları:  Dərs  vəsaiti.  Bakı: 
“İqtisad Universiteti” nəşriyyatı, 2005 
14.
   Mehbaliyev  S.S.,  İsgəndərov  R.K.  Əmək  bazarı  və  əhalinin  sosial 
müdafiəsi. Bakı: “Çaşıoğlu” nəşriyyatı, 2002 
15.
   Məmmədov  Ə.İ.,  Yusufova  T.Q.  Əməyin  ödənilməsinin  kollektiv 
formaları: Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006 
16.
  Azərbaycan statistik göstəriciləri. Azərbaycan DSK, Bakı, 2008 
17.
  Горелов Н.А. Политика доходов и качество жизни нaселения. СПб, 2003 
18.
  Жеребин В.М. Уровень жизни населения. М., 2002 
19.
  Кремлев  Н.Д.  Проблемы  оценки  уровня  жизни  населения  //Вопросы 
статистики
, 2000, № 8 
20.
  Левашов  В.И.  Социальная  политика  доходов  и  заработной  платы.  М., 
2000 
21.
  Мудракова  Е.  От  прожиточного  минимума  к  минимальному 
потребительскому
 бюджету. //Человек и труд, 2003, №5 
22.
  Ракоти В.Д. Заработная плата и предпринимательский доход. М., 2001 
23.
  Роик  В.  Утверждена  новая  потребительская  корзина.  //Человек  и  труд, 
2006, №5 
24.
  Суринов А.Е. Доходы населения. Опыт количественных измерений. М., 
2000 
25.
  Щипанова  Д.  Индексация  минимальной  заработной  платы.  //Человек  и 
труд
, 2003, №12 
 
 
 
 
 
 


 
330
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə