Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   39   40   41   42   43   44   45   46   47

 
301
növlərinin  təqdim  olunması  məqsədilə,  əlillərin  təhsil  alması  və  peşə 
hazırlığı  keçməsi  ilə  bağlı  şərait  yaradılmalıdır.  Qeyd  etmək  lazımdır 
ki, fiziki, əqli qüsurla dünyaya gələn əlil uşaqların məktəbəqədər təlim 
və  tərbiyəsinin  həyata  keçirilməsi,  onların  əqli  və  fiziki  inkişafdakı 
qüsurlara  görə  xüsusi  qruplarda  cəmlənməsi  və  onlarla  aparılan 
müvafiq  fəaliyyət  əlil  uşaqların  gələcək  həyatlarında  mühüm  rol 
oynayır.  Bununla  yanaşı,  məktəb  yaşında  olan  əlil  uşaqların  evdə 
təhsil alması, bunun üçün maddi təminatların və güzəştlərin verilməsi, 
bu  sahədə  valideynlərə  göstərilən  kömək  və  dəstək  çox  önəmlidir. 
Eyni  zamanda,  əlil  uşaqların  məktəbdənkənar  tərbiyəsi  üçün  şəraitin 
yaradılması,  həmçinin  əlillərin  orta,  orta  ixtisas  və  ali  təhsili,  onlar 
üçün  ixtisaslaşdırılmış  şöbə  və  yaxud  qrupların  yaradılması,  onlara 
artırılmış  təqaüdün  verilməsi  cəmiyyətin  üzərinə  düşən  mühüm 
vəzifələrdən  biridir.  Görülən  tədbirlər  nəticəsində  əlillərin  ictimai 
həyatda iştirakı ilə bağlı aşağıdakı məsələləri həll etmək mümkündür: 
-  əlillərin  müəyyən  növ  əmək  fəaliyyətilə  məşğulluğunun 
təmin olunması; 
-  əlillər üçün xüsusi iş yerlərinin yaradılması;  
-  əlil  əməyi  tətbiq  edən  müəssisə  və  təşkilatlara  uyğun 
güzəştlərin verilməsi; 
-  əlillərin 
səhhətinin 
peşə 
vəzifələrinin 
icrasına 
uyğunlaşdırması;  
-  əlillər üçün iş yerləri üzrə kvot müəyyən edilməsi, bu sahədə 
işverənlərin məsuliyyətinin artırılması;  
-  əlillərin əmək və istirahət rejiminin təşkili; 


 
302
-  əlillərə  göstərilən  sosial  yardım  növləri  və  onun  düzgün 
seçilməsi  (pensiyalar,  müavinətlər,  birdəfəlik  ödənclər,  dava-dərman, 
avtomobillər, protez-ortopediya məmulatları, xüsusi xidmət növləri və 
s.). 
Ahılların  sosial  müdafiəsi  ilk  növbədə  onlara  göstərilən  sosial 
xidmətlər  sistemin  əsasında  təşkil  olunur.  Ahıllara  göstərilən  sosial 
xidmət  onların  həmin  xidmətə  tələbatının  ödənilməsinə  yönəldilən 
tədbirlərlərdən  ibarətdir.  “Ahıllara  sosial  xidmət  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununda    sosial  xidmət  sahəsində 
ahılların hüquqları, sosial xidmətdən istifadə hüququ, qaydaları, sosial 
xidmətin  formaları,  sosial  xidmət  sistemi  və  s.  müddəalar  əks 
olunmuşdur. Qanunda sosial xidmətin aşağıdakı formaları göstərilir: 
1.  Evdə sosial xidmət: dərman vasitələrinin, zəruri ərzaq və əsas 
tələbat  mallarının  almağa  kömək  göstərmək;  qida  qəbul  edilməsinə, 
digər  məişət  xidmətinin  göstərilməsinə  köməklik;  tibbi  yardım  və 
onların  tibb  müəssisəsinə  müşayət  olunması;  yaşayış  yerində 
sanitariya-gigiyena şəraitinin yaranması. 
2.  Yarımstasionar  sosial  xidmət:  qohumları  ahıllara  qulluq  edə 
bilmədikləri  halda  tibbi-sosial  ekspert  komissiyasının  qərarına  əsasən 
onların  sosial  xidmət  müəssisələrində  yerləşdirilməsi,  onlara  bu 
müəssisələrdə 
sosial-məişət, 
tibbi 
və 
mədəni 
xidmətlərin, 
qidalanmalarının, istirahətinin təşkil edilməsi. 
3.  Stasionar  sosial  xidmət:  xüsusi  məqsədlə,  yaradılmış 
müəssisələrdə  ahıl  adamın  fiziki  durumu,  psixi  pozuntusu  və  digər 
hallar  nəzərə  alınmaqla  tibbi  və  sosial  reabilitasiya  tədbirləri  həyata 
keçirilir.  


 
303
4.  Fərdi qaydada peşəkar sosial xidmət. 
5.  Sosial-məsləhət  yardımı:  bu  fəaliyyət  dövlət,  bələdiyyə  və 
özəl  müəssisələr  tərəfindən  həyata  keçirilir.  Stasionar  sosial  xidmət 
müəssisəsi  rəhbərləri,  kollektivləri  ahılların  insan  və  vətəndaş 
hüquqlarına riayət etməli, təhlükəsizliyini təmin etməli, digər müvafiq 
vəzifələri həyata keçirməlidirlər.  
Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial 
qruplar  arasında  narazılığın  aradan  qalxmasına  və  sosial  ədalətin 
bərpa olunmasına dair mühüm tədbirlər həyata keçirilir. Butün bunlar 
ölkədə  aparılan sığorta-pensiya  islahatlarının  növbəti  mərhələsidir  və 
bu  mərhələdə  atılan  addımlar  "2009-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  sığorta-pensiya  sisteminin  inkişafına  dair  Dövlət 
Proqramı"nda  da  yer  tutur.  Bu  sahədə  mövcud  tədbirlərdən  biri 
keçmiş  dövrdə  qazanılmış  əmək  pensiyası  hüququna  malik  olan 
insanların pensiya məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Başqa 
sözlə,  pensiya  təyinatında  yanlış  hesablama  qaydasının  aradan 
qaldırılması  və  onunla  da  pensiya  təminatı  sistemində  şəffaflığın 
təmin olunması nəzərdə tutulur. Belə ki, pensiya təminatı zamanı əsas 
problemlər  2006-cı  ilə  qədər  olan  dövr  üçün  pensiya  məbləğlərinin 
müəyyən  olunması  metodikası  ilə  bağlıdır.  Hazırda,  həmin  qayda 
2004-2005-ci  illərin  (və  ya  bundan  əvvəlki  istənilən  ardıcıl  60  ayın) 
əmək haqqı arayışına istinadən hesablamaların aparılmasına əsaslanır. 
Bu isə müxtəlif subyektiv amillərə şərait yaradır.  
Yeni  qaydaya  əsasən,  sığorta  olunanların  (pensiya  təyin 
edilməmiş şəxslərin) 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi 
iş  stajının  hər  ili  üçün  müəyyən  məbləğində  pensiya  kapitalının 


 
304
hesablanması  nəzərdə  tutulur.  Göstərilən  yeni  sadələşdirilmiş 
qaydanın  tətbiqi  bütün  sığorta  olunanlar  üzrə  ilkin  pensiya  kapitalı 
şəklində  fərdi  hesablarda  qeydiyyatının  aparılmasına  imkan 
verəcəkdir ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan 
müasir  Avropa  standartlarına  uyğun  avtomatlaşdırılmış  pensiya 
təminatına şərait yaradacaqdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə