Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   39   40   41   42   43   44   45   46   47

 
313
Ümumiyətlə, 
araşdırmalar 
göstərir 
ki, 
əhali 
gəlirlərinin 
makrogöstəricilərə  əsaslanan  təhlili  həm  ölkələr  arasında,  həm  də 
gəlirlər  üzrə  tam  şəkildə  aparılması  zamanı  çətinliklərlə  üzləşirik.  Bu 
baxımdan ev təsərrüfatlarının müayinəsinə əsaslanan təhlil aparılması 
tələb  olunur.  Bu  müayinə  adambaşına  düşən  gəlirin səviyyəsinə  görə 
əhalinin bölüşdürülməsi, müxtəlif yollarla əhalinin sayının və faizinin 
müəyyənləşdirilməsi,  statistikanın  məlumatlarına  əsasən  mövcud 
əhalinin  orta  illik  sayı,  ailələrin  və  əhalinin  il  ərzində  adambaşına 
düşən  gəlirinin  səviyyəsinə  görə  bölüşdürülməsinə  dair  seçmə 
tədqiqatının  məlumatları  əsasında  loqarifmik  bölgü  funksiyası  üzrə 
aparılır. 
Alınan 
məlumatlardan 
təbəqələşmə 
əmsalının 
hesablanmasında,  yoxsulluq  həddindən  aşağı  gəliri  olan  əhalinin 
sayının  müəyyən  olunmasında,  gəlirlərin  meridianının  tapılmasında, 
və s. istifadə olunur.  
Qeyd  etmək  lazımdır  ki,  ev  təsərrüfatlarının  pul  gəlirlərinin 
strukturu  timsalında  vətəndaşların  həyat  səviyəsinə  dair  tam  şəkildə 
məlumat  almaq  mümkün  deyil,  çünki  bundan  başqa  onların 
xərclərinin strukturunu də öyrənmək vaçibdir. 
Pul  gəlirlərinin  səviyyəsi  tədqiq  olunan  ev  təsərrüfatlarının 
müəyyən dövr ərzində (ay, rüb, il) pul gəlirlərinin (ev təsərrüfatlarının 
hər  100  nəfərinə)  ümumi  məbləği  ilə  müəyyən  edilir.  Pul  gəlirlərinin 
quruluşu  ev  təsərrüfatlarının  bütün  pul  gəlirlərinin  daxilolma 
mənbələrinə  görə    tərkibini  müəyən  edən  göstəricilər  sistemidir.  Ev 
təsərrüfatlarının gəlir göstəriciləri aşağıdakı kimi hesablanır:  
1) ümumilikdə bütün əhali; 
2) şəhər və kənd əhalisi; 


 
314
3) ayrı-ayrı sosial qruplar; 
4) desil  (kvintl)  qrupları  üzrə  əhali  gəlirləri  və  sair  üzrə 
hesablanır. 
Pul  gəlirlərinin  quruluşu  ev  təsərrüfatının  bütün  pul  gəlirlərinin 
daxilolma  mənbələrinə  görə  tərkibini  müəyən  edir.  Pul  gəlirlərinin 
səviyyəsi  tədqiq  olunan  ev  təsərrüfatlarının  müəyyən  dövr  ərzində 
(ay,  rüb,  il)  pul  gəlirlərinin  (ev  təsərrüfatlarının  hər  100  nəfərinə) 
ümumi  məbləği  ilə  müəyyən  edilir.  Ev  təsərrüfatlarının  gəlir 
göstəriciləri aşağıdakı kimi hesablanır:  
1) ümumilikdə bütün əhali; 
2) şəhər və kənd əhalisi; 
3) ayrı-ayrı sosial qruplar; 
4) desil  (kvintl)  qrupları  üzrə  əhali  gəlirləri  və  sair  üzrə 
hesablanır. 
Müasir  şəraitdə  ev  təsərrüfatlarının  gəlirlərinin  əsas  mənbəi  kimi 
müxtəlif növ əmək fəaliyyətindən əldə olunan əmək haqqı çıxış edir. 
Cədvəl 11.1 
Ev təsərrüfatlarının adambaşına aylıq ğəlirləri (manatla) 
 
2003 
2004 
2005 
2006 
2007 
2008 
Cəmi gəlirlər 
45,4 
50,2 
64,4 
74,4 
88,1 
108,9 
O cümlədən: 
Əmək gəlirləri 
 
24,2 
 
27,0 
 
34,5 
 
41,4 
 
49,7 
 
61,9 
Sosial transfertlər 
5,3 
6,2 
7,5 
8,9 
13,0 
17,0 
Bütün növ satışdan 
gəlirlər 
7,0 
7,9 
12,0 
13,6 
14,2 
17,2 
Digər pul gəlirləri 
8,9 
9,1 
10,4 
10,5 
11,2 
12,8 
 
Cədvəl  11.1-ə  əsasən,  2003-2008-ci  illər  ərzində  ev  təsərrüfatının 
adambaşına  aylıq  pul  gəlirləri  hiss  olunacaq  dərəcədə  artmışdır. 
Ümumilikdə  onların  ümumi  məbləği  2,4  dəfə  çoxalmışdır.  Öz 


 
315
növbəsində  əmək  gəlirləri  2,6  dəfə,  sosial  transfertlər  3,2  dəfə,  bütün 
növ  satışdan  əldə  olunan  gəlirlər  2,5  dəfə,  digər  pul  gəlirləri  isə  1,3 
dəfə  artmışdır.  Əmək  gəlirlərinin  artımı  əmək  haqqı  və  gəlirlər 
sahəsində dövlətin ardıcıl həyata keçirdiyi siyasətin nəticəsidir. Bunun 
əsasında  minimum  əmək  haqqı,  pensiyalar  və  digər  müavinatlar  da 
müəyyən dərəcədə artır.  
Məlumdur ki, ailələrin maddi təminatında mövcud fərqlərin əsas 
səbəbi ailə üzvlərinin tərkibində işləyənlərin sayın çöxluq və ya azlıq 
təşkil  etməsidir.  Buna  görə  də  həyat səviyyəsinin  tədqiqi  baxımından 
bütün ev təsərrüfatları şərti olaraq iki əsas qrupa ayırmaq olar: 
1.  əsas  gəlirini  sosial  transfertlər  təşkil  edən  ailələr,  yəni  ailədə 
işləyənlərin olmaması halında; 
2.  əsas gəlirini əmək haqqı təşkil edən ailələr. 
Ev  təsərrüfatlarının  tərkibində  işləyənlərin  olmaması  onların 
maddi  təminat  səviyyəsininin  aşağı  düşməsinə  səbəb  olur  və  bu 
tərkibdə  ev    təsərrüfatların  mövcudluğu  gəlirlərin  əldə  olunma 
mənbələri  ilə  bağlı  problemlərin  hələ  də  həll  olunmasından  xəbər 
verir.  Bununla  yanaşı,  maddi  təminat  baxımından  çətinlik  çəkən  ev 
təsərrüfatlarının tərkibində işləməyənlərin işləyənlərə nisbətən çoxluq 
təşkil  edən  ailələr  də  mövcuddur.  Burada  himayəlik  yükünün  təsiri 
özünü göstərir. 
Cədvəl 11.2 
Ev təsərrüfatlarının adambaşına aylıq gəlirlərinin strukturu (%-lə) 
 
2003 
2004 
2005 
2006 
2007 
2008 
Gəlirlər 
100 
100 
100 
100 
100 
100 
O cümlədən: 
Ə
mək gəlirləri 
 
53,2 
 
53,8 
 
53,6 
 
55,6 
 
56,5 
 
56,8 
Sosial transfertlər 
11,6 
12,3 
11,6 
12,0 
14,7 
15,6 
Kənd təssərrüfatı məhsulları 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə