Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   39   40   41   42   43   44   45   46   47

 
297
2008-ci  illər  üçün  Yoxsulluğun  azaldılması  və  Davamlı  İnkişaf 
Proqramı» və s. 
         Həyat 
səviyyəsinin 
və 
keyfiyyətinin 
yüksəldilməsi 
cəmiyyətin  inkişafının  əsas  məqsədi,  dövlətin  apardığı  sosial 
siyasətinin  mühüm  istiqamətləridir.  Bu  məqsədə  nail  olmaq  üçün 
ümumi  daxili  məhsulun  artımı,  makro  və  mikro  səviyyələrdə  onun 
bölgüsü  mexanizminin  təkmilləşdirilməsi  üzrə  tədbirlər  həyata 
keçirilir. 
        Həyat  səviyyəsinin  yaxşılaşdırılması  sahəsində  dövlətin 
strateji məqsədləri aşağıdakılardır: 
-  insanların  maddi  vəziyyətinin  və  həyat  şəraitinin  əsaslı 
şəkildə yaxşılaşdırılması; 
-  əhalinin 
səmərəli 
məşğulluğunun, 
işçi 
qüvvəsinin 
keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması; 
-  əhalinin  sosial  müdafiəsi,  əməyin,  sağlamlığın  mühafizəsi, 
mədəniyyət, təhsil və səhiyyə xidmətlərin təkmilləşdirilməsi,  mənzillə 
təminat  sahəsində  vətəndaşların  konstitusiya  hüquqların  təmin 
edilməsi; 
-  ailənin, qadınların, uşaqların və gənclərin sosial təminatın və 
hüquqların genişləndirilməsi;  
-  demoqrafik  vəziyyətin  yaxşılaşdırılması,  əhalinin,  xüsusilə, 
uşaqlar və əmək qabiliyyətli yaşda olan vətəndaşlar arasında ölümün 
azalması; 
-  sosial infrastrukturun kökündən təkmilləşdirilməsi. 
Son  illərdə  aparılan  sosial  siyəsətin  əsas  vəzifələrindən  birini 
əhalinin  sosial  müdafiəsi  işində  ünvanlıq  prinsipinin  yerinə 


 
298
yetirilməsi,  az  təminatlı  ailələrin,  ailə  başçısını  itirənlərin,  şəhid 
ailələrin, 
əlillərin 
pensiya 
və 
müavinət 
təminatında 
ciddi 
dəyişiklərinin həyata keçirilməsidir. 
2000-2008-ci illərdə bazar münasibətlərinin inkişafı istiqamətində 
aparılan sosial-iqtisadi islahatlar əsasında dövlət məşğulluq siyasətinin 
səmərəliliyinin  artırılmasına,  sosial  müdafiəyə  ehtiyacı  olan  əhali 
qrupları  üçün  iş  yerlərinin  yaradılmasına  yönəldilmiş  investisiya, 
verği,  gömrük,  təhsil  və  digər  müvafiq  sahələrlə  bağlı  siyasətlərin 
təkmilləşdirilməsinə,  yeni  iş  yerlərinin  açılmasını  stimullaşdıran 
mühitin  formalaşmasına  yönəldilən  bir  sıra  tədbirlər  həyata 
keçirilmişdir.  Bu  da  öz  növbəsində  əvvəlki  illərlə  müqaisədə 
vətəndaşların  yaşayış  səviyyəsinə  xeyli  dərəcədə  müsbət  təsir 
göstərmişdir. Lakin buna baxmayaraq əhalinin həyat səviyyəsi o qədər 
də  qənaətbəxş  deyildir.  Azərbaycanda  əhalinin  həyat  səviyyəsinin 
inkişaf  etmiş  ölkələrin  səviyyəsinə  çatdırılması  ən  mühüm 
vəzifələrdən biridir. Bu istiqamətdə əsas prioritetlər aşağıdakılardır: 
-  şəxsi  və  ictimai  tələbatların  ödənilməsi  üçün  istehsal  olunan 
ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü; 
- aztəminatlı əhali qruplarının müdafiəsi; 
-  yüksək  məhsuldarlı  əmək  və  sahibkarlığın  inkişafı  üçün 
əlverişli mühitin yaradılması; 
 -  ölkə  əhalisi  üçün  layiqli  yaşayış,  əlverişli  əmək,  maişət  və 
istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması. 
Bu  və  digər  məqsədlərə  nail  olmaq  üçün  nəzərdə  tutulmuş 
tədbirlər  Yoxsulluğun  Azaldılması  üzrə,  Kiçik  və  Orta  Sahibkarlığın 


 
299
İnkişafı üzrə Dövlət Proqramlarında və başqa proqramlarda öz əksini 
tapmışdır. 
Ümumiyyətlə,  ölkədə  sosialyönümlü  bazar  iqtisadiyyatına 
üstünlük  verilməsi  ilə  əlaqədar  əhalinin  bütün  təbəqələrinin  həyat 
səviyyəsinin yaxşılaşdırılması məqsədilə  bir çox əhəmiyyətli tədbirlər 
hazırlanmış  və  həyata  keçirilmişdir.  Bununla  yanaşı,  ölkədə  daha 
təkmil sosial sisteminin inkişaf etdirilməsi üçün aşağıdakıların həyata 
keçirilməsi məqsədəuyğundur: 
1.  həyat  səviyyəsinin  yüksəldilməsinə  yönələn  fəal  siyasətin 
həyata  keçirilməsi,  əhalinin  sosial  müdafiəsi,  insanlara  öz  rifahını 
yaxşılaşdırmaq üçün imkanlarından geniş şəkildə istifadə etmək üçün 
şəraitin yaradılması; 
2.  əmək 
bazarına 
təsir 
göstərən 
tədbirlər 
məşğulluq 
strukturunun optimallaşdırılması və işsizliyin azaldılması; 
3.  sosial  cəhətdən  az  müdafiə  olunan  və  əmək  qabiliyyəti 
olmayan əhalinin sosial müdafiəsi mexanizminin inkişaf etdirilməsi; 
4.  vətəndaşın  hüquq  və  təhlükəsizliyinin  səmərəli  müdafiə 
sisteminin işlənməsi; 
5.  sosial  məişət  infrastrukturunda  və  sosial  mədəni  sferada 
institusional yeniləşmənin aparılması; 
6.  əhaliyə 
göstərilən 
hər 
növ 
xidmətin 
keyfiyyətinin 
yüksəldilməsi  və  pulsuz  minimal  səviyyədə  bütün  vətəndaşlara 
onların tədbiq edilməsi. 
 
10.2.  Əhalinin  sosial  müdafiəsinin 
altsistemləri. 
Sosial 
müdafiənin 


 
300
tipləri.  Sosial  müdafiənin  növləri  və 
formaları 
 
Əlillərin  sosial  müdafiəsini  həyata  keçirmək  hər  bir  dövlətin 
önəmli sosial vəzifələrindən biridir. 
Əlillərin  sosial  müdafiəsində  sosial  müdafiə  fondu  mühüm  rol 
oynayır.  Əlillərin  sosial  müdafiə  fondunun  büdcəsi  respublika 
büdcəsinin  vəsaiti,  ayrı-ayrı  təşkilatların,  əmək  kollektivlərinin, 
vətəndaşların  ianələri,  digər  vəsaitləri  hesabına  formalaşır.  Əlillərin 
sosial  müdafiəsinin  təmin  olunmasında  respublikanın  müvafiq 
səlahiyyətli orqanları, o cümlədən,  Əmək və Sosial Müdafiə Nazirliyi, 
Səhiyyə Nazirliyi, digər Nazirliklər mühüm rol oynayırlar. 
Əlillərin  sosial  müdafiəsi  ən  çətin,  ən  məsuliyyətli  və  geniş 
əhatəli  problemlərlə  və  onların  həlli  ilə  bağlıdır.    Əlilliyin  qarşısının 
alınması, tibbi bərpası (əlilliyi törədən qüsurların müalicəsi), tibbi-peşə 
bərpası (əlilliyin əvvəlki peşə qabiliyyətinə qaytarılması və yaxud yeni 
peşə  seçiminə  uyğunlaşması)  cəmiyyətin  sosial  cəhətdən  zəif  əhali 
qruplarına  göstərilən  qayğının  əsasını  təşkil  edir.  Bu  istiqamətdə 
görülən  tədbirlərin  sosial  müdafiə  sisteminin  diqqət  mərkəzində 
olması dövlətin həyata keçirdiyi sosial siyasətin əsas mahiyyətini kəsb 
edir.  Əlillərin  hüquq  və  azadlıqlarının  təmin  edilməsi,  qorunması  ilə 
bağlı 
fəaliyyət 
müntəzəm 
olaraq, 
fəallaşdırılmalı 
və 
təkmilləşdirilməlidir.  Əlillərin  göstərilən  tibbi  xidmətin  yüksək 
səviyyədə  olması  səhiyyə    sisteminin    müasir  tələblərə  tam  cavab 
verməsindən    və  hər  bir  tibbi  xidmətə  ehtiyacı    olan  vətəndaşa 
göstərilən qayğıdan xəbər verir. Əlillərin cəmiyyətdə özlərini lazımsız, 
yararsız  və  tənha  hiss  etməmələri  üçün  onlara  müəyyən  məşğuliyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə