Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
285
məhsulları  istehlakında  müşahidə  olunur.  Meyvə  və  taxıl  məhsulları 
istehlakında  demək  olar  ki,  dəyişilməz  qalmışdır.  Məsələn,  meyvə 
istehlakı 18%, taxıl və taxıl məhsulları istehlakı 15 % artmışdır.  
Cədvəldən  göründüyü  kimi,  2001-ci  ilə  nisbətən  sonrakı  illərdə 
müəyyən  qida  məhsullarının  istehlakında  artım  müşahidə  olunur. 
2002-2007-ci  illər  ərzində  isə  həmin  məhsulların  istehlakında  demək 
olar ki, cüzi dəyişikliklər baş vermişdir.     
Müxtəlif istehlak malları və xidmətlərinin qiymətlərinin dəyişməsi 
dinamikasından  asılı  olaraq,  fizioloji  yaşayış  minimumunun  dəyərlə 
ifadəsi  sosial  yaşayış  minimumunun  50-55%-ni  təşkil  edir. 
İnflyasiyanın  yüksək  səviyyəsi  ilə  səciyyələnən  keçid  dövründə 
minimum əmək haqqı, təqaüd və sosial müavinətlərin məbləği yaşayış 
minimumu səviyyəsindən aşağı ola bilməz. Bir sıra mütəxəssislər haqlı 
olaraq, belə hesab edirlər ki, əgər dövlət maliyyə çatışmazlığı üzündən 
əhalinin  gəlirlərini  sosial  yaşayış  minimumu  səviyyəsində  təmin  edə 
bilmirsə, onda əhalinin minimal gəlirlərini fizioloji yaşayış minimumu 
səviyyəsində təmin etməlidir . 
 İstehlak büdcələri hesablanarkən, fərdin ehtiyacları mütləq nəzərə 
alınmalıdır.  Ehtiyacların  strukturu  və  səviyyəsi,  habelə  onların 
ödənilməsi  üsulları  tədqiq  olunmalıdır,  onları  vahid  göstəricilər 
vasitəsilə  qiymətləndirmək  düzgün  deyil.  Lakin  hər  bir  ölkədə  onun 
iqtisadi inkişaf səviyyəsindən, mədəniyyətindən və ənənələrindən asılı 
olaraq,  normal  həyat  səviyyəsi  haqqında  müəyyən  təsəvvürlər 
mövcuddur.  Məsələn,  ingilislərin  istehlak  «zənbilində»  heyvanlar 
üçün  qida  da  nəzərə  alınır.  Sosial  ehtiyaclara  gəldikdə  isə  onlar 
haqqında  da  həyat  səviyyəsinə  uyğun  olaraq  mühakimə  yürütmək 


 
286
olar:  «Yoxsulluq  nəticəsində  ailələr  onları  cəmiyyətin  qalan 
hissəsindən təcrid edən həyat tərzi keçirməyə məcbur olmamalıdırlar». 
BƏT-in  mütəxəssisləri  qeyd  edirlər  ki,  ancaq  bir  neçə  inkişaf  etmiş 
ölkədə  (ABŞ,  Böyük  Britaniya,  İtaliya,  Yaponiya)  yoxsulluğun 
ölçülməsi  üçün  ciddi  cəhdlər  edilmişdir.  Məsələn,  Böyük  Britaniyada 
istehsalın genişlənməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin ictimai 
və  şəxsi  həyatın  bütün  sahələrinə  nüfuz  etməsi  və  ümumi  rifahın 
artması  fonunda  yoxsulluğa  olan  baxışlar  dəyişmişdir.  Əgər 
vətəndaşın  gəliri  orta  əmək  haqqının  40%-ni  təşkil  edirsə  və  o,  ölkə 
əhalisinin  əksəriyyəti  üçün  adi  məişət  əşyaları  olan  məişət  texnikası, 
televizor,  soyuducu  və  s.  əldə  edə  bilmirsə,  onun  yemək  və  mənzil 
haqqının  ödənilməsi  üçün  kifayət  qədər  vəsaitinin  olmasına 
baxmayaraq,  o,  yoxsul  hesab  edilir.  Beynəlxalq  ekspertlər  «minimum 
həyat  səviyyəsi»  terminini  «yoxsulluq»  termininin  antonimi  kimi 
işlədirlər.  Bu  isə  o  deməkdir  ki,  əgər  ailə  yoxsulluq  içində  yaşayırsa, 
deməli, onun minimum ehtiyacları belə ödənilmir. 
Cədvəl 9.3
 
Yoxsulluq həddi və yoxsulluq səviyyəsi 
 
2
005 
2
006 
2
007 
2
008 
Yoxsulluq həddi, manatla 
4
2,6 
5
8,0 
6
4,0 
7
8,0 
Yoxsulluq səviyyəsi, % 
2
9,3 
2
0,8 
1
5,8 
1
3,2 
 
Cədvəl  9.3-dən  göründüyü  kimi,    2005-2008-ci  illər  ərzində 
yoxsulluq  həddi  səviyyəsində  əhalinin  xüsusi  çəkisi  2  dəfədən  çöx 
azalmışdır,  yəni  29,3%-dən  13,2%-ə  yenmişdir.  Yoxsulluq  həddi  kimi 
müəyyən  olunan  minimal  maddi  təminat  səviyyəsi  öz  növbəsində  78 


 
287
manata  qədər  və  yaxud  1,8  dəfədən  çox  artmışdır.  Bu  nəticələr 
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının 
uğurla həyata keçirilməsilə bağlıdır. 
Yaşayış  minimumu  səviyyəsi  dedikdə,  minimum  istehlakı  təmin 
edən gəlirlərin səviyyəsi başa düşülür.  
Əhalinin  müəyyən  hissəsinin  gəliri  YM-dan  az  olduğu  halda 
yoxsulluq həddini müəyyən edən meyarlarların dəqiq nəzərə alınması 
problemini gündəmə gətirmək çətin olur. Xüsusən də nəzərə alınsa ki, 
YM-nun müəyyən olunması üçün normativ baza həm respublika, həm 
də  regional  səviyyədə  işlənib  hazırlanıb  və  təsdiq  olunub,  bu 
problemin  qismən  həlli  yolları  müəyyənləşdirilir.  YM  səviyyəsində 
mövcudluq  istənilən  insan  orqanizmində  mənfi  proseslərə  gətirib 
çıxarır, əhalinin əmək potensialını sarsıdır.     
Yoxsullarla yanaşı, əhalinin gəlirləri YM-dan yüksək olan, lakin o 
qədər  varlı  olmayan  böyük  bir  hissəsinin  olmasını  da  nəzərə  almaq 
lazımdır. Bu qrup əhali gəlirlər səviyyəsinə görə, olduqca müxtəlifdir. 
Sosial  siyasətin  həyata  keçirilməsi  üçün  adambaşına  düşən  gəlirin 
səviyyəsindən  asılı  olaraq,  müxtəlif  gəlir  əldə  edən  əhali  qruplarına 
aid  əhalinin  sayının  müəyyən  edilməsi,  dərindən  araşdırılması  tələb 
olunur. Ümumiyyətlə, məhz bu problem öz mahiyyətinə görə, əhalinin 
daha çox hissəsinə aiddir və ona daha çox diqqət ayırmaq lazımdır.  
Hesab  edirik  ki,  minimum  istehlak  səbəti  əsasında  formalaşmalı 
olan  minimum  istehlak  büdcəsində  insanın  minimum  tələbatlarının 
təkcə dəyər formasında deyil, həm də natural formada ifadəsi nəzərdə 
tutulmalıdır. Bu baxımdan minimum istehlak büdcəsinin, insanın əsas 
fizioloji və sosial-mədəni tələbatlarına müvafiq olaraq, onun ərzaq və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə