Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
281
Həyatın keyfiyyəti – insanların maraq və tələbatları kompleksinin 
tam təmin olunması və inkişafın səviyyəsidir ki, bu da iqtisadiyyətinin 
müxtəlif sahələrində və insanların həyat davranışında özünü göstərir. 
Həyatın keyfiyyəti problemi özündə əmək şəraitini, əmək nəticələrini, 
əməyin  məzmunu  və  xarakterini,  demoqrafik,  etnoqrafik  və  ekoloji 
aspektlərini birləşdirir. Bu problem insanların azadlığı və hüquqları ilə 
bağlı  məsələləri,  onların  davranış  və  psixoloji  cəhətlərini,  onların 
ideologiyasını və mədəni səviyyəsini özündə əks etdirir. 
Həyatın  keyfiyyəti  mürəkkəb  kateqoriya  kimi  əmək  həyatının 
keyfiyyəti anlayışı özündə birləşdirir. 
Əmək  həyatının  keyfiyyəti  anlayışı  məşğulluq,  işsizlik,  iş 
gününün  uzunluğu,  iş  ayının,  ilinin  müddəti,  istehsalatdakı 
zədələnmələrin  səviyyəsi  və  s.  kimi  amillərlə  məhdudlaşmır.  Burada 
həmçinin,  işçilərin  əməyinin  məzmununun  və  xarakterinin  onların 
maraqlarına  uyğun  gəlməsinin  dəyərləndirilməsi,  işin  intensivliyi, 
əmək kollektivin daxilindəki qarşılıqlı münasibətlərin səviyyəsi və bir 
çox başqa cəhətlər də nəzərə alınmalıdır. 
Həyat  şəraiti  dedikdə,  əhalinin  həyat  fəaliyyətinin  bilavasitə, 
obyektiv  cəhətləri  (məşğulluq,  əməyin  ödənişi  və  gəlirlər,  əhalinin 
məskunlaşdığı  yerin  xarakteri  və  ailənin  əmlak  təminatı,  sosial 
təminatın inkişafı və sosial infrastruktur) başa düşülür. 
Həyat  tərzi  dedikdə,  cəmiyyətdə  ayrı-ayrı  şəxslərin,  sosial 
qrupların, millət, xalq və sosial təbəqələrin mövcud həyat şəraiti başa 
düşülür.  Deməli,  cəmiyyətin  normal  istehlakın  kəmiyyət  göstəricisi 
kimi həyat tərzi çıxış edir. Həyat tərzi gəlirlərin həcmindən, ya da öz 
növbəsində qiymətlərin səviyyəsindən, bazarın əmtəələrlə nə dərəcədə 


 
282
təmin  olunmasından,  həmçinin,  vergilərin  və  ödəmələrin  həcmindən 
asılıdır.  Fəaliyyət  növü  kimi  həyat  tərzi  anlayışın  təyin  olunması 
əsasında  insanın  müəyyən olunmuş məqsədlərə  istiqamətləndirilməsi 
durur (passiv həyat tərzinin əksinə aktiv həyat tərzi). 
 
9.6. İstehlak büdcəsi və istehlak səbətinin  həyat səviyyəsinin 
yaxşılaşdırılmasında  rolu   
         
Hazırda  minimum  istehlak  büdcəsinin  tərtib  olunması  məsələsi 
daha  çox  statistik  və  normativ  metodların  tətbiqi  nəticəsində  həll 
olunur. 
İstehlak 
büdcəsinin 
tərtibinin 
normativ 
metodu 
qanunvericiliklə  müəyyən  olunub  (xüsusən  də  YM-un  müəyyən 
olunması üçün). O, istehlakın elmi cəhətdən əsaslandırılmış norma və 
normativlərinin  (mütləq  ölçülərdə)  müəyyən  edilməsi  yolu  ilə  əhali 
qruplarına  çatma  müxtəlifliyinə  görə,  həyati  cəhətdən  əsas  tələbatı 
təmin  edən  qida  məhsullarının,  qeyri-ərzaq  məmulatlarının  və 
xidmətlərin  təbii  yığımının  formalaşmasını,  istehlak  səbəblərinin 
«doldurulmasını» nəzərdə tutur. 
MİB-nın  hesablanması  zamanı  müəyyən  maliyyə  ehtiyatının-
istehlakın  mövcud  səviyyəsinin  stabil  saxlanılması  üçün  ayrılan 
vəsaitin  yaradılmasını  nəzərə  almaq  lazımdır.  Onlar  gəlirlərin 
səviyyəsinin  qısamüddətli  azalması  halında,  eləcə  də  uzunmüddətli 
tələbatın fasiləsiz, yəni eləcə də ev əmlakının sadəcə təkrar istehsalını 
təmin edən yığım üçün cari xərclərin saxlanması məqsədilə lazımdır.  
MİB-nın  tərtibi  zamanı  dövlət  qarşısında  maliyyə  öhdəliklərini 
(mütləq  vergi  və  ödənişlər)  yerinə  yetirmək  üçün  vətəndaşlara  lazım 
olan  xərclər  də  nəzərə  alınır.  Bu  onunla  əlaqədardır  ki,  iqtisadi 


 
283
cəhətdən aktiv olan əhali ölkənin maliyyə sisteminin formalaşmasında 
iştirak  edir.  Hazırda,  MİB  çərçivəsində  mütləq  vergiyə  yalnız  gəlir 
vergisi  aid  edilir.  Bu  mənbə  üzrə  xərclərin  hesabı  mövcud 
qanunvericilik əsasında və vergiqoyma bazası ilə həyata keçirilir ki, bu 
halda istehlak səbətinin dəyəri əsas götürülür. 
Bazar  münasibətlərinin  inkişafı  ilə  daim  kredit-maliyyə 
münasibətlərinin  yeni  növləri,  deməli  müvafiq  vətəndaş  ödəmələri 
meydana  çıxır.  Mütləq  sığortanın  müxtəlif  formalarının  meydana 
gəlməsi isə müvafiq ödənişlərlə (əmlak, sosial transfertlər, o cümlədən 
təqaüd  və  s.)  müşayiət  olunur.  Gələcəkdə  MİB-nın  formalaşması 
zamanı nəzərə alınması vacib olacaq mütləq ödənis və vergilərin digər 
növlərinin meydana gəlməsi də mümkündür. 
Minimum  istehlak  büdcəsinin  dəyər  miqdarının  tərtibi  və 
hesablanması metodikalarının işlənib hazırlanması və rəsmi təsdiqi bu 
göstəricilərin  tətbiqi  üçün  normativ  bazanın  formalaşmasına  xüsusi 
diqqət  yetirməyə  imkan  verərdi.  Onun  tətbiqi  əhalinin  müxtəlif 
təbəqələrinin  həyat  səviyyəsini  adekvat  qiymətləndirməyə  və 
cəmiyyətin sosial strukturu, onun ziddiyyətləri, daha kəskin tələbatları 
barədə  tam  təsəvvür  əldə  etməyə  imkan  verir.  Bu  isə  öz  növbəsində 
qəbul  edilən  qərarların  nəticələrini  doğru  qiymətləndirməyə  və 
əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn tədbirlərin seçiminə 
imkan verir. 
Cədvəl 9.2 
Qida məhsullarının istehlakı (il ərzində adambaşına, kiloqram) 
 


 
284
0
0

0
0

0
0

0
0

0
0

0
0

0
0

Ə
t  və  ətə  çevirməklə 
ə

məhsulları 
(natura 
şə
klində piy və içalat daxil 






9
.

Süd 
və 
süd 
məhsulları 
(südə 
çevirməklə)  
5

5
2
.

7
1
.

7
7
.

7
4
.

7

8
0
.

Yumurta, ədəd  
1

2

2

2

2

2

2

Qənd  və  qənnadı 
məmulatları  
6
.

7
.

0
.

0
.

0
.

0
.

1
.

Bitki yağı  
.

.

.

.

.

.

.

Balıq 
və 
balıq 
məhsulları  
.

.

.

.

.

.

.

Tərəvəz və bostan 
 məhsulları  
2

6

7

7

7

8

9

Meyvə  və  giləmeyvə, 
üzüm  (şərab  emalına  sərf 
olunanı daxil etmədən)  







Taxıl  məhsulları  (un 
hesabı 
ilə 
çörək 
və 
makaron  məmulatı,  un, 
yarma və paxlalılar)  
5

6

7

8

8

8

8

 
Cədvəl  9.2-dən  göründüyü  kimi,  2001-2007-ci  illər  ərzində  əsas 
ərzaq məhsullarının istehlakında müəyyən dəyişikliklər baş vermişdir. 
Belə  ki,  ət  və  ət  məhsullarının  istehlakı  32%,  süd  və  süd  məhsulları 
istehlakı  82%,  qənd  və  qənnadı  məmulatlarının  istehlakı  84% 
artmışdır. Verilmiş illər ərzində xüsusi artım bitki yağı, balıq və balıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə