Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
292
5) sosial  məişət  infrastrukturunda  və  sosial  mədəni  sferada 
institusional yeniləşmənin aparılması; 
6) əhaliyə göstərilən hər növ xidmətin keyfiyyətinin yüksəldilməsi 
və  pulsuz  minimal  səviyyədə  bütün  vətəndaşlara  onların  tədbiq 
edilməsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
293
 
 
Fəsil 10 
 
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ SİSTEMİ  
 
 
 
10.1.       Dövlətin sosial-iqtisadi siyasətinin tərkib 
hissəsi kimi əhalinin sosial müdafiəsinin 
mahiyyəti. Əhalinin sosial müdafiəsi 
mexanizmi. Sosial müdafiə sisteminin 
prinsipləri və funksiyaları. 
 
 
Azərbaycandakı 
sosial-iqtisadi 
vəziyyyətinin 
mövcud 
xüsusiyyətləri  ondan  ibarətdir  ki,  bazar  münasibətlərin  inkişafı  sosial 
problemlərlə  müşaiyət  edilir.  Belə  şəraitdə  dövlətin  əsas  vəzifəsi 
iqtisadi  innkişafın  əsas  istiqamətlərini  sosial  problemlərin  həlli  
istiqamətləri  ilə  glaqələndirməkdən  ibarətdir.    Sosial  norma  və 
normativlərə istiqamətləndirilmiş sosial bazar təsərrüfatının təşkili  ilk 
növbədə  dövlətin  səmərəli  sosial  siyasətinin  həyata  keçirilməsi 
nəticəsində mümkündür. 
Ölkədə  əhalinin  həyat  səviyyəsinin  yaxşılışdırılmasına  dair 
xüsusi  məqsədli  proqramlar  hazırlanmış  və  həyata  keçirilmişdir: 
«2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə 
Dövlət  Proqramı»,  «2004-2008-ci  illərdə  Azərbaycan  Respublikası 


 
294
Regionlarının  Sosial-İqtisadi  İnkişafı  üzrə  Dövlət  Proqramı»,  «2005-
2008-ci  illər  üçün  Yoxsulluğun  azaldılması  və  Davamlı  İnkişaf 
Proqramı» və s. 
        Həyat  səviyyəsinin  yaxşılaşdırılması  sahəsində  dövlətin 
strateji məqsədləri aşağıdakılardır: 
-  insanların  maddi  vəziyyətinin  və  həyat  şəraitinin  əsaslı 
şəkildə yaxşılaşdırılması; 
-  əhalinin 
səmərəli 
məşğulluğunun, 
işçi 
qüvvəsinin 
keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması; 
-  əhalinin  sosial  müdafiəsi,  əməyin,  sağlamlığın  mühafizəsi, 
mədəniyyət, təhsil və səhiyyə xidmətlərin təkmilləşdirilməsi,  mənzillə 
təminat  sahəsində  vətəndaşların  konstitusiya  hüquqların  təmin 
edilməsi; 
-  ailənin, qadınların, uşaqların və gənclərin sosial təminatın və 
hüquqların genişləndirilməsi;  
-  demoqrafik  vəziyyətin  yaxşılaşdırılması,  əhalinin,  xüsusilə 
uşaqlar və əmək qabiliyyətli yaşda olan vətəndaşlar arasında ölümün 
azalması; 
-  sosial infrastrukturun kökündən təkmilləşdirilməsi. 
Son  illərdə  aparılan  sosial  siyəsətin  əsas  vəzifələrindən  birini 
əhalinin  sosial  müdafiəsi  işində  ünvanlıq  prinsipinin  yerinə 
yetirilməsi,  az  təminatlı  ailələrin,  ailə  başçısını  itirənlərin,  şəhid 
ailələrin, 
əlillərin 
pensiya 
və 
müavinət 
təminatında 
ciddi 
dəyişiklərinin həyata keçirilməsidir. 


 
295
Azərbaycanda əhalinin həyat səviyyəsinin inkişaf etmiş ölkələrin 
səviyyəsinə  çatdırılması  ən  mühüm  vəzifələrdən  biridir.  Bu 
istiqamətdə əsas prioritetlər aşağıdakılardır: 
         -  şəxsi  və  ictimai  tələbatların  ödənilməsi  üçün  istehsal 
olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü; 
         - aztəminatlı əhali qruplarının müdafiəsi; 
         -  yüksək  məhsuldarlı  əmək  və  sahibkarlığın  inkişafı  üçün 
əlverişli mühitin yaradılması; 
         - ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, maişət və 
istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması. 
         Bu və digər məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş 
tədbirlər  Yoxsulluğun  Azaldılması  üzrə,  Kiçik  və  Orta  Sahibkarlığın 
İnkişafı üzrə Dövlət Proqramlarında və başqa proqramlarda öz əksini 
tapmışdır. 
        Ümumiyyətlə,  ölkədə  sosial  yönümlü  bazar  iqtisadiyyatına 
üstünlük  verilməsi  ilə  əlaqədar  əhalinin  bütün  təbəqələrinin  həyat 
səviyyəsinin yaxşılaşdırılması məqsədilə  bir çox əhəmiyyətli tədbirlər 
hazırlanmış  və  həyata  keçirilmişdir.  Bununla  yanaşı  ölkədə  daha 
təkmil sosial sisteminin inkişaf etdirilməsi üçün aşağıdakıların həyata 
keçirilməsi məqsədə uyğundur: 
1.  həyat  səviyyəsinin  yüksəldilməsinə  yönələn  fəal  siyasətin 
həyata  keçirilməsi,  əhalinin  sosial  müdafiəsi,  insanlara  öz  rifahını 
yaxşılaşdırmaq üçün imkanlarından geniş şəkildə istifadə etmək üçün 
şəraitin yaradılması; 
2.  əmək 
bazarına 
təsir 
göstərən 
tədbirlər 
məşğulluq 
strukturunun optimallaşdırılması və işsizliyin azaldılması; 


 
296
3.  sosial  cəhətdən  az  müdafiə  olunan  və  əmk  qabiliyyətli 
olmayan əhalinin sosial müdafiəsi mexanizminin inkişaf etdirilməsi; 
4.  vətəndaşın  hüquq  və  təhlükəsizliyinin  səmərəli  müdafiə 
sisteminin işlənməsi; 
5.  sosial  məişət  infrastrukturunda  və  sosial  mədəni  sferada 
institusional yeniləşmənin aparılması; 
6.  əhaliyə 
göstərilən 
hər 
növ 
xidmətin 
keyfiyyətinin 
yüksəldilməsi  və  pulsuz  minimal  səviyyədə  bütün  vətəndaşlara 
onların tədbiq edilməsi. 
          Dövlət  əhalinin  sosial  müdafiəsini  öz  üzərinə  götürməklə 
fərdləri və ev təsərrüfatlarını müdafiə edə bilir. Əgər ölkədə yoxsulluq 
dərinləşərsə,  onda  dövlət  tərəfindən  fərdləri  və  ev  təsərrüfatlarını 
riskdən  və  təhlükədən  müdafiə  edilməsi  daha  də  çətinləşir  və  onları 
aradan  qaldırılması  üçün  daha  çox  vəsait  tələb  olunur.  Ona  görə  də, 
dövlət  yoxsulluğun  dərinləşməsinin qarşısının  alınması  istiqamətində 
geniş  şəkildə  tədbirlərin  həyata  keçirilməsini  təmin  etməlidir.  Çünki, 
yoxsulluğun  dərinləşməsi  doğulanda  gözlənilən  ömür  müddətini 
azaldır,  əhalinin  təhsil  almasını,  səhiyyə  xidmətlərindən  istifadə 
etməsini çətinləşdirir ki,  bu da son nəticədə insan inkişafına və həyat 
səviyyəsinin artmasına mənfi təsir göstərir. 
Ölkədə  əhalinin  həyat  səviyyəsinin  yaxşılışdırılmasına  dair 
xüsusi  məqsədli  proqramlar  hazırlanmış  və  həyata  keçirilmişdir: 
«2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə 
Dövlət  Proqramı»,  «2004-2008-ci  illərdə  Azərbaycan  Respublikası 
Regionlarının  Sosial-İqtisadi  İnkişafı  üzrə  Dövlət  Proqramı»,  «2005-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə