Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
288
qeyri-ərzaq  mallarına,  eləcə  də  müxtəlif  xidmətlərə  olan  minimum 
tələbatının  natural  və  dəyər  formasında  ifadəsini  özündə  əks  etdirən 
sosial  normativ  kimi  qəbul  olunması  daha  məqsədəuyğun  olardı. 
Minimum  istehlak  büdcəsi,  ilk  növbədə,  minimum  gəlirə  malik  olan 
əhali  qruplarının  həyatının  maddi  təminatının  dəyərini  müəyyən 
etməyə  imkan  verməklə,  sosial-iqtisadi  normativlərin  səviyyələrinin 
müəyyən edilməsi üçün əsas rolunu oynayır. Burada tədqiq olunan nə 
işçi qüvvəsinin yenidən istehsalı üçün zəruri olan vəsaitlər minimumu, 
nə  də  fizioloji  minimum  deyil,  cəmiyyətdəki  rifahın  əldə  edilmiş 
səviyyəsində  ehtiyacların  aşağı  həddi  haqqında  təsəvvürlərdən  asılı 
olaraq  qida,  paltar  və  xidmətlərə  olan  ehtiyacların  ödənilməsinin 
minimum  səviyyəsini  təmin  edən  istehlak  dəstidir.  Minimum 
ehtiyacların  ödənilməsi  insanın  həyat  səviyyəsinə  zəmanət  verən  və 
adətən,  «yoxsulluq»  adlandırılan  həyat  səviyyəsini  təmin  edir.  Lakin 
bu  səviyyə  işçi  qüvvəsinin  yenidən  istehsalı  üçün  normal  sayıla 
bilməz.  Bundan  başqa,  ödənilmə  dərəcəsinə  görə  təkcə  minimum 
deyil,  orta  səviyyəli  tələbatlar  da  fərqləndirilir.  Həm  minimum,  həm 
də orta səviyyəli tələbatların strukturu isə iqtisadiyyatın, xalqın tarixi-
mədəni  ənənələrinin  inkişafından,  əhalinin  yaş-cins  qrupu  üzrə 
strukturundan və digər amillərdən asılıdır. 
Əhalinin  sosial  təminatı  həyat  səviyyəsinə  dair  başqa  bir  sosial 
normativ—  yaşayış  minimumu  əsasında  qurulur  və  bu  sosial 
normativdən bütün sivil dövlətlər istifadə edirlər. 
Sosial  normativ  kimi  yaşayış  minimumunun  hesablanmasının 
müxtəlif  metodları  fərqləndirilir.  Məsələn,  insanın  enerji  sərfinin 
hesablanması, ailə büdcələrinin tədqiqi, qiymətlərin səviyyəsinin əmək 


 
289
haqqı ilə müqayisə edilməsi və s. Bir qayda olaraq, yaşayış minimumu 
pul  formasında  müəyyən  edilir.  Hesab  edirik  ki,  yaşayış 
minimumunun  qanunvericilik  qaydasında  pul  formasında  müəyyən 
edilməsi əhalinin sosial müdafiəsi üçün etibarlı vasitə deyildir. Yaşayış 
minimumu  həm  pul  formasında,  həm  də  istehlak  səbəti  şəklində 
müəyyən  edilməlidir.  Müasir  dövrdə  əmək  bazarının  inkişafı 
şəraitində yaşayış minimumu həm də əməyin ödənilməsinin əsaslarını 
formalaşdıran mühüm amil kimi çıxış edir.  
 
        9.7. Həyat səviyyəsinin yüksəldilməsi məqsədilə dövlətin 
həyata keçirdiyi tədbirlər sistemi 
 
  Həyat  səviyyəsinin  və  keyfiyyətinin  yüksəldilməsi  cəmiyyətin 
inkişafının  əsas  məqsədi,  dövlətin  apardığı  sosial  siyasətinin  mühüm 
istiqamətlərindəndir.  Bu  məqsədə  nail  olmaq  üçün  ümumi  daxili 
məhsulun  artımı,  makro  və  mikro  səviyyələrdə  onun  bölgüsü 
mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilir. 
  Həyat  səviyyəsinin  yaxşılaşdırılması  sahəsində  dövlətin  strateji 
məqsədləri aşağıdakılardır: 
-  insanların maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə 
yaxşılaşdırılması; 
-  əhalinin səmərəli məşğulluğunun, işçi qüvvəsinin keyfiyyətinin 
və rəqabət qabiliyyətinin artırılması; 
-  əhalinin  sosial  müdafiəsi,  əməyin,  sağlamlığın  mühafizəsi, 
mədəniyyət, təhsil və səhiyyə xidmətlərin təkmilləşdirilməsi,  mənzillə 
təminat  sahəsində  vətəndaşların  konstitusiya  hüquqların  təmin 
edilməsi; 


 
290
-  ailənin,  qadınların,  uşaqların  və  gənclərin  sosial  təminatın  və 
hüquqların genişləndirilməsi;  
-  demoqrafik  vəziyyətin  yaxşılaşdırılması,  əhalinin,  xüsusilə 
uşaqlar və əmək qabiliyyətli yaşda olan vətəndaşlar arasında ölümün 
azalması; 
-  sosial infrastrukturun kökündən təkmilləşdirilməsi. 
Son  illərdə  aparılan  sosial  siyəsətin  əsas  vəzifələrindən  biri 
əhalinin  sosial  müdafiəsi  işində  ünvanlıq  prinsipinin  yerinə 
yetirilməsi,  aztəminatlı  ailələrin,  ailə  başçısını  itirənlərin,  şəhid 
ailələrin, 
əlillərin 
pensiya 
və 
müavinət 
təminatında 
ciddi 
dəyişiklərinin həyata keçirilməsidir. 
2000-2007-cı  illərdə  bazar  münasibətlərinin  inkişafı  istiqamətində 
aparılan sosial-iqtisadi islahatlar əsasında dövlət məşğulluq siyasətinin 
səmərəliliyinin  artırılmasına,  sosial  müdafiəyə  ehtiyacı  olan  əhali 
qrupları  üçün  iş  yerlərinin  yaradılmasına  yönəldilmiş  investisiya, 
vergi,  gömrük,  təhsil  və  digər  müvafiq  sahələrlə  bağlı  siyasətlərin 
təkmilləşdirilməsinə,  yeni  iş  yerlərinin  açılmasını  stimullaşdıran 
mühitin  formalaşmasına  yönəldilən  bir  sıra  tədbirlər  həyata 
keçirilmişdir.  Bu  da  öz  növbəsində  əvvəlki  illərlə  müqayisədə 
vətəndaşların  yaşayış  səviyyəsinə  xeyli  dərəcədə  müsbət  təsir 
göstərmişdir. Lakin buna baxmayaraq əhalinin həyat səviyyəsi o qədər 
də  qənaətbəxş  deyildir.  Azərbaycanda  əhalinin  həyat  səviyyəsinin 
inkişaf  etmiş  ölkələrin  səviyyəsinə  çatdırılması  ən  mühüm 
vəzifələrdən biridir. Bu istiqamətdə əsas prioritetlər aşağıdakılardır: 
-  şəxsi  və  ictimai  tələbatların  ödənilməsi  üçün  istehsal  olunan 
ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü; 


 
291
-  aztəminatlı əhali qruplarının müdafiəsi; 
-  yüksək  məhsuldarlı  əmək  və  sahibkarlığın  inkişafı  üçün 
əlverişli mühitin yaradılması; 
-  ölkə  əhalisi  üçün  layiqli  yaşayış,  əlverişli  əmək,  maişət  və 
istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması. 
Bu  və  digər  məqsədlərə  nail  olmaq  üçün  nəzərdə  tutulmuş 
tədbirlər  “Yoxsulluğun  Azaldılması  üzrə,  Kiçik  və  Orta  Sahibkarlığın 
İnkişafı” üzrə Dövlət Proqramlarında və başqa proqramlarda öz əksini 
tapmışdır. 
Ümumiyyətlə,  ölkədə  sosial  yönümlü  bazar  iqtisadiyyatına 
üstünlük  verilməsi  ilə  əlaqədar  əhalinin  bütün  təbəqələrinin  həyat 
səviyyəsinin yaxşılaşdırılması məqsədilə  bir çox əhəmiyyətli tədbirlər 
hazırlanmış  və  həyata  keçirilmişdir.  Bununla  yanaşı,  ölkədə  daha 
təkmil sosial sisteminin inkişaf etdirilməsi üçün aşağıdakıların həyata 
keçirilməsi məqsədəuyğundur: 
1) həyat  səviyyəsinin  yüksəldilməsinə  yönələn  fəal  siyasətin 
həyata  keçirilməsi,  əhalinin  sosial  müdafiəsi,  insanlara  öz  rifahını 
yaxşılaşdırmaq üçün imkanlarından geniş şəkildə istifadə etmək üçün 
şəraitin yaradılması; 
2) əmək bazarına təsir göstərən tədbirlər məşğulluq strukturunun 
optimallaşdırılması və işsizliyin azaldılması; 
3) sosial cəhətdən az müdafiə olunan və əmk qabiliyyətli olmayan 
əhalinin sosial müdafiəsi mexanizminin inkişaf etdirilməsi; 
4) vətəndaşın  hüquq  və  təhlükəsizliyinin  səmərəli  müdafiə 
sisteminin işlənməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə