Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   39   40   41   42   43   44   45   46   47

 
305
Fəsil 11 
 
EV TƏSƏRRÜFATLARINDA   ƏHALİ  GƏLİRLƏRİNİN  
CƏMLƏNMƏSİ VƏ  İSTİFADƏSİ 
 
 
 
11.1. Ev təsərrüfatları və ailə iqtisadiyyatı 
 
Ölkə  əhalisinin  həyat  səviyyəsi,  məhsuldar  qüvvələrin  inkişafı, 
milli  sərvət,  iqtisadiyyatın  səmərəliliyi,  eyni  zamanda  əhalinin  sosial-
demoqrafik  strukturu  və  gəlirlərin  bölgüsü  sistemi  ilə  müəyyən 
olunur.  
 Eyni  qaydada  olaraq,  ayrı-ayrı  ev  təsərrüfatlarının  həyat 
səviyyəsi  də  onların  cəri  gəlirləri,  mülkiyyəti,  sosial  mövqei  və 
demoqrafik  tərkibi,  ev  təsərrüfatı  üzvlərinin  sayı,  o  cümlədən,  əmək 
qabiliyyətli  və  əmək  qabiliyyətinə  malik  olmayanların  sayı,  uşaqların 
sayı ilə müəyyən olunur.  
  Ev  təsərrüfatı  dedikdə,  ümumi  büdcəsi  olan  və  birlikdə 
yaşayan bir və ya bir neçə fərdin məşğuliyyət növlərinin, əmlakın, əldə 
etdikləri  və  malik  olduqları  maddi  və  mənəvi  nemətlərin  məcmusu 
başa düşülür. Ev təsərrüfatı natural və əmtəə xarakterli əmək, istehsal 
və iqtisadi fəaliyyətin bütün növlərini əhatə edir.   
  Ev təsərrüfatı termindən üç mənada istifadə etmək olar: 
-  universal statistik vahid kimi sosial-demoqrafik konteksdə; 


 
306
-  xüsusi növ təsərrüfat kimi; 
-  kütləvi mikrosəviyyəli iqtisadi həlqə kimi. 
İqtisadçılar  ev  təsərrüfatına  ilk  növbədə  minimum  təsərrüfat 
vahidi  kimi  yanaşırlar,  başqa  sözlə  desək,  iqtisadi  nəzəriyyədə  “ev 
təsərrüfatı”  termini  təsərrüfat  vahidi  kimi  xarakterizə  olunur.  Ev 
təsərrüfatı  anlayışı  özündə  bütün  istehlakçıları,  muzdlu  işçiləri,  xırda 
və iri kapital sahiblərini, torpağı, istehsal vasitələrini, ictimai istehsalda 
məşğul  olan  və  məşğul  olmayan  şəxsləri  cəmləşdirir.  Milli  hesablar 
sistemi  çərçivəsində  ev  təsərrüfatları  institusional  vahid  kimi 
müəyyənləşdirir.  Ev  təsərrüfatında  birgə  yaşayan,  öz  gəlirlərini  və 
əmlaklarını  bütövlükdə  və  ya  hissə-hissə  birləşdirən  və  müxtəlif  mal 
və  xidmətləri  (əsasən,  yaşayış  və  qida  məhsulları)  müştərək  istehlak 
edən insanlar daxildir. 
Nəzəri  cəhətdən  ev  təsərrüfatının  üzvləri  bir-biri  ilə  yaxın 
qohumluq əlaqələrinə malikdirlər və yaxud əksinə.  
Ev təsərrüfatı ümumilikdə, iqtisadiyyat üçün ilk növbədə xüsusi 
təsərrüfat  növü  və  mühüm  əhəmiyyət  kəsb  edən  ilkin  iqtisadi 
sistemdir.  
Ev  təsərrüfatı  iqtisadi  fəaliyyətin  əsas  subyektlərindən  biri  kimi 
təzahür  edir.  Məhz  bu  fəaliyyətin  nəticəsindən  yalnız  ayrı-ayrı 
ailələrin deyil, ümumilikdə bütün əhalinin həyat səviyyəsi asılıdır. 
Ev təsərrüfatları ilə bağlı aparılan araşdırmalarda tədqiq olunma 
miqyası əsasən iki səviyyədə nəzərdə tutulur: 
-  makroiqtisadi səviyyədə ev təsərrüfatları ilk növbədə, iqtisadi 
vahidlərin  müəyyən  məcmu  kimi  araşdırılır.  Onların  vəziyyəti 
bilavasitə,əhalinin  durumuna,  bütövlükdə  onun  iqtisadi  maraqlarına 


 
307
və 
milli 
iqtisadiyyata 
əhəmiyyətli 
dərəcədə 
təsir 
göstərir. 
Makroiqtisadi  səviyyədə  gəlirlər,  ev  təsərrüfatlarının  istehlakı  və 
yığımı,  onların  ölkənin  ÜDM-a  payı,  dövlətlə,  istehsal  sahələri  və 
biznes strukturlarla qarşılıqlı əlaqəsi cəmi şəkildə öyrənilir; 
-   mikroiqtisadi  səviyyədə  ev  təsərrüfatları  ayrı-ayrı  spesifik 
iqtisadi  vahidlər  kimi  araşdırılır.  Burada  onların  əmək  və  iqtisadi 
funksiyalarının  incəliklərinə  qədər  öyrənilməsi,  yəni  məhdudiyyət, 
seçim,  fərdi  tələb,  fərdi  təklif,  gəlirlər,  istehlak,  qiymətlər,  məsrəflər 
kimi anlayışlar nəzərdə tutulur. 
Yeni  sosial-iqtisadi  şərait  –  bazar  münasibətlərin  inkişafı  ev 
təsərrüfatlarına  da  yeni  yanaşma  tələb  edir.  Bu  yanaşmaya  əsasən, 
hansı  aspektin  nəzərdən  keçirilməsindən  asılı  olmayaraq,  (sosial, 
demoqrafik,  sırf  iqtisadi)  ev  təsərrüfatlarının  tədqiq  olunmasında 
məhz iqtisadi və davranış məsələlərinə xüsusi diqqət yetirilir, yəni ev 
təsərrüfatı iqtisadi fəaliyyətinin əsas subyekti kimi tədqiq olunur. Eyni 
zamanda  ev  təsərrüfatının  fəaliyyətinin  nəticələri  nəinki  ayrı-ayrı 
ailələrin, həmçinin, bütün əhalinin rifah halını müəyyən edir.  
İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin  elmi  ədəbiyyatlarında 
və  statistik  məcmuələrində  qəbul  olunmuş  qaydaya  əsasən,  ev 
təsərrüfatı  anlayışı  özündə    ailənin  iqtisadi  fəaliyyətinin  və  sosial-
iqtisadi vəziyyətinin tədqiqi ilə bağlı məsələlərini əks etdirir. Bir qayda 
olaraq,  ev  təsərrüfatı  öz  üzvlərinin  sayına  görə  ailə  ilə  uyğun  gəlir. 
Lakin ayrı-ayrı hallarda ev təsərrüfatları özündə bir və bir neçə ailəni, 
uzaq  qoxumları,  hətta  qoxumluq  əlaqəsində  olmayan  şəxsləri  də 
birləşdirə  bilər.  Digər  tərəfdən  isə  ev  təsərrüfatları  tənha  şəxslərdən 
ibarət ola bilər. 


 
308
Ailə  iqtisadiyyatı  geniş  miqyaslı  problemləri  əhatə  edir.  Burada 
ailənin  formalaşması,  cəmiyyətin  tələbatı  ilə  ailənin  tələbatının 
uyğunlaşdırması,  ailənin  istehlak  səviyyəsi,  ailənin  həyat  tərzi  kimi 
məsələlər  xüsusi  önəm  kəsb  edir.  Bu  problemlərin  həllində  ailə  ayrı-
ayrılıqda  hər  bir  üzvünün  əldə  etdiyi  gəlirin  səviyyəsinin  nəzərə 
alınması  mütləq  şərtdir.  Ailə  üzvlərinin  gəlirlərinin  cəmlənməsi  və 
onların  tələbatlarının  ödənilməsində  gəlirlərdən  düzgün  istifadə  ev 
təsərrüfatında  xərclər  istiqamətlərinin  dəqiq  müəyyən  olunmasını 
tələb edir. 
Ailə  iqtisadiyyatının  bir  neçə  aspektini    nəzərdən  keçirmək 
vacibdir: 
1.  ailə  iqtisadiyyatının  sosial-demoqrafik  aspekti  ilə  bağlı 
məsələlər:  ailədə  bir,  iki  və  daha  çox  uşağın  tərbiyəsi  üçün  tələb 
olunan  vəsaitlərin  miqdarı;  ailə  və  cəmiyyət  nöqteyi-nəzərindən 
müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi; ailənin iqtisadi davranışın 
növlərinin iqtisadi səmərəlliyi; 
2.  sosial-psixoloji  aspekti  ilə  bağlı  məsələlər:  ailədaxili  iqtisadi 
münasibətlərin  tədqiq  olunması,  cəmiyyətdə  baş  verən  hadisələrin 
təsiri  altında  onların  dəyişilməsi,  bazar  iiqtisadiyyatı  amilin  təsirinin 
gücləndirilməsi; 
3.  sosial-iqtisadi  və  funksional-iqtisadi  aspektləri  ilə  bağlı 
məsələlər: ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin 
tədqiq olunması; 
4.  funksional-iqtisadi aspektli ilə bağlı məsələlər: ailənin iqtisadi 
vəziyyətinin  və  iqtisadi  davranışının  qarşılıqlı  əlaqədə  təhlili;  onlara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə