Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   39   40   41   42   43   44   45   46   47

 
309
ictimai  həyatda  baş  verən  dəyişikliklərinin  təsiri,  bu  dəyişikliklərə 
uyğunlaşma. 
Hal-hazırda sosial-iqtisadi tədqiqatlarda ailənin tutduğu mərkəzi 
mövqe  heç  bir  şübhə  altına  alına  bilməz.  Zənnimizcə,  ev 
təsərrüfatlarının  iqtisadi  fəaliyyəti,  o  cümlədən,  milli  gəlirin,  ÜDM-ın 
göstəricilər  sistemində    ev  təsərrüfatının  nəticələri  ilə  bağlı 
araşdırmalar da zəruri hesab olunur. 
Ümumilikdə,  əhalinin  həyat  səviyyəsinin  və  rifah  halının 
düzgün qiymətləndirilməsi üçün ayrı-ayrı ev təsərrüfatlarında onların 
üzvlərinin  adambaşına  düşən  gəlirlərinin  hesablanması  və  nəzərə 
alınması  vacibdir.  Son  nəticədə  orta  hesabla  adambaşına  düşən 
gəlirlərin  həcmi  ilk  növbədə  gəlirlərin  ümumi  səviyyəsindən,  əmək 
qabiliyyətli  və  əmək  qabiliyyətinə  malik  olmayanların  nisbətindən  və 
yaxud himayəlik yükündən asılıdır. 
Əhalinin  həyət  səviyyəsi  haqqında  müxtəlif  həyat  səviyyəsi 
sürən  və  yaxud  orta  hesabla  adambaşına  düşən  müxtəlif  gəlirli  ev 
təsərrüfatı  qruplarının  nisbəti  və  sayı  haqqında  məlumata  malik 
olduğu təqdirdə əsaslı fikir yürütmək mümkündür. 
 
11.2. Gəlir mənbəyi kimi ev təsərrüfatlarının 
fəaliyyətinin  fəallaşdırılması 
 
Əhalinin  tələbatının  ödənilməsi  məqsədilə,  ev  təsərrüfatlarının 
fəaliyyətinin  fəallaşdırılması  və  intensivləşdirilməsi  ön  plana  çıxır. 
Bazar  münasibətlərinin  inkişafı  ilə  bağlı  əhali  gəlirlərin  formalaşma 


 
310
mənbəyi  kimi  tədqiq  olunan  ev  təsərrüfatlarının  fəaliyyətində  iki 
istiqamət mövcuddur: 
-  ev  təsərrüfatlarının  bir  qismi  yalnız  zəruri  nemətlərinin  və 
xidmətlərin  istehlakını  təmin  edən  və  üstünlük  təşkil  edən  natural 
istehsalatdan ictimai istehsalata meyllənir;  
-  ev  təsərrüfatlarının  digər  qismi  isə  əmtəə  xarakteri  daşıyaraq, 
əmtəə istehsal edən qüvvəyə çevrilir. 
Müasir  şəraitdə  ev  təsərrüfatlarının  vəziyyəti  və  fəaliyyəti  bazar 
iqtisadiyyatında 
onların 
mövcudluğu 
nöqteyi-nəzərindən 
və 
tələbatlarının ödənilməsi nöqteyi-nəzərindən paralel olaraq, araşdırılır. 
Eyni  zamanda  ev  təsərrüfatlarının  funksional  iqtisadi  rolu  getdikcən 
gücləndirilir.  O  cümlədən,  ev  təsərrüfatları  uyğunlaşma  qabiliyyətinə 
malik 
olan 
cəmiyyətin 
sosial-iqtisadi 
həlqəsi 
kimi 
onun 
mövcudluğunu  təmin  edən,  işsizliyin  yaratdığı  neqativ  nəticələrin 
aradan  qaldırılması  və  məşğulluqda  struktur  dəyişikliklərinin 
aparılması prosesini həyata keçirən qüvvədir.  
Həyata  keçirdiyi  fəaliyyətin  xarakterinə  görə  ev  təsərrüfatının 
funksiyalarını iki yerə bölmək olar: 
1. şəxsi istehsal; 
2. iqtisadi cəhətdən qeyri-istehsal. 
Ev təsərrüfatlarının  şəxsi istehsal funksiyaları aşağıdakıları əhatə 
edir: 
-  şəxsi  həyatyanı  təsərrüfatının aparılması,  yəni  ev  təsərrüfatında 
və  ondan  kənarda  istehlak  məqsədilə,  kənd  təsərrüfatı  məhsullarının 
istehsalı üçün bütün torpaq növlərinin və sahələrinin istifadəsi; 


 
311
-  fərdi  əmək  və  sahibkarlıq  fəaliyyəti  ev  şəraitində  qeyri-ərzaq 
məhsulun hazırlanması, məişət texnikasının, mebelin təmiri; 
-  fərdi  əmək  fəaliyyəti  ayrı  bir  istehsal  funksiyası  kimi  əhaliyə 
müxtəlif məişət qiymətlərinin göstərilməsinə çevrilə bilər; 
- fərdi ailə ticarəti. 
Ev  təsərrüfatlarının  iqtisadi  cəhətdən  qeyri-istehsal  funksiyaları 
aşağıdakıları əhatə edir: 
-  ailə  icarəsi,  yəni  ailəyə  məxsus  olan  şəxsi  mülkiyyətin,  əmlakın 
icarəyə verilməsi; 
-  qiymətli  kağızların  əldə  edilməsi  və  istifadəsi,  valyuta  və  bank 
əməliyyatları. 
Ev  təsərrüfatlarının    şəxsi  istehsal  funksiyalarının  icra 
olunmasının  nəzərə  almaq  şərtilə,  ev  təsərrüfatlarının  gəlirlərini  hal-
hazırda aşağıdakı kimi nəzərdən keçirmək məqsədəuyğun olardı: 
1.  ev  təsərrüfatında  yaranan  gəlir,  yəni  ev  təsərrüfatlarında 
istehsal  olunmuş  məhsul  və  xidmətlərin  hesabına  əldə  olunan  gəlir 
kimi. Bu məhsul və xidmətlər ev təsərrüfatları daxilində istehlak oluna 
bilər, ya da əmtəə kimi satıla bilər (qeyri-rəsmi gəlir); 
2.  ev  təsərrüfatından  kənarda  yaranan  gəlir,  yəni  əmək  haqqı, 
pensiya,  müavinət,  sosial  müdafiə  məqsədilə  ödəmələr,  dividentlər, 
əmanətdən faizlər və s.; 
3.  cəmi  gəlir,  yəni    ev  təsərrüfatında  və  ev  təsərrüfatından 
kənarda yaranan gəlirlərin məcmusu. 
Ev 
təsərrüfatlarının 
iqtisadi 
cəhətdən 
qeyri-istehsal 
funksiyalarının  yerinə  yetirilməsi  üzrə  geniş  müayinə  aparılmır  və 
statistik  məlumatların  əldə  olunmasında  müvafiq  çətinliklər 


 
312
mövcuddur.  Lakin  hal-hazırda,  makroiqtisadiyyat  baxımından  bu 
funksiyalarının bütövlükdə inkişafı müəyyən dərəcədə əhəmiyyətlidir, 
ona  görə  ki,  dövriyyə  əlavə  maddi  və  maliyyə  vəsaitlərinin  daxil 
olunmasına şərait yaradır.  
Ev təsərrüfatlarının əmək funksiyalarının icra olunmasından əldə 
olunan əlavə gəlirlərin payı yüksək gəlirli əhaliyə nisbətən aşağı gəlirli 
əhali  qrupların  gəlirlərində  daha  yüksəkdir.  Bu  da  öz  növbəsində 
aşağı gəlirli əhali qruplarının öz tələbatlarını lazımi səviyyədə ödəmək 
məqsədilə,  ev  təsərrüfatlarının  iqtisadi  imkanlarından  daha  fəal 
istifadə haqqında xəbər verir. 
Ev təsərrüfatlarının əksəriyyəti üçün sadalanan funksiyaların icra 
olunması 
ev 
təsərrüfatlarının 
üzvlərinin 
həyət 
səviyyəsinin 
saxlanılması  və  onların  yoxsulluqdan  müdafiə  olunması  üçün  əsas 
vasitədir.  Eyni  zamanda  ,bəzi  hallarda  bu  funksiyaların  yerinə 
yetirilməsi  əlavə  ev  təsərrüfatları  üçün  əlavə  gəlirlərin  əldə 
olunmasına və onların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olur. 
 
11.3. Ev təsərrüfatları gəlirlərinin strukturunun öyrənilməsi 
 
Əhalinin  əmək gəlirləri əsasən məşğulluqdan əldə olunur. Lakin 
əgər  ailənin  əksər  üzvləri  əmək  fəaliyyəti  ilə  məşğuldursa,  onda  ev 
təsərrüfatlarının  adambaşına  düşən  orta  aylıq  pul  gəlirlərin  məbləği 
yüksəkdir.  Əks  hallarda  isə  bu  məbləq  çox  aşağıdır  və  o, 
vətəndaşdarın  maddi  ,  mənəvi  tələbatlarını  ödəmək  imkanlarını 
məhdudlaşdırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə