Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
210
Qeyd etmək lazımdır ki, aşağıdakı pul ödəniş növləri üçün sığorta 
ayırmaları  nəzərdə  tutulmur:  istifadə  olunmamış  məzuniyyət  üçün 
ödənilən  pul  kompensasiyası;  işdən  azad  olan  zaman  ödənilən 
müavinat; ezamiyyə xərcləri; iş yerində bədən xəsarəti, xəstələnmə ilə 
əlaqədar kompensasiyalar; pulsuz qidalanmanın dəyəri; şirnikləndirici 
əlavələr,  o  cümlədən  mükafatlar;  nəqliyyat  xərclərinin  ödənilməsi 
vəsaiti; səhmlərə ayrılmış dividentlər; sosial sığorta fondundan ayrılan 
bütün yardımlar, müavinatlar. 
Sığorta  ayırmalarının  ödəyiciləri,  habelə  banklar,  onların  vəzifəli 
şəxsləri  bu  vəsaitin  düzgün  hesablanması,  vaxtında  ərazi  fondlarının 
hesabına  keçirilməsi  və  təyinatına  görə  istifadəsi  üçün  məsuliyyət 
daşıyırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
211
 
 
 
 
 
 
Fəsil 6 
 
GƏLİRLƏRİN  VƏ ƏMƏK HAQQININ TƏNZİMLƏNMƏSİ  
 
 
6.1. Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsinin  
zərüriliyi və xüsusiyyətləri. Gəlirlərin və əmək haqqının 
tənzimlənməsinin məqsədi və vəzifələri   
 
 Bazar  münasibətləri  sistemi  əmək,  gəlir,  təhsil  və  əhalinin  bu  kimi 
digər  hüquqlarını  təmin  etmədiyinə  görə  gəlirlərin  və  əmək  haqqının 
dövlət tənzimlənməsi zəruriyyəti meydana çıxır.  
Bazar  iqtisadiyyatı  şəraitində  dövlət  dar  çərçivədə  olsa  belə,  öz 
tənzimləmə  funksiyasını  saxlayır.  Bu  funksiya  gəlirlər  və  əmək  haqqı 
sahəsinə aid edilir. 
Makroiqtisadi  səviyyədə  gəlirlər  və  əmək  haqqının  tənzimlənməsinə 
bazar iqtisadiyyatı inkişaf etmiş bir çox ölkələrdə xüsusi önəm verilir və o 
sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biridir. 
  Gəlirlərin  və  əmək  haqqının  dövlət  tənzimlənməsi  dedikdə 
müxtəlif  əhali  qruplarının  differensiyalaşdırılmış  vergiqoymaya  cəlb 


 
212
olunan  gəlirlərinin  büdcə  vasitəsilə  yenidənbölgüsü  başa  düşülür.  Bu 
zaman  milli  gəlirin  əhəmiyyətli  hissəsi  yüksək  gəlirli  əhali  qruplarından 
nisbətən aztəminatlı qruplarına keçir. Bu da öz növbəsində istehlakçıların 
ümumi  xərclərinin,  yəni  istehlak  mal  və  xidmətlərin  artırılmasına  səbəb 
olur.  Beləliklə,  əhalinin  gəlirlərinin  tənzimlənməsində  dövlətin  əsas 
məqsədi    yaşayış    minimumunun  əsasını  təşkil  edən  mal  və  xidmətlərin 
minimum  həcmindən  aşağı  olmamaq  şərtilə  bir  fərdin  istehlak  tələbatını 
təmin etməkdən ibarətdir.  
Gəlirlərin dövlət tənzimlənməsinin vəzifələləri aşağıdakılardır: 
1)  gəlirlərin  büdcə  vasitəsilə  yenidənbölgüsünün  daha  səmərəli 
yollarını müəyyən etmək; 
2)  gəlirlərinin  bölgüsündə  aztəminatlı  əhali  qruplarının  mənafelərini 
müdafiə etmək; 
3)  əhalinin istehlakını ən azı yaşayış minimumu büdcəsi səviyyəsində 
təmin etmək; 
4)  mövcud sosial transfertlər sistemini təkmilləşdirmək; 
5)   minimum  əmək  haqqının  səviyyəsini  minimum  istehlak  mal  və 
xidmətlərinin  dəyərinə  uyğun  olaraq  müəyyən  etmək  və  gələcəkdə 
himayəçilik yükünü nəzərə alaraq onu mərhələlər üzrə artırmaq; 
6)  gəlirlərin  və  əmək  haqqının  tənzimlənməsi  məqsədilə  onlara 
vergiqoymada şəffaflığı təmin etmək. 
Gəlirlərin  dövlət  tənzimlənməsi  həddi  problemi  gəlirlərin  obyektiv 
kəmiyyət  qiymətləndirilməsi  nöqtei-nəzərindən,  eyni  zamanda  onun 
səmərəli ünsürlərinin müəyyən edilməsi baxımından ən qəliz məsələlərdən 
biridir.  Dövlət  tənzimlənməsinin  miqyası  dövlət  büdcəsinin  həcmi, 
həmçinin  milli  gəlirin  və  ümumi  milli  məhsulun  tərkibində  dövlət 


 
213
gəlirlərin  və  xərclərin  xüsusi  çəkisi  ilə  müəyyən  olunur.  Hal-hazırda 
gəlirlərin  dövlət  tənzimlənməsinin  əsasını  və  onların  real  həddini  dövlət 
büdcəsi təşkil edir.  
 Gəlirlərin dövlət tənzimlənməsi siyasəti maliyyə sabitləşməsinə ziddir, 
çünki  o,  dövlət  büdcəsinin  sosial  xərclərin  bütün  maddələri  üzrə  dövlət 
ödənişlərinin ixtisar olunması hesabına həyata keçirilir. 
Dövlətin  əhalinin  gəlirlərinə  təsiri  ilə  bağlı  əsas  funksiyalarında  
dəyişikliklər müşahidə olunmuşdur. Bu dəyişikliklər ilk növbədə inzibati-
amirlik funksiyalarının sosial-müdafiə funksiyalarına çevrilməsində özünü 
göstərir.Bu  funksiyalar  keçid  iqisadiyyatının  neqativ  təsirinin  aradan 
qaldırılnmasına  istiqamətləndirilir.  Aparıcı  istiqamətlərin  sırasında  funk-
sional xarakterli belə dəyişiklikləri göstərmək olar: 
-  gəlirlərin  ədalətli  bölgüsü  yolu  ilə  ictimai  məhsuldan  pay  almaq 
hüquqlarının təmin olunması zamanı gəlirlərin əldə olunması üçün şərəitin 
və bərabər imkanların yaradılması; 
-  iqtisadiyatın  struktur  dəyişiklikləri  ilə  bağlı  mənzill  tikintisinə, 
təhsilə,  səhiyyəyə,  eyni  zamanda  cəmiyyətin  sosial  inkişafını  təmin  edən 
sahələrə dəstək olmağa yönəldilmiş sosial proqramların həyata keçirilməsi; 
-  gəlirlərin  əldə  olunmasında  və  bölgüsündə  xoşagəlməz  fərqlərin 
azaldılması; 
-  vergiqoymanın  sosial  dəstəklə  əlaqələdirilməsi  üzrə  səmərəli 
siyasətin  həyata  keçirilməsi  (həyatı  vasitələrinin  istehsalçılarına  və  kiçik 
biznes  sahiblərinə  edilən  güzəştlər,  subsidiyalar,  xeyriyyəçiliyə  geniş  yer 
verilməsi və s.). 
 


 
214
6.2. Gəlirlərin və əmək haqqının tənzimlənməsinin dövlət 
mexanizmi  
 
Bütün  təsərrüfat  mexanizminin    mühüm  həlqələrindən  biri  gəlirlərin 
və  əmək  haqqının  tənzimlənməsidir.Bu  sahədə  dərin  dəyişikliklər 
aparmadan  istehsalın  inkişafında  keyfiyyət  dəyişikliklərinə  nail  olmaq, 
məhsulun həcmini və keyfiyyətini artırmaq mümkün deyil. 
Ümumiyyətlə, əhalinin gəlirlərinin tənzimlənməsi mexanizmin üç əsas 
həlqəsini  göstərmək  olar.  Onlar  qarşılıqlı  fəaliyyət  prosesində  əhalinin 
həyat səviyyəsinin yüksəldilməsinin təmin olunması ilə bağlı tənzimlənmə 
mexanizminin əsas məqsədini həyata keçirir. Bu üçlükdə əsas rolu əhalinin 
gəlirlərinin dövlət tənzimlənmə mexanizmi oynayır. 
Bunun əsas obyektiv səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:  
-  bazar  mexanizminin  iqtisadiyyatın  ictimai  optimum  halına 
gətirilməsinin öhdəsindən gəlməməsi; 
-  əhalinin böyük hissənin yoxsulluq həddində yaşaması; 
-  işsizlərin müəyyən dərəcədə çoxluq təşkil etməsi;  
-  kriminal iqtisadiyyatın hələ ki mövcudluğu; 
-  əhalinin gəlirlərinin kəskin differensiyalaşması və s. 
 Dövlət  tənzimlənməsi  mexanizmi  kifayyət  qədər  mürəkkəbdir  və 
aşağıdakıları əhatə edir: 
-  ilkin  bölgü  (əməyin  ödənilməsi,  əhalinin  və  müəssisələrinin  digər 
gəlirlərin əldə edilməsi); 
-  dövlət  büdcəsi,  vergiqoyma  və  transfert  sistemləri  vasitəsilə 
gəlirlərin yenidənbölgüsü;  
-  əhaliyə  xidmət  göstərilməsi  və  müvafiq  əməliyyətların  həyata 
keçirilməsi yolu ilə son bölgü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə