Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
219
Dövlət  öz  tənzimləmə  fəaliyyətində  tənzimləmə  metodlarının 
məcmusundan istifadə edir.  
Gəlirlərin  dövlət  tənzimlənməsinin  aşağıdakı  metodlarını  göstərmək 
olar: iqtisadi, qanunverici, razılaşdırma, inzibati. 
İqtisadi  metodlara  aiddir:  əmək  haqqının  minimum  səviyyəsini 
müəyyən  edilməsi,  vergi  siyasəti,  büdcə  sferasına  aid  olan  müəssisələrin 
işçilərinin  və  dövlət  qulluqçularının  əmək  haqqının  tənzimlənməsi, 
cəmiyyətdə səmərəli məşğulluğun təmin edilməsi və s. 
Minimum  əmək  haqqının  artırılması  müəyyən  mərhələdə  cəmiyyətin 
iqtisadi  imkanlarından  asılıdır.  Bu  amilin  nəzərə  alınmaması  büdcə 
kəsirinə  və  əməyin  ödənilməsində  fasilələrə  gətirib  çıxara  bilər.  Eyni 
zamanda  əmək  haqqının  munumum  səviyyəsi  işçi  qüvvəsinin  normal 
təkrar  istehsalı  üçün    zəruri  olan  pul  vəsaitlərinin  nəzərə  almaq  şərti  ilə 
müəyyən olunmalıdır. 
  Büdcəyə  vergilər  daxil  olmadan  gəlirlərin  yenidən  bölgüsünü  təşkil 
etmək, iqtisadi artımın səmərəli stimullaşdırılmasını təmin etmək mümkün 
deyil. Məsələn, orta və kiçik biznesə güzəştlərin təqdim olunması əhalinin 
məşğulluğunun və gəlirlərinin artırılmasına səbəb olur. 
Dövlət  öz  iqtisadi  imkanlarından  istifadə  edərək,  büdcə  sferasında 
çalışanların əmək haqqını tənzimləyir. 
 Dövlət  iqtisadiyyatda  məşğul  olanların  əmək  haqqına  ayrılan  vəsaiti 
artirmaqla, cəmiyyətdə şəxsiyyətin inkişafına hərtərəfli şərait yaratmış olur. 
Eyni  zamanda  burada  əks  əlaqə  də  müvcuddur:  nisbətən  mürəkkəb  və 
yaradıcı  əmək  vaxt  vahidi  ərzində  daha  çox  məhsul  yaradır,  bu  da  öz 
növbəsində  iqtisadi artıma səbəb olur. 


 
220
Qanunverici metod dedikdə, dövlətin qanunverici aktları və normativ 
sənədləri  vasitəsilə    tənzimləmə  üsulu  başa  düşülür.  Bu  sənədlərə  aiddir: 
Konstitusiya,  Mülki  Məcələ,  Əmək  Məcələsi,  Vergi  Məcələsi,  Məşğulluq 
haqqında  Qanun,  Minimum  əmək  haqqı  haqqında  Qanun  və  s.  Öz 
növbəsində normativlər minimum istehlak büdcələrinin, iş vaxtının, vergi 
dərəcələrinin və s. hesablanmasında istifadə olunur. 
İnzibati metodlar müvafiq hakimiyyət qüvvəsinə əsaslanır və özündə 
qadağa,  icazə  və  məcburiyyət  tədbirlərini  əks  etdirir.  Bu  metodlar  əlavə 
maddi  stimulun  yaradılması  və  yaxud  iqtisadiyyata  (maliyyə)  dəyən 
ziyanın törətdiyi risk ilə əlaqədar deyil. 
Bazar  iqtisadiyyatı  şəraitində  mövcud  inzibati  tədbirlərlə  yanaşı, 
yeniləri də yaranmışdır: inhisar bazarları üzərində birbaşa dövlət nəzərəti, 
standartların  işlənməsi  və  onlara  riayət  olunmasına  nəzarət,  əhalinin 
minimum  həyat  meyarlarının  yaradılması  və  qorunması,  milli  maraqların 
müdafiəsi (idxalın lisenziyalaşdırılması və ixrac üzərində dövlət nəzarəti). 
Razılaşma  metodları  bir  çox  ölkələrdə  geniş  istifadə  olunur  və  ən 
güzəştli  hesab  edilir.  Bu  metodlar  sosial  tərəfdaşlıq  sistemində  əsas  yer 
tutur. 
Sosial  tərəfdaşlıq  dedikdə,  əməyin  ödənilməsilə  bağlı  məsələləri  ilə 
əlaqədar  hökümətin,  sahibkarların  və  muzdlu  işçilərin  birgə  fəaliyyətinin 
həyata keçirilməsi başa düşülür. 
Sosial  tərəfdaşlıq  anlayışı  1950-ci  iilərdə  L.Erxard  və  R.Baloq  tərəfin-
dən yaranmışdır. Sosial tərəfdaşlıq ölkənin iqtisadi inkişafını təmin etmək 
məqsədi ilə ictimai maraqların razılaşdırılması zəruriyyəyindən irəli gəlir.  
O,  sosial-iqtisadi  siyasətin  həyata  keçirilməsi  məqsədi  ilə  bərabər 
hüquqlu  tərəflər  kimi  çıxış  edən  hökümət,  işəgötürənlərin  birliyi  və 


 
221
həmkarlar ittifaqları arasında “ictimai müqavilənin” bağlanmasını  nəzərdə 
tutur. 
Müxtəlif  səviyyəli  razılaşmalarda  minimum  əmək  haqqı  səviyyəsi, 
tarif  dərəcələri,  sosial  ödəmələr,  gəlirlərin  indeksləşməsi  qaydası,  iş  vaxtı 
müddəti,  əmək  şəraiti,  əməyin  mühafizəsi,  əmək  hüquqlarının  təmin 
edilməsi, zərərin ödənilməsi və s. məsələlər əks olunur. 
Kollektiv  müqavilələr  muzdlu  işçilərinin  əmək  haqlarının  səmərəli 
tənzimləməsı  forması kimi çıxış edir. 
Dövlət  gəlirlərə  təsir  etmək  məqsədilə  istifadə  etdiyi  forma  və 
metodların  içərisində  əsas  yeri  iqtisadi  metodlara  verir.  Eyni  zamanda 
razılaşma  metodlarının  rolu  da  getdikçə  artır,  çünki  onların  vasitəsilə 
bölgü prosesində bazar subyektlərinin maraqları əvvəlcədən nəzərə alınır. 
Gəlirlər və əmək haqqının dövlət tənzimlənməsində istifadə olunan 
hər  bir  metod  birbaşa  və  dolayi  tədbirlər  vasitəsi  ilə  həyata  keçirilir. 
Dövlətin  birbaşa-inzibati  yolla  müdaxilə  tədbirlərinə  aiddir:  ölkə  üzrə 
minimum  əmək  haqqının  dövlət  zamanəti,  büdcə  sferasında  əmək 
haqqının tənzimlənməsi, rayon əmsallar sisteminin tədbiq olunması, dövlət 
tərəfindən  sərmayə  qoyuluşu,  istehsalın  səməriliyinin  artırılması  üzrə 
proqramların subsidiyalaşdırılması, vergiqoymada güzəştlər, əhalinin bəzi 
qrupları  üçün  iş  yerləri  üzrə  kvotaların  verilməsi  zəruriyyəti,  işçilərin 
yenidən  hazırlığı  və.s.  Bu  tədbirlərin  həyata  keçirilməsi  üçün  dövlət  
transfert  ödəmələlərdən,  sosial  zəmanətlərdən  (yaşayış  minimumu, 
minimum  əmək  haqqı,  təhsil  və  səhiyyədə  pulsuz  xidmətlərin  minimum 
həcmi),  qiymətlərin  inzibati  tənzimlənməsindən,  gəlirlərin  indeksləşməsi 
və kompensasiyasından, sosial proqramlardan istifadə edir..  


 
222
Dolayi-iqtisadi  təsir  tədbirlərinə  aiddir:  əhalinin  aztəminatlı  təbəqə-
lərinin  gəlirlərinə  güzəştli  vergiqoyma,  pulsuz  nemətlərin  bölgüsündə 
seçim  prinsipindən  istifadə  edilməsi.  Bu  tədbirlərin  həyata  keçirilməsi 
üçün  dövlət  satışdan  vergidən,  əlavə  dəyər  vergisindən,  aksizlər  və 
gömrük  rüsumlarından,  aztəminatlı  əhali  qruplarının  gəlirlərinə 
vergiqoymada  edilən  güzəştlərdən,  qeyri-büdcə  fondlarına  ayırmalardan, 
qiymətlərə  dövlət  nəzarətindən,  xeyriyyə  fondlarının    vəsaitlərindən 
istifadə edir.(sxem 6.2).  
 
Sxem 6.2 
Gəlirlər və əmək haqqının dövlət tənzimlənməsinin  
birbaşa və dolayi yolları 
 
 
 
 Əhalinin  gəlirlərinin  dövlət  tənzimləməsinin  birbaşa  həyata 
keçirilməsində mühüm yer sosial transfertlərə ayrılır, hansılar ki, əhalinin 
aztəminatlı qruplarının  həyat  səviyyəsini  nisbətən  yaxşılaşdırmağa  imkan 
yaradır.  Müvafiq  maliyyə  siyasətinin  həyata  keçirilməsi,  müəssisələrin  və 
Birbaşa-inzibati
 
Dolayi-iqtisadi 
Sosial zəmanətlər 
Aztəminatlı əhali qruplarına güzəştlər 
 
Transfert ödəmələlər 
Qiymətlərin inzibati
 
tənzimlənməsi 
Gəlirlərin indeksləşməsi  
və kompensasiyası 
Sosial proqramlar 
 
Satışdan vergi, əlavə dəyər vergisi, 
aksizlər və gömrük rüsumları 
Qiymətlər üzərində 
dövlət nəzarəti 
Qeyri-büdcə fondlarına ayırmalar 
Xeyriyyə fondların vəsaitləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə