Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
223
əhalinin  gəlirlərinin  vergilərə  cəlb  olunması  vasitəsilə  dövlət  büdcə  və 
qeyri-büdcə  fondlarında  pul  vəsaitlərini  cəmləşdirir.  Bu  vəsaitlərin  
hesabına  dövlət  əhalinin  rifah  halının  yaxşılaşdırılması  məqsədilə  sosial 
transfertləri  və  digər  sosial  müavinatları  ödəyir.  Bu  yolla  büdcə  və  qeyri-
büdcə  fondlarından  (pensiya,  məşğulluq,  tibbi  və  sosial  sığorta)  istifadə 
edərək,  sosial  zəmanətlər  və  sosial  müdafiə  sisteminə  əsaslanaraq,  dövlət 
gəlirlərin  geniş  miqyaslı  yenidən  bölğüsünü  və  tənzimlənməsini  həyata 
keçirir.   
Əhalinin gəlirlərinin dövlət tənzimləməsinin digər əhəmiyyətli ünsürü 
kimi tənzimləmə alətləri çıxış edir. 
Əhalinin  gəlirlərinin  dövlət  tənzimləməsinin  alətləri  dedikdə, 
cəmiyyətin  müxtəlif  təbəqələri  arasında  gəlirlərin  müvafiq  bölgüsü  və 
əhalinin gəlirlərinin səviyyəsindəki əsassız defferensiyalaşdırmanın aradan 
qaldırılması məqsədilə  dövlət tərəfindən istifadə olunan vəsaitlərin (sosial 
transfertlər, qiymətlər, tariflər, vergilər və s.) məcmusu başa düşülür. 
Tənzimləmə  alətləri  əsas  metodların  içərisində  xüsusi  yer  tutur  və 
onun  əsas  tərkib  hissəsi  kimi  nəzərdən  keçirilir.  Tənzimləmə  alətlərindən 
dövlət  tərəfindən  sistemli  şəkildə  istifadə  minimum  əmək  haqqının, 
mütərəqqi 
vergiqoymanın, 
gəlirlərin 
indeksləşməsi 
və 
transfert 
ödəmələrinin tənzimlənməsininə əsaslanaraq həyata keçirilir. 
 Əhalinin  gəlirlərinin  tənzimlənməsinin  vergi  alətləri  gəlirlərin 
yenidənbölgüsü  prosesində  əsas  rol  oynayır.  Bu  zaman  sosial  ədalət 
prinsipini  həyata  keçirtmək  məqsədilə  gəlirlər  yüksək  təminatlı  əhali 
qruplarından  aztəminatlı  əhali  qruplarına  çatdırılır.  Burada  dövlətin 
yenidənbölgü funksiyası həyata keçirilir. Bütün bu tədbirlər vergi siyasətin 


 
224
vasitəsiilə  ədalətin  təmin  olunmasına  və  ümumiyyətlə  cəmiyyətdə  
gəlirlərin artırılmasına şərait yaradır. 
 
    6.4. Əmək haqqının tənzimlənməsinin əsas metodları. Əmək 
haqqının tənzimlənməsi meyarları 
 
Bazar iqtisadiyyatı şəraitində əmək haqqının tənzimləməsinə mövcud 
yanaşmalar  dəyişilir.  Ümumiləşdirici  dövlət  tənzimləməsinin  əvəzinə 
dolayı metodlardan istifadə edilir, yəni əmək haqqının minimum səviyyəsi 
və əməyin ödənilməsinin tarif dərəcələri müəyyən olunur. 
Gəlirlərin  aşağı  həddi  dövlət  tərəfindən  qanunverici  qaydada  təsdiq 
olunmuş əmək haqqının minimum səviyyəsi əsasında müəyyən edilir. Hər 
bir  ölkədə  əmək  haqqının  minimum  səviyyəsi  müxtəlifdir  və  işçinin 
yaşayış  vasitələrin  dəyərinindən,  dövlətin  iqtisadi  imkanlarından,  milli 
xüsusiyyətlərdən, təbii şəraitdən asılıdır. 
Minimum əmək haqqının müəyyən olunması məsələsi işçi qüvvəsinin 
təkrar istehsalını təmin edə biləcək gəlirlərinin zəmanətinə əsaslanır ki,  o, 
hal-hazırda yaşayış minimumu əsasında müəyyən olunur.  
Yaşayış  minimumu  iş  qüvvəsinin  təkrar  istehsalı  üçün  şərait  yaradan  
qida məhsullarının, qeyri-ərzaq məhsullarının və xidmətlərin dəyərinin pul 
ifadəsidir.  Lakin  hələ  ki,  yaşayış  minimumu  fizioloji  minimum 
səviyyəsindədir  və  işçinin  yalnız  fizioloji  tələbatını  ödəməyə  yönəldilir, 
yəni  yaşayış  minimumu  əsasında  hesablanan  minimum  əmək  haqqı  işçi 
qüvvəsinin  dəyərinin  aşağı  həddinə  belə  çatmır  və  onun  normal  təkrar 
istehsalını təmin etmək iqtidarında deyil. 


 
225
Dövlət  əmək  haqqının  və  gəlirlərinin  tənzimlənməsinin  aləti  kimi 
minimum  əmək  haqqının  vasitəsilə  əhalinin  gəlirlərinin  ən  aşağı  həddini 
müəyyən  edir.  Onun  səviyyəsi  ölkənin  ÜDM-un  həcmindən,  yaşayış 
minimumuna daxil olan məhsul və xidmətlərin istehlak dəyərindən asılıdır. 
İşçinin  əmək  haqqının  qeyri-dövlət  sektorunda  tənzimlənməsi  sosial 
tərəfdaşlıq  çərçivəsində  kollektiv-müqavilələr  kimi  tənzimləmə  alətlərin 
vasitəsi ilə həyata keçirilir. 
Əmək  haqqının  ödənilməsinin  tənzimlənməsi  prosesində  sosial 
tərəfdaşlığın rolunun artırılması məqsədilə sahə və regional razılaşmalara 
müvafiq olaraq normalar və qaydalar sistemindən istifadə etmək zəruridir. 
Eyni  zamanda  bütün  növ  mülkiyyət  formalarından  olan  müəssisələr 
tərəfindən bu normaların mütləq yerinə yetirilməsi  təmin olunmalıdır. 
Vergiqoyma  əhalinin  gəlirlərinin  dövlət  tənzimlənməsinin  daha  bir 
metodudur, hansından ki, dövlət tənzimləmə aləti kimi  istifadə edir.  
Eyni  zamanda  əhalinin  gəlirlərinin  tənzimləməsi  aləti  kimi  sosial 
transfertlərdən  də  istifadə  olunur,  hansının  ki,  vasitəsilə  dövlət 
tənzimlənməsinin sosial funksiyası həyata keçirirlir. 
Dünya təcrübəsində mütəxəssislər tərəfindən sosial transfertlərin rolu 
müxtəlif cür qiymətləndirilir. Halbuki, onun tənzimləmə aləti kimi rolunun 
azalması  tendensiyası  müşahidə  olunur.  Əhalinin  gəlirlərinin  dövlət 
tənzimlənməsinin  aləti  kimi  cəmiyyətin  aztəminatlı  təbəqələrinə  əlavə 
maliyyə  imkanları  yaradaraq,  onların  həyat  səviyyəsinin  yüksəltməyə 
imkan verən sosial transfertlər böyük əhamiyyətə malikdir. Bununla yanaşı, 
əhalinin  gəlirlərinin  tərkibində  sosial  transfertlərin  rolu  zəif  olaraq 
qalmaqdadır,  bu  da  onun  məbləğinin  hələ  ki,  lazımi  səviyyəyə 
çatdırılmaması ilə əlaqədardır.  


 
226
Ümumilikdə  əhalinin  gəlirlərinin  tənzimlənmə  alətlərindən  biri  olan 
sosial transfertlər sistemində müəyyən dəyişikliklər aparılmalıdır. 
Əhalinin  gəlirlərinin  dövlət  tənzimlənməsinin  forma,  metod  və 
alətlərinin  nəzərdən  keçirilməsi  bu  tənzimləmə  mexanizminin  səmərəli 
fəaliyyəti üçün aşağıdakıları əsas hesab edir: 
- iqtisadi fəal əhalinin onların pul gəlirlərinə optimal vergiqoyma yolu 
ilə əmək fəaliyyətini stimullaşdırmaq; 
- vahid  minimum  əmək  haqqından  minimum  əmək  haqqının  bazası 
kimi  yaşayış  minimumunun  səviyyəsindəki  ərazi  fərqlərini  nəzərə  alaraq, 
müəyyən mərhələlərlə differensiallaşdırılmış əmək haqqı növünə keçmək; 
- minimum  əmək  haqqının  səviyyəsini  pul  ifadəsində  deyil,  müvafiq  
ərazilərdə qəbul olunmuş yaşayış minimumuna uyğun mal və xidmətlərin 
ümumi dəyərinin faizi şəklində müəyyən etmək;   
- yüksək təminatlı vətəndaşların gəlirlərinə və əmlakına qoyulan vergi 
yükünü  artırmaq,  orta  və  aztəminatlı  əhali  qruplarının  gəlirlərindən 
tutulan vergi faizlərini isə azaltmaq; 
- ideksləşmə  yolu  ilə  aztəminatlı  əhali  qruplarının  gəlirlərinin 
artırılması. 
Əhalinin  gəlirlərinin  dövlət  tənzimlənməsi  mexanizminin  forma, 
metod  və  alətləri  onun  məzmumunu  təşkil  edərək,  praktiki  cəhətdən  
əhalinin gəlirlərinin tənzimlənməsində bilavasitə istifadə  olunur.  
 
6.5.  Əhalinin gəlirlərinin indeksləşməsi. İndeksləşmənin 
məqsədi və növləri. İndeksləşmənin həyata 
keçirilmə mexanizmi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə