Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
195
Dövlət  minimum  sosial  standartları  bütün  vətəndaşlara  təqdim 
olunmuş  sosial  xidmətlərin  müəyyən  növlərinin  həcmi  və  keyfiyyəti 
üzrə vahid tələbatları əvəzsiz və qaytarılmaz əsaslarla təmin edirlər. 
Vətəndaşlara  minimum  səviyyədə  pulsuz  yəni  əvəzsiz  və  geri 
qaytarmamaq  şərti  ilə  sosial  zəmanətlərin  təqdim  edilməsi  onların 
konstitusiyada  əks  olunmuş  hüquqlarının  reallaşdırılması  məqsədilə 
həyata keçirilir. 
Minimum  sosial  standartlarin  qəbul  olunması  dedikdə,  dövlət 
minimum  sosial  standartları  kimi  qəbul  olunmuş  öncül  sosial 
normativlərin və normaların hüquqi reqlamentləşməsi başa düşülür. 
Dövlət  sosial  standartlaşması  yaşayış  minimumuna  əsaslanır. 
Yaşayış minimumu minimum istehlak səbətinin dəyər ifadəsidir.  
  Sosial standartlaşma sahəsinin əsas önculləri aşağıdakılardır. 
1.  Əhalinin gəlirləri (əmək haqqı, pensiya təminatı); 
2.  Vətəndaşların  sosial  müdafiəsi  ünsürləri.  Sosial  zəmanətlərin 
məcmusu (məşğulluqda, təhsildə, səhiyyədə). 
Sosial standart – hər hansı əhali qrupu tərəfindən özü üçün qəbul 
olunmuş  (normal)  hesab  edilən  müxtəlif  nemətlərin  istehlakının 
formalaşmış  səviyyəsi  deməkdir.  Bu  standartlara  konkret  hədd 
qoyulmamış  və  onlar  sənədləşdirilməmişdir.    Sosial  standart  sosial-
iqtisadi 
siyasətin 
işlənməsində, 
ehtiyatların 
sosial 
sferaya 
yönəldilməsində, 
sosial 
proqramların 
yerinə 
yetirilməsində, 
vətəndaşlara  sosial  zəmanətlərin  təqdim  olunmasında  sosial  inkişafın 
idarə  edilməsi  üçün  vasitə  kimi  dövlət  tərəfindən  istifadə  olunur.  Bu 
halda sosial satandartlar rəsmi normativ şəkildə qeyd olunur , mütləq 
və tövsiyyə xarakter daşıyır. 


 
196
 Sosial  siyasətin  işlənməsində  dövlət  tərəfindən  mövcud  sosial 
standartlar  idarəetmə  vasitəsi  kimi  istifadə  olunur.  Bu  halda  sosial 
standartlar dəqiq qeydə alınmış normativlər şəklində qəbul olunurlar. 
Onlar məcburi və ya tövsiyə xarakteri daşıyırlar.  
Eyni  zamanda,  sbu  sahədə  osial  standartların  müəyyən  edilməsi 
və  sosial  cəhətdən  normal  hesab  edilən  həyat  səviyyəsinin  təmin 
olunması problemi meydana çıxır. Belə sosial standartlar qismində, bir 
qayda  olaraq,  müəyyən  sistemdə  fəaliyyət  göstərən  sosial-iqtisadi 
normativlər  çıxış  edir.  Mərkəzləşdirilmiş  iqtisadiyyatın  mövcud 
olduğu  və  dövlət  tərəfindən  «bərabər»  bölgü  prinsipinin  tətbiq 
edildiyi  bir  şəraitdə  sosial-iqtisadi  normativlərin  işlənib  hazırlanması 
çox  da  prinsipial  əhəmiyyət  kəsb  etmirdi.  Müasir  şəraitdə  isə 
göstərilən  sosial  standartların  işlənib  hazırlanmasının  və  hüquqi 
cəhətdən təsbit edilməsinin böyük praktiki əhəmiyyəti vardır. Onu da 
göstərmək  lazımdır  ki,  bazar  münasibətlərinə  keçid  şəraitində  sosial 
siyasətdə  hüquqi  təminatlar  və  dövlət  tərəfindən  əhalinin  minimum 
sosial təminatlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.  
Insanlar  sosial  standartların  və  yaxud  həyat  standartlarının 
mahiyyətini,  göstəricilərini  öz  gündəlik  yaşayışında  ,  faktiki 
istehlakında  da  həmişə  hiss  edirlər.  Lakin  bununla  belə  onlar  üçün 
sosial  təminatın  verilməsi,  bu  məqsədlə  dövlət  proqramının  tərtib 
edilməsi,  problemin  qanunvericilik  qaydasında  həll  olunması  üçün 
konkret  sosial  standartlar  lazımdır.  Ona  görə  də  hər  bir  cəmiyyət, 
dövlət,  xüsusilə  sosial  dövlət  mövcud  resursların  səmərəli 
bölüşdürülməsində maraqlı olmalıdır. Əhalinin əksəriyyətinin yaşayış 
minimumu  həddindən  aşağı  yaşaması,  sosial  qruplar  arasında 


 
197
fərqlərin çox olması bu problemi daha kəsgin halda irəli sürür. Lakin 
bir  tərəfdən  maliyyə  resurslarının  çatışmamazlığı,  digər  tərəfdən  isə 
bazar  münasibətlərinə  dövlətin  təsir  etməsinin  məhdudluğu  əhalinin 
konstitutsiyalı  hüquqlarını  tam,  dolğun  həyata  keçirməyə  imkan 
vermir.  Istehlak,  təhsil,  səhiyyə,  mədəniyyət  sahəsində  mövcud  olan 
minimum sosial standartlara belə həmişə əməl olunmur. Bu sferalarda 
mövcud olan sahə sosial standartlarının əksəriyyəti tövsiyyə xarakteri 
daşıyır, 
resurslar 
təminatına 
malik 
olmur, 
kifayət 
qədər 
əsaslandırılmır.  Bir  sıra  hallarda  dövlət,  sahə,  firma  və  şirkətlərin, 
ictimai birliklərin sosial standartlaşma prinsipləri, qaydaları bir-birinə 
uyğun gəlmir, bir-birini tamamlamır. Dövlət daha çox əhəmiyyət kəsb 
edən sosial norma və normativlərin hüququ qaydada minimum sosial 
standartlar kimi təsdiq olunmasına və tətbiqinə əhəmiyyət verməlidir. 
Həmin minimum sosial standartlar əhalinin, işçinin ən vacib tələbatını, 
zəruri,  məcburi  istehlak  büdcəsini  əks  etdirməlidir.  Minimum  dövlət 
sosial standartlarının  müəyyən edilməsi aşağıdakı vəzifələrin həlli ilə 
əlaqədardır: 
 1.  Əhalinin  sosial  müdafiəsini,  onun  ən  vacib  maddi  və 
xidmətlərə olan tələbatını ödəmək. 
 2.  Büdcə  və  büdcədənkənar  fondlar  hesabına  təminatlı    sosial 
ödəmələrin növünü müəyyənləşdirmək.  
3.   Bu ödəmələrin normativ baxımdan əsaslandırılması.  
4.  Maliyyə  resurslarını  prioritet  sosial  siyasət  istiqamətlərinə 
yönəltmək.  
5.   Sosial sabitliyi təmin etmək və s.    


 
198
Ölkədə  sosial  standartların  tədricən  yüksəlişi  zəminində  məcburi 
köçkünlərin  sosial  problemlərinin  həllinə  getdikcə  daha  çox  vəsaitin 
tələb  ediləcəyi  gözləniləndir.  Toplanan  vəsaitlərin  əhəmiyyətli 
qisminin  hərbi  xərclərə    sərf  edilməsi  inkişafı  təmin  edən  birbaşa 
istiqamətlər  olmasa  da  məcburi  xərclər  kimi  qalmaqdadır.  Hökumət 
bu  istiqamətlərdə  siyasi  kursunu  dəyişdirməsə,  artan  neft  gəlirlərini 
insan  inkişafına,  o  cümlədən,  yerlərdə  icmaların  inkişafına 
yönəltməkdə  çətinliklərlə  üzləşəcəkdir.  Buna  bariz  nümunə  kimi, 
2003-2005-ci  illərdə  fəaliyyətdə  olan  və  nəticələri  bəlli  olmayan 
«Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı», 
və  ya  «2004-2005-ci  illərdə  Azərbaycanın  regionlarının  Sosial-iqtisadi 
inkişafı»  proqramlarını  göstərmək  olar.  Bu  proqramların  yerinə 
yetirilməməsi  də  gözlənilən  idi.  Vətəndaş  cəmiyyətinin,  o  cümlədən 
icmaların  yaxından  cəlb  edilmədiyi  və  yaxud  yalnız  hökumətin 
nəzarətində  olan  QHT-lərin  cəlb  edildiyi  bu  proqramlarda  qarşıya 
qoyulan 
məqsədlərə 
nail 
olunmaması 
təkcə 
hakimiyyətin 
fəaliyyətsizliyi  ilə  yox,  həm  də  Qərb  ölkələrinin  siyasəti  ilə  izah 
edilməlidir.  Azərbaycanda  minimum  sosial  standartlar  sisteminin 
təkmilləşdirilməsi baxımından verilən təkliflər aşağıdakılardır:  
1. 
Pensiya 
təminatı 
sisteminin 
müntəzəm 
olaraq 
təkmilləşdirilməsi; 
2.  Minimum  əmək  haqqının  minimum  istehlak  büdcəsi  ilə 
əlaqələndirilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə